Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
31-10-2021, 20:58
Co Baydenin görüşdən sonrakı açıqlamaları optimizmə əsas vermir.

ABŞ və Türkiyə prezidentləri Co Bayden və Rəcəb Tayyib Ərdoğan oktyabrın 31-də Romada keçirilən 16-cı G-20 sammiti çərçivəsində bir araya gəliblər. Görüş 20 dəqiqə planlaşdırılsa da, 1 saat 10 dəqiqə çəkib.
Görüşdən sonra yayımlanan açıqlamada iki ölkə lideri konstruktiv dialoqu davam etdirmək qərarına gəliblər. Bunun üçün liderlər ortaq mexanizm qurulmasna razılaşıblar. İki ölkə arasında ticarət dövriyyəsinin artırılması vacibliyini bildirən liderlər NATO çərçivəsində strateji ortaqlığın davam etdirilməsi gərəkliyini də vurğulayıblar.
Görüşdən sonra hər iki tərəf görüşün nəticəsini müsbət qiymətləndiriblər. Buna baxmayaraq, ABŞ prezidenti Co Baydenin görüşdən sonrakı açıqlamaları optimizmə əsas vermir.
Birincisi, Bayden deyib ki, Vaşinqton əvvəlkitək Türkiyənin Rusiyadan S-400 raket sistemini almasından narahatdır.
İkincisi, Bayden deyib ki, Vaşinqtonda Türkiyənin Amerikadan almaq istədiyi F-16 qırıcı təyyarələri ilə bağlı “müvafiq prosedurlara” ehtiyac var.
Bu o deməkdir, Vaşinqton Türkiyəyə F-35 təyyarələrinin əvəzinə F-16 təyyarələrini satmaq fikrində yekdil qərara gəlməyib. Pentaqon və Ağ Ev müsbət qərar versələr belə Konqresin təsdiqi lazım gələcək. ABŞ Konqresi isə anti-Türkiyə mövqeyindən geri çəkilməyib. Türkiyə xarici işlər naziri Mövlüd Çavuşoğlunun sözlərinə görə, əgər Ağ Ev Türkiyəyə F-16 təyyarələrini satmaq qərarına gələcəksə, bununla bağlı Konqresi də inandırmalıdır. Həqiqətən Ağ Evin təsdiqinə rəğmən, Konqres rədd cavabı verəcəksə, birinci mərhələdəki təsdiqin heç bir əhəmiyyəti qalmır. Çətin olacaq. Pentaqon, Ağ Ev də Konqres Türkiyəyə hərbi təyyarə satmamaq üçün Ankaranın Rusiyadan aldığı C-400 raketlərini bəhanə edəcəklər.
ABŞ və Türkiyə prezidentləri Romada Cənubi Qafqazdakı vəziyyəti də müzakirə ediblər. Ancaq bu mövzunun iki lider arasında geniş müzakirələrə səbəb olduğunu söyləmək çətindir. Çünki 1 saat 10 dəqiqəlik söhbətdə mövzu çox olub. Bu sıraya iki ölkə arasında hərbi və iqtisadi əməkdaşlıqdan tutmuş Əfqanıstanda humanitar durum, yardımların çatdırılması, Liviyada seçkilər, Aralıq dənizindəki vəziyyətə dair mövzular aiddir.
Görəsən Vaşinqtonu Cənubi Qafqazdakı durumla bağlı nə narahat edir? Əslində NATO üzvü Türkiyənin Cənubi Qafqazdakı mövqelərinin güclənməsi ABŞ-ın maraqlarına uyğun olmalıdır. Çünki əks halda Cənubi Qafqazda Amerikanın rəqibi Rusiya tək hakim olacaq. Bu isə Amerikanın maraqlarına cavab verməməlidir. Ancaq problem ondadır ki, Amerikada siyasətçilər və bir qrup konqresmen lobbi maraqlarını ölkələrinin milli və təhlükəszilik maraqlarından üstün tuturlar. Misal üçün erməni lobbisinə bağlı amerikalı konqresmenlərin, siyasətçilərin və diplomatların şəxsi maraqları Ermənistana dəstəyi məsbur edirsə, Amerikanın milli və təhlükəsizlik maraqları Ermənistandan fərqli olaraq Rusiyanın vassalı olmayan Azərbaycanla əməkdaşlığı, Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının gücləndirilməsinə dəstəyi diqtə edir. Təəssüf ki, bir sıra hallarda şəxsi maraqlar dövlət maraqlarını üstələyir, elə Ağ Evin indiki sahibi də vaxtilə Konqresdə Azərbaycana qarşı 907-cü düzəlişi dəstəkləyərkən şəxsi maraqlarını ölkəsinin təhlükəsizlik maraqlarından üstün tutmuşdu.
“Atlas” Araşdırmalar Mərkəzi
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!