Qətərdə hərbi helikopter qəzası - 6 nəfərin meyiti tapıldı .....                        İstanbulda bina çökdü .....                        Lənkəranda bu quşlar kütləvi qırılır .....                        İran İsrailin Ben-Qurion aeroportunu vurdu .....                        Sumqayıtda tonqalda partlayış - Yaralananların vəziyyəti açıqlandı .....                        20 dərəcə isti - SABAHIN HAVASI .....                        İrandan təmkin gözləmək mənasızdır - Bəqai .....                        Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti Tbilisiyə getdi .....                        Hörmüz düşmən dövlətlərin gəmilərinə qapalıdır - İran .....                       
30-11-2025, 19:52
Sökülən danın pıçıltıları


Sökülən danın pıçıltıları

Mən məndə deyil, səndə də həm sən, həm mən,
Mən həm məninəm, həm də sənin, sən də ki mən...
Bir oylə qərib hala bu gün gəldim ki,
Sən mənmisənmi, bilmirəm, ya mənmi sənəm?..


(M.C.Rumi)

...Kökündən güvən yeri olmayanlar var, atam balası... havada uçuşan qar dənəciyi kimi...
Olan-olmaz, yapmacıq ümidləri də sümrülüb alınanlar var... içi boş qaya daşı kimi...
Eyvah... Dünəni, bu günü qış günəşinə belə möhtac olanlar var... ünvansız buludlar kimi...

Danılmaz Dan ulduzum... Sənə ithaf edirəm. Bütün dönəmlərimdə və dönəmlərimlə həmsöhbət, ruh yoldaşı, qalamın qalanmış ocağının yeganə, doğma həniri olduğun üçün sənə bir ömür minnətdarlıq borcum var.

...Güvən yeri. Cəmi yaranmışın dayaq nöqtəsi. Hətta bəşərin Arximedinin özünün də iddialı arzusu... "...mənə istinad nöqtəsi verin, dünyanı məhvərindən çıxarım..." İndi insan oğlu bu nöqtəni hansı halında, harada axtarsın? İşdir, taparsa, O-nu hansı parametrlərindən tanısın? Şair demiş: "...nə yerdəsən, nə göydəsən... bilmək olmur nə yerdəsən..." Və beləcə, bu sürüşkən, ləngərli dünyada yaşamaq (?!?) hüququ yenicə boynuna qoyulan canlının içindən ümid dolu sevgili bir ehtiyac boylanır. Bu ehtiyaca nə ad qoymağımızdan asılı olmayaraq onun vur-tut yalnız bir adda ünvanı vardır. O ünvanın adı EŞQ qapısıdır. Əlbəttə və ancaq... o körpənin nəbzi kainatın nəbzinə uyğunlaşana qədər şəkli kimi elə rəngini, dadını, bucağının dərəcəsini də dəyişəcək olan o Həqiqət adlı istinad qalası (məhz) həyatın istənilən fəslinin gətirdiyi hər hansı qabarma-çəkilmələrə rəğmən mahiyyətini heç dəyişməyəcəkdir.
Cəmi Yaranmış ehtiyaclı varlıqdır. Bəli, ilk ağıla gələn su... hava... qida öz yerində... ancaq bunların fövqündə durmuş olan və həqiqi, Tanrıdan gələn sevgi ehtiyacı -- varlığı həm də kainatın fövqündən dolandırıb özünə, ruhuna, mahiyyətinə qaytaran İlahi bir qüvvədir O! Elə məhz buna görə də toxunulmazdır, müqəddəsdir, tükənməzdir, əzəli və əbədidir həm də. Əzəlidir ona görə ki, ünvanına sahibindən daha öncə gəlib; əbədidir ona görə ki, kainatı heç vaxt, heç bir halda tərk etməyəcəkdir.
Bu, həm də disharmoniyalaşmağa doğru yuvarlanmaqda olan dünyamızın sabah ümidli bir harmonik bağının ən xəfif zərrəsinin inikası, bütün saf, əziz hisslərin bir düyün, vəhdət nöqtəsidir sanki. Bir nəfəsdən qopduğu... bir nəfəsə qayıdacağı üçünmü?.. Eyni amala, əqidəyə vurğun olduğu üçünmü?.. Fələyin hər türlü qasırğasına belə yalnız öz çapından və üfüqi xətt boyunca baxdığı üçünmü?..
Çünki o sevginin əslində bir istinad yeri var: Yaradan(ın)a... vəsilə olan(ın)a... ən nəhayət, öz Həqiqətinə olan EŞQ! Ayrılıqda hər biri bir dünya olan bu toxunulmazlıqlar onlara qarşı bəslənilən güvən, inam, sevgili səcdə yeridir axı.
...Elə o qar dənəciyinin də, tənha, soyuq qaya daşının da, ünvansız, sərgərdan buludların da sığına biləcəyi bir ünvandır bu toxunulmaz məbədgah.
...Bəlkə də əbədiyyətə aparan o yolu sonsuz bir səbrlə, arın-arxayın gedən bir karvanın sarvanıdır o ruhu gəzdirən... laməkan...

Hörmətlərimlə: Gülgəz NUR
30-11-2025, 19:40
Cüdoçumuz Əbu-Dabidə medal qazandı


Cüdoçumuz Əbu-Dabidə medal qazandı

Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabidə keçirilən Böyük Dəbilqə turniri başa çatıb.
Milli komandamız Dünya Cüdo Turuna daxil olan yarışda bir medal qazanıb.
Son yarış günündə +100 kq çəki dərəcəsində çıxış edən Uşanqi Kokauri bürünc mükafata yiyələnib. Cüdoçumuz həlledici görüşdə Niderland təmsilçisi Yur Spaykersi ipponla məğlub edərək fəxri kürsüyə yüksəlib.
Yığmamızın digər üzvləri - Əhməd Yusifov (-60 kq), Murad Fətiyev (-90 kq) və Camal Qamzatxanov (+100 kq) turniri 5-ci yerdə başa vurublar.
Qeyd edək ki, ilk üç qarşılaşmasında qələbə qazanan Murad Fətiyev zədələndiyi üçün yarımfinal mərhələsində mübarizəni davam etdirə bilməyib.
30-11-2025, 19:33
Ukrayna üçün taleyüklü danışıqlar başladı


Ukrayna üçün taleyüklü danışıqlar başladı

ABŞ və Ukrayna nümayəndə heyətləri Mayamidə növbəti danışıqlara başlayıblar.
Görüş ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun "Shell Bay" qolf-klubunda keçirilir.
Görüşdən əvvəl Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının katibi, nümayəndə heyətinin rəhbəri Rustem Umerov ölkə prezidenti Volodimir Zelenski ilə məsləhətləşmələr aparıb, hazırlığın vəziyyətini, əsas mövqeləri və növbəti mərhələdən gözləntiləri müzakirə edib.
Qeyd edək ki, Ağ Ev bu gün “sülh planı” ilə bağlı iki əsas məsələdə - ərazi şərtləri və təhlükəsizlik zəmanətləri üzrə Kiyevlə mövcud fikir ayrılıqlarını aradan qaldırmağı planlaşdırır. Qərb mətbuatı yazır ki, bu mövzular görüşün əsas gündəliyində olacaq.
Məlumata görə, ABŞ və Ukrayna tərəfləri Vaşinqtonun təklif etdiyi “sülh planı”nın son variantı üzərində işləyirlər. Sənəd bir neçə günlük müzakirələrdən sonra dəyişdirilərək Kiyevin qəbul edə biləcəyi formaya salınıb.
Gözlənilir ki, ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoff və Trampın kürəkəni Cared Kuşner bu sənədi gələn həftə Rusiya prezidenti Vladimir Putinə təqdim edəcəklər.
Kremlin sözçüsü Dmitri Peskov bu gün bəyan edib ki, Stiven Uitkoff Putinin 4–5 dekabrda Hindistana səfərindən əvvəl Moskvaya gələcək.
29-11-2025, 21:35
Zelenskinin planı dəyişir


Zelenskinin planı dəyişir

Ukrayna prezidenti Volodimir Zelenski müdafiə naziri Denis Şmıqala hərbi əməliyyatların gedişi və yenilənmiş prioritetləri nəzərə alaraq yeni milli müdafiə planı hazırlamağı tapşırıb.
Bu barədə “RBC-Ukrayna” məlumat yayıb.
"Ukraynanın fundamental müdafiə sənədlərini, xüsusən də dövlətimizin müdafiə planını dəyişməyin vaxtı çatıb. Hərbi əməliyyatların gedişi göstərdi ki, prioritetlərin dəqiq nəyə görə yenilənməsi lazımdır. Biz razılaşdıq ki, Denis (Şmıqal – red.) dəyişikliklərlə bağlı ətraflı təkliflər hazırlayıb Nazirlər Kabinetinə təsdiq üçün təqdim edəcək", - Zelenski bildirib.
Ukrayna prezidenti həmçinin bildirib ki, müdafiə naziri Nikolayev və Xerson vilayətlərindəki missiyaları barədə hesabat verib. Bundan başqa, görüşdə mühüm infrastrukturun qorunması və müvafiq resursların yerləşdirilməsi ayrı-ayrılıqda müzakirə edilib.
29-11-2025, 21:27
Radardan sonra sürəti artırmaq mümkün olmayacaq - YENİ SİSTEM QURULUR


Radardan sonra sürəti artırmaq mümkün olmayacaq - YENİ SİSTEM QURULUR

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi yeni avtomobil yolunda yeni radarlar və müşahidə kameraları quraşdırılıb.
Yeni radarlar və müşahidə kameraları hələki test rejimində işləyir.
Belə ki, poroses Daxili İşlər Nazirliyinin müvafiq qurumu tərəfindən həyata keçirilir.
Ödənişli yolda quraşdırılan bu radarlar ən müasir "ağıllı nəzarət sistemi" ilə işləyir. Yeni texnoloji qurğular adi sürət ölçən cihazlardan fərqli olaraq, bir-biri ilə real vaxtda məlumat mübadiləsi aparır. Bu isə o deməkdir ki, eyni yol xəttində ardıcıl yerləşdirilən radarlar arasında məsafə nəzarətə götürülür və sürücü həmin iki nöqtə arasında sürət həddini aşarsa, sistem bunu dərhal qeydə alır.
Ağıllı radarlar avtomobilin həmin marşrut boyu orta sürətini də hesablayır. Beləliklə, sürücülər yalnız radarın qarşısından keçərkən deyil, bütün hərəkət trayektoriyası boyunca müəyyən olunmuş maksimal sürət həddinə əməl etməlidirlər. Sistemin əsas məqsədi yol təhlükəsizliyini artırmaq və sürət həddinin süni şəkildə azaldılıb-artırılması ilə cərimələrdən yayınma hallarının qarşısını almaqdır.
Hazırda texniki vasitələr test rejimində sınaqdan keçirilir. Sınaq müddəti başa çatdıqdan sonra radarların tam funksional şəkildə işə düşəcəyi və qayda pozuntularının avtomatik olaraq qeydə alınacağı gözlənilir. Rəsmi qurum sürücülərə xəbərdarlıq edərək qeyd edir ki, yeni sistem təhlükəsizliyin təmin olunması üçün nəzərdə tutulub və hərəkət zamanı yol nişanlarına ciddi riayət edilməlidir.
Məlumata görə, Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 129 kilometrlik ödənişli hissəsində 20-yə yaxın məntəqədə radarlar və xüsusi texniki vasitələrin quraşdırılması nəzərdə tutulub. Ödənişli yolda sürət həddinin artırılması ilə bağlı təkliflər də müzakirə olunur.
Hazırda yolda ən yüksək sürət həddi qanunvericiliyə uyğun olaraq 110 km/saatdır. Yolun başlanğıc nöqtəsi - Yeni Yaşma ödəmə məntəqəsindən, son nöqtəsi - Yeni Sudur ödəmə məntəqəsinədək olan hissəsində bütün yol boyu sürət həddini göstərən nişanlara rast gəlmək olar.
Qeyd edək ki, ödənişli yolda maksimal sürət həddi, radar və müşahidə kameralarını göstərən yol nişanları isə bu ilin yanvar ayında quraşdırılıb.
29-11-2025, 21:15
Azərbaycanla Türkiyə Fransada erməni diasporunu parçaladı


Azərbaycanla Türkiyə Fransada erməni diasporunu parçaladı

Ermənistan mediası Azərbaycan və Türkiyənin diaspor sahəsində əməkdaşlığı intensivləşdirməsindən narahat olub.
Erməni diasporuna bağlı media orqanları Fransada iki ölkənin güclənməsindən yazıb.
Məqalədə Fransa və digər ölkələrdəki erməni diasporunun parçalanma və koordinasiya böhranı yaşadığını bildirir.
Erməni mətbuatı xatırladır ki, Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Türkiyənin Xaricdə Yaşayan Türklər və Qohumluq Əlaqələri Başqanlığının (YTB) nümayəndə heyəti ilə görüşüb. Heyətə YTB-nin sədr əvəzi Abdulgadi Turus rəhbərlik edib.
Görüşdə iki ölkənin diaspor təşkilatları arasında fəaliyyətin koordinasiyası, ortaq layihələrin icrası, təcrübə mübadiləsi və türkdilli xalqların dünyadakı diasporlarının əlaqələndirilməsi müzakirə olunub. Tərəflər vurğulayıb ki, Azərbaycan və Türkiyə rəhbərləri arasındakı yaxın münasibətlər bu sahədə birgə təşəbbüslər üçün möhkəm baza yaradır.
Məlumatda o da qeyd edilir ki, Şuşa Bəyannaməsinin müddəaları hər iki ölkəyə diaspor siyasətində daha geniş əməkdaşlıq imkanı verir. Uzunmüddətli proqramlar, birgə tədbirlər və dünya üzrə türk diasporunun həmrəyliyini gücləndirən layihələr gündəmdədir.
Erməni mətbuatı yazır ki, bu proseslər fonunda xüsusilə Fransada yerləşən erməni diasporunda gərginlik, fikir ayrılığı və təşkilati zəiflik nəzərə çarpır. Bir sıra erməni ictimai-siyasi fiqurları hökumətin siyasətini diaspor təşkilatlarının zəifləməsi ilə əlaqələndirir.
Nəşrlər bu vəziyyəti iki fərqli yanaşmanın nəticəsi kimi təqdim edir. Birincisi, Azərbaycan və Türkiyənin koordinasiyalı, strateji və ardıcıl diaspor fəaliyyəti erməni diasporunu parçalayıb. Həmçinin, Ermənistan hökumətinin siyasəti nəticəsində erməni diasporu zəifləyib.
Erməni KİV-ləri qeyd edir ki, hazırkı şəraitdə Azərbaycan–Türkiyə əməkdaşlığının güclənməsi, dünya siyasətində diasporların rolunun artdığı bir dövrdə, regiondakı balanslara təsir göstərən mühüm faktor kimi qiymətləndirilir.
29-11-2025, 20:44
Adil Şükürov baş məşqçi təyin edildi


Adil Şükürov baş məşqçi təyin edildi

Adil Şükürov "Səbail" PFK-nın baş məşqçisi təyin olunub.
Mütəxəssislər 2026/2027-ci il mövsümünün sonuna qədər müqavilə imzalanıb.
O, sabah yeni komandasını ilk məşqinə çıxaracaq.
Qeyd edək ki, A.Şükürov bu postda Elvin Məmmədovu əvəzləyib.
A.Şükürov daha əvvəl "Kəpəz"in baş məşqçisi olub.
29-11-2025, 20:13
“Zelenskiyə qarşı kin saxlamıram” - Yermak


“Zelenskiyə qarşı kin saxlamıram” - Yermak

Ukrayna Prezident Administrasiyasının keçmiş rəhbəri Andrey Yermak istefasından sonra ilk dəfə açıqlama verib.
28 noyabrda vəzifədən azad edilməsinə baxmayaraq, prezident Volodimir Zelenskiyə qarşı heç bir narazılığı olmadığını bildirib.
“O, bu işdən əvvəl də mənim dostum idi, bundan sonra da dostum olaraq qalacaq. Ona qarşı kin saxlamıram”, - Yermak "Financial Times" nəşrinə deyib.
Keçmiş administrasiya rəhbəri ABŞ Prezidenti Donald Trampın irəli sürdüyü sülh planı üzrə danışıqlara da toxunub. Yermakın sözlərinə görə, onun rəhbərlik etdiyi Ukrayna nümayəndə heyəti Cenevrədə amerikalı tərəfdaşlarla birlikdə mühüm dəyişikliklərə nail olub.
“Bizim rəhbərliyimiz altında sənəd 28 maddədən 19 maddəyə endirildi. Yeni variant Ukrayna üçün daha qəbulolunandır,” - Yermak vurğulayıb.
O bildirib ki, sənəddə hələ razılaşdırılması çətin olan bəzi məqamlar qalıb, lakin onların da razılaşdırılmasının mümkün olduğuna inanır.
Yermak əlavə edib ki, bütün təzyiqlərə baxmayaraq, prezident Zelenski ölkənin təhlükəsizliyinə və suverenliyinə zidd heç bir sənədi nə imzalayacaq, nə də təsdiq edəcək: “Prezident, təzyiqlər olsa belə, Ukraynanın maraqlarına uyğun olmayan heç nəyi qəbul etməyəcək.”
29-11-2025, 19:37
Özgür Özəl yenidən CHP lideri seçildi


Özgür Özəl yenidən CHP lideri seçildi

Özgür Özəl yenidən Cümhuriyyət Xalq Partiyasının sədri seçilib.
O, seçkilərdə yeganə namizəd olub.
29-11-2025, 19:28
“Qarabağ” qələbə qazandı


“Qarabağ” qələbə qazandı

“Qarabağ” Azərbaycan Premyer Liqasının 13-cü turunda “Karvan-Yevlax”la qarşılaşıb.
“Azərsun Arena”da keçirilən görüş Qurban Qurbanovun komandasınln 2:0 hesablı qələbəsi ilə bitib. Qolları Emmanuel Addai və Nəriman Axundzadə vurub.

“Qarabağ” - “Karvan-Yevlax” - 2:0

Qol: Emmanuel Addai, 79, Nəriman Axundzadə, 89
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!