ADNA terrorundan 15 il keçir .....                        Türkiyədən Fransanın təxribatçı qərarına reaksiya .....                        Rusiya Odessanı bombaladı - 4 ölü, 28 yaralı .....                        Ukraynaya “Patriot” verilməsi prioritet məsələdir - Stoltenberq .....                        Avropa Parlamentinin üzvündən Azərbaycana dəstək .....                        CHP sədri ilə Ərdoğanın görüş tarixi bəlli oldu .....                        Ərdoğan Bahçelinin evinə getdi - FOTO .....                        Xəritələrə əsasən, 4 kənd Azərbaycana məxsus olub - Ermənistan Ədliyyə Nazirliyi .....                        Su Ehtiyatları Agentliyinin qurumlarının nizamnamələri təsdiqləndi .....                       
Tarix : 6-01-2022, 16:00

Qazaxıstanda təbii yanacağın qiymətinin iki dəfə artması bir sıra şəhərlərdə kütləvi etirazlara səbəb olub. Vəziyyət hazırda elə bir həddə çatıb ki, Qazaxıstan Prezidenti Qasım Jomart Tokayev hökuməti istefaya göndərib. Bundan başqa, hökumət etirazlar fonunda ölkənin Manqistau və Aktübin vilayətində maye qazın qiymətini aşağı salmaq qərarına gəlib. Belə ki, litri 120 təngəyə qaldırılan qazın yenidən 50 təngəyə endiriləcəyi bildirilib. Maraqlıdır ki, nə hökümətin etirazlara səbəb olan qaz qiymətlərini endirməsi, nə də prezidentin hökuməti istefaya göndərməsi qəzəbli kütləni sakitləşdirməyib.

Hesab edirəm Qazaxıstanda baş verən etirazlar bəsit bir xalq ayaqlanması və ya sosial narazılıq deyil. Belə ki, etirazçıların səbəbi həqiqətən də təbii yanacağın qiymətinin iki dəfə artması olsa idi, hökumətin 120 təngəyə qaldırılan qazı yenidən 50 təngəyə endirməsi ilə hadisələr sakitləşərdi. Etirazçılar isə hökumətin bu addımını populist addım adlandıraraq dünya bazarındakı mövcud qaz qiymətlərinin yenidən artması halında hökumətin də qazın qiymətini artıracağını bildirərək etirazlara davam edir. Təbii yanacağın qiymətinin artması etiraz aksiyalarının başlaması üçün sadəcə bahanədir.

Etirazların pərdəarxasındakı güc kimdir?

Hesab edirəm Qazaxıstanda baş verən mövcud etirazlar iqtisadi və sosial amillə bağlı olmaqla yanaşı, həm də Kremldə hazırlanmış və anarxiya, xaosa hesablanmış bir ssenaridir. Məsələ ondadır ki, son günlər rus millət vəkillərinin bir çoxu rəsmi televiziya kanallarında çıxışı zamanı tez-tez Qazaxıstanın tarix boyu mövcud olmadığını, hazırkı qazax torpaqlarının vaxtilə Kreml tərəfindən onlara verildiyini qeyd edir. Rus millət vəkillərinin eyni mövzuda bənzər fikirlər səsləndirməsi “Qazaxıstan deyə bir ölkə heç bir zaman olmayıb” deyən Rusiya Prezidenti Vladimir Putinin sözlərinin təkrarı kimidir.
Kremlin indiki halda Qazaxsıtana baxışı Putinin “Bu torpaqları biz sizə hədiyyə etmişik. Buna görə də bizdən uzaqlaşmağı düşünməyin. Yoxsa hədiyyə verdiyimiz torpaqları əlinizdən alaram” sözləri ilə izah edilə bilər.

Kremlin məqsədi nədir?

Rusiyanın indiki halda Qazaxıstanda sabitliyi pozmasının bir neçə səbəbi var:

Birincisi, Qazaxıstan son illərdə Kremlin istəyi xaricində siyasət yeritməyə başlayıb. Belə ki, ölkənin latın qrafikalı əlifbaya keçməsi, keçmiş SSRİ-dən qalan şəhər adlarının milli adlar ilə əvəzlənməsi, qazax dilinin ön plana keçərək rus dilini sıxışdırması və s. qərarlar Kremlin diqqətindən yayınmayıb. Aydın məsələdir ki, rəsmi Nursultan Kremlin başının Ukraynanın şərqində və Qafqazda qarışmasından istifadə edərək təmkinlə ölkədəki Rusiya təsirini azaltmağa çalışırdı. Hesab edirəm Kreml Qazaxıstandakı təsirinin azalmasından narahatdır və mövcud etirazlar fonunda rəsmi Nursultana açıq mesaj verir.

İkincisi, Qazaxıstan sahəsinə görə, hazırda dünyanın 9- cu ən böyük ölkəsidir. Bundan başqa, Qazaxıstan dünyanın ən böyük neft və qaz ixrac edən ölkəsidir. Bununla belə bu ölkənin hazırda ən böyük problemi əhali sayının az olmasıdır. Cəmi 18 milyon olan əhalinin bir qismini də ruslar təşkil edir.
Müstəqilliyin ilk illərində ölkədəki əhalinin 37 faizini rus əsilli insanlar təşkil edirdi. Bu gün bu nisbət dəyişsə də ölkədə bu qədər rus əsilli vətəndaşın olması Qazaxıstana Kremlin təsir etməsi və gələcəkdə Ukrayna ssenarisinin baş vermə ehtimalını yüksəldir.

Son illərdə Qazaxıstan ölkə xaricində yaşayan qazaxları ölkəyə dəvət edərək mövcud problemi həll etməyə çalışsa da görünür bu, Kremlin qəzəbinə səbəb olub. Mövcud etiraz aksiyalarında rus əsilli deyil, məhz qazax əsilli vətəndaşların olması Kremlin Qazaxıstana ciddi mesajı olaraq qiymətləndirilə bilər.

Üçüncüsü, Qazaxıstan hazırda Çinin "bir kəmər, bir yol" layihəsi çərçivəsində kilit ölkələrdən hesab edilir. Belə ki, çindən gələn ticarət yolu Qazaxıstan üzərindən Azərbaycana, Zəngəzur dəhlizindən Ermənistana, Türkiyə üzərindən isə Avropaya qədər uzanacaq.

Rusiya indiki halda Qazaxıstanın özündən asılı olmasını və Çinin "bir kəmər, bir yol" layihəsində kilit ölkə roluna malik olmasını istəmir. Rəsmi Moskva Qazaxıstan torpaqlarından keçəcək xəttin öz torpaqlarından daha dəqiq desək Orlenburg, Çelyabinsk, Omsk kimi şəhərlərdən keçməsini istəyir. Hesab edirəm Rusiya ilə Qazaxıstan indiki halda məhz bunun üçün anlaşmazlıq yaşıyır və Kreml təsir rıçaqlarını işə salıb.

Turan Rzayev
15:18
Turan
Turan Rzayev
Nazarbayevin yoxluğu türk dövlətlərinin təşkilatlanmasını zəiflədəcək

Qazaxıstan Prezidenti Qasım-Jomard Tokayevin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) hərbi yardım istəməsinin ardınca Rusiya Hərbi Kosmik Qüvvələrinin hərb-nəqliyyat təyyarələri Rusiya sülhməramlılarını Qazaxıstan ərazisinə tullayıb. Qazaxıstana göndərilən KTMT qoşunlarına Rusiya, Belarus, Qırğızıstan, Tacikistan, Ermənistan silahlı qüvvələrinin bölmələri daxildir.

Qazaxıstan Prezidenti Tokayevin Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciəti hadisələrin bir daha Kremlin ssenarisi əsasında baş verdiyini sübut etdi. Qazaxıstanda baş verən hadisələrdə Kremlin barmağının olmasını sübut edən bir digər nüans isə etirazlarla bağlıdır:

Birincisi, etirazçıları idarə edən konkret bir fiqur və ya lider yoxdur. Yəni etirazçılar dağınıq formada hərəkət edirlər. Misal üçün, etirazların arxasında Qərb və ya ABŞ dayansaydı, mütləq şəkildə kütləni idarə edən bir şəxs olardı. Lakin Kreml variantında isə adətən buna ehtiyac olmur.

İkincisi, Qazaxıstanda etirazların ilk günündən etibarən rusların yaşadığı bölgədə sakitlik hökm sürür. İğitaşaşlar, etirazlar isə daha çox qazaxların çoxluq təşkil etdiyi ərazilərdə baş verir.

Üçüncüsü, etirazlar dağıntılarla müşahidə olunsa da, iştirakçıların sayı hakimiyyəti devirəcək qədər deyildi. Yəni Qazaxıstan öz ordusu ilə silahlı üsyanın qarşısını çox rahatlıqla ala bilərdi. Lakin Prezident Tokayev KTMT-yə müdaxilə üçün müraciət etdi.

Bundan sonra Qazaxıstanın müstəqilliyindən danışmaq olmaz.

Təəssüf ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) qoşunlarının Qazaxıstana gəlməsi Qazaxıstanın müstəqilliyinə ciddi təhdid deməkdir. Məsələ ondadır ki, etirazlar nəticəsində Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev Təhlükəsizlik Şurasının sədri vəzifəsindən istefa verib. Nursultan Nazarbayev hər nə qədər mübahisəli şəxs olsa da, prezident Tokayevdən fərqli olaraq milli idi. Nazarbayev Rusiya ilə ortaq hərəkət etsə də, ən çətin şərtlərdə belə Qazaxıstan üçün mühüm işlər görürdü. Misal üçün, ölkənin latın qrafikalı əlifbaya keçməsi, keçmiş SSRİ-dən qalan şəhər adlarının milli adlarla əvəzlənməsi, qazax dilinin ön plana keçərək rus dilini sıxışdırması və s. Hesab edirəm, Nazarbayevin sonunu gətirən də məhz onun atdığı bu milli addımlar oldu.

Tokayevdən fərqli olaraq Nazarbayev heç zaman Rusiyanın Qazaxıstana qoşun yeritməsinə izn verməzdi. Düzdür, Qazaxıstana gələn təkcə Rusiya hərbçiləri olmasa bu, nəticə dəyişmir. KTMT üzvü olmaq ayrı məsələdir, KTMT qoşununu ölkəyə dəvət etmək tamam ayrı məsələdir. Tokayev faktiki Nazarbayevin heç vaxt etməyəcəyi bir səhvi etdi və Qazaxıstanı öz əlləri ilə Kremlə təhvil verdi.

Kreml SSRİ mahnılarının sədaları altında Türk dövlətlərinin təşkilatlanmasına zərbə vurdu!

Qazaxıstanda baş verən iğtişalar fonunda bir məqam xüsusilə diqqət çəkdi. Məsələ ondadır ki, Qazaxıstanda gərginlik yaşanarkən bəzi rus kanallarında SSRİ dövründəki hava proqnozu, mahnıları səslənirdi.

İlk başda əhəmiyyətsiz bir detal kimi görünsə də, Nazarbayev kimi Türk dövlətlərinin təşkilatlanmasına mühüm rola malik bir şəxsin Təhlükəsizlik Şurasının sədri vəzifəsindən istefa verməsi və bu hadisənin baş verdiyi ərəfədə rus kanallarında SSRİ mahnılarını səslənməsi təsadüfi deyil. Kreml bununla açıqca Türk dövlətlərinin təşkilatlanmasından narahat olduğunu, təşkilatın güclənərək ona alternetiv bir güc olmasını istəmədiyini elan etmiş oldu.

Nazarbayevin gedişi həqiqətən də türklərin təşkilatlanması baxımından ciddi mənfi hadisə oldu. Belə ki, Mərkəzi Asiya türklərini bir arada saxlayan güc şübhəsiz ki, Nazarbayev idi. Hesab edirəm ki, Nazarbayevin yoxluğu Mərkəzi Asiya türk dövlətlərinin Kreml qarşısında gözünü qorxudacaq, türklərin təşkilatlanmasını zəiflədəcək.
Turan Rzayev


Paylaş



Bölmə: ---
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!