Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
4-03-2023, 14:46
Bakıda silahlı insident baş verib - Ölən və yaralananlar var


Bakıda silahlı insident baş verib - Ölən və yaralananlar var

Bakının Xətai rayonu ərazisində yerləşən supermarketlərdən birində baş vermiş silahlı insident nəticəsində bir nəfər ölüb. Daxili İşlər Nazirliyindən bildirilib ki, hadisə zamanı ölən Həsənov Rüfət Rahib oğlu polis əməkdaşı deyil.
4-03-2023, 14:42
Bakı-Qəbələ-Bakı sürət qatarı fəaliyyətə başlayır


Bakı-Qəbələ-Bakı sürət qatarı fəaliyyətə başlayır

“Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı-Qəbələ-Bakı sürət qatarı fəaliyyətə başlayır. Bu gün ilk səfər baş tutub. Səfərin məqsədi Bakı-Qəbələ dəmir yolu xəttində və Qəbələ dəmir yolu stansiyasında görülən işlərlə tanış olmaqdır. Bakı-Qəbələ və əks istiqamətdə qatarın yolda olma müddəti 3 saat 20 dəqiqədir.
4-03-2023, 14:40
Qarlı tufan 10 nəfərin həyatına soy qoydu


Qarlı tufan 10 nəfərin həyatına soy qoydu

ABŞ-ın bir sıra ştatlarına qarla müşayiət olunan güclü tufan nəticəsində azı on nəfər ölüb. Bu barədə CNN məlumat yayıb. Məlumata görə, təbiət hadisəsi nəticəsində 1,2 milyondan çox amerikalı elektrik enerjisindən məhrum qalıb. Xüsusilə, Kaliforniyada güclü qar səbəbindən 13 əyalətdə fövqəladə vəziyyət elan edilib. Texas və Pensilvaniya güclü küləklə əlaqədar təcili xəbərdarlıq edib. Kaliforniyanın bəzi ərazilərində qar yığınları ikinci mərtəbənin pəncərələrinə qədər böyüyüb.
4-03-2023, 14:36
Xocalıda yol-nəqliyyat hadisəsi baş verib


Xocalıda yol-nəqliyyat hadisəsi baş verib

Xocalı Rayon Polis Şöbəsinə rayonun Çanaqçı kəndi ərazisində yol-nəqliyyat hadisəsi olması barədə məlumat daxil olub. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib. Bildirilir ki, dərhal polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. "İlkin araşdırmalar nəticəsində məlum olub ki, Bərdə rayon sakini Seymur Vəliyev idarə etdiyi "Shacman" markalı yük avtomobili ilə hərəkətdə olan zaman idarəetməni itirərək yol kənarındakı su arxına aşıb. Hadisə nəticəsində müxtəlif bədən xəsarətləri alan sürücüyə ilkin tibbi yardım göstərilərək xəstəxanaya göndərilib. Faktla bağlı araşdırmalar davam etdirilir", - deyə açıqlamada qeyd olunur.


3-03-2023, 23:47
Lavrovun çıxışı salondakı insanların gülüşünə səbəb olub


Lavrovun çıxışı salondakı insanların gülüşünə səbəb olub

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Hindistanda keçirilən panel iclasında çıxış edib. XİN başçısı Yeni Dehlidə keçirilən tədbirdə Rusiyaya qarşı müharibə başladıldığını bildirib. O deyib ki, "Rusiya üzləşdiyi müharibənin qarşısını almağa çalışır". Lavrovun çıxışı salondakı iştirakçıların gülüşünə səbəb olub. Qeyd edək ki, Rusiyanın XİN başçısı Seygey Lavrov Hindistanda “Böyük iyirmilik” (G20) qrupuna üzv ölkələrin xarici siyasət idarələri rəhbərlərinin Zirvə görüşündə iştirak edib. Onun müharibə ilə bağlı çıxışı Qərb mediasında sərt tənqidlərə tuş gəlib. Lavrovun guya Rusiyanın hücuma məruz qalmasını bildirməsi, Moskvanın Ukraynada apardığı müharibəyə özünəməxsus şəkildə haqq qazandırmaq niyyəti kimi qiymətləndirilib.
3-03-2023, 23:44
Kadırovun səhhətində ciddi problemlər yaranıb


Kadırovun səhhətində ciddi problemlər yaranıb

Çeçenistan lideri Ramzan Kadırovun səhhətində ciddi problemlərin yarandığı bildirilir. Kadırov son videolarında kökəlmiş, şişkin görünür və bəzən gözlərini aça bilmir. Ehtimal olunur ki, Kadırovun böyrəklərində ciddi problemlər var. Məlumata görə, çeçen lider rusiyalı həkimlərə etibar etməyib və Birləşmiş Ərəb Əmirliklərindən Çeçenistana xüsusi həkim gətirib. Digər iddiaya əsasən, Kadırov səhhətində yaranmış problem səbəbindən Rusiya Prezidenti Vladimir Putinin fevralın 21-də parlamentdəki çıxışına qatıla bilməyib.
3-03-2023, 23:42
ABŞ-dan Ukraynaya 400 milyonluq hərbi yardım paketi


ABŞ-dan Ukraynaya 400 milyonluq hərbi yardım paketi

ABŞ Ukrayna üçün 400 milyon dollar dəyərində yeni hərbi yardım paketi elan edib. Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. Yeni paketə HIMARS sistemləri və artilleriya qurğuları üçün döyüş sursatı, “Bradley” döyüş maşınları üçün sursat və ponton körpüləri daxildir.
3-03-2023, 23:40
Serbiya Ukraynanı silahla təmin edəcəyini açıqladı


Serbiya Ukraynanı silahla təmin edəcəyini açıqladı

Serbiyanın Müdafiə Nazirliyi ölkənin Ukraynanı sursatla təmin etmədiyini açıqlayıb. Bu barədə nazirlik mətbuata bəyanatla çıxış edib. “Serbiyadan olan müəssisələr Ukraynaya silah və hərbi texnika tədarük etməyiblər”, - rəsmi məlumatda deyilir. Xatırladaq ki, Rusiya mətbuatında Serbiyanın Ukraynaya "Qrad" mərmiləri verməsi barədə məlumat yayılıb. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova vəziyyəti izlədiklərini söyləyib.
3-03-2023, 22:23
Aİ Ukraynaya 5700 günəş paneli verməyi planlaşdırıb


Aİ Ukraynaya 5700 günəş paneli verməyi planlaşdırıb

Avropa İttifaqı Ukraynaya 5700 günəş paneli verəcək. Bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Layen məlumat yayıb. “Mən Ukrayna ilə onun enerji təhlükəsizliyi üçün vacib olan bərpa olunan enerji mənbələri üzərində işləyəcəyimə söz vermişəm”, - deyib. Avropa Komissiyasının sədri bildirib ki, 5700 günəş panelindən ibarət ilk partiya tezliklə Ukraynaya göndəriləcək.
3-03-2023, 22:20
Zelenski avropalı XİN rəhbərləri ilə görüşüb


Zelenski avropalı XİN rəhbərləri ilə görüşüb

Ukrayna Prezidenti Volodimir Zelenski Niderlandın xarici işlər naziri Vopke Hoekstra və Estoniyanın xarici işlər naziri Urmas Reinsalu ilə görüşüb. Bu barədə o, özünün "Telegram" kanalında məlumat yayıb. Zelenski Niderlandın XİN başçısı ilə Haaqada Ukraynaya qarşı təcavüz cinayətinin təqibi üzrə Beynəlxalq Mərkəzin yaradılmasını müzakirə edib. Estoniyanın xarici işlər naziri ilə söhbət zamanı isə Rusiyaya qarşı sanksiyaların daha da artırılmasının vacibliyi müzakirə olunub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!