Bu məhkumlar azadlığa çıxa bilər - Novella Cəfəroğlu ADLAR ÇƏKDİ .....                        Biləsuvarda qadın boğularaq öldürülübmüş - Gəlini və onun qardaşı saxlanıldı .....                        Avropa İttifaqından 2 Azərbaycan vətəndaşına SANKSİYA .....                        Bakıda bəzi sexlərin fəaliyyəti dayandırıldı - VİDEO .....                        Xüsusi Təyinatlıların buraxılış mərasimi keçirilib .....                        Ərdoğanın oğlundan atasına dəstək çağırışı .....                        Azərbaycanda bu heyvan növləri yoxa çıxıb .....                        Qara dənizdə təhlükə artır - Ekspertdən XƏBƏRDARLIQ .....                        Tramp Belarusdakı ABŞ səfirliyini yenidən açır .....                       
14-08-2025, 14:26
Zelenski Londondadır - FOTO


Zelenski Londondadır - FOTO

Ukrayna prezidenti Volodimir Zelenski Londonda səfərdədir.
O, Böyük Britaniyanın baş naziri Key Starmerlə görüşüb.
Qeyd edək ki, Zelenski ötən gün Berlində səfərdə olub və Avropa liderləri ilə birgə ABŞ Prezidenti Donald Trampla danışıqlar aparıb.



14-08-2025, 14:05
Trampın xanımı Baydenin oğlunu 1 milyardlıq təzminatla hədələdi


[b]Trampın xanımı Baydenin oğlunu 1 milyardlıq təzminatla hədələdi[/b]

ABŞ prezidenti Donald Trampın həyat yoldaşı Melaniya eks-prezident Co Baydenin oğlu Hunteri Ceffri Epşteyn işi kontekstində onun barəsində böhtan xarakterli ifadələrə görə 1 milyard dollarlıq məhkəmə iddiası ilə hədələyib.
Bu barədə “Fox News” Melaniya Trampın vəkilinin məktubuna istinadən məlumat yayıb.
Məlumata görə, avqustun 5-də Hunter YouTube-da “Ovçu Bayden qayıdır” adlı video yerləşdirib, bundan sonra Melaniya videoda yalan ifadələrin olduğunu bildirib.
Vəkilin məktubunda deyilir: "Videoda mahiyyət etibarilə böhtan xarakterli yalan ifadələr var: "Epsteyn Melaniyanı Trampa təqdim etdi. Əlaqələr çox geniş və dərin görünür”".
Vəkil müvəkkilinin adından Hunterdən "dərhal yalan, böhtan, alçaldıcı və qızışdırıcı ifadələr verməkdən əl çəkməyi" tələb edib.
Co Baydenin oğlu Melaniyanın tələbini yerinə yetirməsə, sonuncu onu məhkəməyə vermək, 1 milyard dollar təzminat tələb etmək niyyətindədir. Şərtlərin yerinə yetirilməsi üçün son tarix avqustun 7-si idi.
Bundan əvvəl “The Washington Post” yazıb ki, Donald Tramp Epşteyn işi ilə bağlı administrasiyasının hərəkətlərindən narazılığını bildirib. Nəşrin yazdığına görə, o, mövzunun tez bir zamanda aradan qalxacağını gözləyən məmurların səhvlərindən və dəqiq strategiyasının olmamasından məyusdur.
14-08-2025, 00:48
Ağ Evdəki görüşdən yeni GÖRÜNTÜLƏR


Ağ Evdəki görüşdən yeni GÖRÜNTÜLƏR

Avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezident İlham Əliyevlə ABŞ lideri Donald Tramp arasında Ağ Evdə keçirilən görüşün geniş videosu yayılıb.
Videoda dövlət başçılarının olduqca səmimi dialoqu öz əksini tapıb.
Baku TV-yə istinadən həmin dialoqun tam versiyasını təqdim edirik:

14-08-2025, 00:20
Şamaxıda ağır qəza - ölən var


Şamaxıda ağır qəza - ölən var

Şamaxı rayonunun Çöl Göylər kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
İlkin məlumata görə, hərəkətdə olan minik avtomobili idarəetməni itirərək aşıb. Qəza nəticəsində müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan 23 yaşlı Leyla Qasımova hadisə yerində dünyasını dəyişib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, hadisə nəticəsində ümumilikdə 9 nəfər (4 kişi, 5 qadın) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım şöbəsinə hospitalizasiya olunub.
Tibb müəssisəsində yaralılara bel və döş fəqərələrinin kompression sınıqları, sol bazu sümüyünün sadə və çoxqəlpəli sınıqları, bel, sol çiyin və sol diz nahiyəsinin yumşaq toxumalarının əzilməsi, qapalı kəllə-beyin travması, sağ göz ətrafı toxumalarda hematoma, eləcə də üz nahiyəsində çoxsaylı səthi sıyrıntılar diaqnozu qoyulub.
Zəruri tibbi yardım göstərildikdən sonra 2 nəfər ambulator müalicə üçün evə buraxılıb. 1983-cü il təvəllüdlü qadın isə ixtisaslaşdırılmış tibbi yardım məqsədilə Elmi Tədqiqat Travmatologiya-Ortopediya İnstitutuna göndərilib. Digər şəxslərin müalicəsi Təcili Tibbi Yardım şöbəsində davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan verilən məlumata görə, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb və araşdırma aparılır.
13-08-2025, 23:51
Putin müharibəni dayandırmağa razı olmasa... - Tramp


Putin müharibəni dayandırmağa razı olmasa... - Tramp

ABŞ Prezidenti Donald Tramp cümə günü Alyaskada keçiriləcək görüş zamanı Rusiya Prezidenti Vladimir Putinin Ukraynadakı müharibəni dayandırmağa razı olmadığı təqdirdə, bunun Rusiya üçün çox ağır nəticələri olacağını deyib.
Bu barədə Tramp Vaşinqtondakı Kennedi Mərkəzində çıxışı zamanı keçirilən tədbirdə bildirib.
O, bunun yeni sanksiyalar və ya tariflər demək olduğuna dair sualdan yayınıb.
"Bu barədə nəsə deməyə məcbur deyiləm. Lakin bunun çox ağır nəticələri olacaq",- deyə Tramp qeyd edib.
13-08-2025, 23:34
Putin onlara güvənmir - Kreml elitası daxilində PARÇALANMA


Putin onlara güvənmir - Kreml elitası daxilində PARÇALANMA

Rusiyada iqtisadi vəziyyət getdikcə pisləşir, Ukrayna müdafiəsi isə möhkəm qalır. Bu şəraitdə Kreml elitası həm müharibədən qazandıqları imtiyazları qorumağa, həm də böyük insan və maliyyə itkilərinə görə məsuliyyətdən yayınmağa çalışır.
Nüfuzlu “Foreign Policy” jurnalında dərc edilən məqalədə deyilir ki, Rusiya Prezidenti Vladimir Putin elita içindəki parçalanmanın və gələcəyə dair narahatlığın rejimin birliyini sarsıda biləcəyindən ehtiyat edir.
Bu səbəbdən Kreml “milli təhlükəsizlik” adı altında misilsiz hüquqi mexanizmlər tətbiq edir. Məqsəd Qərblə əlaqədə və ya azacıq “sədaqətsizlikdə” şübhələnilən şəxslərin sərvətlərini müsadirə edib, vəsaiti daha az bacarıqlı olsa da Putinə açıq dəstək göstərənlərə ötürməkdir.
Yeni mexanizm Rusiya elitası daxilində “məhbus dilemması”na səbəb olub, burada ən təhlükəsiz yol nümayişkaranə sədaqət göstərmək və rəqibləri səssizcə zəiflətməkdir.
ABŞ üçün əsas məsələ bu daxili proseslərin Ukrayna müharibəsinin bitməsinə mane olmamasıdır. “Foreign Policy” yazır ki, Vaşinqton Kreml rəhbərliyini və sənaye elitasını müharibənin iqtisadi və siyasi qiyməti barədə narahat saxlamaqla, sülh danışıqlarında üstünlük qazana bilər. Bunun üçün “müharibənin memarları”na sanksiyalar davam etməli, müharibəyə açıq dəstək verməyənlər üçün isə yumşaq davranılacağı mesajı verilməlidir.
Putin 2022-də başladığı müharibəni siyasi zirvəsinin “tac qələbəsi” kimi görsə də, indi sistem onu qorumağa məcburdur. BBC və “Mediazona”nın hesablamalarına görə, 2025-ci ilin iyuluna qədər ən azı 165 min rus hərbçisi həlak olub. “Oryx” platforması isə 22 min hərbi texnika itkisini sənədləşdirib.
2024-də yüksək vəzifəli məmurlar arasında 122 cinayət işi açılıb, 100 nəfər korrupsiya ittihamı ilə həbs olunub. Müdafiə Nazirliyindən onlarla zabit işdən çıxarılıb. 2022-dən bəri strateji sektorlara bağlı 27 yüksək səviyyəli iş adamı müəmmalı şəkildə ölüb. İyulda nəqliyyat naziri Roman Starovoytun “intihar” etdiyi xəbəri yayılıb, ardınca nazirlikdə başqa bir yüksək vəzifəli şəxs qəfil infarktdan öldü. Elita daxilində artıq qorxu yaranıb: “Növbə məndədir?”
Müharibə bəzi dairələr üçün isə sərvət mənbəyinə çevrilib. Müdafiə sənayesi oliqarxları, istehsal müəssisələrinə ev sahibliyi edən qubernatorlar və Qərb aktivlərini ələ keçirən şəxslər böyük mənfəət qazanır. Onlar dövlət dəstəkli güzəştli hərbi kreditlər alır, amma qalan iqtisadiyyat üçün faiz dərəcələri 18–21% civarındadır.
Kreml sədaqətsizliyi cəzalandırmaq üçün sərvət bölgüsünü silah kimi istifadə edir. 2022-dən bəri ÜDM-in təxminən 2%-i (49 milyard dollar) həcmində aktivlər milliləşdirilib. Məsələn, Putinin partiyasının üzvü Konstantin Strukovun biznesləri, qızına kapital ötürdüyünə və xaricə pul çıxardığına görə, cəmi 9 günə dövlətə keçirilib.
Maliyyə naziri Anton Siluanov açıqlayıb ki, bu aktivlər sovet üsulu ilə müsadirə olunmayacaq, “etibarlı” yeni sahiblərə satılacaq. Beləliklə, strateji sektorlar sadiq elitaya paylanır.
ABŞ prezidenti Donald Tramp Putinə müharibəni bitirməsi üçün son tarix qoysa da, “Foreign Policy” hesab edir ki, hətta atəşkəs siqnalları belə Kreml daxilində mübarizəni qızışdıracaq. Müharibə zamanı əldə edilən aktivlər iqtisadiyyat daraldıqca başqalarının hədəfinə çevriləcək.
Vaşinqton üçün ən yaxşı strategiya tələsmədən, iqtisadi təzyiqi davam etdirərək rus elitasında müharibənin “udulmaz” olduğu qənaətini gücləndirməkdir. ABŞ həm sanksiyaları davam etdirib, həm də səssizcə müharibədən uzaq duranlara gələcəkdə Qərblə barışıq imkanı təqdim edə bilər.
Beləliklə, Putin öz mövqeyini qorumağa çalışsa da, “Foreign Policy”yə görə, onun ətrafındakı elita artıq gələcəyi düşünür və müharibənin davamı onların şəxsi sərvətləri üçün getdikcə daha böyük risk yaradır.
13-08-2025, 22:46
Şairin küçədə meyiti tapıldı


Şairin küçədə meyiti tapıldı

Şair, nasir, jurnalist Kəramət Şükürovun küçədə meyiti aşkarlanıb.
Bu barədə “Qobustan” dərgisinin əməkdaşı, yazıçı Oqtay Əhmədov sosial şəbəkədəki hesabında bildirib.
K.Şükürovun vəfat səbəbi məlum deyil.
Faktla bağlı araşdırmalar aparılır.
Qeyd edək ki, Kəramət Rza oğlu Şükürov 1 dekabr 1957- ci ildə Masallı rayonunun Göyçöl kəndində anadan olub.
Əmək fəaliyyətinə Göyçöl kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi başlayıb. 1987-ci ildən "Yazıçı" və "Elm" nəşriyyatlarında çalışıb, Azərbaycan Yazıçılar Birliyinin Natəvan adına klubunun direktoru olub. Bir müddət "Novruz", "Oğuz eli" qəzetlərində əməkdaşlıq edib. "Nəfəs", "Yeni quruluş" qəzetlərinin baş redaktoru, "Məqam" qəzetinin şöbə müdiri olub.
Tələbəlik illərindən hekayə və şeirləri dövri mətbuatda, "Ulduz" jurnalında və "Yaşıl budaqlar" almanaxında dərc olunub.
13-08-2025, 22:37
Özgür Özəl haqqında istintaq başladı


Özgür Özəl haqqında istintaq başladı

CHP sədri Özgür Özəl haqqında istintaq başladılıb.
Bu haqda Türkiyənin ədliyyə naziri Yılmaz Tunç sosial şəbəkə hesabında paylaşım edib.
Nazir bildirib ki, istintaqa səbəb onun ölkə prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı söylədiyi sözlərdir:
“CHP sədrinin prezidentimizin ünvanına söylədiyi təhqiramiz ifadələrlə bağlı Ankara Respublika Baş Prokurorluğu tərəfindən araşdırma başlanıb. Hörmət həddini bu sözlər 86 milyon vətəndaşımızı təmsil edən iradəyə açıq-aşkar hücumdur.
Siyasət ədəb və əxlaq çərçivəsində aparılır. CHP sədrinin istifadə etdiyi bu yersiz dil artıq sadəcə üslub məsələsi deyil.
Millətimiz əvvəllər də olduğu kimi böhtanla məşğul olanlara yol verməyəcək”.
13-08-2025, 22:01
Dağda yıxılaraq köməksiz qalan qadın xilas edildi


Dağda yıxılaraq köməksiz qalan qadın xilas edildi

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qəbələ rayonunun Duruca kəndində mürəkkəb relyefli dağlıq ərazidə bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Şimal-qərb Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, Bakı şəhər sakini olan 1959-cu il təvəllüdlü qadının dağlıq ərazidə yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri aldığı və köməksiz vəziyyətdə qaldığı müəyyən edilib.
Xilasedicilər çətin keçidli dağlıq ərazidə köməksiz vəziyyətdə qalan şəxsi xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
13-08-2025, 17:36
Tramp-Putin görüşü ərəfəsində ruslar ildırımsürətli hücuma keçib


Tramp-Putin görüşü ərəfəsində ruslar ildırımsürətli hücuma keçib

Rusiya qoşunları ABŞ və Rusiya prezidentləri Donald Trampla Vladimir Putinin 15 avqust tarixli görüşü ərəfəsində Ukrayna ərazisində ilin ən böyük 24 saatlıq hücumunu həyata keçirib.
Bu barədə AFP agentliyi Amerika Müharibə Araşdırma İnstitutunun məlumatlarının təhlili əsasında məlumat yayıb.
Rusiya ordusu avqustun 12-də ildırımsürətli hücum zamanı 110 kvadrat kilometr ərazini işğal edib - bu, 2024-cü il may ayının sonundan bəri 24 saat ərzində ələ keçirilən ən böyük ərazidir.
Ukrayna hərbçilərinin hesablamalarına görə, təxminən 110 min rusiyalı hərbçi Pokrovsk istiqamətində irəliləyir ki, bu da Vladimir Putin üçün böyük sıçrayış ola bilər.
Ukrayna əsgərləri zirehli personal daşıyıcısını pilotsuz təyyarələrin zərbələri ilə məhv etməzdən əvvəl hava kəşfiyyatı Rusiya taqımının sürətli irəliləyişini qeydə alıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!