Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                        Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir .....                       
6-01-2026, 15:01
Əcnəbi vətəndaş Zelenskinin müşaviri oldu


Əcnəbi vətəndaş Zelenskinin müşaviri oldu

Kanada Baş nazirinin keçmiş müavini Xristiya Frilend Zelenskinin müşaviri olub.
Ukrayna Prezidenti Volodimir Zelenski kanadalı siyasətçi Xristiya Frilendini iqtisadi inkişaf üzrə ştatdankənar müşaviri təyin edib.
"Xristiya... investisiya cəlb etmək və iqtisadi islahatlar həyata keçirmək təcrübəsinə malikdir. Ukrayna indi daxili dayanıqlığını gücləndirməlidir - əgər diplomatiya mümkün qədər tez işə yarayarsa, bərpa naminə və müdafiəmizi gücləndirmək naminə, əgər tərəfdaşlarımızın gecikmələri müharibəni bitirmək üçün daha uzun müddət işləməli olduğumuzu göstərirsə", - deyə Zelenski bildirib.
Xristiya Frilend Kanadada anadan olub, anası ukraynalıdır. Frilend karyerasına jurnalist kimi başlayıb, o cümlədən Ukrayna və Rusiyadakı Qərb nəşrlərində çalışıb. Frilend daha sonra Kanada Parlamentinə seçilib, nazir, daha sonra isə Kanada hökumətində Baş nazirin müavini vəzifəsində çalışıb. O, Ukraynanın sadiq tərəfdarıdır.
6-01-2026, 14:49
"Çelsi"yə yeni baş məşqçi təyin olundu


"Çelsi"yə yeni baş məşqçi təyin olundu

İngiltərənin "Çelsi" komandası yeni baş məşqçisini açıqlayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Zadəganlar" yerli mütəxəssis Liam Rosenyorla razılığa gəlib. 41 yaşlı çalışdırıcı ilə 2032-ci ilə qədər müqavilə imzalanıb.
Qeyd edək ki, "Çelsi" yanvarın 1-də Entso Mareskanı istefaya göndərib.
6-01-2026, 14:23
Prezident fərman İMZALADI


Prezident fərman İMZALADI

“Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında 2025–2027-ci illər üçün elm və təhsil, mədəniyyət və incəsənət, gənclər və idman, arxeologiya, səhiyyə və media sahələri üzrə İcraedici Əməkdaşlıq Proqramı” təsdiq edilib.
Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.
Fərmana görə, İcraedici Əməkdaşlıq Proqramı qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Nazirlər Kabineti onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi İcraedici Əməkdaşlıq Proqramının qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İordaniya Haşimilər Krallığı Hökumətinə bildiriş göndərməlidir.
Qeyd edək ki, Proqram 2025-ci il noyabrın 27-də Bakı şəhərində imzalanıb.
6-01-2026, 14:10
Qatarlar Xocalıda dayanacaq


Qatarlar Xocalıda dayanacaq

Bildiyiniz kimi, cənab Prezident İlham Əliyev iyulun 3-də Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməlini qoyub. Kompleksin sahəsi 6,4 hektar təşkil edəcək. Beşmərtəbəli kompleksin ərazisində 2 dəmir yolu platformasının və 12 avtobus dayanacağının inşası nəzərdə tutulub.
Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.
Qurumdan bildirilib ki, Ağdam-Xankəndi dəmir yolu xəttinin layihələndirilməsi işlərinin 81%-i, tikinti-quraşdırma işlərinin 29%-i yerinə yetirilib. Bundan əlavə, layihə çərçivəsində 3 stansiya (Əsgəran və Xocalı stansiyaları, Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksi) və 124 ədəd mühəndis qurğusunun inşası nəzərdə tutulur.
Qeyd edilib ki, tikinti işlərinin 2026-cı ilin sonuna qədər başa çatdırılması planlaşdırılır.
6-01-2026, 14:01
Leyla Əliyev Oman Sultanlığının Vəliəhdi ilə görüşdü


Leyla Əliyev Oman Sultanlığının Vəliəhdi ilə görüşdü

Leyla Əliyevanın Omana səfəri davam edir.
Omana səfəri çərçivəsində Leyla Əliyeva Oman Sultanlığının Vəliəhdi, mədəniyyət, idman və gənclər naziri Sayyid Theyazin bin Haitham Al Saidlə görüşüb.
Leyla Əliyeva Azərbaycanda mədəniyyətin və tarixi irsin qorunması, təbliği, eləcə də gənclər və idman siyasəti ilə bağlı dövlət tərəfindən həyata keçirilən ardıcıl tədbirlərdən danışıb. Oman Sultanlığının Vəliəhdi Azərbaycan ilə əməkdaşlığın inkişafında maraqlı olduqlarını bildirib.
Görüşdə Azərbaycan ilə Oman arasında dostluq və əməkdaşlıq münasibətlərinin yüksək səviyyəsindən məmnunluq bildirilib, münasibətlərimizin gələcəkdə daha da genişlənəcəyinə əminlik ifadə edilib.
6-01-2026, 13:52
Nazirlikdən maaş və pensiyalarla bağlı AÇIQLAMA


Nazirlikdən maaş və pensiyalarla bağlı AÇIQLAMA

“Prezident İlham Əliyevin siyasətinin mərkəzində vətəndaş amilinin dayanması nəticəsində ölkəmiz güclü sosial siyasətə malikdir. Son 7 ildə ardıcıl olaraq icra olunan 5 sosial islahat paketi də bunu əməli şəkildə təsdiq edir”.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.
Qeyd edilib ki, sözügüdən sosial islahat paketləri əməkhaqqı, pensiya və digər sosial ödənişlərdə ciddi artımlara, o cümlədən minimum əməkhaqqında 3,1 dəfə, orta aylıq əməkhaqqında 2 dəfə, minimum pensiyada 3 dəfəyə yaxın, orta aylıq pensiya 2,6 dəfə, sosial müavinət, təqaüd ödənişləri üçün ayrılan illik vəsaitdə 5 dəfə, ünvanlı yardımın hər ailəyə düşən orta aylıq məbləği 2,4 dəfə artıma və s. imkan verib.
"Yerli televiziya kanallarına müsahibəsində dövlətimizin başçısı son yeddi il ərzində 5 sosial islahat paketinin icra edildiyini vurğulayaraq deyib: “Bu islahatların əhatə dairəsi 4 milyon insandır və təqribən 8 milyard manata yaxın olan vəsaitdir. Təkcə keçən il 1,4 milyard büdcə vəsaiti bu məqsədlər üçün xərclənib. Yəni maaşlar, pensiyalar, müavinətlər müntəzəm olaraq artırılır, pensiyalar indeksləşdirilir”", - Nazirlikdən bildirilib.
6-01-2026, 13:48
İran hakimiyyətdən etirazları sakitləşdirmək üçün pul təklifi


İran hakimiyyətdən etirazları sakitləşdirmək üçün pul təklifi

İran iqtisadi böhranın yaratdığı etirazlar fonunda vətəndaşlarına aylıq təxminən 7 dollar ödəniş təklif edir.
Ölkənin əmək, sosial təminat və kooperasiya naziri Əli Rabiyə ödənişlərin təxminən 80 milyon insana çatacağını bildirib.
Hazırda İran iqtisadiyyatı sanksiyalardan və neft gəlirlərinin azalmasından əziyyət çəkir, valyuta dəyərinin yarıdan çoxunu itirib və orta illik inflyasiya 42,2%-ə çatıb.
Xatırladaq ki, proqram 78 şəhər və 222 qəsəbədə iştirakçıların Ali Lider Əli Xamenei rejiminin devrilməsini tələb etdiyi geniş etirazlar fonunda elan edilib. İnsan haqları fəallarının məlumatına görə, üçü uşaq olmaqla ən azı 20 nəfər öldürülüb, təxminən 1000 nəfər həbs olunub.
6-01-2026, 13:36
Venesuela xalqı Trampa minnətdardır


Venesuela xalqı Trampa minnətdardır

Venesuela müxalifətinin lideri Mariya Korina Maçado Nobel Sülh Mükafatını ABŞ Prezidenti Donald Trampa təqdim etməyə hazır olduğunu açıqlayıb. O qeyd edib ki, Trampa minnətdarlıq əlaməti olaraq onu bölüşməyə hazırdır:
"Venesuela xalqı Donald Trampa ölkə prezidenti Nikolas Maduronun həbsinə görə təşəkkür etmək üçün bu addımı atmağa hazırdır".
Müxalifət lideri bunu tarixi addım adlandırıb:
"Bu, demokratik keçidə doğru atılmış çox böyük bir addımdır və mən bunu Amerika xalqına çatdırmaq istəyirəm”.
2025-ci ilin oktyabrında Nobel Komitəsi Venesuela xalqının demokratik hüquqlarının təşviqinə verdiyi töhfəyə görə Nobel Sülh Mükafatını Mariya Korina Maçadaya təqdim edib.
Mariya Korina Maçado 2024-cü il prezident seçkilərində saxtakarlıq edildiyini bəyan etdikdən sonra Maduronun rejimindən gizlənərək sığınacaqda yaşayıb. Venesuela hakimiyyəti onun yüzlərlə tərəfdarını həbs edib.

6-01-2026, 13:33
Xəstəxanaya müayinəyə gələn şəxs dəhlizdə öldü


Xəstəxanaya müayinəyə gələn şəxs dəhlizdə öldü

Mingəçevirdə xəstəxanaya müayinəyə gələn Ağdaş sakini qəfildən ölüb.
Hadisə şəhər Mərkəzi Xəstəxanasında qeydə alınıb. 1978-ci il təvəllüdlü Ağdaş rayon sakini Fizuli İbadovun müayinə üçün gəldiyi xəstəxananın dəhlizində qəfildən halı pısləşib və huşunu itirib. Həkimlərin cəhdinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
6-01-2026, 13:21
İsraildə "quş qripi"  aşkarlandı


İsraildə "quş qripi" aşkarlandı

İsraildə "quş qripi" qeydə alınıb.
Bu barədə Parisdə yerləşən Heyvan Sağlamlığı üzrə Ümumdünya Təşkilatı məlumat yayıb.
Bildirilib ki, İsrailin şimalındakı Sde Yaakov kəndində 2000 ördək arasında H5N1 qripi aşkarlanıb.
Qrip 90 ördəyin ölümünə səbəb olub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!