7-03-2023, 19:21
Qarabağda yaşayan bir qrup erməni Xocalıda aksiya keçirdibQarabağda yaşayan bir qrup erməni Rusiya sülhməramlılarının Azərbaycanın Xocalı rayonunda yerləşən qərargahının önündə etiraz aksiyası keçirib. Etirazçılar şəxsi avtomobilləri ilə qərargahın qarşısındakı yolu bağlayıblar. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Laçın yolunun guya bağlı olduğunu iddia edən ermənilər buna görə rusları ittiham ediblər. Onlar həmçinin Xankəndi ətrafında baş verən hadisələrə rus hərbçilərinin müdaxilə etmədiyini deyərək, sülhməramlılara etirazlarını bildiriblər. Qeyd edək ki, son vaxtlar Qarabağ erməniləri arasında anti-Rusiya əhval-ruhiyəsi yüksəlir.
7-03-2023, 15:49
Füzulidə incəsənət məktəbinin təməlqoyma mərasimi keçirilibİşğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan Respublikası tərəfindən ianə və inşa olunacaq Kurmanqazı adına Uşaq Yaradıcılığının İnkişafı Mərkəzinin təməlqoyma mərasimi keçirilib. Mərasimdə Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndəsi Emin Hüseynov, Qazaxıstan Respublikasının Azərbaycandakı səfiri Serjan Abdıkarimov, layihəni həyata keçirəcək icraçı şirkət “Bİ-Group” Holdinqin Direktorlar Şurasının sədri Aydın Rahimbayev və digər səlahiyyətli şəxslər iştirak ediblər. Layihəyə əsasən incəsənət məktəbi Füzuli şəhərində ümumi sahəsi 1,5 hektar olan ərazidə yerləşəcək. Tikinti sahəsi 2708 kvadratmetr, ikimərtəbəli binadan ibarət olacaq məktəbdə hər biri 300 nəfər olmaqla, növbəli şəkildə 600 şagirdin təhsil alması üçün lazımi şəraitin yaradılması nəzərdə tutulur. Burada, şagirdlər üçün xanəndəlik sənəti, xalçaçılıq, heykəltaraşlıq və zərgərlik sənətləri, musiqi və rəssamlıq dərsləri, həmçinin qrafik dizayn təlimləri üzrə tədrisin təşkili planlaşdırılır. Qeyd edək ki, incəsənət məktəbinin layihəsi üzrə Azərbaycan və Qazaxıstan nümayəndə heyətlərinin yer aldığı işçi qrupu yaradılıb, müvafiq görüşlər keçirilərək, qarşıdakı hədəflər müzakirə olunub. Digər layihələr kimi, bu layihə də Azərbaycan ilə Qazaxıstan arasındakı ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə, o cümlədən işğaldan azad edilmiş ərazilərdə incəsənət sahəsi üzrə təhsilin genişlənməsinə və yaxın bölgələrdən olan istedadlı gənclərin bir araya toplanmasına öz töhfəsini verəcək.
7-03-2023, 15:42
ABŞ-ın “Patriot” sistemləri artıq Ukraynaya gətirilibABŞ-ın “Patriot” hava hücumundan müdafiə sistemləri artıq Ukraynaya gətirilib. Bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşçak məlumat verib. "Polşanın səyləri sayəsində, xüsusən də “Patriot” batareyaları və ilk “Leopard” tankları Ukraynaya gətirilib", - deyə o bildirib. Blaşçak qeyd edib ki, müharibə başlayandan bəri Polşa Ukraynaya 2,2 milyard avroluq silah ötürüb. Xatırladaq ki, fevral ayında Ukrayna hərbçiləri Almaniyada "Patriot"la bağlı təlimlərə başlayıb.
7-03-2023, 15:38
Media sektoruna yeni cərimələr tətbiq olunacaqMedia subyektləri tərəfindən təkzib, cavab və düzəliş verilməsi qaydalarının pozulmasına görə cərimə müəyyənləşib. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, media subyektləri tərəfindən təkzib, cavab və düzəliş verilməsinin “Media haqqında” qanunla müəyyən edilmiş qaydaların pozulmasına görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək. Layihə səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
7-03-2023, 14:03
Səudiyyə Ərəbistanından Türkiyəyə 5 milyard dollarlıq depozitSəudiyyə Ərəbistanı Türkiyə Mərkəzi Bankına 5 milyard dollarlıq depozit qoyacaq. Bu barədə "Anadolu" agentliyi yazıb. Bildirilib ki, Səudiyyə Ərəbistanının turizm naziri və İnkişaf Fondunun sədri Əhməd Əl Xatib ilə Türkiyə Respublikası Mərkəzi Bankı arasında müqavilə imzalanıb. Müqaviləyə əsasən, Səudiyyə Ərəbistanı İnkişaf Fondu Mərkəzi Banka 5 milyard dollar depozit qoyacaq. "Səudiyyə Ərəbistanı bu razılaşma ilə türk xalqına güclü dəstəyini və Türkiyə iqtisadiyyatının gələcəyinə olan inamını ifadə edir", - deyə Səudiyyədən verilən açıqlamada qeyd edilib.
7-03-2023, 14:00
Rusiya son sutkada Xersonu 65 dəfə atəşə tutubRusiya qüvvələri son sutka ərzində Ukraynanın Xerson vilayətini 65 dəfə atəşə tutub. Bu barədə "Ukrinform" məlumat yayıb. Bildirilib ki, “Qrad” və ağır artilleriya qurğularından 354 mərmi atılıb, 18 mərmi yaşayış məntəqələrinə, fərdi və yaşayış binalarına düşüb. Atışma nəticəsində 4 nəfər yaralanıb. Həmçinin Donetsk vilayətinin də hücuma məruz qaldığı qeyd olunub. Vilayətin Maksimilyanovka yaşayış məntəqəsində 1 sakin həyatını itirib, daha 7 nəfər yaralanıb.
7-03-2023, 13:57
ABŞ müdafiə naziri İraqa səfər edibABŞ müdafiə naziri Lloyd Ostin İraqa qəfil səfər edib. Bu səfərin məqsədinin Vaşinqtonun İraqda öz hərbi mövcudluğunu saxlamağa sadiqliyini göstərmək olduğunu bildirilib. Qeyd edək ki, səfər İraq lideri Səddam Hüseynin devrilməsinin 20-ci ildönümü ərəfəsində baş tutub.
7-03-2023, 13:53
Ermənistan qızılca xəstələrinin sayı sürətlə artırErmənistanda qızılcaya yoluxanların sayı 29-a çatıb. Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, 15 nəfər xəstəxanaya yerləşdirilib,7 nəfər artıq evə buraxılıb.
7-03-2023, 13:50
Əfqanıstan qonşu dövlətlərlə Daşkənddə toplandıBu gün Özbəkistanın paytaxtı Daşkənd şəhərində Əfqanıstanın qonşu dövlətlərinin xüsusi nümayəndələrinin ilk iclası öz işinə başlayıb. İclası Özbəkistan Prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi İsmatulla İrqaşev açıb. Bildirilib ki, tədbirdə İran, Çin, Pakistan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistanın nümayəndə heyətləri Əfqanıstandakı mövcud vəziyyəti, o cümlədən humanitar aspektləri müzakirə edəcək, ölkədəki vəziyyətin nizamlanması və tərəflərin qarşılıqlı fəaliyyətinə dair məsələlərə toxunacaqlar. Həmçinin uzunmüddətli sülh və sabitlik yaradılması da müzakirə mövzularındandır. İclas zamanı iştirakçılar Əfqanıstanın qonşu dövlətlərinin xüsusi nümayəndələrinin ikinci görüşünün yeri və vaxtını müəyyənləşdirəcək, həmçinin Əfqanıstanın qonşu dövlətlərinin xarici işlər nazirlərinin Daşkənddə keçiriləcək 4-cü görüşünün vaxtı ilə bağlı fikir mübadiləsi aparacaqlar.
6-03-2023, 22:02
Ceyhun Bayramov BMT-nin Beşinci Konfransında çıxış etdiAzərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ən az inkişaf etmiş ölkələr üzrə BMT-nin Beşinci Konfransında (LDC5) ölkəmizin pandemiya ilə mübarizə sahəsində fəaliyyətindən danışıb. Ceyhun Bayramov çıxışı zamanı ilk öncə Türkiyə və Suriyada zəlzələ ilə əlaqədar başsağlığı diləklərini çatdırıb. Daha sonra, tədbirin yüksək səviyyədə təşkilinə görə Qətər Dövlətinə təşəkkür edilib. Bu mötəbər konfransın dünyada hal-hazırda mövcud olan az inkişaf etmiş 46 ölkənin və bu ölkələrdə yaşayan 1.1 milyard əhalinin problemlərinin həlli istiqamətində əhəmiyyətli qərarlar qəbul edəcəyinə inam ifadə olunub. Nazir Ceyhun Bayramov 10 ildən bir keçirilən bu konfransın yalnız həmrəylik deyil, eyni zamanda inkişaf tərəfdaşlarının az inkişaf etmiş ölkələrin ehtiyaclarının təmin edilməsi üzrə öhdəliklərinin bir daha təsdiq edilməsi və bu sahədə 2022-2031-ci illər üzrə Doha Fəaliyyət Planının icrası üçün vacib tədbir olduğunu diqqətə çatdırıb. Bu 46 ölkədən 39-un Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatı üzvləri olduqları xatırlanıb. Azərbaycanın ərazilərinin 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmasına, bir milyona yaxın azərbaycanlının öz dogma torpaqlarından didərgin düşməsinə, minlərlə insanın həlak olmasına, işğalın Azərbaycanın sosial-iqtisadi rifahına dağıdıcı təsirlərinə baxmayaraq, uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin çətinliklərin öhdəsindən gəldiyi, yardım alan ölkədən donor ölkəsinə çevrildiyi qeyd olunub. Azərbaycan Respublikası tərəfindən 130-a yaxın ölkəyə səhiyyə, təhsil, texniki və humanitar sahələrdə göstərilən yardımlar diqqətə çatdırılıb. Azərbaycanın İstanbul Fəaliyyət Planı və Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində praktiki töhfələri qeyd olunub. Ölkəmizin İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycan Hökuməti tərəfindən təqaüd proqramları barədə məlumat verilib, 21 ən az inkişaf etmiş ölkənin diplomatları üçün təlimlər keçirildiyi vurğulanıb. COVID-19 pandemiyası dövründə ölkəmizin donorluq fəaliyyəti, Qlobal Pandemiya ilə mübarizə sahəsinə töhfələri barədə ətraflı məlumat verilib. Pandemiya ilə əlaqədar Azərbaycanın 80 ölkəyə maddi və humanitar dəstək göstərdiyi, 14 ölkəyə 1 milyon doza vaksin təklif etdiyi bildirilib. 2 may 2023-cü il tarixində Qoşulmama Hərəkatının “COVID-19”-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilmiş Zirvə görüşü zamanı ölkələrin pandemiyalar zamanı həmrəylik nümayiş etdirməsi baxımından əhəmiyyət daşıdığı vurğulanıb. Azərbaycanın Zirvə görüşü zamanı Afrika, habelə inkişaf etməkdə olan kiçik ada dövlətlərinə yardım üzrə fond yaradılması təşəbbüsü ilə çıxış etdiyi, bu fondların hərəsinə 1 milyon ABŞ dollar vəsait ayrıldığı çıxış zamanı qeyd edilib, Azərbaycanın bu təşəbbüslərinə dəstəyin zəruriliyi diqqətə çatdırılıb.