Gənclərin Sahibkarlıq Məktəbi layihəsi çərçivəsində silsilə maarifləndirici tədbirlər həyata keçirilib .....                        İsrail tarixi qələbə qazandı - Netanyahu .....                        “İran danışıqlardan qaçmaqla müharibəyə təşviq edirdi”- VİDEO .....                        İran-İsrail savaşı: Tərəflər itkilərini AÇIQLADI .....                        İsrail məqsədlərinə nail ola bilmədi - Pezeşkian .....                        İran hava məkanını açdı .....                        Melonidən atəşkəsə reaksiya: yaxın vaxtda... .....                        Hakan Fidan onunla İranı müzakirə etdi .....                        Özünə polkovnik rütbəsi verən sabiq rəisə HÖKM OXUNDU .....                       
1-03-2025, 11:13
İlham Əliyev “Barselona”nın prezidentini qəbul etdi - FOTO


İlham Əliyev “Barselona”nın prezidentini qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham ƏIiyev martın 1-də “Barselona” Futbol Klubunun prezidenti Xuan Laportanı qəbul edib.
Qəbula görə dövlətimizin başçısına minnətdarlığını bildirən Xuan Laporta Azərbaycana ilk dəfə COP29 zamanı səfər etdiyini xatırlayaraq, Bakıdakı inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyib, burada əməkdaşlıq üçün böyük potensial gördüyünü və məhz buna görə də qısa müddət ərzində ölkəmizə ikinci dəfə gəldiyini vurğulayıb.
Söhbət zamanı Azərbaycanda idman sahəsinə, o cümlədən futbolun inkişafına göstərilən dövlət qayğısına toxunuldu, ölkəmizdə nüfuzlu beynəlxalq idman yarışlarının, həmçinin dünya səviyyəli futbol oyunlarının ən yüksək standartlara uyğun təşkil edildiyi qeyd olunub.
Görüşdə Azərbaycanda “Barselona” futbol akademiyasının yaradılması ilə bağlı sənədin imzalanacağı bildirilib, akademiyanın gələcək fəaliyyətinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb, ölkəmizdə uşaq futbolunun inkişafı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Xuan Laporta Azərbaycan Prezidentinə xatirə hədiyyəsi təqdim edib.


1-03-2025, 00:42
"Ukrayna, biz səninləyək” - Avropadan dəstək


"Ukrayna, biz səninləyək” - Avropadan dəstək

Avropa liderləri Trampla qalmaqallı görüşdən sonra Ukrayna Prezidenti Volodimir Zelenskiyə dəstəyini ifadə ediblər.
Avropa İttifaqı Şurasının Prezidenti: “Güclü olun, cəsarətli olun, qorxmaz olun. Siz heç vaxt tək deyilsiniz, hörmətli Prezident. Biz ədalətli və davamlı sülh naminə sizinlə işləməyə davam edəcəyik”.
Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen: “Güclü olun, cəsarətli olun, qorxmaz olun”.
İspaniyanın Baş naziri Pedro Sançes: "Ukrayna, biz səninləyək”.
Polşanın Baş naziri Donald Tusk: “Əziz Zelenski, əziz ukraynalı dostlar, siz tək deyilsiniz”.
Fransa Prezidenti Emmanuel Makron: “Bir təcavüzkar var, o, Rusiyadır, hücuma məruz qalan insanlar isə Ukraynadır”.
Almaniyanın kansler namizədi Fridrix Mert: "Hörmətli Volodimir Zelenski, biz yaxşı və imtahana çəkildiyimiz vaxtlarda Ukraynanın yanındayıq. Biz bu dəhşətli müharibədə təcavüzkarla qurbanı heç vaxt qarışdırmamalıyıq”.
1-03-2025, 00:20
Ağ Evə necə gəldi, necə getdi... - FOTO


Ağ Evə necə gəldi, necə getdi... - FOTO

Ukrayna prezidenti Volodimir Zelenski Vaşinqtona səfəri zamanı ABŞ prezidenti Donald Trampla mübahisə edib.
"Reuters" onun Ağ Evə gəlməsindən getməsinədək fotolarını təqdim edib.






1-03-2025, 00:03
Azərbaycanda Ramazan ayı başladı


Azərbaycanda Ramazan ayı başladı

Azərbaycanda Ramazan ayı başlayıb.
Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının Ramazan ayının başlanması münasibəti ilə yaydığı fətvada bu il Ramazan ayının 1-i miladi təqvimlə martın 1-nə təsadüf etdiyi qeyd olunub.
Fətvada bildirilib ki, builki Ramazan Novruz günlərinə təsadüf edəcək:
“Şəri baxımdan belə əlamətdar günlərin üst-üstə düşməsi cəmiyyətdə bir çətinlik yaratmır, çünki İslamın təməl prinsiplərindən olan oruc ibadəti ilk növbədə Allahın əmridir. Ramazanda Quran oxumaq, elm-irfan və ibadətlə məşğul olmaq, iftar süfrələri açmaq, xeyriyyəçilik etmək, ehtiyaclı şəxslərə, kimsəsizlərə, uşaq evlərinə, ahıl və qocalara köməklik göstərmək, valideynlərin qayğısına qalmaq savab əməllərdəndir və bu ənənəvi əməllər mahiyyəti etibarı ilə Novruz adətləri ilə eynidir”.
QMİ vurğulayıb ki, çərşənbələr daxil olmaqla Novruz bayramı gecəsində açılan süfrələr iftarın saatlarına uyğun olmalıdır.
Ramazan ayının ilk gününün imsak vaxtı səhər saat 05.49-da, iftar vaxtı isə saat 18.47-də olacaq.
28-02-2025, 23:29
Zelenski Amerikaya təşəkkür etdi


Zelenski Amerikaya təşəkkür etdi

Ağ Evdə ABŞ Prezidenti Donald Trampla gərginlik yaşayan Ukrayna lideri Volodimir Zelenski sosial media hesabında paylaşım edib.
O, ABŞ xalqına, Prezidentinə və Konqresə səfər və dəstək üçün təşəkkür edib.
O, Ukraynanın davamlı sülhə ehtiyacı olduğunu bildirib.
28-02-2025, 23:23
Makrondan Tramp-Zelenski davasına reaksiya


Makrondan Tramp-Zelenski davasına reaksiya

Fransa Prezidenti Emmanuel Makron Ağ Evdə Trampla Zelenski arasında yaşanan gərginliyə münasibət bildirib.
Bu barədə o, Portuqaliyada jurnalistlərə açıqlama verib.
Qeyd edib ki, Rusiya təcavüzkardır, Ukrayna isə təcavüzə məruz qalan tərəfdir.
"Düşünürəm ki, biz 3 il əvvəl Ukraynaya kömək etmək və Rusiyaya sanksiya tətbiq etməkdə haqlı idik və bunu davam etdirməkdəyik. Biz... əvvəldən mübarizə aparanlara hörmət etməliyik", - Makron deyib.
Qeyd edək ki, Ağ Evdə ABŞ və Ukrayna Prezidentləri Donald Tramp ilə Volodimir Zelenski arasında gərginlik yaşanıb. Zelenski görüş başa çatmadan Ağ Evi tərk edib.
28-02-2025, 22:48
Zelenski-Tramp görüşü yarımçıq başa çatdı


Zelenski-Tramp görüşü yarımçıq başa çatdı

ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Volodimir Zelenski Ukraynanın mineral ehtiyatlarının birgə işlənməsinə dair saziş imzalamayıblar.
Liderlər Ağ Evdəki danışıqlardan sonra sənədi imzalamalı idilər, lakin Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı fikir ayrılıqları səbəbindən görüş vaxtından əvvəl başa çatıb.
Zelenski artıq Ağ Evi tərk edib.
ABŞ və Ukrayna prezidentlərinin görüşdən sonra planlaşdırılan mətbuat konfransı da ləğv edilib. Donald Tramp bildirib ki, o, Zelenskinin sülhə hazır olmadığına əmindir.
“O, Oval kabinetdə Amerika Birləşmiş Ştatlarına hörmətsizlik etdi. O, sülhə hazır olanda geri qayıda bilər”, – dövlət başçısı yazıb.
28-02-2025, 22:40
TASS-ın müxbiri Ağ Evdən qovuldu


TASS-ın müxbiri Ağ Evdən qovuldu

Rusiyanın TASS informasiya agentliyinin müxbiri ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Volodimir Zelenski arasında Vaşinqtonda keçirilən görüşdən qovulub.
Dövlət agentliyinin akkreditasiya olunmuş media qurumları siyahısında olmadığı vurğulanıb.
Reportyoru Oval kabinetdən Ağ evin mətbuat katibi Kerolayn Levitt müşayiət edib. Jurnalistin iki ölkə liderləri arasında görüşə buraxılması “səhv” adlandırılıb.
28-02-2025, 21:22
Trampdan Zelenskiyə sərt sözlər: "Mənə hörmət etmirsən"


Trampdan Zelenskiyə sərt sözlər: "Mənə hörmət etmirsən"

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampla danışıqlara başlamazdan əvvəl onlar jurnalistlərin suallarını cavablandırıblar.
Butov.az prezidentlərin çıxışlarından əsas hissələri təqdim edir:

Donald Tramp:

- Biz böyük razılaşma əldə edəcəyik, Ukrayna bir daha müharibəyə qayıtmayacaq.

- Ukraynada atəşkəs razılaşması qaçılmazdır. Münaqişəni bitirməyin vaxtıdır, Rusiya bunu istəyir.

- Biz hamımız münaqişənin bitməsini gözləyirik, hələ ki, zəmanətdən danışmırıq.

- Danışıqçılar Ukrayna üzrə gələcək sazişin parametrlərini müzakirə etməyə başlayıblar.

- ABŞ Ukraynaya çoxlu silah göndərmək istəməz, lakin təchizat təmin ediləcək.

- Həmişə kompromisə getməliyik, Zelenski də güzəştə getməli olacaq.

- Mən ABŞ-ın münaqişədə iştirakına görə təəssüflənirəm və buna görə məsuliyyət hiss edirəm.

- Vladimir Putinlə əlaqələrim əladır.

- Putinlə Zelenski arasında görüş olacaqmı? Bir-birlərini bəyənmirlər.

- Mən neytralam: hər ikisinin tərəfdarıyam.

- ABŞ-Ukrayna nadir torpaq metalları müqaviləsi "çox ədalətlidir".

- Saziş Ukrayna üçün irəliyə doğru bir addım olmalıdır. Və bu, ABŞ üçün böyük öhdəlikdir.

- Ukraynanın mineralları süni intellekt və silahların hazırlanmasında istifadə olunacaq. Bununla çoxlu pul gətirəcək.

- (Zelenskiyə) Heç nə diktə edə bilməzsən, çox yaxşı vəziyyətdə deyilsən.

- Sizin Rusiya ilə münaqişədə böyük problemləriniz var, qalib gəlmirsiniz.

- Nə hiss edəcəyimizi bizə diktə etməyə haqqınız yoxdur. Biz III Dünya Müharibəsinin astanasındayıq, amma ABŞ-a və mənə hörmət etmirsən.

- Əgər bizim silahlarımız olmasaydı, bu müharibə dərhal bitərdi.

Volodimir Zelenski:

- Biz heç vaxt atəşkəsi qəbul etməyəcəyik.

- Vladimir Putinlə müqavilə bağlayarkən heç bir güzəştə getmək olmaz.

- Bu sözləri Putindən eşitmişəm.
28-02-2025, 21:14
Zelenski atəşkəsə qarşı çıxdı


Zelenski atəşkəsə qarşı çıxdı

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampla görüşüb.
Onlar jurnalistlərin suallarını cavablandırıb.
O, Rusiya ilə “sadəcə atəşkəs”in “işləməyəcəyini” deyib.
Zelenski vurğulayıb ki, Kiyev uzunmüddətli sülh zəmanəti olmadan hərbi əməliyyatların dayandırılmasına razı olmayacaq.
“Biz heç vaxt sadəcə atəşkəsi qəbul etməyəcəyik. Rusiya bunu pozacaq”, – Zelenski deyib.
Eyni zamanda Donald Tramp vurğulayıb ki, Rusiya-Ukrayna münaqişəsinə son qoymağın vaxtı çatıb və sülhün bərqərar olması üçün Ukrayna prezidenti güzəştə getməli olacaq:
"Biz böyük razılaşma əldə edəcəyik, Ukrayna bir daha müharibəyə qayıtmayacaq".
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!