“Crocus City Hall”da törədilən terrora görə daha bir nəfər saxlanıldı .....                        Boksçularımız beynəlxalq turniri 21 medalla başa vurdular .....                        Erməni spiker Sahibə Qafarova ilə görüşündən danışdı .....                        Bişkekdə fövqəladə vəziyyət elan olundu .....                        Lavrov: “Ermənistan uydurma bəhanələrlə son üç ilin tarixini təhrif edir” .....                        AZƏRTAC-ın sabiq sədri təltif olundu .....                        Moskvada baş verən terror aktında “Ukrayna izi” aşkarlandı .....                        Mingəçevirdə yataqxana binasında yanğın baş verdi - FHN cəlb olundu - VİDEO .....                        Əlillərə məxsus maşınlara taksi fəaliyyəti göstərmək qadağan edildi .....                       
Tarix : 27-05-2016, 12:07
Güneyli şairlərimiz

Hüseyn Məmmədov,
müəllim


XX əsrin sonu baş verən milli azadlıq hərəkatı ədəbiyyatın, incəsənətin qarşısında yeni vəzifələr qoydu. XXI əsrin poeziyası özünün mübarizliyi, xəlqiliyi, azadlıqsevərliyi ilə diqqəti cəlb etdiyi üçün bu günümüzün nailiyyəti kimi qiymətləndirirəm.
İndiki dövrdə bütün İranda, eləcə də Cənubi Azərbaycanda demokratik ədəbiyyat yeni mərhələyə qədəm qoydu. Belə demək olarsa, əsl sənətin, həqiqi sənətkarların yolu başlandı. Həyatın dərin qatlarında, aktual ictimai problemləri, ziddiyyətləri əks etdirən şairlə cəmiyyət arasında sıx əlaqə, qırılmaz birlik mövcuddur. Bu vəhdət olmadan nə böyük sənət var, nə də ki, sənətkar.
Müasir İran poeziyasının bu gününü gözəl bir gülüstana bənzətsək, ilk növbədə gənc yazarlar yada düşür. Onlardan Əli Abdullahi (Ellər), Haşim Tərlan, Taymaz Taymazlı, Rəhim Keyvan, Çayağlu, Məhəmməd İbadi Alışıq, Güldürlü Vəli və başqaları.
Vəli Şahməhəmmədi (Güldürlü Vəli) 1955-ci ildə Cənubi Azərbaycanın Kəleybər şəhərinin Güldür kəndində anadan olub. İndiyə qədər dörd kitabı “Ağla dağ”, “Qartal Çaynağı”, “Lampasız otaq” və “Həsrət güzgüsü” nəşr olunub. Hal-hazırda Tehran şəhərində yaşayır.

Güneyli şairlərimiz

Sağdan Hüseyn Məmmədov, Güldürlü Vəli, Əli Abduullahi(Ellər)

Allah buyurduğu sözdən açasan

Allah buyurduğu sözdən açasan,
Birindən törüyən, minlər qan düşər.
Deməyibdir gülə qarğı saçasan,
Saçsan nalə qalxar əlaman düşər.

Ayıq vicdan ilə bax yerdə yatıb,
Ayaqlar altında hənirə batıb,
Bəzi də göyərib köksüz boy atıb,
Çiçək fitnəsinə min loğman düşər.

Qılınc tək qınında sovsüz itilə,
Şər toxum tək səpilməmiş bitilə.
Bir süt qada söz önündən itilə,
Ona görmək üçün hər imkan düşər.

Ay “Güldürlü Vəli” neçədən birsən,
Kimdən öyrənibsən fitnə-məkr sən.
Təzə İmamzadə nə köhnə pirsən,
Sənə nə məhkəmə, nə divan düşər.

Müəllim

Haqq özü dərs verdi müəllimlərə,
Odur ki, kamala doldu müəllim.
Bax təbib loğmana, bax alimlərə,
Onlar da dərs alıb oldu müəllim.

Ərinmiş gövhərdi seçilmiş daha,
Elm ilə gətirib cansızı cana.
Yol açdı göylərə hər kəhkəşana,
Yerlə göyə körpü oldu müəllim.

Dilsizə dil olub, gözlərə işıq,
Zəhmətli işinə olubdur aşiq.
Ayağını götürməyib dolaşıq,
Rişədi-şaxədi, qoldu müəllim.

Çəkdiyi zəhməti gəlməyən saya,
Elmi fatih olan ulduza-aya,
Qələm ilə zəfər saçan dünyaya,
Mənəvi nemətdən boldu müəllim.

Ay “Güldürlü Vəli”, düz olan əməl,
Həmişə dilindən süzən gövhər-ləl.
İcaz yağan bir heykəldə iki əl,
Yəqin ki, həm sağdı - soldu müəllim.

Mən qulluq etməyin arzusundayam

Ürəkdən sidq ilə ölkə - elimə,
Mən qulluq etməyin arzusundayam.
Gül olsam vətəndən iraq bitməyə,
Asarsız itməyin arzusundayam.

Lopaqlar başıma vursa yetən də,
Gələndə tapdasa keçib ötən də.
Ağac tək doğransam yüzdə vətəndə,
Sinədə bitməyin arzusundayam.

Güldürlü Vəliyəm, budur diləyim,
Vətənin eşqiylə coşa ürəyim.
Vətəndən güc alır qolum, biləyim,
Bir də qayıtmağın arzusundayam.

Gör-götür

Baxgınan ürəkdən, candan yanana,
Adamlıq beylədir gör-götür eylə.
Can qurban et işarədən qanana,
Adamlıq beylədir gör-götür eylə.

Yıxılanın tut əlindən, sən yıxma,
Tutdun, utandırıb ürəyin sıxma.
Pis qaş-qabaq ilə qabağa çıxma,
Adamlıq beylədir gör-götür eylə.

Yoxdan hey ucalıb adını böyüt,
Havaxdan görübsən bar verə söyüd.
Ay “Güldürlü Vəli”, gəl öyrən öyüd,
Adamlıq beylədir gör-götür eylə.

Ömrü xəzan eylədim


Ömrü quru bağ tək xəzan eylədim,
Mən ucuz satıldım, sən ucalasan.
Günü-gündən pis uzada teylədim,
Mən ucuz satıldım, sən ucalasan.

Adın oldu mənim sədaqət andım,
Səni bir dağ bilib mən arxalandım.
El içrə əzilib lap tapdalandım,
Mən ucuz satıldım, sən ucalasan.

“Güldürlü Vəli”nin yarasına əl
Vurub olmağınan ömrünə əcəl.
Ay baxışı məsum, işləri dəcəl,
Mən ucuz satıldım, sən ucalasan.

Taymaz Taymazlı 1970-ci ildə Güney Azərbaycanın Qaradağ mahalında anadan olub. Tehran universitetində ali təhsil alıb. Şeir yazmağa universitetdə oxuduğu vaxt başlamışdır. İlk şeirləri Güneydə çıxan “Xudafərin” qəzetində yayımlanıb. Hələ ki, kitabı çıxmayıb. Hal-hazırda Tehran şəhərində yaşayır.

Qaraçılar

Hind kökənli qaraçılar
Ölkəmizə soxuldular.
Türk paşalar sarayında
Oyuncaq, oynaş oldular.
Min illərlə əyildilər,
Evlərdə kölə oldular.
Yavaş-yavaş dikəldilər,
Ölkəyə yiyə durdular.
Bu oğrular, dilənçilər
Hələ də var dilənirlər.
Oğurluqla gün keçirib,
Qapı-bacada sülənirlər.
Bunlar torpaq oğrusu,
İlay dilənçisidir.
Bunlar əkinc oğrusu,
Əkinc dilənçisidir.
Türklər sümürgənlərə
İlay boyu yox dedi.
Qaraçılar onlara
Gülə-gülə gəl dedi.
Türk yada baş əyməyib,
Əyməyəcəkmi dedi.
Bunların ərbabları
İngilislərə söylədi.
Masonlar pıçıldadı
Ölkəyə yiyələnmək.
Türkləri əzməkdədir,
Hələ də var əzilir.
Türk oğlu türk boylan,
Qaraçılar bizləri.
Manqurd kimi istədi,
Manqurdluğmuzdanmı.
Bu gün ayaq üstədi,
Ölkəyə yürüş çağı.
Türk duruş qeyrətli,
Dilimizdə oxumaq.
İstəyəndə azəri,
Yeni kimlik çözülür.
Deməli, Fars oluruq,
Bizdə qaraçılar tək.
Yersiz, köksüz oluruq,
Geri ulus oluruq,
Əkincsiz fars oluruq.
Yenə manqurd oluruq,
Ancaq bu yöntəmlərə
Baxmayaraq da Türkəm,
Yenə də mutlu Türkəm.
Nə mutlu türkəm deyib,
Ağızların əyirəm.
Taymaz! Yenə deyirəm,
Dünən ki, qaraçılar
Bugünkü pan-farslara,
“Təbriz, Bakı, Ankara,
Farslar hara, biz hara”.

Urmu gölü

Sən Azərbaycanın yaşam gölüsən,
Onu yaşatmağa çoxdan ölüsən.
Elimin özəyi, ilk bəzəyisən,
Ulusumun gözü, Urmu gölüsən.

Ölərəm yolunda, sən isə ölsən,
Elmlə ağlayıb, elmlə gül sən.
Bayrağımda dalğalanan Göy-Gölsən,
Ulusumun gözü, Urmu gölüsən.

Sən elimin çörəyinin duzusan,
Bayrağımın üstünün ulduzusan.
Sən göylərdən enmiş, yer ulduzusan,
Ulusumun gözü, Urmu gölüsən.

Sən Taymazın ürəyini yandıran,
Qanmazlar susuzluğu qandıran.
Yaşamağı, yaşatmağı andıran,
Ulusumun gözü, Urmu gölüsən.

Bir elin o tayı, bu tayı olmaz


Bilmirəm alnında nələr yazılmış,
Yağılar sinəsinə süngülər taxmış.
Bizi bölənlərdə bunu bilməli,
Bir elin o tayı, bu tayı olmaz.

Bölən günü əldə vurub güldülər,
Bir ürəyi iki yerə böldülər.
Ağlar qalmaz əllərimiz bilməli,
Bir elin o tayı, bu tayı olmaz.

Soyu birdir, dili birdir bu elin,
Qanı birdir, canı birdir bu elin.
Yağılarda bu gerçəyi bilməli,
Bir elin o tayı, bu tayı olmaz.

Ayır-buyur yöntəminə yönəldən,
Ulusuna soyqırımlar törədən.
Rus da, fars da, erməni də bilməli,
Bir elin o tayı, bu tayı olmaz.

Dərbəndim, Borçalım, Qarabağım da,
Urmu, Qaşqay, Ərak, Həmədanım da,
Təbrizim də, Tehranım da bilməli,
Bir elin o tayı, bu tayı olmaz.

Taymazın ürəyi oduna yandı,
Ağrıdan ürəyi onun da qandı.
Yurd sevərlər bunu duyub bilməli,
Bir elin o tayı, bu tayı olmaz.

Fars Şovnizminə

Qızılıma mis dedirtdi,
Ulusuma pis dedirtdi,
Dininə də his dedirtdi,
Şovnizmin iyrənc əli.

Özün qondarma bəzədi,
Sözü uydurma təzədi.
Özünə tarix çözədi,
Şovnizmin iyrənc əli.

Keçmişlərdə adı yoxdu,
Səsi-sanı yaman çoxdu.
Özün təmədduna soxdu,
Şovnizmin iyrənc əli.

Ayaqlara baş dedirtdi,
Tarixi çaş-baş dedirtdi,
Türkün dilin çaş dedirtdi,
Şovnizmin iyrənc əli.

Nələr gəldi başımıza,
Ağı qatdı aşımıza.
Yuxu gördü başımıza
Şovnizmin iyrənc əli.

Səninləyəm ay şovinist,
Eşitdinmi öldü faşist?!
Hayqırıram dayan! Dur! İst!
Şovnizmin iyrənc əli.


Paylaş



Bölmə: Güneyin sesi / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!