Bakıda 10 marşrutun hərəkət sxemi dəyişdirilir .....                        Lvovda binalara zərbələr endirilib, yaralananlar var .....                        Bakıda bu YOLLAR BAĞLANACAQ .....                        Salyanda minik və yük avtomobili toqquşub, xəsarət alanlar var .....                        Qazaxda 2 ha qamışlıq yandı-VİDEO .....                        Qəbələdə 50 yaşlı kişi dağlıq ərazidə yıxıldı, FHN köməyə gəldi - VİDEO .....                        Azərbaycan-Portuqaliya oyununun hakimləri açıqlanıb .....                        Zakir Həsənov müalicə olunan hərbi qulluqçuları ziyarət etdi .....                        Rusiyadan 17 milyon dollarlıq şirniyyat alınıb .....                       
26-09-2025, 22:52
Xaçmazda maşın çaya aşdı - yaralılar var


Xaçmazda maşın çaya aşdı - yaralılar var

Xaçmazda "Mitsubishi Pajero" markalı minik avtomobili çaya aşıb.
Hadisə Gəndob-Yalama yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Xaçmaz rayonu Hülövlü kənd sakini Tural İskəndərov toydan qayıdarkən Ağçayın üzərindən keçərkən idarə etdiyi avtomobil idarəetmədən çıxaraq hündürlükdən dərəyə aşıb.
Hadisə nəticəsində sürücü və avtomobildə olan sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili tibbi yardım avtomobili ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Qəza səbəbindən yolda uzun tıxac yaranıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
26-09-2025, 22:37
Türkiyə Rusiyadan neft idxalını azaldır


Türkiyə Rusiyadan neft idxalını azaldır

Türkiyənin Rusiyadan neft idxalı azalmağa başlayıb.
Bu barədə Reuters məlumat yayıb.
Məlumata görə, azalmanın əsas səbəbləri beynəlxalq sanksiyalar, bazarda rəqabətin güclənməsi və ABŞ prezidenti Donald Trampın müttəfiqlərə rus neftindən imtina çağırışlarıdır.
Cümə axşamı Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla iki saatlıq görüşdən sonra bəyan edib ki, Ankaranın bu çağırışı qəbul edəcəyinə inanır. O, əvəzində ABŞ-ın Türkiyəyə tətbiq etdiyi sanksiyaları yumşalda biləcəyini də açıqlayıb.
Kremlin sözçüsü Dmitri Peskov isə bildirib ki, Türkiyə suveren dövlətdir və kiminlə, hansı sahədə əməkdaşlıq edəcəyinə özü qərar verir:
«Əgər müəyyən ticarət növləri Türkiyə tərəfi üçün sərfəlidirsə, bu əməkdaşlıq davam edəcək.»
Sentyabrda Türkiyənin Rusiyadan aldığı neft həcmi aprel ayından bəri ən aşağı səviyyəyə düşüb. İyun ayında Ankara Rusiyanın Urals markalı neftindən 1,6 milyon ton idxal edib ki, bu da 2024-cü ilin mayından bəri ən yüksək göstərici idi. Sentyabrda isə bu rəqəm təxminən 1,2 milyon tonadək azalıb.
Hazırda Türkiyə Hindistandan sonra Rusiyanın Urals markalı dəniz neftinin ikinci ən böyük alıcısıdır.
26-09-2025, 22:32
Lukaşenko Zelenski ilə danışmaq istəyir


Lukaşenko Zelenski ilə danışmaq istəyir

Belarus Prezidenti Aleksandr Lukaşenko ukraynalı həmkarı Volodimir Zelenski ilə danışıqlar aparmaq istədiyini bildirib.
O, bu barədə rusiyalı jurnalist Pavel Zarubinə müsahibəsində deyib.
O vurğulayıb ki, artıq Rusiya, Ukrayna və Belarus rəhbərlərinin silahlı münaqişəyə son qoymaq üçün razılaşmasının vaxtı çatıb.
26-09-2025, 21:48
İran Rusiya ilə 26 milyardlıq saziş imzaladı


İran Rusiya ilə 26 milyardlıq saziş imzaladı

İranın “Hörmüz” şirkəti Sirikdə (Hörmüzqan vilayəti) dörd ədəd təkmilləşdirilmiş üçüncü nəsil atom elektrik stansiyası qurğusunun tikintisi və istismarı üçün Rusiyanın “Rosatom” şirkəti ilə 25 milyard dollarlıq icra müqaviləsi imzalayıb.
İmzalanma mərasimi sentyabrın 26-da Moskvada “Beynəlxalq Atom Enerjisi Həftəsi” çərçivəsində baş tutub.
Bildirilib ki, müqavilə İran İslam Respublikası və Rusiya Federasiyası arasında nüvə enerjisindən dinc məqsədlərlə istifadə sahəsində birgə əməkdaşlığın inkişafını hədəfləyir.
Bu nəhəng layihə İranın cənub-şərqində, Hörmüzqan vilayətinin Sirik (Kohestək rayonu) bölgəsində 500 hektar ərazidə həyata keçiriləcək.
Artıq layihə üçün ərazi seçimi ilə bağlı tədqiqatlar başa çatıb, hazırda mühəndislik və ekoloji araşdırmalar, həmçinin bəzi hazırlıq işləri davam etdirilir.
26-09-2025, 21:21
"Qarabağ" qələbə qazandı


"Qarabağ" qələbə qazandı

Misli Premyer Liqasında VI turun növbəti oyunu keçirilib.
"Qarabağ" "Azersun Arena"da "Qəbələ"ni qəbul edib. Görüş Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları Abdullah Zubir və Musa Qurbanlı vurublar.
Hazırda Qurban Qurbanovun kollektivi 10 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Qonaqlar 4 xalla onuncu yerdədir.
Günün ilk matçında "Zirə" "İmişli" ilə heç-heçə edib - 1:1.
26-09-2025, 20:46
Fələstin və İsrail liderləri yaxalarına nə taxıblar?


Fələstin və İsrail liderləri yaxalarına nə taxıblar?

BMT Baş Assambleyasında çıxış edən İsrailin Baş naziri Benyamin Netanyahu və Fələstin Prezidenti Mahmud Abbas yaxalarında taxdıqları simvolik işarələrlə diqqət çəkiblər.
Netanyahu çıxışının əvvəlində auditoriyaya yaxasında yerləşdirdiyi QR-kodu telefonları ilə skan etməyi tövsiyə edib.
Kod izləyiciləri 2023-cü il 7 oktyabrda HƏMAS tərəfindən törədilən hücumların görüntülərinə yönləndirib.
“Siz də görəcəksiniz ki, biz niyə döyüşürük və niyə qalib gəlməliyik", - o qeyd edib.
Fələstin lideri Mahmud Abbas isə çıxışını videobağlantı ilə edib, yaxasına “açar” sancıb. Bu açar 1948-ci il Ərəb-İsrail müharibəsi zamanı yurdlarından didərgin düşmüş fələstinli qaçqınların evlərinə qayıtmaq ümidini simvolizə edir. Fələstin xalqı həmin kütləvi köçü “Nakba”, yəni “faciə” adlandırır.
Bir çox qoca fələstinlilər bu gün də o dövrdən qalmış real ev açarlarını saxlayır, baxmayaraq ki, onların əvvəlki mülklərinə qayıdış ehtimalı çox aşağıdır.
İsrailin xarici işlər naziri Gideon Saar isə Abbasın açar taxmasını kəskin tənqid edib. Onun sözlərinə görə, bu jest “İsrailin məhvini simvolizə edən mesaj” kimi qəbul olunur. Saar vurğulayıb ki, fələstinlilərin “qayıdış hüququnun” məhdudiyyətsiz şəkildə tanınması İsrail dövlətini faktiki olaraq aradan qaldıra bilər.
26-09-2025, 20:33
5 gün pulsuz türk filmlərinə baxa bilərsiniz - FOTO


5 gün pulsuz türk filmlərinə baxa bilərsiniz - FOTO

Bakıda 8-ci Türkiyə-Azərbaycan türk film günlərinin açılış mərasimi keçirilib.
Tədbir sentyabrın 26-da Nizami Kino Mərkəzində qala gecəsi ilə açıq elan edilib.
Builki film günlərinin fəxri qonağı Türkiyənin tanınmış kinoaktrisası, “Yeşilçam”ın ulduzu və Türkiyənin Mədəniyyət və İncəsənət Siyasəti Şurasının üzvü Hülya Koçyiğit olub. Aktrisa ilk dəfə Azərbaycana gəlib və qala mərasimində tamaşaçılarla görüşüb. Açılışda Hülya Koçyiğitin baş rolda oynadığı məşhur “Gəlin” filmi nümayiş olunub.
Qala gecəyə “Savaşçı” serialının baş rol ifaçısı Berk Oktay, “Aşk Bağları” filminin aktyorları Anıl Altan və Duyğu Mercan, eləcə də tanınmış musiqiçi Arslanbek Sultanbekov qatılıb. Həmçinin “Rafadan Tayfa”nın prodüseri İsmayıl Fidan, “Şımarık” filminin prodüseri Karina Mia Satlıkova və “Aşk Bağları” filminin prodüseri Qalip Güner də Bakıda kinosevərlərlə görüşüblər.
Film günləri Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi Kino Baş İdarəsi, Azərbaycan Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Kino Agentliyi, eləcə də Türkiyənin ölkəmizdəki səfirliyinin dəstəyi, Yerli Düşüncə Cəmiyyətinin təşkilatçılığı ilə reallaşdırılıb.
Layihənin əsas məqsədi iki qardaş ölkə arasında mədəni əlaqələrin möhkəmləndirilməsidir.
Qeyd edək ki, filmlərin nümayişi ödənişsiz təşkil olunacaq və tamaşaçılar 5 gün ərzində türk kinematoqrafiyasının seçilmiş nümunələrini izləmək imkanı əldə edəcəklər.




26-09-2025, 20:02
Harada hərbi xidmət edəcəyinizi buradan öyrənin


Harada hərbi xidmət edəcəyinizi buradan öyrənin

Oktyabrda müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçılar xidmət yerləri barədə məlumatlandırılıblar.
Çağırışçılar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi saytındakı müvafiq bölməyə daxil olaraq xidmət edəcəkləri hərbi hissələri öyrənə bilərlər.
Bundan əlavə, mobil telefondan şəxsiyyət vəsiqəsinin nömrəsini (yeni nəsil vəsiqələrdə isə seriya və nömrəni birləşdirilmiş şəkildə) 9100 nömrəsinə SMS vasitəsilə göndərməklə də xidmət yerini bilmək mümkündür.
26-09-2025, 19:47
Rusiya təxribata hazırlaşır - ŞOK PLAN


Rusiya təxribata hazırlaşır - ŞOK PLAN

Rusiya Birləşmiş Krallıq ətrafında kritik infrastruktur üzərində gizli əməliyyatlara hazırlaşır.
Bu barədə "Financial Times" qəzeti yazıb.
Bildirilir ki, “Yantar” adlı gəmi ötən ilin payızından başlayaraq 13 ay ərzində Böyük Britaniya sularında müşahidə aparıb. Bu müddətdə gəmi Avropanın sualtı kabel xətləri və strateji obyektlərini izləyib.
Araşdırma Avropa Kosmik Agentliyinin peyk radiolokasiya məlumatlarına əsaslanır. Həmin görüntülərdə “Yantar”ın 2024-cü ilin noyabrında İrlandiya dənizinin mərkəzində kritik kabel xətləri üzərində dayandığı aşkarlanıb. Mütəxəssislər bildirirlər ki, gəmi fəaliyyətini gizlətməyə çalışıb.
Hazırda Böyük Britaniyada rəqəmsal rabitənin 99%-i sualtı optik kabellərlə təmin olunur. Ölkənin qaz təchizatının üçdə ikisi də dəniz dibi boru kəmərləri vasitəsilə daşınır. Bu səbəbdən həmin infrastruktura mümkün hücum xüsusi təhlükə yaradır.
“Yantar”ın sualtı aparatlarla təchiz edildiyi, kabel xətlərinə qoşularaq məlumat ələ keçirmək, həmçinin gələcəkdə diversiya məqsədilə partlayıcı qurğular yerləşdirmək imkanına malik olduğu bildirilir.
Rəsmi Moskva isə gəmini “okeanoqrafik tədqiqat gəmisi” kimi təqdim edir. Lakin Qərb hərbi ekspertləri iddia edirlər ki, gəminin əsas missiyası NATO ölkələrinin sualtı izləmə sistemlərinə və rabitə xətlərinə qarşı kəşfiyyat fəaliyyəti aparmaqdır.
26-09-2025, 19:34
Toyda zəhərlənənlərin sayı 70-i keçdi


Toyda zəhərlənənlərin sayı 70-i keçdi

İmişli rayonunda zəhərlənənlərin sayı 74-ə çatıb.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, 24.09.2025-ci il tarixində saat 14:10 radələrindən etibarən zəhərlənmə şübhəsi ilə 74 nəfər (8-i uşaq olmaqla 35-i kişi, 4-ü uşaq olmaqla 39-u qadın cinsli) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
“Onlara qeyri-infeksion enterit və kolit diaqnozu təyin olunub və hər birinə zəruri tibbi yardım göstərilib.
Vəziyyəti ağır qiymətləndirilən 5 nəfər (2-si kişi, 3-ü qadın cinsli) Kliniki Tibbi Mərkəzə təxliyyə edilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən 56 nəfər (26-sı qadın, 30-u kişi cinsli) ambulator müalicə üçün evə buraxılıb. 4 nəfər isə iltizamnamə əsasında ixtisaslı tibbi xidmətdən imtina edib.
Vəziyyətləri stabil qiymətləndirilən digər 9 nəfərin müalicələri müvafiq şöbələrdə davam etdirilir”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!