Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                        Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir .....                       
6-01-2026, 13:08
Temperatur yüksələcək - Sabahın hava proqnozu


Temperatur yüksələcək - Sabahın hava proqnozu

Azərbaycanda yanvarın 7-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 5-7, gündüz 9-13 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu, nisbi rütubət isə gecə 80-85 %, gündüz 70-75 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti olacaq.
6-01-2026, 13:00
Maduronun oğlu atasının həbsinə etiraz etdi


Maduronun oğlu atasının həbsinə etiraz etdi

ABŞ xüsusi təyinatlı qüvvələri tərəfindən ələ keçirlən Venesuelanın devrilmiş prezidenti Nikolas Maduronun adı hələ ki dünyanın əsas müzakirə mövzularından biri olaraq qalır.
Nikolas Maduronun Venesuela parlamentinin üzvü olan oğlu Nikolas Maduro Gerra atasının ABŞ tərəfindən həbsinə etiraz edib.
"O, gec-tez yenidən bizimlə olacaq. Bu, həm Venesuelada, həm də xaricdə xalqımızın birliyi sayəsində mümkün olacaq", - Maduronun oğlu parlament iclasında bildirib.
Xarici KİV-in məlumatına görə, Nikolas Maduronun oğlu həmçinin Ali Məhkəmənin qərarına uyğun olaraq, prezident vəzifəsini icra edəcək vitse-prezident Delsi Rodrigezi tam dəstəklədiyini bildirib.
6-01-2026, 12:53
Əsgər ölümünə görə həkim məsuliyyətə cəlb olundu


Əsgər ölümünə görə həkim məsuliyyətə cəlb olundu

"N" saylı hərbi hissəsinin hərbi qulluqçusu əsgər Fariz İsayevin ölüm faktı əsasında başlanılmış cinayət işinin ibtidai istintaqı başa çatıb.
Faktla bağlı əsgərin qulluq etdiyi hərbi hissənin həkimi, tibb xidməti baş leytenantı Vaqif Məmmədov cinayət məsuliyyətinə cəlb edilib.
O, Cinayət Məcəlləsinin 342.1-1-ci (Qulluğa səhlənkar yanaşma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham olunur. V.Məmmədov barəsində başqa yerə getməmək iltizam qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
Xatırladaq ki, ötən ilin may ayında Oğuz rayonunun Xaçmaz kəndindən hərbi xidmətə çağırılan əsgər Fariz Sadiq oğlu İsayev hərbi hissəyə göndəriləndən üç gün sonra vəfat edib. İddialara əsasən, yüksək hərarəti olan əsgərə antibiotik iynəsi vurulub və o, iynənin təsirindən şoka düşərək ölüb.
Sumqayıt Hərbi Prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, ölümün səbəbinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin olunub, eləcə də digər prosessual hərəkətlər icra edilib.
Faktla bağlı Sumqayıt Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istintaq aparılıb.
6-01-2026, 12:42
"Kənd toyuğu" adı ilə rəngləmiş toyuq satılırmış


"Kənd toyuğu" adı ilə rəngləmiş toyuq satılırmış

Xırdalan şəhərində qanunsuz fəaliyyət göstərən quş kəsimi sexində toyuq məhsullarından götürülmüş nümunələrin nəticələri məlum olub.
Qida Təhlükəsizliyi Agentliyinin məlumatına görə, laborator sınaq zamanı "kənd toyuğu" təəssüratı yaratmaq məqsədilə toyuqların Tartrazin (E102) qida əlavəsindən istifadə edilərək sarı rəngə boyadıldığı aşkarlanıb.
Tartrazin (E102) dərman və kosmetik vasitələrdə, eləcə də bəzi qida məhsullarında istifadə olunan sintetik sarı boyadır, insanlarda həssaslıq və allergiya kimi yan təsirlərə malikdir.
Xatırladaq ki, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən qanunsuz hallara yol verən Abşeron rayonu, Xırdalan şəhəri, M.Müşfiq küçəsi, ev 3 ünvanında fiziki şəxs Salahov Şahin Salam oğluna məxsus quş kəsimi sexinin fəaliyyəti məhdudlaşdırılıb.
Faktla bağlı sahibkar barəsində inzibati icraata başlanılıb. Toyuqların kəsimi və toyuq məhsullarının dövriyyəsi qadağan edilib, məhsullar ərazidən kənarlaşdırılaraq saxlanca verilib.
6-01-2026, 12:36
Sabiq nazir dövlətə olan 2,2 milyon manat borcunu ödəyib


Sabiq nazir dövlətə olan 2,2 milyon manat borcunu ödəyib

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsus “Improtex Group”a daxil olan şirkətlərdən biri olan "İmprotex Industries” MMC külli miqdarda vergi borcunu ödəyib.
“İmprotex Industries” MMC 2 milyon 223 min manat məbləğində vergi borcunu tam şəkildə dövlət büdcəsinə köçürüb.
Bildirək ki, şirkətin qanuni təmsilçisi sabiq nazirin qardaşı oğlu Ruslan Ələkbərovdur.
Qeyd edək ki, “Improtex” qrupu 1991-ci ildə yaradılıb. Füzuli Ələkbərovun nazir vəzifəsində çalışdığı dövrdə holdinqə onun həyat yoldaşı İradə Ələkbərova rəhbərlik edib.
Hazırda şirkətlər qrupuna “İmprotex Trucks & Buses”, “İmprotex Industries”, “İmprotex Motors” və “Imagro” kimi törəmə şirkətlər daxildir.
6-01-2026, 12:31
Avropanın üç əsas lideri istefa verə bilər


Avropanın üç əsas lideri istefa verə bilər

Ukraynadakı müharibənin davam etməsinin tərəfdarı olan üç Avropa ölkəsinin lideri bu il istefa verə bilər.
Bu iddia ilə ABŞ ordusunun təqaüddə olan polkovniki Lorens Uilkerson YouTube kanalında çıxışı zamanı bildirib.
O, Almaniya kansleri Fridrix Merts, Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Keyr Starmerin istefa riski altında olduğuna inandığını vurğulayıb.
Polkovnik qeyd edib ki, sorğulara görə, bu üç ölkənin əhalisi Rusiya ilə müharibə istəmir, lakin onların liderləri Ukraynanı dəstəkləyərkən anti-Rusiya siyasəti yürütməyə davam edirlər. Buna görə də Uilkerson hesab edir ki, yeni liderlərin seçilməsi üçün seçkilər Fransa, Almaniya və Böyük Britaniyada keçirilə bilər.
Eyni zamanda, polkovnik Ukraynadakı münaqişənin Avropa üçün dağıdıcı nəticələrinə diqqət çəkib.
O qeyd edib ki, münaqişənin davam etməsi Ukraynada və bəlkə də Avropada sülhün sonu deməkdir.
6-01-2026, 12:02
“Yeni Klinika”nın ginekoloquna cinayət işi açıldı


“Yeni Klinika”nın ginekoloquna cinayət işi açıldı

Xəstənin ölümündə təqsirləndirilən həkim barəsində cinayət işinin ibtidai istintaqı tamamlanıb.
Bu barədə Bakı şəhəri Nizami rayon prokurorluğunun məlumatında deyilir.
“Yeni Klinika” PHŞ-nin Reproduktiv Sağlamlıq və Ailə Planlaması Mərkəzinin Ginekologiya şöbəsində həkim-mama-ginekoloq işləyən Sevinc Məmmədova tərəfindən icra edilmiş cərrahiyyə əməliyyatı nəticəsində Günay Məmmədovanın ötən il mayın 18-də ölməsi faktı üzrə Bakı şəhəri Nizami rayon prokurorluğunda araşdırma aparılaraq Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə keçirilmiş çoxsaylı ekspertiza rəyləri və əldə edilmiş digər istintaq dəlillərinə əsasən, Sevinc Məmmədovanın ötən il mayın 6-da “Yeni Klinika” PHŞ-də Günay Məmmədovanın üzərində icra etdiyi cərrahiyyə əməliyyatı zamanı texniki qüsur törətməsi və qanaxmanın mənbəyini aradan qaldırmaq üçün cərrahi müdaxiləni gecikdirməsi nəticəsində mayın 18-də xəstənin həmin klinikada ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.
Sevinc Məmmədova cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilib, barəsində isə istintaq orqanının qərarı ilə polisin nəzarəti altına vermə növündə əsas, məhkəmənin qərarı ilə isə vəzifədən kənarlaşdırılma növündə əlavə qətimkan tədbirləri seçilib.
Cinayət işi üzrə ibtidai istintaq yekunlaşıdırlaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
6-01-2026, 11:50
5 milyon manatdan çox qaçaqmal tutuldu


5 milyon manatdan çox qaçaqmal tutuldu

Ötən ay dövlət sərhədində qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 5 milyon 32,289 min manat оlan qaçaqmal tutulub.
Bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.
Bildirilib ki, ötən ay ərzində narkоtik vasitələrin qеyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 331 kiloqram 53 qram narkоtik vasitə və 1548 ədəd narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən həb aşkarlanaraq dövriyyədən çıxarılıb.
6-01-2026, 11:18
Prezident idarəetmədə islahatların davam edəcəyini anons etdi - Deputat


Prezident idarəetmədə islahatların davam edəcəyini anons etdi - Deputat

Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib ki, Qarabağda və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modeli bir gün ölkənin müxtəlif yerlərinə, bəlkə də, bütövlükdə ölkəyə tətbiq oluna bilər. “Çünki bu da operativ, çevik və daha az məmurun iştirakını tələb edən üsuli-idarə metodudur”, - Prezident əlavə edib.
Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Prezidentin bu açıqlaması yerli idarəetmə strukturunun təkmilləşdirilməsinin davam etdiriləcəyi baxımdan vacib bəyanatdır.
“Paytaxt ilə regionlar arasında iqtisadi fərqin minimumlaşdırılması üçün yerli idartəetmə sistemində islahatların davam etdirilməsi aktual məsələlərdəndir. Regionlarda formalaşdırılan infrastrukturun daha çox dəyərə çevirlməsi üçün struktur islahatların rolu heç də az deyil.
Aydındır ki, yeni dövrün yeni tələbləri var. Bu tələblər isə struktur islahatları nəticəsində bögələrimizə daha çox sərmayənin cəlb edilməsini aktuallaşdırıb. Hazırda Azərbaycan 14 iqtisadi rayon var. Bununla belə, Bakı şəhərindəki, Naxçıvan MR-dəki rayonlar daxil olmaq respublikada 76 rayon mövcuddur (12-si Bakıda, 7-si Naxçıvan MR-də, 57-si respublika tabeli rayon). Göründüyü kimi, rayonların sayı iqtisadi rayonların sayından 5.4 dəfə çoxdur.
Bütün bunlar kontekstində isə cənab Prezidentin rəhbərliyi ilə struktur və institutsional islahatların davam edəcək. Bu isə Azərbaycan üçün yeni dövrün yeni hədəflərinə uyğun olaraq yeni idarəetmə modeli deməkdir”, - V.Bayramov qeyd edib.
6-01-2026, 11:14
Maduronun ilk məhkəməsində nələr oldu: növbəti prosesin vaxtı açıqlandı


Maduronun ilk məhkəməsində nələr oldu: növbəti prosesin vaxtı açıqlandı

Dünən – yanvarın 5-də Venesuelanın devrilmiş prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floresin işi üzrə ilk məhkəmə iclası keçirilib. 3 yanvarda ABŞ Venesuelada hərbi əməliyyat keçirib və bu əməliyyat zamanı Maduro ilə xanımı qaçırılaraq Amerikaya aparılıb.
Dinləmə Nyu-Yorkun Cənub Dairəsi üzrə federal məhkəmədə baş tutub.
Maduro məhkəmə zalına əli qandalsız, lakin topuqlarında qandallarla gətirilib.
Maduro ispan dilində danışıb və tərcüməçidən istifadə edib.
Məhkəməyə sədrliyi 92 yaşlı hakim Alvin Hellerstein edib. O, əvvəllər ABŞ prezidenti Donald Trampa qarşı çıxardığı qərarla tanınır. Məsələn, o, Trampın pornoaktrisa Stormi Danielsə ödənişləri ilə bağlı işdə hökmü ləğv etmək cəhdlərini rədd etmiş və həmçinin Trampın Venesuela miqrantlarını deportasiya etmək əmrinin konstitusiyaya zidd olduğuna qərar vermişdi.
Maduro və Flores 4 maddə üzrə - narkoterrorizm, ABŞ-a kokain tədarükü, odlu silahlar saxlamaq və sui-qəsddə ittiham olunurlar.
N.Maduro məhkəmədə günahsız olduğunu bəyan edib.
"Mən Venesuela prezidentiyəm, özümü müharibə əsiri hesab edirəm. Məni Karakasdakı evimdən tutublar. Mən günahsızam!”, - deyə o, məhkəmədə bildirib.
Onun həyat yoldaşı Siliya Flores də günahsız olduğunu bəyan edib.
Maduro və həyat yoldaşının hüquqladını vəkillər Barri Pollak və Mark Donnelli müdafiə edirlər.
Maduronun vəkilləri deyiblər ki, o, suveren dövlətin başçısıdır və toxunulmazlıq hüququna malikdir.
CNN-in məlumatına görə, Maduronun vəkilləri onun səhhətində problemlər olduğunu bildiriblər. Vəkillər deyiblər ki, Siliya Floresin qaçırılma zamanı qabırğaları sınıb və o, ciddi şəkildə zədələnib.
Vəkil Pollak müvəkkillərinin həbsini hərbi adam oğurluğu kimi təsvir edib.
Məhkəmə Maduronun qanuni olaraq tələb olunan Venesuela konsulluq rəsmilərinin ziyarətlərinə icazə verməyə razılaşıb.
Növbəti məhkəmə iclası 17 martda keçiriləcək.
Amerika mediasının məlumatına görə, Maduronun məhkəməsi 2027-ci ildən tez başlamayacaq. 5 yanvarda hakim yalnız sübutların mübadiləsi və ilkin vəsatətlər üçün cədvəli təsdiqləyib.
Nikolas Maduro və həyat yoldaşı Siliya Flores məhkəmə iclasından sonra Bruklindəki istintaq təcridxanasına qaytarılıblar.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!