"EuroVillage 2025" Bakıda .....                        İranda siyasi rejim devrilməyəcək - Medvedev .....                        Roma Papasından çağırış - Müharibələri dayandırın .....                        İrandan İsrailə 35 raket atılıb - Yaralananlar var .....                        Azərbaycandan ABŞ və İrana çağırış .....                        ABŞ hücumlarını dayandırmalıdır - İran çağırış etdi .....                        Azərbaycan və Pakistan XİN başçıları İstanbulda görüşdü .....                        Doktorant və dissertant olmaq istəyənlər imtahan verdi .....                        İranın İsrailə raket zərbələri - 86 nəfər yaralandı .....                       
11-03-2025, 21:19
Xankəndidə bayram tonqalları yandırıldı


Xankəndidə bayram tonqalları yandırıldı- FOTO

Bu gün Xankəndi şəhərində Novruz çərşənbələrinin üçüncüsü - Yel çərşənbəsi qeyd olunub.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, xalqımızın ən əziz bayramlarından olan Novruz bayramı ilə əlaqədar, Xankəndi şəhərində Yel çərşənbəsi tonqalı alovlandırılıb. Şəhərin mərkəzində yandırılan tonqalın ətrafına ictimaiyyət nümayəndələri, rayon sakinləri, tələbələr, orta məktəb şagirdləri toplaşıb.
[/center]
Yel çərşənbəsi münasibəti ilə bir çox küçələrdə və həyətlərdə tonqallar qalanıb. Rayon mərkəzində qurulmuş bayram tonqalı ətrafında uşaqlar və gənclər rəqs edib, mahnı oxuyublar.
Qeyd edək ki, martın 18-də meydanda bayram konserti olacaq.




11-03-2025, 19:20
Ramazanın 12-ci gününün duası - İmsak və iftar vaxtı


Ramazanın 12-ci gününün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 12-ci günüdür.
Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, sabah imsak vaxtı saat 05:31-də, iftar vaxtı isə 18:59-a təyin olunub.

İmsak duası:

“Allahummə zəyyinni fihi bis-sətri vəl-əfaf. Vəsturni fihi bilibasil-qünui vəl-kəfaf. Vəhmilni fihi ələl-ədli vəl-insaf. Və amilni fihi min kulli ma əxaf. Bi-ismətikə ya ismətəl-xaifin!”

Tərcüməsi:

“İlahi, bu gün günahlarımı gizlətmək və iffət bağışlamaqla məni zinətləndir. Bu gün mənə qənaət və kifayətçilik libasını geyindir. Məni bu gün ədalət və insafa vadar et. Bu gün məni bütün qorxduğum şeylərdən amanda saxla. İsmətinə and verirəm, ey qorxu içində olanların mühafizəçisi!”

İftar duası:

“Əllahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu ya vasiəl məğfirət-iğfirli!”

Tərcüməsi:

“İlahi, Sənin üçün oruc tutdum və Sənin ruzinlə iftar edib, yalnız Sənə təvəkkül edirəm!”

Allah orucunuzu qəbul etsin!
11-03-2025, 19:06
Paşinyan Türkiyə mediasına müsahibə verdi


Paşinyan Türkiyə mediasına müsahibə verdi

Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyənin media nümayəndələrinə müsahibə verib.
Bu barədə Ermənistanın baş naziri sosial şəbəkə hesabında yazıb.
O, səhifəsində qısa video paylaşıb.
11-03-2025, 18:04
Sahibə Qafarova Gürcüstan prezidenti ilə görüşdü - FOTO


Sahibə Qafarova Gürcüstan prezidenti ilə görüşdü - FOTO

Milli Məclisin sədri Sahibə Qafarova Gürcüstana rəsmi səfəri çərçivəsində Prezident Mixeil Kavelaşvili ilə görüşüb.
Gürcüstan prezidenti bu səfərin ölkələrimiz və parlamentlərimiz arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə inamını ifadə edib.
Görüşdə dost ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektləri haqqında fikir mübadiləsi aparılıb, möhkəm, tarixi əsaslara malik olan münasibətlərin dinamik inkişafından razılıq ifadə olunub.
Göstərilən yüksəksəviyyəli qonaqpərvərliyə görə minnətdarlığını bildirən Milli Məclisin sədri Sahibə Qafarova, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Gürcüstan Prezidenti Mixeil Kavelaşviliyə çatdırıb.
Gürcüstan Prezidenti səmimi salamlarına görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirərək, onun da salamlarını Prezident İlham Əliyevə çatdırmağı xahiş edib.
Ölkələr arasında münasibətlərin inkişafında parlamentlərin xüsusi rolu qeyd olunaraq, iki ölkənin qanunvericilik orqanları arasında əlaqələrin ölkələrimiz arasında münasibətlərin ruhuna uyğun olaraq genişlənməsindən məmnunluq ifadə edilib. Spiker Sahibə Qafarova dünən iki ölkənin parlamentləri arasında imzalanan əməkdaşlıq memorandumunun əhəmiyyətini qeyd edərək, bu sənədin əlaqələrimizin daha da genişlənməsinə töhfə verəcəyinə inamını ifadə edib.
Söhbət zamanı beynəlxalq və regional formatda uğurlu əməkdaşlıq məsələlərinə xüsusi diqqət yetirilib. Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ölkəsinə göstərilən dəstəyə görə Azərbaycana öz minnətdarlığını bildirib.
Görüşdə, həmçinin ölkələrimizin üçtərəfli formatda da uğurlu əməkdaşlıq əlaqələrinin olduğu diqqətə çatdırılaraq, Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlıq formatının həm ölkələrimizə, həm də regiona qazandırdığı faydalar ifadə edilib.
Söhbət zamanı, həmçinin regionda vəziyyət barədə də fikir mübadiləsi aparılıb. Tərəflər regionda sülh və sabitliyin təmin olunmasının əhəmiyyətini vurğulayıblar.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.






11-03-2025, 17:47
Azərbaycan vətəndaşlarının böyrəyini satan ukraynalı qadın Polşada həbs edildi


Azərbaycan vətəndaşlarının böyrəyini satan ukraynalı qadın Polşada həbs edildi

56 nəfərin böyrəyini satmaqda təqsirli bilinən ukraynalı qadın Polşada həbs edilib.
Məlumata görə, Qazaxıstanda insan orqanlarının alqı-satqısı ilə məşğul olan cinayətkar qruplaşmada iştirak etdiyinə görə 12 il müddətinə azadlıqdan məhrum edilən 35 yaşlı Kseniya P. Polşa ilə Ukrayna arasındakı dəmir yolu keçidində sərhədçilər tərəfindən saxlanılıb.
2020-ci ilin noyabrından İnterpolun “qırmızı xətti” ilə axtarışa verilən ukraynalı qadın maddi mənfəət üçün Qazaxıstan, Ermənistan, Azərbaycan, Ukrayna, Qırğızıstan, Tacikistan, Özbəkistan və Tailanddan olan 56 şəxsin böyrəklərini qanunsuz əldə etməkdə və “törətdiyi cinayətləri daimi gəlir mənbəyinə çevirməkdə” təqsirli bilinir.
Kseniya P. Qazaxıstana ekstradisiya olunacaq.
Onun Qazaxıstana ekstradisiya edilməsi üçün bir həftəlik həbs qətimkan tədbirinin tətbiqi ilə bağlı məhkəməyə vəsatət təqdim edilib.
11-03-2025, 17:30
Türkiyə Suriyaya hərbi müdaxilə edəcək? - Ankaradan reaksiya


Türkiyə Suriyaya hərbi müdaxilə edəcək? - Ankaradan reaksiya

Suriyada hökumət qüvvələri ilə keçmiş rejim lideri Bəşər Əsədə bağlı olan qüvvələr arasında Latakiya və Tartus şəhərlərində baş verən silahlı qarşıdurmaların şiddətlənməsi beynəlxalq narahatlığa səbəb olub. Döyüşlərin məzhəb zəmnində getdiyi bildirilir.
ABŞ və Rusiya məsələ ilə bağlı BMT Təhlükəsizlik Şurasında 10 mart tarixində qapalı iclas çağırıb. Türkiyə, ABŞ, İran, Fransa, Rusiya və Çin hadisələrə münasibət bildirib, döyüşlər və mülki itkilər barədə narahatlıqlarını ifadə ediblər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya ərazisində baş verən terror və zorakılığı sərt şəkildə pisləyib: “Türkiyə olaraq Suriyanın birliyini, sabitliyini və sosial sülhünü hədəf alan hər cür hücumu lənətləyirik” O, müvəqqəti hökumətin hadisələri böyük ölçüdə nəzarət altına aldığını, lakin vəziyyətin hələ də həssas olduğunu bildirib. Ərdoğan ələvilərin siyasi manipulyasiya vasitəsinə çevrilməsinə icazə verməyəcəklərini də vurğulayıb.
Suriyada 6 martda başlayan toqquşmalarda 1 500-dən çox insanın həlak olduğu bildirilir. Ölənlər arasında mülki şəxslər də var.
Suriya Müvəqqəti Hökumətinin lideri Əhməd Əş-Şərra 10 martda təhlükəsizliyin bərpası barədə açıqlama verib. O, mülki əhaliyə qarşı zorakılıq iddialarının araşdırılması üçün müstəqil komissiyanın yaradılacağını bildirib.
Hadisələrə beynəlxalq təşkilatlar da reaksiya verib. BMT İnsan Haqları Komissarı Volker Türk məzhəb zəmnində edam hallarına dair məlumatlar aldıqlarını bildirib.
ABŞ Dövlət Katibi Marko Rubio isə Suriyadakı etnik və dini azlıqlara dəstək verdiklərini bəyan edib. O, radikal döyüşçülərin bölgədə zorakılıq törətdiyini və məsuliyyətə cəlb olunmalı olduqlarını vurğulayıb.
İran və Rusiya isə məsələyə fərqli yanaşıblar. İran Xarici İşlər Nazirliyi hadisələrdə Tehran hökumətinin hər hansı rolu olduğunu qətiyyətlə rədd edib. Kremlin sözçüsü Dmitri Peskov isə Rusiyanın Suriyada davam edən qarşıdurmalardan dərin narahatlıq duyduğunu bildirib. Çin Xarici İşlər Nazirliyi də məsələ ilə bağlı açıqlama yayaraq, tərəfləri silahlı münaqişəni dayandırmağa və Suriyanın gələcəyi üçün siyasi həll yolu tapmağa çağırıb.
Məsələ ilə bağlı Türkiyə Böyük Millət Məclisinin(TBMM) hakim Ədalət və İnkişaf Partiyasından olan deputatı Şamil Ayrım bildirib ki, Türkiyə Suriyanın birliyinə tərəfdar olan ölkələrdən biridir:
"Oradakı bütün qüvvələrin birlikdə idarəetmədə olmağını istəyirik. Əvvəldən verilən açıqlamalar da bu istiqamətdə olub. Hazırki Prezident bu mövzuda lazımi tədbirləri görür. Lakin təəssüf ki, bəziləri bu vəziyyəti bəyənmir və qarışıqlıq yaradır. Türkiyə olaraq, bunu uyğun görmürük. Tərəfləri sülhə çağırır, bərabər şəkildə məsələləri ortaq konstitusiya çərçivəsində çıxarılmasına və bütün qrupların orada təmsil olunmasını istəyən tərəfik".
Ş.Ayrım vurğulayıb ki, Türkiyənin oraya silahlı müdaxiləsi ola bilməz:
"Bizim üçün bu gün əhəmiyyətli olan öz sərhədlərimizin təhlükəsizliyidir. Suriyanın sahibi özləridir. Oradakı bütün qruplar bir araya gəlib birlik-bərabərlik qurmalıdırlar. Xaricdən müdaxilə olduğu üçün vəziyyət bu yerə gəlib çatıb. Biz səbrlə prosesləri gözləyirik. Əvvəldən bəri, təbii ki, Türkiyə mövcud quruluşu dəstəkləyir. Xarici işlər nazirmiz Suriyaya getdi. Prezidentimizin açıqlamaları, Əhməd Şaaranın Türkiyəyə gəlməsi bunu sübut edir. Türkiyə mövcud sistemin içərisində olmayan qrupların da bura daxil olmağını arzu edir".
11-03-2025, 17:22
Azərbaycanlı deputat erməni təxribatının qarşısını aldı


Azərbaycanlı deputat erməni təxribatının qarşısını aldı

Moldovanın Kişineu şəhərində təşkil edilən “Gələcək üçün sinerjilərin təminatı” elmi-praktiki konfransda erməni təxribatının qarşısı alınıb.
Tədbirin ilk günündə təşkil edilən 5-ci paneldə özünü qondorma “Dağlıq Qarabağın” sakini kimi təqdim edən erməni qızın çıxışı zamanı Azərbaycan ilə bağlı təhrif olunmuş və qərəzli fikirlər səsləndirilib.
Milli Məclisin deputatı, iqtisadçı alim Vüqar Bayramov çıxışa etiraz edib. O erməni təmsilçisinin çıxışının dərhal dayandırılmasını tələb edib. V. Bayramov bildirib ki, “Dağlıq Qarabağ” adlı yer yoxdur, Azərbaycanın Qarabağ iqtisadi rayonu var: “Şüarı dialoq olan beynəlxalq tədbirdə separatizm meyilləri təqdim oluna bilməz.
Tədbirdə qərəzli siyasi bəyanat səsləndirməkdənsə Qərbi Azərbaycanı zorla tərk etmiş 300 min Azərbaycanlının hüquqlarıdan danışmaq və regionda sülhü dəstəkləmək lazımdır. Qərəzli yanaşmalar ilə Qafqazda sülhə nail olmaq olmaz.
V.Bayramovun israrlı təkidindən sonra erməni nümayəndənin çıxışı dayandırılıb və ona çıxışını davam etdirməyə imkan verilməyib. Təşkilatçıların nümayəndəsii baş verənlərə görə Azərbaycan nümayəndə heyətindən üzr istəyib.
Qeyd edək ki, “Gələcək üçün sinerjilərin təminatı” elmi-praktiki konfransında Azərbaycan, Ermənistan, Moldova, Ukrayna və Avropa İttifaqının nümayəndələri iştirak edirlər. Tədbirdə Azərbaycanı dövlət qurumlarının, o cümlədən Dövlət Su Ehtiyatları Agentliyinin, universitetlərin, eləcə də Xəzər Universitetinin nümayəndələri və ekspertlər təmsil edilər.
Tədbir martın 13-də başa çatacaq.


11-03-2025, 17:15
Ermənistan Azərbaycanla yeni müharibəyə hazırlaşır - "Caliber"


Ermənistan Azərbaycanla yeni müharibəyə hazırlaşır - "Caliber"

Ermənistan hakimiyyəti xarici auditoriyaya yönəlmiş sülhə hazır olması barədə bəyanatlara baxmayaraq, Azərbaycanla yeni müharibəyə fəal şəkildə hazırlaşır.
Bildirilib ki, rəsmi İrəvanın son hərəkətlərinin bütün məntiqi, revanşist əhval-ruhiyyə ilə dolu və güclü şəkildə militarizasiya olunan, regionun tezliklə erməni tərəfinin təhrik etdiyi növbəti müharibə ilə partlayacağını göstərir. Üstəlik, Ermənistan artıq qarşıdurmanın yeni mərhələsinə hazırlıqlarını gizlətmir - belə ki, keçən həftə hökumətin iclasında elan edilib ki, ehtiyatda olanların növbəti toplanışları Ermənistanda 1 aprel - 13 iyun tarixlərində keçiriləcək.
11-03-2025, 17:03
Şimali Makedoniya Prezidenti Heydər Əliyevin məzarını ziyarət edib


Şimali Makedoniya Prezidenti Heydər Əliyevin məzarını ziyarət edib

Ölkəmizdə rəsmi səfərdə olan Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova martın 11-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

11-03-2025, 16:50
Paşinyan AŞ baş katibi ilə Ermənistan-Azərbaycan məsələsini müzakirə etdi


Paşinyan AŞ baş katibi ilə Ermənistan-Azərbaycan məsələsini müzakirə etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Şurasının (AŞ) baş katibi Alen Berset ilə telefon danışığı aparıb.
Həmsöhbətlər Ermənistan-AŞ tərəfdaşlığı və təşkilatın dəstəyi ilə Ermənistanda həyata keçirilən islahatlarla bağlı məsələləri müzakirə ediblər.
Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması və regional sabitliklə bağlı məsələlərə də toxunulub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!