Tramp İrana təşəkkür etdi .....                        Xamenei sükutu belə pozdu .....                        AZAL təyyarələri Bakıya qayıdıb .....                        İranın hücumu simvolik imiş .....                        ABŞ təyyarələri İrana hücum zamanı Türkiyədən keçib? - Açıqlama yayıldı .....                        4 ölkə hava məkanını bağladı .....                        Hücumdan əvvəl qəribə paylaşım .....                        Cəbhədən uzaq şəhərlərin bombalanması əmrini onlar veribmiş .....                        İranın hücumuna görə Tramp təcili toplantı çağırdı .....                       
4-03-2025, 16:42
Serbiya parlamentində dava düşdü: tüstü bombaları partladıldı


Serbiya parlamentində dava düşdü: tüstü bombaları partladıldı

Serbiya parlamentində qarşıdurma yaşanıb.
Parlamentin müxalifət partiyalarının üzvləri iclas zalında rəngli tüstü bombaları atıblar.
Onlar Serbiya prezidenti Aleksandr Vuçiçin devrilməsinə çağıran pankart açıb və iclasını pozmağa cəhd ediblər. Həmçinin arlament binası qarşısında tələbələrin etiraz aksiyaları keçirilir.
Martın 4-də Serbiya parlamentində yaz sessiyasının ilk iclası keçirilib. İclasların gündəliyinə 62 məsələ daxil edilib.
Müxalifətdə olan Yaşıl Sol Cəbhə partiyası təhsil qanununa düzəlişlər, eləcə də təyinat və istefa təklifləri (o cümlədən, Baş nazir Miloş Vuçeviçin istefasının təsdiqi) istisna olmaqla, bütün məsələlərin gündəlikdən çıxarılmasını tələb edib. Partiyaya görə, “texniki hökumət yeni qanun layihələri təklif edə bilməz”.
TMüxalifətçi deputat Radomir Lazoviç növbədənkənar kürsüyə qalxıb, ona mane olmağa çalışıblar və bu zaman dava düşüb.
Zalda tüstü bombaları yandırılıb və müxalifətin hərəkətlərinə cavab olaraq hakim Serb Tərəqqi Partiyasından olan deputatlar ölkənin dövlət bayraqlarını açıblar.
Toqquşma zamanı üç deputat yaralanıb: 63 yaşlı Jasmina Obradovic insult keçirib və xəstəxanaya yerləşdirilib, Jasmina Karanak başından partlayan qumbaradan yaralanıb, hamilə deputat Sonya İliç də xəstəxanaya aparılıb.
4-03-2025, 16:38
Tramp İrana görə Putindən xahiş edib


Tramp İrana görə Putindən xahiş edib

ABŞ prezidenti Donald Trampın administrasiyası Rusiya Federasiyasından İranın nüvə proqramı kimi məsələlərdə onunla ünsiyyətdə vasitəçi kimi çıxış etməsini istəyib.
Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Nəşrin yazdığına görə, Tramp fevral ayında telefon danışığında bu marağı birbaşa Putinə çatdırıb. Tramp administrasiyasının yüksək rütbəli rəsmiləri daha sonra Səudiyyə Ərəbistanındakı danışıqlarda rusiyalı həmkarları ilə məsələni müzakirə ediblər.
Kremlin sözçüsü Dmitri Peskov “Bloomberg”in sualına cavab olaraq deyib:
"Rusiya hesab edir ki, ABŞ və İran bütün problemləri danışıqlar yolu ilə həll etməlidir. Moskva buna nail olmaq üçün əlindən gələni etməyə hazırdır".
İran Xarici İşlər Nazirliyinin nümayəndəsi isə Rusiyanın Tehran və Vaşinqton arasında vasitəçilik təklif edib-etmədiyinə dair sualı cavablandırarkən deyib ki, ölkələrin yardım təklif etməsi təbiidir.
“Bu məsələlərin vacibliyini nəzərə alsaq, çox güman ki, bir çox tərəflər xoşməramlılıq nümayiş etdirəcək və müxtəlif problemlərin həllində köməklik göstərəcək. Bu nöqteyi-nəzərdən, lazım gələrsə, ölkələrin yardım təklif etməsi təbiidir”, - deyə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Baqai bildirib.
4-03-2025, 12:35
Xalqına Vurğun Səməd...

Xalqına Vurğun Səməd...

Son zamanlar Səməd Vurğun şəxsiyyəti, yaradıcılığı ilə bağlı müzakirələr yenidən ədəbi gündəmdədir. Xalq şairinin irsinə və özünə yönəlmiş neqativ məqamlara şairin öz ədəbi irsi tutarlı cavabdır. Səməd Vurğun bütün yönləri ilə xalqına, öz türk kökünə bağlı bir şəxsiyyət olub. Səməd Vurğunun Sovet dövründə yazılmış elmi araşdırmalarda qeyd edildiyi kimi “marksizm-leninizm estetikasına söykənən”, “sovet həqiqətini əks etdirən” ilk baxışdan sırf kommunist ideologiyasını təbliğ edən əsər təsiri bağışlayan “Komsomol” poemasının belə alt qatları, misraları arasından bu vətən, türklük sevgisi süzülərkən ona qarşı bu gün bu qədər neqativ yanaşma sərgilənməsi rəvadırmı?
İncələyək görək, ilk baxışda ən qatı sovet ideoloji əsəri kimi görünən "Komsomol" poeması “kommunizm” mifinin minlərlə variasiyalarından biridirmi, yoxsa özünəməxsus, unikal bədii nümunədir? Məlum olduğu kimi Sovet ədəbiyyatında millilik, fərdilik kimi keyfiyyətlər inkar edilir, beynəlmiləlçilik, ümumilik, kütləvilik təbliğ olunurdu. 30-cu illərdə milli-dini dəyərlərdən imtina edilir, türkçülük, islamçılıq ideyalarının cüzi təsirinin hiss olunduğu əsərlər qadağan edilir, onların müəllifləri isə repressiya edilirdi. “Türk” sözünün tabuya çevrildiyi, rus dilinin geniş təbliğ edildiyi zaman Səməd Vurğun “Komsomol” (poemanın adının sovet dövründə, xüsusilə 30-cu illərdə daşıdığı məna çalarlarına xüsusi diqqət!) poemasında yazırdı:
Nədən söyləməsin ana dililə
Öz odlu nitqini yoldaş komissar?
Türkcə danışmasın sevgilisilə.....
Bu mənhus adətdə böyüklükmü var?
Məndən inciməsin yoldaş komissar!

Qeyd etdiyimiz dövrdə bu misraları yazmaq sənətkardan böyük cəsarət tələb edirdi. Yenə həmin əsərdə şair Humaydan bəhs edərkən maraqlı milli-etnoqrafik məqamlara toxunur. Belə ki, əsərdə Sovet dönəmində qadağan edilmiş “Novruz” bayramı ilə əlaqəli inanclar, mərasimlər təsvir edilmişdir.
Səməd Vurğunun böyüklüyü məhz bu cür məqamlarda, ölüm qorxusu ehtimalı altında sətiraltı da belə olsa öz fikrini gələcək nəsillərə çatdırmaq cəsarətində zühur edir. Ədəbiyyatda, tarixdə, istənilən kontekstdə müəyyən açıqlamalarla gündəmə gəlmək, "ulduz" olmaq olar. Lakin unutmayaq ki, bu gün alqışlanan "ulduz" u sabah həmin alqış sahibləri etirazla kürsüdən salacaqlar. Lakin Səməd Vurğun kimi bu gün də öz fəth etdiyi zirvədə olan şəxsiyyət və yazar "ulduz" yox, əfsanədir... Əfsanəni isə istənilən kontekstdən şərh etmək olar, amma danmaq və o zirvədən endirmək olmaz...

Elnarə Qaragözova,
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent
4-03-2025, 00:08
Zelenski kameralar önündə üzr istəməlidir - Vaşinqtondan tələb


Zelenski kameralar önündə üzr istəməlidir - Vaşinqtondan tələb

ABŞ hakimiyyəti Vaşinqtonda Ağ Ev rəhbəri Donald Trampla qalmaqallı danışıqlardan sonra Ukrayna prezidenti Volodimir Zelenskinin üzr istəməsini gözləyir.
Bu barədə Fox News Amerika administrasiyasının adı açıqlanmayan yüksək səviyyəli nümayəndəsinə istinadən məlumat yayıb.
Bildirilir ki, yalnız bundan sonra Ukrayna ilə nadir torpaq metalları üzrə razılaşmaya qayıtmaq mümkün olacaq.
Mənbə ki, Zelenski “Oval Ofisdəki davranışına görə” kameralar önündə üzr istəməyənə qədər, sövdələşmə danışıqlarında irəliləyiş ola bilməz.
3-03-2025, 23:51
Ermənistan vururdu, elə təqdim edirdi, guya biz vururuq


Ermənistan vururdu, elə təqdim edirdi, guya biz vururuq

2020-ci ilin sentyabrın 27-də sizə məlumdur ki, genişmiqyaslı müharibə başladı. “Qarabağın qanunları”na uyğun olaraq, biz hərbi vəziyyət elan etməli idik və onu da etdik. “Parlament”də məlumat verildi ki, müharibə başlayıb. “Qarabağ ordusu”nun rəhbərliyi tərəfindən elan olunmuş “hərbi qulluğa çağırış“ başladı. Mənə aydın idi ki, bunun nəticəsi necə olacaq.
Bu barədə Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən Araik Arutyunyan Bakı Hərbi Məhkəməsində keçirilən bugünkü prosesdə sərbəst ifadəsində deyib.
“İlk günlərdən mənim Paşinyanla söhbətim ondan ibarət oldu ki, müharibə nə vaxt dayandırılacaq. Mütəmadi olaraq, demək olar, hər gün mən “parlament deputatları” ilə görüşürdüm. Demək olar hər gün Bako Saakyanla və Arkadi Qukasyanla görüşürdüm. Mövzu isə müharibəni bir dəqiqə tez də olsa, dayandırmaq barədə idi. Oktyabrın 2-də mənim bəyanatım oldu ki, “ordu”da heç bir səlahiyyətim yoxdur və yaxşısı bu olardı ki, mən də bir əsgər kimi qoşulardım sıraya. Mən öz postumu, ofisimi tərk etdim və ön cəbhəyə getdim. Mən ön cəbhədə əlbəttə ki, ola bilməzdim, çünki orada hərbi əməliyyatlar gedirdi, amma arxa cəbhədə əsgərlərlə görüşdüm. Geri qayıtmaq istəmirdim. Bilirdim ki, nə baş verəcək. Lakin mənim həmkarlarımın, dostlarımın təkidi ilə geri qayıtdım. Həmin gün Azərbaycanın dərinliklərində hərbi obyektlərə zərbələr endirmək barədə qərar qəbul olunmuşdu. Raket və yaxud da artileriya qurğularından. Əsasən siyasi hərbi vertikal “Qarabağ müdafiə ordusu”nun “qərargah rəisi”ndən başlayırdı, yuxarıdan aşağı. Levon Mnatsakanyanın bir qədər əvvəl verdiyi ifadələrdən artıq mənə aydın oldu ki, istintaqın xəbəri var ki, o, hansı səlahiyyətlərə malik idi və nə edə bilərdi. Mən bilmirdim ki, kimin hansı səlahiyyətləri var, hansı silahlardan istifadə olunmalıdır, olunacaq və sair. Mən Onik Qasparyandan soruşanda ki, bu qərarlar əsaslandırılmışdırmı, o mənə dedi ki, bəli, Azərbaycanın hava limanarı bizim əsas hədəfimizdir və biz o hədəfləri məhv etməliyik. Deyilmişdi ki, elə təəssürat yaranmalıdır, elə etməliyik ki, guya bu zərbələr Qarbağ tərəfindən endirilir”.
3-03-2025, 23:45
Şəhidin ata-anası dəm qazından öldü


Şəhidin ata-anası dəm qazından öldü

Bu gün axşamüstü 44 günlük Vətən müharibəsi şəhidi Vahid Ağayevin hər iki valideyni dəm qazından vəfat edib.
Bu barədə şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu sosial şəbəkə hesabında yazıb.
Qeyd edək ki, Vahid Ağayev 1996-cı ilin sentyabrın 14-ündə Bakı şəhəri, Maştağa qəsəbəsində anadan olub. Ailədə öz əkiz qardaşı ilə birlikdə iki uşaq olublar. 2020-ci ilin sentyabrın 29-da səfərbərlik yolu ilə II Qarabağ müharibəsinə yollanıb. Xocavənd, Füzuli, Cəbrayıl və Şuşada döyüşüb. 2020-ci il noyabrın 11-də Şuşada şəhid olub. 17 noyabr 2020-də Maştağadakı Şəhidlər Xiyabanında dəfn olunub..
Ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, "Şuşanın azad olunmasına görə" medalı ilə təltif olunub.
Vahid Ağayev subay idi. Onun ailəsindən yalnız sağlamlıq imkanları məhdud qardaşı sağ qalıb.
3-03-2025, 22:21
Avropanın təhlükəsizliyi Türkiyəsiz mümkün deyil


Avropanın təhlükəsizliyi Türkiyəsiz mümkün deyil

Türkiyənin Avropa İttifaqına üzvlük prosesi strateji
prioritetdir.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səfirlərlə iftar proqramında çıxışı zamanı deyib.
O qeyd edib ki, Avropanın təhlükəsizliyi Türkiyəsiz mümkün deyil:
"Türkiyənin layiq olmadığı Avropanın qlobal aktor olaraq mövcudluğunu davam etdirməsi getdikcə mümkünsüz hala çevrilir”.
Onun sözlərinə görə, bu gün dünyada “meşə qanunları” hökm sürür: “Təəssüf ki, güclü olanların zəifləri əzməsi nəticəsində yeni problemlər meydana çıxır. Bunun qarşısı alınmasa, hərbi və siyasi partlayışlar ola bilər. Problemlərin həllini zamana buraxaraq, gözlərimizi yumaraq, təhlükələrə laqeyd yanaşaraq heç bir yerə çıxa bilmərik”.
3-03-2025, 22:17
Azərbaycanın BMT qurumları ilə yeni əməkdaşlıq modeli açıqlandı


Azərbaycanın BMT qurumları ilə yeni əməkdaşlıq modeli açıqlandı

3 mart 2025-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan BMT-nin İnkişafı Əlaqələndirmə Ofisinin Avropa və Mərkəzi Asiya üzrə Regional direktoru Qui-Yeop Sonu qəbul edib.
Görüş zamanı Azərbaycan-BMT əlaqələrinin cari vəziyyəti və perspektivləri, BMT-nin 2030-cu il Dayanıqlı İnkişaf Gündəliyinin icrası istiqamətində əməkdaşlığın müxtəlif aspektləri, eləcə də bu əməkdaşlığın yeni dövrün reallıqlarına və Azərbaycanın dayanıqlı inkişaf sahəsində milli prioritetlərinə uyğunlaşdırılaraq daha da təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov 2 mart 2025-ci il tarixinin Azərbaycanın BMT-yə üzv olaraq qəbul edilməsinin 33-cü ildonümünə təsadüf etdiyini və ötən 33 il ərzində Azərbaycanla BMT sisteminə daxil olan qurumlar arasında əməkdaşlığın səmərəli və konstruktiv şəkildə qurulduğundan məmnunluq duyduğunu bildirib. Xüsusilə müstəqilliyinin ilk illərində ərazilərinin işğalı və 1 milyona yaxın qaçqın və məcburi köçkün problemi ilə üzləşən Azərbaycanın qarşılaşdığı iqtisadi və sosial çağırışlara qarşı mübarizədə dəstək vermək məqsədilə həmin dövrdən etibarən ölkəmizdə fəaliyyətə başlayan bəzi BMT qurumları ilə həyata keçirilmiş əməkdaşlığın Azərbaycanda institusional inkişaf və qabiliyyət quruculuğuna mühüm töhfə verdiyi bildirilib.
Eyni zamanda, ərazilərimizin işğaldan azad edilməsi və son illərdə Azərbaycan Respublikasının əldə etdiyi sosial-iqtisadi tərəqqinin sosial profilli layihələrin icrasında ölkənin öz daxili resurs və imkanlarına arxalanmağa şərait yaratdığı, Azərbaycanın bir sıra BMT qurumları vasitəsilə bir çox ölkələrə donorluq fəaliyyəti göstərdiyi xüsusilə qeyd olunub.
Bununla əlaqədar, Azərbaycan Respublikasının BMT ilə əməkdaşlıqdakı prioritetlərini yeni dövrün reallıqlarına uyğun və BMT-nin resurslarından daha səmərəli istifadə edəcək şəkildə yenidən nəzərdən keçirdiyi vurğulanıb. Bu xüsusda, bəzi BMT qurumları ilə bundan sonrakı tərəfdaşlığın milli prioritetlərə uyğun şəkildə layihə əsaslı əməkdaşlıq mexanizmi vasitəsilə davam etdiriləcəyi müqabil tərəfin diqqətinə çatdırılıb.
Azərbaycanın artıq yardım qəbul edən dövlətdən qlobal gündəliyə töhfə verən bir ölkəyə çevrilməsi ilə əlaqədar, dövrün tələblərinə uyğun olaraq, BMT ilə əməkdaşlıqda BMT-nin Məskunlaşma Proqramı, BMT-nin Ətraf Mühit Proqramı, BMT-nin İqlim dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Katibliyi və digər aidiyyəti qurumlar ilə əməkdaşlığın prioritet təşkil etməsi və bəzi BMT qurumları ilə də gələcək əməkdaşlığın bu model əsasında, birbaşa mənzil qərargahları ilə işləməklə davam etdiriləcəyi qeyd olunub.
Qui-Yeop Son ölkəmizi COP29-un uğurlu təşkilatçılığı və əldə olunan tarixi nəticələr münasibətilə təbrik edərək, bu istiqamətdə Azərbaycanla BMT sistemi arasında həyata keçirilmiş əməkdaşlığın təqdirəlayiq olduğunu bildirib.
Xanım Son BMT-nin 2030 Dayanıqlı İnkişaf Gündəliyinin icrasına dəstək istiqamətində hökumət ilə yüksək səviyyəli əməkdaşlıqdan və tərəfdaşlıqdan məmnunluq ifadə edib. O, milli inkişaf prioritetlərinə və Dayanıqlı İnkişaf Məqsədlərinə dəstək üçün Azərbaycan hökuməti ilə tərəfdaşlıq və əməkdaşlığı davam etdirməyə hazır olduqlarını qeyd edib.
3-03-2025, 21:50
Bu oğlan sülh istəmir - Tramp Zelenskiyə söz atdı


Bu oğlan sülh istəmir - Tramp Zelenskiyə söz atdı

ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenskinin müharibənin tezliklə sona çatmayacağı ilə bağlı sözlərinə münasibət bildirib.
Bu barədə o, özünün sosial media hesabında paylaşım edib.
Ağ Ev rəhbərinin sözlərinə görə, bu, Zelenskinin verə biləcəyi “ən pis bəyanatdır”.
“Amerika buna uzun müddət dözməyəcək! Mən bunu deyirdim, bu oğlan nə qədər ki, Amerikanın dəstəyi var, sülhün olmasını istəmir”, – Amerika prezidenti yazıb.
Tramp vurğulayıb ki, Aİ ölkələri martın 2-də Londonda keçirilən sammitdə ABŞ olmadan Ukraynaya yardımın öhdəsindən gələ bilməyəcəklərini bəyan ediblər.
3-03-2025, 21:39
Gürcüstan MDB sazişindən çıxdı


Gürcüstan MDB sazişindən çıxdı

Gürcüstan MDB-nin Elmi-Texniki İnformasiya üzrə sazişindən çıxıb.
Bu barədə sərəncamı ölkənin Baş naziri İrakli Kobaxidze imzalayıb.
Hökumət saytında dərc olunan sənəddə qeyd olunur ki, Gürcüstanın Xarici İşlər Nazirliyi sazişin ləğvi barədə dərhal prezidentə, parlamentə və MDB-nin rəhbər orqanına məlumat verməyə borcludur.
Xatırladaq ki, Gürcüstan 2009-cu ildə MDB-nin tərkibindən rəsmən çıxıb, lakin bəzi sazişlərdə iştirak etməyə davam edib.
2024-cü ilin oktyabrında MDB-nin Baş katibi Sergey Lebedev bildirib ki, Gürcüstan təşkilat çərçivəsində iqtisadi sahədə münasibətləri tənzimləyən 34 sazişdə iştirakını qoruyub saxlayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!