Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
8-03-2023, 23:12
Etirazçılar Gürcüstan parlamentinə şərt qoydular


Etirazçılar Gürcüstan parlamentinə şərt qoydular

Hazırda Tbilisinin mərkəzində "xarici agentlər haqqında" qanunun qəbuluna qarşı etiraz aksiyası keçirilir. Müxalifətçi Giorgi Vaşadze hakimiyyətə qarşı iki tələb irəli sürüb. O bildirib ki, qanun layihəsi parlamentdən geri götürülməli və dünənki aksiyada saxlanılanlar azad edilməlidir. Vaşadze qeyd edib ki, Gürcüstan rəhbərliyinin bu tələbləri yerinə yetirmək üçün bir saatı var, əks halda etirazçılar “başqa addımlara keçəcəklər”. Qeyd edək ki, dünənki aksiyada 66 nəfər saxlanılıb.
8-03-2023, 20:24
İran gizli şəkildə Rusiyaya çoxlu sayda hərbi texnika göndərib


İran gizli şəkildə Rusiyaya çoxlu sayda hərbi texnika göndərib

İran gizli şəkildə Rusiyaya çoxlu sayda güllə, raket və minaatan mərmisi verib. Bu barədə "Sky News" qəzeti məlumat yayıb. Nəşrin mənbəsinin bildirdiyinə görə, Rusiya bayraqlı iki yük gəmisi yanvarda İran limanını tərk edərək Xəzər dənizi vasitəsilə Rusiyaya gedib. Təxminən 100 milyon güllə və 300 minə yaxın mərmi daşınıb. Bildirilir ki, gəmilərdə raket, minaatan və pulemyotlar üçün sursat da olub. Qeyd olunur ki, Rusiya Federasiyası sursatların pulunu nağd şəkildə ödəyib.
8-03-2023, 20:20
Sülh şəraitində yaşayan Cənubi Qafqazı qurmalıyıq - İlham Əliyev


Sülh şəraitində yaşayan Cənubi Qafqazı qurmalıyıq - İlham Əliyev

Ümid edirik ki, biz güclü siyasi iradəni, həmçinin Ermənistan tərəfindən görəcəyik. Onlar düzgün qərar qəbul etsinlər və işğal dövründə olduğu kimi vaxtı udmağa çalışmasınlar. Bunu bu gün Latviya Respublikasının Prezidenti Egils Levitslə görüşdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mətbuata bəyanatında bildirib. “Biz 28 il danışıqlar aparmışıq. Əfsuslar olsun ki, bu, ciddi hərbi əməliyyatlarla nəticələndi və nəticədə, Azərbaycan əraziləri azad olundu. Biz bunu güc tətbiqi ilə etdik. Əfsuslar olsun. Halbuki, Ermənistan özünü konstruktiv aparsaydı, biz bunu siyasi vasitələrlə də edə bilərdik. Hazırda iki ölkə arasında sülh müqaviləsini ciddi müzakirə etdiyimiz dövrdə, biz gözləyirik ki, Ermənistan vaxt itirməyəcək və bir çox beynəlxalq iştirakçıların dəstəklədiyi təklifimizə müsbət cavab verəcək. Ərazilərimizdə dağıntılara və uzunmüddətli işğala baxmayaraq, düşünürük ki, ədavət səhifəsi çevrilməlidir. Biz gələcəyə baxmalıyıq və sülh şəraitində yaşayan Cənubi Qafqazı qurmalıyıq”, - deyə dövlət başçısı qeyd edib.
8-03-2023, 20:17
Zelenski Quterreşlə taxil sazişinin uzadılması razılığına gəldi


Zelenski Quterreşlə taxil sazişinin uzadılması razılığına gəldi

Ukrayna və BMT taxıl ixracı təşəbbüsünün davam etdirilməsinin dünya üçün vacib əhəmiyyət daşıdığı barədə həmfikirdir. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski BMT-nin Baş katibi Antonio Quterreşlə Kiyevdə keçirdiyi birgə mətbuat konfransında deyib. "Biz razılaşdıq ki, Qara dəniz taxıl təşəbbüsünün 18 martdan sonra uzadılması bütün dünya üçün zəruridir. Həmçinin Ukraynadan daşınan taxıl humanitar təşəbbüs üçün vacibdir və biz təşəbbüsün bir hissəsi olaraq artıq bunu bacarmışıq”, - deyə Zelenski bildirib. Zelenski əmindir ki, Ukrayna BMT ilə birlikdə həm humanitar təşəbbüsü, həm də taxıl təşəbbüsünü əhəmiyyətli dərəcədə gücləndirə biləcək: "Bu, dünyanın ərzaq təhlükəsizliyinə daha böyük təminat verəcək". Quterreş isə dəniz yolu ilə ixrac infrastrukturundan maksimum yararlanmağa davam etmək üçün Qara dəniz Taxıl Təşəbbüsünün davam etdirilməsinin əhəmiyyətini diqqətə çatdırıb. "Qara dəniz taxıl təşəbbüsü Ukrayna limanlarından 23 milyon ton taxılın çatdırılmasını təmin edib. Bunun sayəsində dünyada ərzaq məhsullarının qiymətlərini aşağı salmaq və inkişaf etməkdə olan ölkələrə dəstək vermək mümkün olub. Bundan başqa, ərzaq qiymətləri indeksi 20 faiz aşağı düşüb”, - deyə Baş katib qeyd edib.
8-03-2023, 20:13
Prezidentlər təklikdə bir sıra məsələləri müzakirə ediblər


Prezidentlər təklikdə bir sıra məsələləri müzakirə ediblər

Martın 8-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Latviya Respublikasının Prezidenti Egils Levits ilə məhdud tərkibdə görüşü olub. Azərbaycan və Latviyanın dövlət başçıları söhbət zamanı bu il Davosda keçirilmiş görüşü məmnunluqla xatırlayıblar, həmin görüşdə aparılmış müzakirələrin ölkələrimiz arasında münasibətlərin inkişafında rolunu qeyd ediblər. Prezident İlham Əliyev Latviyaya səfərini xatırladıb. Görüşdə Azərbaycan-Latviya münasibətlərinin strateji tərəfdaşlıq xarakteri daşıdığı qeyd edildi, Latviyanın Azərbaycanın Avropa İttifaqı və NATO ilə əlaqələrinin inkişafına verdiyi dəstək yüksək qiymətləndirildi. Həmçinin Latviyanın ölkəmizdəki səfirliyinin NATO-nun Azərbaycanla münasibətlərdə əlaqələndirici rolunda çıxış etdiyi vurğulandı. Latviya Prezidenti Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinə toxunaraq Hərəkatın Bakıda keçirilmiş son zirvə toplantısını qeyd etdi. Ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi barədə məlumat verən dövlətimizin başçısı bu ilin sonunda başa çatacaq Azərbaycanın sədrliyinin çox yaxşı irs qoyduğunu bildirdi. Azərbaycan Prezidenti sədrlik dövründə Hərəkatın təsisatlanması istiqamətində aparılan işləri qeyd etdi, məhz Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatı tarixində ilk dəfə olaraq Hərəkatla Avropa İttifaqı arasında münasibətlərin yaradıldığını dedi. Prezident İlham Əliyev Qoşulmama Hərəkatının 2020-ci ildə COVID-19-la bağlı keçirilmiş onlayn sessiyasında Avropa İttifaqının ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Jozep Borrelin iştirakını bunun bariz təzahürü kimi qiymətləndirdi. Prezident İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsi üzrə aparılan danışıqlar prosesi barədə məlumat verdi. Dövlətimizin başçısı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin səyləri ilə aparılan danışıqlar prosesini və Brüssel sülh gündəliyini dəstəklədiyini dedi. Egils Levits dövlətlərin ərazi bütövlüyünün və beynəlxalq hüququn ölkəsinin xarici siyasətinin təməl prinsipi olduğunu deyərək, bu xüsusda Latviyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğuladı. Söhbət zamanı Azərbaycan-Avropa İttifaqı əlaqələri, ölkəmizin Avropa İttifaqının enerji təhlükəsizliyində oynadığı rol barədə danışıldı, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin ölkəmizə səfəri zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində imzalanmış Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun əhəmiyyəti qeyd edildi. Görüşdə, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, iqtisadi-ticari münasibətlərin genişləndirilməsi, hökumətlərarası komissiyanın fəaliyyəti, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa-quruculuq işlərində Latviya şirkətlərinin iştirakı, bərpaolunan enerji, turizm, İKT, süni intellekt və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıldı.
8-03-2023, 20:11
Ukraynadan gürcü etirazçılara dəstək


Ukraynadan gürcü etirazçılara dəstək

Gürcüstan öz vətəndaşlarına dinc etirazlar etmək hüququnu təmin etməyə borcludur. Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin "Facebook" səhifəsində bildirilib. Açıqlamada qeyd olunub ki, Ukrayna gürcü xalqının ölkədə Avropa gələcəyinin qurulmasını davam etdirmək istəyi ilə həmrəydir. XİN “xarici agentlər haqqında” qanun layihəsinə qarşı kütləvi etirazlar fonunda Gürcüstanda baş verənləri diqqətlə izləməkdə davam etdiklərini açıqlayıb. “Avropa İttifaqına üzv olmağa can atan bir dövlət kimi Gürcüstan vətəndaşların əsas hüquq və azadlıqlarına, o cümlədən dinc etiraz hüququna ardıcıl təminat verməlidir”, - məlumatda bildirilib. Qeyd edək ki, martın 7-də Gürcüstan parlamenti birinci oxunuşda Rusiya qanunvericiliyinin analoqu olan “Xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib. Sənəddə KİV-ə və xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilib.Bundan sonra Tbilisidə qanun layihəsinə qarşı genişmiqyaslı etiraz aksiyaları başlayıb.
8-03-2023, 20:07
Gürcüstanda baş verən hadisələrdən narahatıq - Şarl Mişel


Gürcüstanda baş verən hadisələrdən narahatıq - Şarl Mişel

“Gürcüstanda baş verən hadisələrdən çox narahatıq”. Bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel twitter hesabında yazıb. O bildirib ki, istənilən dinc etiraz hüququ demokratiyanın əsasını təşkil edir: “Qanunun aliliyinə və insani dəyərlərə sadiqlik Avropa İttifaqı layihəsinin açarıdır”. Qeyd edək ki, martın 7-də Gürcüstan parlamenti “Xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib. Sənəddə KİV-ə və xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilib. Bundan sonra Tbilisidə qanun layihəsinə qarşı genişmiqyaslı etiraz aksiyaları başlayıb.
8-03-2023, 20:04
Sazişin əksər hissəsi artıq razılaşdırılıb - İlham Əliyev


Sazişin əksər hissəsi artıq razılaşdırılıb - İlham Əliyev

"Avropa İttifaqı ilə Sazişin əksər hissəsi razılaşdırılıb və biz son addımı atmalıyıq". Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev martın 8-də Latviya Prezidenti Egils Levits ilə görüşdən sonra mətbuata bəyanatında bildirib. "Biz Strateji Tərəfdaşlıq haqqında Bəyannaməni, yaxud sazişləri Avropa İttifaqının doqquz üzvü ilə imzalamışıq və ya qəbul etmişik. Bu isə üzv dövlətlərin üçdəbiri deməkdir. Bu, Avropa Komissiyası ilə Azərbaycanda hazırda razılaşdırılan müqavilə üçün həqiqətən yaxşı platformadır. Sazişin əksər hissəsi artıq razılaşdırılıb. Biz son addım atmalıyıq və ümid edirik ki, bu tezliklə baş tutacaq”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
8-03-2023, 20:00
Latviya ilə münasibətlərimiz uğurla inkişaf edir - İlham Əliyev


Latviya ilə münasibətlərimiz uğurla inkişaf edir - İlham Əliyev

Latviya və Azərbaycan arasında münasibətlər çox uğurla inkişaf edir. Ölkələrimiz strateji tərəfdaşlardır. Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 8-də Latviya Prezidenti Egils Levits görüşdən sonra mətbuata bəyanatında deyib. Bir neçə il əvvəl ölkələrimiz arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin imzalandığını vurğulayan dövlətimizin başçısı bildirib: “Biz həqiqətən strateji tərəfdaş kimi addımlar atırıq”.
8-03-2023, 19:52
Prezident latviyalı həmkarıyla mətbuata bəyanatla çıxış edib


Prezident latviyalı həmkarıyla mətbuata bəyanatla çıxış edib

Martın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Latviya Respublikasının Prezidenti Egils Levits mətbuata bəyanatlarla çıxış ediblər. Əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış etdi. Prezident İlham Əliyevin bəyanatı
- Cənab Prezident.
Əziz qonaqlar. Xanımlar və cənablar. Azərbaycana rəsmi səfəri çərçivəsində Latviya Prezidentini qəbul etməkdən çox məmnunam. Biz bu yaxınlarda Davosda görüşdük. Mənim dəvətimi qəbul edib, ölkəmizə səfərə gəldiyinə görə cənab Prezidentə minnətdaram. Sabah biz X Bakı Qlobal Forumunda bir yerdə olacağıq. Həmçinin mən bu fürsətdən istifadə edərək belə mühüm beynəlxalq tədbirdə iştirak etdiyinə görə cənab Prezidentə təşəkkürümü bildirmək istəyirəm. Ölkələrimiz arasında münasibətlər çox uğurla inkişaf edir. Latviya və Azərbaycan strateji tərəfdaşlardır. Strateji Tərəfdaşlıq haqqında Bəyannamə bir neçə il bundan əvvəl imzalanıb. Biz həqiqətən strateji tərəfdaş kimi addımlar atırıq. Çox fəal siyasi dialoqumuz var. Mən Latviyada dəfələrlə səfərlərdə, o cümlədən rəsmi səfərdə olmuşam. Latviya prezidentləri bir neçə dəfə Azərbaycana səfərlər ediblər. Əlbəttə ki, cənab Prezidentin bugünkü səfəri sıx əməkdaşlığımızın yaxşı təzahürüdür. Çox fəal birgə iqtisadi komissiyamız var. O, dövri olaraq görüşlər keçirir. Yadımdadır, sonuncu dəfə belə görüş ötən il baş tutub. Hesab edirəm ki, siyasi dialoq və iqtisadi əməkdaşlıq aramızda sıx münasibətlərin qurulmasında qarşılıqlı siyasi iradəmizi göstərir. Həmçinin Latviya Avropa İttifaqı və Azərbaycan arasında çox uğurla inkişaf edən əməkdaşlıqda mühüm rol oynayır. Biz Strateji Tərəfdaşlıq haqqında Bəyannaməni, yaxud sazişləri Avropa İttifaqının 9 üzvü ilə imzalamışıq və ya qəbul etmişik. Bu isə üzv dövlətlərin üçdəbiri deməkdir. Bu, Avropa Komissiyası ilə Azərbaycanda hazırda razılaşdırılan müqavilə üçün həqiqətən yaxşı platformadır. Sazişin əksər hissəsi artıq razılaşdırılıb. Biz son addım atmalıyıq və ümid edirik ki, bu tezliklə baş tutacaq. Eyni zamanda, Azərbaycan Avropa İttifaqı üçün enerji təchizatı sahəsində daha əhəmiyyətli tərəfdaşa çevrilir. Biz Avropa Komissiyası tərəfindən hər zaman etibarlı tərəfdaş sayılmışıq. Bu gün biz nefti, təbii qazı, elektrik enerjisini, neft-kimya məhsullarını, neft məhsullarını ixrac edirik. Ümid edirik ki, bu yaxınlarda yaşıl enerjini ixrac etməyə başlayacağıq. Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında müvafiq razılaşma Avropa İttifaqı Komissiyasının xanım sədrinin iştirakı ilə ötən ilin dekabr ayında Buxarestdə imzalandı. Bir sözlə, bu, Cənub Qaz Dəhlizi kimi meqalayihənin başa çatmasından dərhal sonra sözün əsl mənasında digər qlobal meqa layihədir. Azərbaycanın Avropaya qaz təchizatı ilbəil artır. Ötən il biz Avropa Komissiyası ilə Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Saziş kimi mühüm sənədə burada imza atdıq. Biz bunun əsasında, bu yaxınlarda yaradılmış şaxələndirilmiş marşrutlarla qaz təchizatımızı artırırıq. Lakin əlbəttə, təkcə enerji təhlükəsizliyi Azərbaycanı Avropa ilə birləşdirmir. Daşımalar, təhsil, ticarət kimi digər sahələr də var. Avropa İttifaqı əsas ticari tərəfdaşımızdır. Birmənalı olaraq, gələn illərdə Avropa İttifaqı ilə ticarət həcmi artacaq. Çünki artıq söylədiyim kimi, biz qaz təchizatımızı artıracağıq, yaşıl enerji mənbələrindən elektrik enerjisinin ixracına bu yaxınlarda başlayacağıq. Bir sözlə, Latviya Avropa İttifaqı ilə Azərbaycan arasında sıx əməkdaşlıqda hər zaman çox mühüm və müsbət rol oynamışdır. Bu, o cümlədən Azərbaycan və NATO arasında əməkdaşlığa da aiddir və o, çox uğurla inkişaf edir. Biz latviyalı dostlarımıza belə davamlı dəstəyə görə çox minnətdarıq. İkitərəfli münasibətlərə gəldikdə, nəzərdən keçirəcəyimiz bir çox məsələlər var. Bu vaxta qədər gündəlik kifayət qədər genişdir. Bu gün mən, həmçinin cənab Prezidentə Cənubi Qafqazda vəziyyətlə, xüsusən də Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması ilə bağlı məlumat verdim. Ümid edirik ki, Ermənistan sülh sazişi təklifi ilə bağlı şərhlərimizə müsbət cavab verəcək. Biz bir az öncə beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan təklifimizi verdik. Sonra Ermənistandan şərhləri aldıq və onların şərhləri ilə bağlı öz şərhlərimizi göndərdik. Bu, baxılma prosesindədir. Ümid edirik ki, biz güclü siyasi iradəni, həmçinin Ermənistan tərəfindən görəcəyik və onlar düzgün qərar qəbul etsinlər və işğal dövründə olduğu kimi vaxtı udmağa çalışmasınlar. Biz 28 il danışıqlar aparmışıq. Əfsuslar olsun ki, bu, ciddi hərbi əməliyyatlarla nəticələndi və nəticədə, Azərbaycan əraziləri azad olundu. Biz bunu güc tətbiqi ilə etdik. Əfsuslar olsun. Halbuki, Ermənistan özünü konstruktiv aparsaydı, biz bunu siyasi vasitələrlə də edə bilərdik. Hazırda iki ölkə arasında sülh müqaviləsini ciddi müzakirə etdiyimiz dövrdə, biz gözləyirik ki, Ermənistan vaxt itirməyəcək və bir çox beynəlxalq iştirakçıların dəstəklədiyi təklifimizə müsbət cavab verəcək. Ərazilərimizdə dağıntılara və uzunmüddətli işğala baxmayaraq, düşünürük ki, ədavət səhifəsi çevrilməlidir. Biz gələcəyə baxmalıyıq və sülh şəraitində yaşayan Cənubi Qafqazı qurmalıyıq. Biz Baltik ölkələri arasında sıx əməkdaşlıq və inteqrasiyanın faydasını görürük. Biz uzun illər eyni ölkədə bir yerdə yaşamışıq. Onlar sıx əməkdaşlığın qurulmasına müvəffəq oldular. Hazırda uzun illərdir ki, onlar Avropa İttifaqının və NATO-nun üzvləridir. Onlar uğurla inkişaf edirlər. Əfsuslar ki, Cənubi Qafqazda fərqli vəziyyətdir. Bizdə müharibələr, separatizm, terrorçuluq, ekstremizm olub. Hazırda buna son qoyulmalıdır və əgər bu baş tutarsa, onda keçmiş SSRİ-nin Baltik ölkələri kimi Cənubi Qafqazın da dinc və çiçəklənən inkişaf şansı olacaq. Cənab Prezident, bizimlə olduğunuza görə sizə bir daha minnətdarıq. Dəvətimi qəbul etdiyinizə görə təşəkkür edirəm. Sizə Azərbaycanda xoş səfər arzulayırıq. Sonra Latviya Prezidenti bəyanatla çıxış etdi. Prezident Egils Levitsin bəyanatı
- Prezident Əliyev. Məni Azərbaycana səfərə dəvət etdiyinizə görə minnətdaram. Biz iki ay öncə Davosda görüşdük. Biz diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd etməyi planlaşdırırıq. Otuz il ərzində ikitərəfli münasibətlərimiz çox yaxşı və uğurla inkişaf edib. Aramızda təşviq edə biləcəyimiz bir çox ikitərəfli məsələlər var, o cümlədən biz qlobal, beynəlxalq səviyyədə əməkdaşlıq etməliyik. İqtisadi münasibətlərimizə gəldikdə, ötən il tendensiya müsbət olub. Bu gün Latviya və Azərbaycanın iş adamları arasında, həmçinin biznes-forum olacaq. Biz İKT, ağıllı enerji, yaşıl texnologiyalar və artıq qeyd etdiyiniz kimi, nəqliyyat və daşımalar sahəsində imkanların nəzərdən keçirilməsində maraqlıyıq. Həmçinin bəyan edə bilərəm ki, milli aviaşirkətimiz “airBaltic” bu ilin may ayında Riqa ilə Bakı arasında birbaşa uçuşları bərpa etməyə hazırlaşır. Beləliklə, Latviya turistlərinin Azərbaycana gəlməsi və Sizin vətəndaşların Latviyaya getməsi, o cümlədən işgüzar dairələrin səfərləri asanlaşacaq. İkitərəfli səviyyədə əlaqələrlə bağlı demək istərdim ki, Avropa İttifaqının (Aİ) üzv dövləti kimi Latviya Aİ ilə Azərbaycan arasında sıx əməkdaşlıqda maraqlıdır. Latviya Aİ ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunu alqışlayır. Hazırda Azərbaycan Avropa İttifaqına enerji təchizatının şaxələndirilməsində və Aİ-nin enerji təhlükəsizliyinə töhfə verilməsində çox mühüm rol oynayır. Biz, həmçinin bərpaolunan enerji sahəsində daha sıx əməkdaşlıq etmək arzusundayıq. Təhlükəsizlik sahəsində əməkdaşlığa gəldikdə, Siz artıq NATO çərçivəsində əməkdaşlığa toxundunuz. Latviya səfirliyi NATO-nun Azərbaycanda əlaqələndiricisi funksiyasını yerinə yetirir və biz Bakıdakı səfirliyimizin həmin mandatını 2024-cü ilədək uzadacağıq. Görürəm ki, Azərbaycan və NATO arasında təhlükəsizlik məsələləri üzrə daha sıx əməkdaşlığa dair qarşılıqlı maraq var. Ukraynadakı vəziyyətə gəldikdə bildirmək istəyirəm ki, Latviyanın xarici siyasətinin təməlində beynəlxalq hüquqa və bütün ölkələrin ərazi bütövlüyünə hörmət dayanır. Ona görə də biz Ukraynaya qarşı bu səbəbsiz və əsassız təcavüzü pisləyirik. Latviya Ukraynanı hərbi və iqtisadi cəhətdən dəstəkləyir. Biz, həmçinin humanitar yardım da göstəririk. Göstərilən yardımın toplam həcmi bizim ÜDM-in 1 faizini təşkil edir. Ukraynadakı vəziyyətin hansı məcrada cərəyan edəcəyini gözləyirik. Ancaq onu deyə bilərəm ki, davamlı sülh yalnız beynəlxalq hüquqa əsaslanmalıdır. Biz beynəlxalq hüquqa müdaxiləyə və onun tapdalanması nəticəsində bu vəziyyətin uzunmüddətli dondurulmuş münaqişəyə çevrilməsinə imkan verə bilmərik. Cənab Prezident, biz BMT üzvlərinin əksəriyyətinin, yəni, 120-dən artıq üzvü olan platformanın - Qoşulmama Hərəkatının sədri kimi ölkənizin rolunu yüksək qiymətləndiririk. Bildiyiniz kimi, biz 2025-ci il üçün BMT Təhlükəsizlik Şurasının üzvü kimi namizədliyimizi irəli sürəcəyik. Ümid edirik ki, bu məsələdə Qoşulmama Hərəkatının üzvlərinin dəstəyini qazanacağıq. Hesab edirəm ki, Qoşulmama Hərəkatı beynəlxalq hüquq və ərazi bütövlüyü prinsiplərindən çıxış edən ölkələrdən ibarət vacib qurumdur. Çünki bütün dövlətlər sülhdə maraqlı olmalıdır, sülh isə beynəlxalq hüquqa əsaslanır. Siz isə Hərəkatın hazırkı sədri kimi olduqca əhəmiyyətli rol oynayırsınız. Onu da deyə bilərəm ki, Latviya Avropa Şurasında sədrliyi öz üzərinə götürəcəkdir və bizim ölkələr Avropa Şurasının üzvüdür. Azərbaycan bizim ilk sədrliyimiz dövründə təşkilata üzv olmuşdur. Görürük ki, Avropa Şurasının genişləndirilməsi kifayət qədər uğurlu olmuşdur. Biz bütün üzv ölkələrin maraqları naminə Avropada demokratiyanın və qanunun aliliyinin gücləndirilməsinin müzakirəsini davam etdirəcəyik. Mən məmnuniyyətlə sabah “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda təşkil olunacaq X Bakı Qlobal Forumunda iştirak edəcəyəm. Bu gün həqiqətən həm çağırışlar, həm də ümidlər var. Hesab edirəm ki, sabahkı müzakirələrdə biz ümidlərin qalib gələcəyinin şahidi olacağıq. Cənab Prezident, bu Qlobal Forumu dəstəklədiyinizə görə sağ olun. Çünki həmin Forum çərçivəsində müxtəlif regionları və mədəniyyətləri təmsil edən hazırkı və sabiq liderlər toplaşaraq cari problemləri müzakirə edə bilirlər. Həmçinin Sizin tövsiyələrinizə ehtiyacımız var. Mən mədəniyyətlərarası dialoqun təşviqi sahəsində Azərbaycanın və Sizin rolunuza dərin hörmət bəsləyirəm. Çünki bu Forumda müxtəlif mədəni mənsubiyyətə, siyasi sistemə və siyasi tarixə malik nümayəndələr iştirak edirlər. Ümumiyyətlə, bu vacib bir Forumdur. Cənubi Qafqazda sülh prosesinə, Azərbaycan və Ermənistana gəldikdə, artıq qeyd etdiyim kimi, biz beynəlxalq hüquqa əsaslanan həllin tərəfdarıyıq. Beynəlxalq hüquq isə ölkələrin ərazi bütövlüyü deməkdir. Hesab edirəm ki, belə bir sülh sazişinə nail olmağın vaxtıdır və biz hər iki tərəfin razılığa gəldiyi sülh sazişini dəstəkləyəcəyik. Davamlı sülhə yalnız o zaman nail olmaq olar ki, o, beynəlxalq hüquqa və ərazi bütövlüyünə əsaslansın. Beləliklə, cənab Prezident, dəvətinizə və çox səmimi, maraqlı müzakirələrə görə Sizə təşəkkür edirəm. Bu, mənim Azərbaycana ilk səfərimdir və mən onun sabit və firavan ölkə, Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu görürəm. Cənab Prezident, çox təşəkkür edirəm.
Prezident İlham Əliyev: Təşəkkürlər.






����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!