Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
23-07-2022, 17:29
Türkiyədə kütləvi zəhərlənmə


Türkiyədə kütləvi zəhərlənmə

Türkiyənin Bolu vilayətinin Yuva kəndində əhali arasında kütləvi zəhərlənənlər arasında ilk ölüm halı qeydə alınıb. Butov.az xəbər verir ki, 49 yaşlı Əyüp Ərtəm müalicə olunduğu Ankara Şəhər Xəstəxanasında dünyasını dəyişib. Verilən məlumata görə, Boluda sudan zəhərlənənlərin ümumi sayı 123 nəfərə çatıb. Onlardan 17-si reanimasiyada olmaqla 54 nəfər xəstəxanalarda müalicə olunur. Zəhərlənmə hallarının son günlər bölgədə baş verən sel və daşqınlar nəticəsində içməli suyun mikroblarla çirklənməsi səbəbindən olduğu ehtimal edilir. Bildirilir ki, mövcud infeksiya böyrək çatışmazlığına və qanın normadan artıq laxtalanmasına səbəb olur
23-07-2022, 17:23
Postmüharibə dövründə 94 min şəxsə sosial ödənişlər edilib


Postmüharibə dövründə 94 min şəxsə sosial ödənişlər edilib

Postmüharibə dövründə 94 min şəxsə 104 min sosial ödəniş təyinatı aparılıb. Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib. Nazirin sözlərinə görə, bu ödənişlərin əksəriyyəti proaktiv qaydada həyata keçirilib: "Şəhid ailələri və müharibə əlilləri heç bir yerə müraciət etmədən, sənəd toplamadan bu ödənişlər elektron qaydada təyin edilib. Yalnız xüsusi müayinə tələb edilən hallarda, məsələn əlilliyin təyinatı ilə bağlı vətəndaşlar müvafiq qurumlara dəvət olunublar". Nazir qeyd edib ki, paralel olaraq ötən ilin yanvar ayında təqaüdlər, bu ilin yanvar ayında isə şəhid ailələrinə və müharibə əlillərinə ödənilən müavinətlər 60% artırılıb.
23-07-2022, 17:17
Rəfiqə Hüseynzadəyə "Şöhrət" ordeni verildi


Rəfiqə Hüseynzadəyə "Şöhrət" ordeni verildi

Azərbaycan Respublikasında neft sənayesinin inkişafında xidmətlərinə görə Rəfiqə Abdul Ağa qızı Hüseynzadə “Şöhrət” ordeni ilə təltif edilib. Butov.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
23-07-2022, 17:11
Qərbi Balkanlarda anomal istilər


Qərbi Balkanlarda anomal istilər

Qərbi Balkan regionu ölkələrində anomal istilər hökm sürür. Butov.az xəbər verir ki, anomal istilərin iyulun 27-dək davam edəcəyi, bəzi bölgələrdə havanın temperaturunun 44 dərəcəyə yüksələcəyi gözlənilir. Bosniya və Herseqovinada anomal istilər səbəbindən “narıncı” həyəcan siqnalı elan edilib. Bundan başqa, region ölkələrinin bir çoxu meşə yanğınları ilə də mübarizə aparır.
23-07-2022, 17:03
"Jurnalistika"ya qeydiyyat başlayıb


"Jurnalistika"ya qeydiyyat başlayıb

III ixtisas qrupu üzrə imtahan verən və “Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı başlanıb. Dövlət İmtahan Mərkəzindən (DİM) verilən xəbərə görə, III ixtisas qrupu üzrə imtahan verərək müsabiqə şərtini ödəyən (ümumi balı ən azı 200, imtahanın ikinci mərhələsi üzrə balı isə ən azı 100 bal olmalıdır) və “Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlər 23-26 iyul 2022-ci il tarixlərində DİM-in internet səhifəsinə daxil olaraq sorğu anketi doldurmaqla qeydiyyatdan keçməlidirlər. Tələbə qəbulu elanının “Ərizə qəbulu” bölməsinin 3-cü bəndində göstərilən kateqoriyadan olan və digər XQTİ‑lər üzrə qeydiyyatdan keçməyən abituriyentlərin cari ildə “Jurnalistika” ixtisası üzrə qabiliyyət imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olur. Eyni bölmənin 4-cü bəndində göstərilən kateqoriyadan olan abituriyentlərin isə “Jurnalistika” ixtisası üzrə qabiliyyət imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Digər abituriyentlər qeydiyyatdan keçmək üçün tələb olunan məbləği şəxsi kabinetindəki hesabına əlavə etməlidirlər. Abituriyentlər imtahanda təqdim olunan mövzu üzrə yazı işi (inşa) yerinə yetirirlər. Qabiliyyət imtahanından uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı, “Jurnalistika” ixtisasını da seçə bilərlər. “Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qabiliyyət imtahanı iyulun 31-də keçiriləcəkdir. Bu mərhələdən uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı “Jurnalistika” ixtisasını da seçə bilərlər. Qabiliyyət imtahanı mərhələsində abituriyentlərə təklif olunacaq inşa mövzuları (Azərbaycan və rus dilində), abituriyentlərin yazacaqları inşaya (esseyə) verilən tələblərlə “Xüsusi qabiliyyət imtahanları” jurnalının 1-ci sayında tanış ola bilərsiniz.
23-07-2022, 16:54
İlham Əliyev həmkarına məktub göndərdi


İlham Əliyev həmkarına məktub göndərdi

Prezident İlham Əliyev Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisiyə təbrik məktubu göndərib. Butov.az-ın məlumatına görə, məktubda deyilir:
"Hörmətli cənab Prezident, Misir Ərəb Respublikasının milli bayramı – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm. Bu il diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edən ölkələrimiz arasındakı əlaqələrin hazırkı səviyyəsi məmnunluq doğurur. İnanıram ki, Azərbaycan-Misir ənənəvi dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə bundan sonra da birgə səylərimizlə inkişaf edəcək və genişlənəcəkdir. Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Misir xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".
23-07-2022, 16:45
Neftimiz ucuzlaşıb


Neftimiz ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. Butov.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 1,46 ABŞ dolları, yaxud 1,2 % azalaraq 115,42 ABŞ dolları təşkil edib. Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları qeydə alınıb.
23-07-2022, 16:39
Avqustda yeni məktəbli formalarının kütləvi istehsalına başlanılır


Avqustda yeni məktəbli formalarının kütləvi istehsalına başlanılır

2022-ci ilin martında Azərbaycan Respublikası Nazirlər Kabineti "Azərbaycan Respublikasının dövlət ümumi təhsil müəssisələrinin şagirdləri üçün formanın təsviri" sənədini təsdiqləyib. Bununla da, hökumət 2022-2023-cü tədris ilində dövriyyəyə buraxılmalı olan qış və yay dəstlərinin yeni modellərini təsdiqləyib. Bəs, yeni formaların tikilməsi üçün xaricdən gətirilməsi nəzərdə tutulan parçalar ölkəyə gətirilibmi? Azərbaycanda məktəbli formalarının tikilişini və satışını həyata keçirən "Bakı Tikiş Evi” (BTE) ASC-nin satış üzrə müdiri Etibar Əzimov mövzu ilə bağlı sualı cavablandırıb.



E. Əzimov deyib ki, avqust ayının 10-da tikişlərə başlanılacaq:"Parçaların yarısı artıq ölkəyə gətirilib, yarısı isə yoldadır. Parçalar həm Türkiyədən, həm Belarusdan, həm də Özbəkistandan gətirilir. Qiymətlər isə hələ təsdiq olunmayıb. Parçalar hamısı ölkəyə gətirilməlidir, yol xərcləri və s. hesablanmalıdır ki, qiymətlər təyin olunsun. Parçaların keyfiyyəti yüksək olduğu üçün yeni məktəbli formalarının da bahalaşacağı istisna deyil". Satış üzrə müdir bildirib ki, avqustun ilk həftəsindən etibarən qiymətlər də daxil olmaqla hər şey təyin olunacaq.
23-07-2022, 16:30
Həftəsonu hava yağışlı olacaq


Həftəsonu hava yağışlı olacaq

Bakıda və Abşeron yarımadasında həftə sonunadək küləkli hava şəraitinin davam edəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s olacağı, 24-də bəzi yerlərdə yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Azərbaycanın rayonlarında iyulun 25-i gündüzədək bəzi yerlərdə qeyri-sabit hava şəraitinin davam edəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi arabir 15-20 m/s, bəzi yerlərdə arabir 23-28 m/s olacaq. Çaylarda sululuğun artacağı ehtimalı var.
23-07-2022, 16:12
Daha 10 ailə Ağalıya köçürüldü


Daha 10 ailə Ağalıya köçürüldü

Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə əhalinin köçrülüməsinin birinci mərhələsi davam edir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə iyulun 23-də Abşeron rayonunun Masazır kəndindəki “Zəngilan” şəhərciyindən növbəti köç karvanı yola salınıb. Yolasalma mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Eldar Zeynalov, komitənin Repatriasiya Departamentinin direktoru Natiq Hüseynov, Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov və digər rəsmi şəxslər iştirak ediblər. Daha 10 ailə - 45 nəfər daimi məskunlaşmaq üçün Dövlət Komitəsinin ayırdığı nəqliyyat vasitələri ilə Ağalıya yola düşüb. Onlar müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayan keçmiş məcburi köçkünlərdir. İlkin mərhələdə artıq 30 ailənin – 151 nəfərin ən müasir infrastrukturla təchiz edilmiş kəndə köçürülməsi təmin edilib. Qarşıdakı günlərdə köçürülmə davam etdiriləcəkdir. Mövcud qanunvericiliyə əsasən, məcburi köçkünlər daimi yaşayış yerlərinə qayıtdıqdan sonra üç il müddətində dövlətin onlar üçün müəyyən etdiyi sosial müdafiə tədbirlərindən yararlana biləcəklər. Ağalı kəndinə köçürülmə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə yeni yaşayış sahələrinin təqdim olunması cədvəli əsasında, ardıcıl şəkildə davam etdiriləcəkdir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!