Söz ruhunda İlqar Fəhmi imzası .....                        “Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                        Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                        Şuşaya gedirsən? .....                        BA Tv Youtube kanalı yayıma başlayır .....                        Stansiyaların sayı 40-a çatdırılacaq .....                        Həmədanlıların əmlakı müsadirə olundu .....                        Ərdəbil nümayəndə heyəti Azərbaycana gəlir .....                       
24-05-2023, 12:17
Özdağ ikinci turda Kılıçdaroğlunu dəstəklədiyini elan etdi


Özdağ ikinci turda Kılıçdaroğlunu dəstəklədiyini elan etdi

Türkiyədə dağılmış "ATA İttifaqı"na daxil olmuş Zəfər Partiyasının sədri Ümit Özdağ bu gün ikinci turda "Millət İttifaqı"nın vahid namizədi, CHP sədri Kemal Kılıçdaroğlunu dəstəklədiyini elan edib. O, bu barədə mətbuata açıqlamasında danışıb. "Zəfər Partiyası olaraq cənab Kılıçdaroğlunu dəstəkləmək qərarına gəldik. Bütün tərəfdarlarımızı ona səs verməyə çağırırıq", - siyasətçi bildirib. O, qaçqınların qayıtması ilə bağlı konkret təkliflərinin qəbul olunduğunu ifadə edib. "ATA İttifaqı" dağılıb. Bundan əvvəl ittifaqa daxil olan Ədalət Partiyası ittifaqı tərk edib və "Millət İttifaqı"nın namizədi Kemal Kılıçdaroğluna dəstəyini elan edib. O, üstüörtülü şəkildə ittifaqdakı digər qüvvələri müxalifət əleyhinə addımlarda ittiham edib. İttifaqın namizədi olmuş Sinan Oğan isə hazırkı prezident Rəcəb Tayyib Ərdoğana dəstəyini elan edib. Bəzi kulis məlumatlarına görə, Özdağ və Oğan əvvəlcədən razılaşdırılmış şəkildə fərqli namizədləri dəstəkləyəcəklər ki, kim qalib gəlsə, hakimiyyətdən pay ala bilsinlər.
24-05-2023, 11:34
İmran Xanın liderlik etdiyi partiya fəaliyyəti qadağan olunur


İmran Xanın liderlik etdiyi partiya fəaliyyəti qadağan olunur

Pakistanın keçmiş baş naziri İmran Xanın lideri olduğu Pakistan Təhriki-İnsaf Partiyasının fəaliyyəti qadağan oluna bilər. Bunu Pakistanın müdafiə naziri Xavaca Asif bildirib. "Partiyanın fəaliyyətinin qadağan edilməsi hazırda nəzərdən keçirilir. Bu siyasi qüvvə dövlətin əsasına hücum edib. İndiyə qədər belə bir şey olmamışdı. Buna dözmək olmaz", - o qeyd edib. Məlumat üçün bildirək ki, İmran Xan korrupsiyada və həyat yoldaşına məxsus “Əl-Qadir trast” fondu vasitəsilə çirkli pulların yuyulmasında şübhəli bilinir. O, həmçinin mayın 9-da həbs olunan zaman təhlükəsizlik qüvvələrinə qarşı zor işlətməkdə ittiham edilir. Siyasətçinin həbsi ölkənin iri şəhərlərində, o cümlədən Abottabad, İslamabad, Lahor, Peşavar, Ravalpindi, Sialkot, Feysəlabad və Haripurda kütləvi nümayişlərə səbəb olub. Eyni zamanda, bəzi regionlarda nümayişçilərlə polis arasında şiddətli toqquşmalar baş verib. Mayın 12-də Pakistan Ali məhkəməsi siyasətçinin həbsini qanunsuz hesab edərək onu azadlığa buraxıb. Xatırladaq ki, İmran Xan 2022-ci ilin aprelində parlamentin aşağı palatasının etimadsızlıq səsverməsi nəticəsində Baş nazir postundan uzaqlaşdırılıb. Onu bu vəzifədə Pakistan Müsəlman Liqasının sədri Şahbaz Şərif əvəzləyib.
24-05-2023, 06:41
İNSAFLI OVÇU PİRİM


Aydın ƏŞRƏFOĞLU
“MƏNİM HEKAYƏM” kitabından


İNSAFLI OVÇU PİRİM

Payızın axırları idi. Artıq qızıl payız öz hökmranlığını, Qışa təhvil verirdi. Günəş gah çıxır, gah da batırdı. Ağaclar yarı çılpaq halda idi. Ağacların budaqlarında qalan yarpaq dənələri sap-sarı görkəm alıb cansız halda dayanmışdı. Sanki o da qışın gəlişini duyub, onun da vaxtının sona çatmasını bilirdi. Möhkəm əsən küləklər vıyıltı ilə hər tərəfə dönür və yerdən torpağı və çör-çöpləri ağuşuna alıb göyə sovururdu. Küləklər bir neçə gün beləcə əsdi. Bir gün axşam çağı külək ara vermişdi. Ətrafa sakit qoxulu sükut çökmüşdü. Bu sükutu ara bir yağış halında yağan qar dənələri pozurdu. Bununla yanaşı yavaş-yavaş hava qaralırdı. Hava qaraldıqca qar dənələri göydən enərkən bərkiyir və sanki yerə doğru ürəklə irililəyirdi. Ovçu Pirim bu mənzərəni seyr edə-edə içəri daxil oldu. O, divardan asılmış tüfənginə tərəf gedib, divardan tüfəngini ehmalca götürüb ora-burasına baxıb yenə də öz yerindən asdı. Yenidən öz yataq otağına qayıdıb çarpayısına uzandı.
Ovçu Pirim həmişə olduğu kimi bu gecə də rahat yatmışdı. Səhər açılanda yerindən qalxıb həyətə boylandı. Həyət-baca qar örtüyü ilə ağ libasını geymişdi. Ovçu Pirim həmişə əl-üzünü evdə yumazdı. Evlərinin yaxınlığındakı bulaqda yuyardı. Ovçu Pirim bu dəfə də əl-üzünü bu bulaqda yumalı oldu. Əvvəlcə o sabun, dəsmal götürüb bayıra çıxdı. Göz gəzdirib uzunboğaz çəkmələrini tapdı. Çəkmələrini geyəndən sonra bulağa yollandı. Qar qalın olduğundan cığırlar tam örtülmüşdü. Ancaq ovçu Pirim yollara bələd olduğundan qar örtmüş cığırla elə gedirdi ki, sanki cığırı canlı görürdü. Ovçu Pirim getdikcə ayağının altında qar xışıldayır və sakitliyə yeni bir can verirdi. Ağacların koğuşunda qardan gizlənmiş quşlar pırıltı ilə uçub qar əymiş budaqlara qonurdu. Şələquyruq tülkü isə yüngül addımlarla qarı yararaq dərəyə doğru irəliləyirdi. Ancaq bunlara ovçu Pirim məhəl qoymurdu. Çünki bunlar ovçu Pirimdən ötrü adi bir mənzərə idi.
Ovçu Pirim bulağa çatdı. Bulaq görünmürdü. Qar bulağın üstünü örtmüşdü. Bu bulağın yanında ara-sıra dələ və çöl heyvanlarının izləri aydınca görünürdü. Ovçu Pirim əllərini çarpazlayıb heç də soyuqdan çəkinmədən bulağın üstünü örtmüş qarı kənara çəkib bulağın üstünü açdı. Ovçu Pirimin əli qarı kürüdükcə qar əriyir və ovçu Pirimin əlindən buğ qalxırdı. Bulaqdan çağlayan su par-par parıldayırdı. Ovçu Pirim əyilib əl-üzünü yudu. Dəridən tikilmiş papağını başında nizamlayıb əllərini uzun qara bığlarına aparıb bir neçə dəfə eşdi və evlərinə səhər yeməyinə döndü. Şay-çörək yedikdən sonra tüfəngini və patron qatarını götürüb üzü meşəyə doğru yollandı.
Hava çox mülayim idi. Göyün üzündə müəyyən bulud görünsə də, sanki dənizi xatırladırdı. Bu yağan qalın qardan sonra təmiz hava hökm sürürdü. Ovçu Pirim bir-iki saat yol getdikdən sonra dayandı. Ancaq yolun belə uzaq olması heç də Ovçu Pirimi yormamışdı. Çünki ovçu Pirim bu yolları cavanlıqdan ta indiyə qədər çox gəzib, çox hərlənmişdi. Nəhayət ovçu Pirim dayandığı yerdən sol tərəfə dönüb ovların keçdiyi bərəyə yaxınlaşdı. Həmin bu keçiddən bir çox çöl heyvanları keçdiyindən, izlər bir-birinin üstündən keçmişdir. Ovçu Pirim əyilib izlərə diqqətlə baxdı. İzlərin hansı heyvanların izləri olmasını asanlıqla tanıya bildi.
Elə bu vaxt hardansa güllə səsi eşidildi. Ovçu Pirim geriyə dönüb bir xeyli ətrafa göz gəzdirdi. Atılan tüfəng səsi çox uzaqdan gəlmirdi. Çox keçmədi ki, yenə də dalbadal həmin yerdən güllə səsləri gəldi. Tüfəng səsindən bir neçə dəqiqə sonra bir cüyürün ona tərəf qaçdığını gördü. Ovçu Pirim çox həvəssiz halda qeyri-ixtiyari olaraq tüfəngi qaldırıb cüyürə tuşladı. Sanki ovçu Pirim tüfənglə neçə nişan almağı yoxlayırdı. Ovçu Pirimə tərəf qaçan cüyür yaralı idi. Yaralı cüyür heç də ovçu Pirimdən çəkinmədən gəlib onun yanından keçdi. Cüyürün ləpirlərində qan müşahidə edilirdi. Deyəsən cüyür özünü itirmişdi. Ancaq ovçu Pirim o ovçulardan deyildi. Cüyürün dalınca baxıb dedi. Hansısa naşı ovçunun gülləsinə tuş gəlib. Ancaq yaralı heyvana güllə atmaram - deyib geriyə evlərinə dönməli oldu. Çünki atılmış bu boşa çıxan güllə səsləri ovları hürküdüb qaçırtmışdı.
Ovçu Pirim kefini pozmadan evlərinə tərəf addımlayırdı. Hava çox soyuq olduğundan bığları və qaşları sır bağlamışdı. Ovçu Pirim belə hallarda özünü sanki təbiətin əsil oğlu hesab edirdi. O, meşənin qurtaracağına çatarkən kənarda qarın üstündə bir qaraltı gördü. Qaraltıya doğru getməyə başladı. Həmin qaraltı qaratoyuq idi. Quş üşüdüyündən yerində donub qalmışdı. Yerindən tərpənə bilmirdi. Ovçu Pirim quşa yaxınlaşdı. Quş bir neçə dəfə uçmağa cəhd etdisə də, bacarmırdı. Qara batıb hərəkətsiz dayandı. Ovçü Pirin qaratoyuğu əlinə götürüb yoluna davam etdi.
Ovçu Pirim evə gələndə artıq axşama yaxınlaşmışdı. Ovçu Pirim evə daxil oldu və əvvəlcə quşu döşəməyə buraxdı. Sonra tüfəngini və patronlarını yerbəyer edəndən sonra həyətdəki qəfəsə yaxınlaşdı. Qəfəsdə cürbəcür quşlar var idi. Quşları nəzərdən keçirəndən sonra evə qayıtdı. Lakin evdə quşu görməyib dedi. Deməli qaratoyuğun donmuş bədəni açılmışdır. Quş otaqdakı yatacağın altında gizlənmişdi. Ovçu Pirim əyilib quşu yatacaq divanın altından çıxardıb həyətdəki qəfəsə salıb qabağına dən tökdü. Bugünkü ov etməyindən razı qalmışdı. Çünki həmişə olduğu kimi bu gün də bir canlının həyatını xilas etmişdir.
23-05-2023, 21:04
Ukrayna NATO-suz qələbə qazana bilməyəcək - Viktor Orban


Ukrayna NATO-suz qələbə qazana bilməyəcək - Viktor Orban

Ukrayna NATO qoşunlarının birbaşa iştirakı olmadan qələbə qazana bilməyəcək. Bunu Qətərdə keçirilən iqtisadi forumda Macarıstanın baş naziri Viktor Orban deyib. Onun fikrincə, münaqişəni gərginləşdirmək əvəzinə, sülh yolu ilə həlli imkanlarına diqqət yetirmək lazımdır. “NATO-nun qoşun göndərməyə hazır olmadığını nəzərə alsaq, ukraynalıların qalib gəlmək imkanı olmadığı açıq-aydın görünür. Bu, mənim mövqeyimdir, mən həmişə hamıya təklif etmişəm ki, müharibəyə daha da çox qarışmaq əvəzinə, eskalasiyanı dayandırmalı və sülh danışıqlarının tərəfdarı olmalıyıq”, - Orban bildirib.
23-05-2023, 18:19
Türkiyədə yaşayan azərbaycanlı bədbəxt hadisə nəticəsində öldü


Türkiyədə yaşayan azərbaycanlı bədbəxt hadisə nəticəsində öldü

Türkiyədə yaşayan azərbaycanlı bədbəxt hadisə nəticəsində vəfat edib. 27 yaşlı Emin Orucovun yaşadığı mənzildə vəziyyəti pisləşib. Yardıma gələn üç nəfər onu birinci mərtəbəyə düşürərkən Emin Orucovun başı pilləkənin kənarına dəyib. Başından ağır xəsarət alan Emin Orucov xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb. Səhlənkarlıqdan Emin Orucovun ölümünə səbəb olmaqda təqsirləndirilən şəxslər həbs olunublar.
23-05-2023, 17:51
Ukrayna müharibədən sonra Avropa İttifaqına daxil ola bilər - Şolts


Ukrayna müharibədən sonra Avropa İttifaqına daxil ola bilər - Şolts

Almaniya kansleri Olaf Şolts Ukraynanın müharibə başa çatdıqdan sonra Avropa İttifaqına daxil olacağını bildirib. Şolts bunu tarix səhifəsinin dəyişməsi kimi xarakterizə edib. "Qitəmizin tarixində acı bir səhifə azad Ukraynanın Avropa İttifaqına tamhüquqlu üzv kimi qoşulması ilə başa çatacaq", - Şolts bildirib. Bir müddət əvvəl Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borel bildirmişdi ki, Ukrayna “Avropa İttifaqına daxil olmaq üçün unikal şansı” əldən verməməkdən ötrü islahatlar prosesini sürətləndirməli və Avropa standartlarına keçməlidir.
23-05-2023, 17:42
Hərbi xidmətə daxilolmayla bağlı yeni qərar


Hərbi xidmətə daxilolmayla bağlı yeni qərar

Azərbaycan Ordusunun qoşun (qüvvə) növlərində siyahısı Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən müəyyən edilmiş vəzifələrdə həqiqi hərbi xidmətini davam etdirmək üçün seçilmiş hərbi qulluqçularla (kadr zabit heyətinə keçirilmiş şəxslər istisna olmaqla) tərəflərin razılığı ilə yenidən bağlaşma bağlanıldıqdan sonra onlar həmin vəzifələrə təyin ediləcəklər. Bununla bağlı Nazirlər Kabinetinin qərarı ilə “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişiklik edilib. Qərara əsasən, həmin qaydada yenidən bağlaşma bağlanıldıqda, qüvvədə olan bağlaşma ləğv olunmuş hesab ediləcək.
23-05-2023, 17:25
Xarici diplomatik nümayəndəliklərdə verilən səslər Türkiyəyə gətirildi


Xarici diplomatik nümayəndəliklərdə verilən səslər Türkiyəyə gətirildi

Türkiyədə mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turu üçün xaricdəki diplomatik nümayəndəliklərdə verilən səslərin bir hissəsi Türkiyəyə gətirilib. Bu barədə ölkənin Ali Seçki Komissiyası məlumat yayıb. Məlumata görə, mayın 28-də keçiriləcək səsvermənin ikinci turu üçün xaricdə yaşayan seçicilərdən səs verənlərin sayı 1,5 milyonu ötüb. Xatırladaq ki, 14 mayda Türkiyədə həm parlament, həm də prezident seçkiləri keçirilib. Prezident seçkilərində heç bir namizəd 50%+1 səs toplaya bilmədiyi üçün mayın 28-də ikinci turun keçirilməsi qərara alınıb.
23-05-2023, 16:59
Prezident Naxçıvana yeni prokuror təyinatıyla bağlı Sərəncam imzaladı


Prezident Naxçıvana yeni prokuror təyinatıyla bağlı Sərəncam imzaladı

Sənan İsa oğlu Paşayev Naxçıvan Muxtar Respublikasının prokuroru təyin edilib. Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncam imzalandığı gündən qüvvəyə minir.
23-05-2023, 16:47
Peskov: “Nəticələrin nə qədər səmərəli olacağını zaman göstərəcək”


Peskov: “Nəticələrin nə qədər səmərəli olacağını zaman göstərəcək”

“Kreml Azərbaycan və Ermənistan liderlərinin mayın 25-də Moskvada keçiriləcək görüşlərinin səmərəli olacağına ümid edir”. Bunu açıqlamasında Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov Azərbaycan, Rusiya və Ermənistan liderlərinin mayın 25-də Moskvada keçirilməsi planlaşdırılan görüşünü şərh edərkən deyib. “Cümə axşamı həm Prezident İlham Əliyev, həm də baş nazir Nikol Paşinyan burada olacaq. Prezidentimizlə təmasların olacağına da ümid edirik. Hazırda bununla bağlı hazırlıq gedir və təbii ki, nəticələrin səmərəli olacağına ümid bəsləyirik. Nəticələrin nə qədər səmərəli olacağını isə zaman göstərəcək”, - o vurğulayıb. Qeyd edək ki, mayın 25-də Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüşü keçiriləcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!