TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
2-11-2025, 18:30
Yamaykada qasırğa - Ölənlərin sayı 28 nəfərə çatdı


Yamaykada qasırğa - Ölənlərin sayı 28 nəfərə çatdı

Oktyabrın sonunda Yamaykaya çırpılan ən yüksək — beşinci kateqoriyalı “Melissa” qasırğası nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb.
Bu barədə ölkənin baş naziri Endryu Holness məlumat verib.
Bundan əvvəl 19 nəfərin həlak olduğu bildirilmişdi.
2-11-2025, 17:50
II Qaregin seçkilərə qədər istefa verməlidir - Simonyan


II Qaregin seçkilərə qədər istefa verməlidir - Simonyan

2026-cı il parlament seçkilərindən əvvəl Erməni Apostol Kilsəsinin rəhbərliyində dəyişiklik baş verməlidir.
Bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə açıqlamasında bildirib.
"Xeyr, bunu seçkilərdən əvvəl siyasiləşdirmək olmaz", - deyə o, kilsə rəhbərinin dəyişdirilməsinin təxirə salınma ehtimalı ilə bağlı suala cavab olaraq vurğulayıb.
Simonyan bütün ermənilərin katolikosu II Qaregini vaxtında istefa verməyə çağırıb:
"O, başa düşməlidir ki, işlərin alternativi olmayan bir nöqtəyə çatmasına imkan verməməlidir. Alternativi olduğu müddətcə bu qərarı özü verə bilər".
2-11-2025, 16:55
Balıkesir vilayətində ZƏLZƏLƏ


Balıkesir vilayətində yenidən ZƏLZƏLƏ

Türkiyədə 4,3 maqnitudada zəlzələ baş verib.
Bu barədə Türkiyə Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.
Yeraltı təkanlar Türkiyə vaxtı ilə saat 15:41-də Balıkesir vilayətinin Sındırqı rayonunda qeydə alınıb.
Zəlzələnin ocağı 14,13 kilometr dərinlikdə yerləşib.
Qeyd edək ki, oktyabrın 27-də Balıkesirdə 6,1 maqnitudalı zəlzələ qeydə alınmışdı.
2-11-2025, 16:37
ABŞ və Çin hərbi əlaqələri bərpa ediblər


ABŞ və Çin hərbi əlaqələri bərpa ediblər

Vaşinqton və Pekin ABŞ Prezidenti Donald Tramp və Çin Sədri Si Cinpinin Cənubi Koreyadakı görüşündən sonra hərbi əlaqə kanallarını bərpa ediblər.
Bu barədə Pentaqon rəhbəri Pit Heqset "X" sosial şəbəkə hesabında məlumat verib.
Heqset qeyd edib ki, Çinin müdafiə naziri admiral Donq Tszyun ilə danışıqlar müsbət mühitdə keçirilib və tərəflər münaqişələrin qarşısını almaq və yarana biləcək problemləri aradan qaldırmaq üçün əlaqə kanalları yaratmaqda razılığa gəliblər.
O həmçinin əlavə edib ki, gələcəkdə iki ölkənin hərbi nümayəndələri arasında əməkdaşlığı daha da gücləndirmək üçün yeni görüşlər planlaşdırılıb.
2-11-2025, 15:43
Kreml: Hazırda Rusiya-ABŞ sammitinə ehtiyac yoxdur


Kreml: Hazırda Rusiya-ABŞ sammitinə ehtiyac yoxdur

Putin və Tramp arasında görüş üzərində deyil, Ukrayna məsələsi üzərində işləmək lazımdır.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüş üzərində deyil, Ukrayna nizamlanması üzərində dəqiq iş aparmaq lazımdır.
Kreml sözçüsü qeyd edib ki, hazırda Rusiya-ABŞ sammitinə ehtiyac yoxdur.
"Hazırda nizamlanmanın detalları üzərində çox dəqiq işə ehtiyac var", - deyə o bildirib.
Peskov əlavə edib ki, nəzəri olaraq, Putin və Tramp arasında tez bir zamanda hazırlanan görüş mümkündür, lakin onun sözlərinə görə, hazırda buna ehtiyac yoxdur.
2-11-2025, 15:23
"Kəlağayı Günləri - 2025" layihəsi çərçivəsində ilk tədbirə start verildi.


2025-ci il noyabrın 1-də Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin təşkilatçılığı ilə "Kəlağayı Ev Muzeyi"ndə "Kəlağayı Günləri - 2025" layihəsi çərçivəsində ilk tədbirə start verildi.
Tədbiri giriş sözü ilə açan Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, “Kəlağayı Ev Muzeyi”nin direktoru Güllü Eldar Tomarlı qonaqları salamladı.
Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Güllü Eldar Tomarlı layihə haqqında geniş məlumat verdi. Qeyd etdi ki, illərdir milli dəyərimiz olan kəlağayını təbliğ edirik. 2014-cü ildə kəlağayımız Azərbaycan Respublikasının Birinci vitse prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə UNESCO-nun Qeyri- Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil olmuşdur. Kəlağayımızın UNESCO-ya daxil olmasının 10 illik yubileyi münasibəti ilə 2024-cü ildə "Sazlı, sözlü kəlağayı günləri" layihəsi çərçivəsində Naxçıvan Muxtar Respublikasında, respublikamızın bölgələrində, Gürcüstanın Tbilisi, Rustavi, Marneuli şəhərlərində, Moskvada, Sankt-Peterburqda tədbirlər, festivallar, sərgilər keçirildi. Bu il də final olaraq 26 noyabrda Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında sərgi və geniş konsert proqramı keçiriləcək.
Sonra çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov xalqımızın milli dəyərlərinin qorunmasının, gələcək nəslə ötürülməsinin vacibliyini, bu sahədə Mehriban xanım Əliyevanın misilsiz əməyini vurğuladı. Şöbə müdiri Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, “Kəlağayı Ev Muzeyi”nin direktoru Güllü Eldar Tomarlının son illərdəki uğurlu fəaliyyətindən söhbət açdı: “Artıq 5 ildir ki, Güllü xanımın rəhbərlik etdiyi İctimai Birlik hər il Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agenliyinin kiçik qrant müsabiqəsinin qalibi olur. Xətai rayonunda Heydər Əliyev parkındakı amfiteatrda ilk dəfə 2024- cü ildə “İlk Kəlağayı Festivalı”, 2025 - ci ildə isə davamı olaraq "ll Kəlağayı Festivalı" keçirilmişdir. Muzeyin ekspanatlar çoxaldıqca nümayiş etdirilməsi darısqallıq ucbatından çətinliklər yaratdığını da bilirik. Bu muzeyin daha geniş yerdə fəaliiyyəti üçün rayon rəhbəliyi səviyyəsində işlər aparılır”.

Çıxış edən araşdırmaçı yazar, ədəbi təhlilçi, publisist Vaqif Osmanlı kəlağayının qədimliyindən, xanımlarımızın yaraşıq, gözəllik rəmzi olmasından, sağlamlığı qorumasından və digər özünəməxsus xüsusiyyətlərindən söz açdı: “Kəlağayı xalqın yaddaşıdır, şərəfli tarixidir, nənələrdən qalma mənəvi əmanətdir. Bu qədim baş örtüyü ilə Azərbaycan xanımlarının ovqatını, yaşını, sosial vəziyyətini dəqiq müəyyənləşdirmək mümkündür. Güllü xanımın mənəvi dəstəyi ilə kəlağayı ədəbiyyatı - neçə-neçə kitablar, həmçinin kəlağayını vəsf edən mahnılar yaranmışdır. Güllü xanım kəlağayını nəinki ölkəmizdə, eləcə də bir çox xarici ölkələrdə - Türkiyədə, Gürcüstanda, Rusiyanın böyük şəhərlərində uğurla təqdim edib.
Daha sonra Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin üzvləri - tanınmış əmək qəhrəmanı Tərlan Musayeva, Fəxrəddin Mahmudov, Eyzanat Osmanova, şəhid Zaur İsmayılzadənin anası Sevil Hüseynova, Polad Ağa və gənclər Güllü Eldar Tomarlının yorulmazlığından, Vətən, kəlağayı və papaq sevgisindən danışdılar, ona bu şərəfli işdə uğurlar arzuladılar.
Gənc aşıq Dərya Nəsibova ən ifası alqışlarla qarşılandı.
Sonda Güllü Eldar Tomarlı mənəvi dəstəyə görə tədbirin iştirakçılarına təşəkkürünü bildirdi.










2-11-2025, 15:15
PKK İraq və Suriyada da fəaliyyətini sonlandırmalıdır - Fidan


PKK İraq və Suriyada da fəaliyyətini sonlandırmalıdır - Fidan

PKK terror təşkilatı İraq və Suriyada da fəaliyyətini sonlandırmalı, işğal etdiyi ərazilərdən çəkilməlidir.
Bunu İraq Baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseynlə Bağdadda keçirdiyi ortaq mətbuat konfransında Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
"Bu, bölgənin sabitliyi və təhlükəsizliyi üçün, xarici müdaxilələrin qarşısının alınması üçün son dərəcə əhəmiyyətlidir", - Fidan vurğulayıb.
Qeyd edək ki, oktyabrın 26-da PKK terror təşkilatı Türkiyədən tamamilə çıxdığını açıqlayıb. Təşkilatın Suriyada YPG/PYD qolları fəaliyyət göstərir.
2-11-2025, 15:02
Sumqayıtda tapılan azyaşlının valideynləri axtarılır


Sumqayıtda tapılan azyaşlının valideynləri axtarılır

Ötən gün axşam saat 20:00 radələrində Sumqayıt şəhəri ərazisində təxminən 5-6 yaşlarında eşitmə və danışma qüsuru olan uşaq tapılıb.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən azyaşlı xəstəxanaya yerləşdirilib.
Azyaşlını və ya onun valideynlərini tanıyanlardan, eləcə də barəsində məlumatı olanlardan (018) 655-76-65 şəhər və (050) 384-84-99 mobil nömrələrinə zəng etmələri xahiş olunur.
2-11-2025, 14:55
Siqaret qadağası tətbiq edən ilk ölkə - Maldiv adaları


Siqaret qadağası tətbiq edən ilk ölkə - Maldiv adaları

Maldiv adaları yeni nəsil üçün siqaret qadağası tətbiq edən ilk ölkə olub.
Belə ki, 1 noyabr 2025-ci il tarixindən etibarən 1 yanvar 2007-ci ildən sonra doğulmuş vətəndaşlara tütün məhsullarının alınması, istifadəsi və ya əldə edilməsi qadağandır.
Qadağa bütün növ tütün məmulatlarına şamil edilir və pərakəndə satıcılardan alıcıların yaşını təsdiqləmələri tələb olunur.
Bu tədbir turistlərə də aiddir. Bundan əlavə, yaşından asılı olmayaraq hər kəs üçün elektron siqaretlərə və veyplərə tam qadağa qüvvədə qalıb. Qaydaların pozulmasına görə cərimələr tətbiq edilib.
Nəşr qeyd edir ki, Yeni Zelandiya bu qanunu qəbul edən ilk ölkə ola bilərdi. Lakin qanun 2024-cü ilin iyul ayında qüvvəyə minməli olsa da, vergi endirimlərini maliyyələşdirmək üçün 2023-cü ilin noyabr ayında yeni hökumət tərəfindən ləğv edilib.
2-11-2025, 14:51
"Xəzər nəğmələri"nin Dəmir qonağı

"Xəzər nəğmələri"nin

Dəmir qonağı


Noyabrın 1-də Neftçala şəhər Mərkəzi Kitabxanasında "Xəzər nəğmələri" ədəbi birliyinin növbəti tədbiri keçirildi. Ədəbi tədbirdə AYB -nin üzvü,şair-publisist, Azərbaycan poeziyasında öz dəst-xətti ilə seçilən şair Təranə Dəmir qonağımız oldu. Birliyin üzvləri Böyükağa Məmmədov,
Əlovsət Əliyev, Müzəffər Məzahim,"Gündoğar" qəzetinin redaktoru Bədirə Niftəliyeva və başqaları Təranə Dəmirə uzun məsafəni qət edib görüşə gəldiyi üçün səmimi qəlbdən minnətdarlıqlarını bildirdilər.

Eyni zamanda Təranə xanım da bu dəvətin təsəbbüskarlarına ürəkdən təşəkkür etdi, tədbir boyu rəngarəng şeirlərini səsləndirdi və tədbir iştirakçılarına imzalı kitablarını bağışladı.Sonda xatirə şəkli çəkildi. Biz də öz növbəmizdə görüşün çox səmimi və rəngarəng keçməsində Neftçala rayon Mərkəzi kitabxanasının əməkdaşlarına dərin təşəkkürümüzü bildiririk. Eyni zamanda Təranə xanıma da yaradıcılığında uğurlar diləyirik.

Zabil Pərviz.
Şair,AYB -nin üzvü."Xəzər nəğmələri"ədəbi birliyinin sədri.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!