25-05-2023, 10:09
Rusiyanın müdafiə naziri Belarusiyada səfərdədirRusiyanın müdafiə naziri Sergey Şoyqu Belarusa səfər edib. Nazir artıq paytaxt Minsk şəhərindədir. O, burada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin Müdafiə Nazirləri Şurasının iclasına qatılacaq. İştirakçılar regional çağırışlar və təhdidləri müzakirə edəcəklər.
25-05-2023, 09:53
Kılıçdaroğlu Azərbaycan və Türk dünyası ilə münasibətlərdən danışdıTürkiyə prezidentliyinə "Millət İttifaqı"nın vahid namizədi, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kemal Kılıçdaroğlu Azərbaycan və Türk dünyası ilə münasibətlərdən danışıb. Siyasətçi "Babala TV" internet televiziyasında Oğuzhan Uğurun "Mevzular Açık Mikrofon" proqramının qonağı olarkən tamaşçılardan birinin bu barədə verdiyi sualı cavablandırıb. "Prezident seçiləndən sonra dövlət ənənələrinə uyğun olaraq ilk səfərlərim Şimali Kipr Türk Respublikasına və təbii olaraq Azərbaycana olacaq. Azərbaycanın Bakısı ilə bizim İstanbulumuz arasında bir fərq yoxdur. Azərbaycanla olan birliyimiz heç bir partiya baxımından fərqli düşünülə bilməz. Xüsusilə vurğulamaq istəyirəm ki, mənim kimi digər partiyaların sədrləri də belə fikirləşir, eyni paraleldə düşünür", - Kılıçdaroğlu deyib. CHP sədri Zəngəzur dəhlizinə də toxunub: "Bizim başlıca hədəfimiz digər türk cümhuriyyətlərini Türkiyə ilə və Avropa ilə birləşdirmək və "Mərkəz Türkiyə" layihəsinə uyğun olaraq Türkiyə və türk cümhuriyyətləri arasındakı bağları gücləndirməkdir. Bir də Zəngəzur dəhlizi var, bu dəhliz mütləq açılmalıdır. Bunun üçün tərəflərin uzlaşması və Türkiyənin qeyd-şərtsiz Azərbaycanı dəstəkləməsi vacibdir. İranla Ermənistan arasındakı birlik bu dəhlizin açılmasını bir az çətin nöqtəyə daşıyır. Əgər Türkiyə dostluğunu və nüfuzunu bölgəyə yayarsa, bu dəhlizin açılmasının həm Türkiyəyə, həm İran və Ermənistana, həm də türk cümhuriyyətlərinə fayda verəcəyini izah edə bilsə, dəhliz açılar və Türkiyə regionun ən önəmli ölkəsinə çevrilər". "Azərbaycana qarşı olmaqdan söhbət gedə bilməz. Azərbaycana gedib-gələn biri olaraq, həm də bürokrat kimi gedib-gəlmiş biri olaraq, azərbaycanlılarla tez-tez bir araya gələn biri olaraq belə narahatlıqlar əsassızdır. Bütün siyasi partiyalar olaraq Azərbaycanla bağlı eyni şeyləri düşünürük. "Mərkəz Türkiyə" layihəsinin əsası türk cümhuriyyətlərinin dənizə çıxışını təmin etməkdir. Bu, onların ən böyük problemlərindən biridir, dənizə çıxa bilmirlər. Biz onları Aralıq dənizinə qovuşduracağıq", - o əlavə edib.
24-05-2023, 21:43
Gədəbəydə partlayış baş verdi - Yaralı varGədəbəydə partlayış baş verib. Hadisə rayonun Arıqdam kəndində qeydə alınıb. 1950-ci il təvəllüdlü Rahilə Quliyeva yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Qadına tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bidlirilir. Məlumata görə qadın yaşadığı evdə qaz partlaması nəticəsində xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.
24-05-2023, 20:55
Prezident seçkilərinin ikinci turunda xaricdə səs verənlərin sayı 18% artıbTürkiyənin xarici ölkələrdəki diplomatik nümayəndəliklərində və sərhəd-buraxılış məntəqələrində səs verənlərin sayı 1 milyon 839 min 488 nəfər olub. Bu barədə Türkiyə Ali Seçki Komissiyası məlumat yayıb. Bildirilir ki, prezident seçkilərinin ikinci turunda xaricdə səs verənlərin sayı ilk turdakından 18% çox olub. Belə ki, seçkilərin birinci turunda ölkə xaricində və sərhəd-buraxılış məntəqələrində 1 milyon 839 min 470 səs verib. Üstəlik ilk turda xaricdə səsvermə müddəti 13 gün olub. Qeyd edək ki, xaricdəki nümayəndəliklərdə səsvermə proseduru mayın 24-də, sərhəd-buraxılış məntəqələrində isə mayın 28-i saat 17.00-dək davam edəcək.
24-05-2023, 20:18
Paşinyan Rusiyaya səfər etdiErmənistanın Baş naziri Nikol Paşinyan Rusiyaya səfər edib. Bu barədə Ermənistan hökuməti məlumat yayıb. O, mayın 25-də Moskvada Avrasiya İqtisadi Şurasının növbəti sessiyasında iştirak edəcək. Səfər çərçivəsində Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında görüş keçiriləcək. Bundan əlavə, Ermənistanın Baş nazirinin Rusiya Federasiyası Prezidenti və Azərbaycan Prezidenti ilə üçtərəfli görüşü nəzərdə tutulub.
24-05-2023, 18:38
Paşinyan Zaxarovaya cavab verdiErmənistanın baş naziri Nikol Paşinyan Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovaya cavab verib. Bu barədə o, parlamentin bu gün keçirilən iclasında danışıb. Paşinyan deyib ki, Zaxarova onun həmsöhbəti ola bilməz: "Mənim həmsöhbətlərim Rusiya Federasiyasının Prezidenti və Baş naziridir. Hörmətli və dost Rusiyanın Xarici İşlər Nazirliyinin nümayəndəsi mənim sözlərimi şərh edə bilməz, yalnız onları nəzərə ala bilər”. Xatırladaq ki, Zaxarova Paşinyanın KTMT ilə bağlı açıqlamalarının qarışıq reaksiyalara səbəb olduğunu bildirib.
24-05-2023, 18:26
KTMT Ermənistana monitorinq missiyası göndərməyə hazırdır - PaşinyanKTMT Ermənistana monitorinq missiyası göndərməyə hazırdır. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə deputatların suallarını cavablandırarkən deyib. O bildirib ki, təşkilat Ermənistana təxminən 30 nəfərdən ibarət missiya göndərmək istəyir. Bundan əlavə, Paşinyan bir daha Azərbaycanın 86.6 min kvadratkilometr ərazisini tanımağa hazır olduğunu bəyan edib.
24-05-2023, 17:50
Nazirlik məsələsi hökumət qurulmadan danışılacaq bir məsələ deyil - ÖzdağZəfər Partiyasının sədri Ümit Özdağ "Millət İttifaqı"nın namizədi Kemal Kılıçdaroğlunun prezident seçiləcəyi təqdirdə daxili işlər naziri postunu tutacağı barədə müzakirələrə aydınlıq gətirib. O, məsələnin hökumət formalaşdırılmadan danışılmasını doğru saymadığını bildirib. "Nazirlik məsələsi hökumət qurulmadan danışılacaq bir məsələ deyil. Amma deyim ki, mən bu postu istəyərəm", - o əlavə edib.
24-05-2023, 17:22
Anklavlar mövzusu siyasi platformada çoxdan mövcuddur, lakin.. - Paşinyan"Hələ heç nə qərarlaşdırılmayıb". Bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin iclasında anklav məsələsindən danışarkən deyib. Baş nazir çıxışı zamanı Ermənistan-Azərbaycan prosesində anklavlar məsələsinin həllinin mümkün yollarını açıqlayıb. "İndiyə qədər heç bir qərar verilməyib, bəzi ideyalar var. Anklavlar mövzusu siyasi platformada çoxdan mövcuddur, Münhen və Brüsseldə keçirilən görüşlərdə bu məsələ qaldırılıb. Lakin bir çox incəliklər və hüquqi aspektlər var", - deyə Paşinyan bildirib.
24-05-2023, 16:44
Türkiyənin məşhur müğənnisi səsini Kılıçdaroğluna verdiTürkiyəli məşhur müğənni Tarkan prezident seçkilərinin ikinci turunda səsvermə hüququndan istifadə edib. Sənətçi bu barədə twitter səhifəsində paylaşım edib. "Mən səsimi verdim yenə, ver mütləq sən də. Hamımız üçün ən yaxşısı, ən xeyirlisi olsun", - deyə o qeyd edib. Paylaşımının sonunda Tarkan qəlb işarəsi qoyub. Bu, "Millət İttifaqı"nın vahid namizədi, CHP sədri Kemal Kılıçdaroğlunun seçki kampaniyası dövründə istifadə etdiyi simvoldur. Buna əsasən, müğəninin Kılıçdaroğlunu dəstəklədiyi bildirilib. Qeyd edək ki, Türkiyədə seçkilərin ikinci turu 28 mayda keçiriləcək, lakin ölkə xaricində səsvermə prosesi daha tez başlayıb və bu gün sona çatır. Almaniyada yaşayan Tarkan da bu gün səs verib.