Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
24-07-2022, 18:14
Polşada "Bayraktar" almaq üçün pul yığılır


Polşada "Bayraktar" almaq üçün pul yığılır

Polşada Ukraynaya yardım məqsədilə “Bayraktar” pilotsuz döyüş təyyarəsi almaq üçün kifayət qədər pul toplanılıb. Kampaniyada 200 mindən çox insan iştirak edib. Bu günə kimi 22,5 milyon zloti (təxminən 5 milyon ABŞ dolları) yığılıb. Eyni zamanda, təşəbbüsə qoşulmaq istəyənlər olduğu üçün yığım daha dörd gün davam edəcək.
24-07-2022, 18:09
Ukraynada öldürülən uşaqların yeni sayı...


Ukraynada öldürülən uşaqların yeni sayı...

Rusiya Federasiyasının Ukraynaya qarşı bir neçə aydır davam edən müharibəsi nəticəsində 358 uşaq həlak olub, 684 azyaşlı yaralanıb. Bu barədə Ukraynanın Baş Prokurorluğu məlumat yayıb. “2022-ci il iyulun 24-nə olan məlumata görə, Rusiyanın təcavüzü nəticəsində öldürülən uşaqların rəsmi sayı gün ərzində dəyişməyib – 358 nəfər, yaralananların sayı artıb – 684 nəfərdən çox”, – rəsmi açıqlamada deyilir. Qeyd olunub ki, Rusiya Federasiyasının genişmiqyaslı silahlı təcavüzünün beş ayı ərzində Ukraynada 1042 nəfərdən çox uşaq zərər çəkib. Ən çox Donetsk vilayətində – 361 nəfər, Xarkovda – 194 nəfər, Kiyevdə – 116 nəfər, Çerniqovda – 68 nəfər, Luqanskda – 61, Nikolayevdə – 54, Xersonda – 54, Zaporojyedə – 40 uşaq zərər çəkib.
24-07-2022, 18:04
Ərdoğan Lozanna müqaviləsindən danışdı: "Pozulub..."


Ərdoğan Lozanna müqaviləsindən danışdı: "Pozulub..."

"Bildirmək istəyirəm ki, Yunanıstan Lozanna müqaviləsinin şərtlərini pozur". Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Lozanna Sülh Müqaviləsi ilə bağlı açıqlamasında deyib. "Lozanna sülh müqaviləsi ilə quru sərhədlərimiz çəkildi, kapitulyasiyalar ləğv edildi. Eyni zamanda, Yunanıstanda qalan türk azlığının hüquqları təmin olundu. Sahillərimizə yaxın olan yunan adalarının qeyri-hərbi statusu təsdiqləndi. Türkiyə Lozanna müqaviləsinin imzalanmasından ötən 99 il ərzində onun icrasını diqqətlə izləyib. Lakin son dövrdə müqavilədə qeydə alınan şərtlər, xüsusilə türk azlığının hüquqları Yunanıstan tərəfindən pozulub", - Ərdoğan əlavə edib.
24-07-2022, 17:59
Şuşada daha hansı tədbirlər keçiriləcək?


Şuşada daha hansı tədbirlər keçiriləcək?

2022-ci ilin əvvəlindən etibarən mədəniyyət paytaxtı Şuşa şəhərində “Şuşa ili” ilə əlaqədar silsilə tədbirlər həyata keçirilir. Lakin müvafiq tədbirlər planına uyğun olaraq, hələ bir çox layihələr həyata keçirilməmiş qalır. Butov.az Nazirlər Kabineti tərəfindən təsdiq edilən tədbirlər planına daxil edilmiş, bundan sonra həyata keçiriləcək layihələri təqdim edir:
- “Şuşa-2022” beynəlxalq incəsənət festivalı
- “Şuşa yaradıcılıq emalatxanası” layihəsi
- “Televiziya Muğam Müsabiqəsi-2022”nin final mərhələsinin və qaliblərin Qala-konserti
- Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunmuş silsilə tədbirlər
- “Şuşa İli”nə həsr olunmuş çövkən oyunu üzrə turnir
- “Wonderland-Azerbaijan 2022” beynəlxalq skaut düşərgəsi
- Xurşidbanu Natəvanın anadan olmasının 190 illiyinə həsr olunmuş şahmat turniri
- “İşıq festivalı. Şuşa” adlı audiovizual layihə
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birgə təşkilatçılığı ilə “Youth Art Camp Shusha” adlı beynəlxalq layihənin təşkili
- Şuşa ətrafında “Yaşıl Qurşaq” yaratmaq məqsədilə ağacəkmə aksiyalarının təşkili və meşə bərpa işlərinin aparılması
24-07-2022, 17:53
İlham Əliyev Mirziyoyevi təbrik etdi


İlham Əliyev Mirziyoyevi təbrik etdi

İyulun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə zəng edib. Butov.az xəbər verir ki, dövlətimizin başçısı Şavkat Mirziyoyevi ad günü münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayıb. Şavkat Mirziyoyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib. Azərbaycan Prezidenti dövlət səfəri zamanı ona və nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə bir daha minnətdarlığını bildirib, Özbəkistan Prezidentini Azərbaycana rəsmi səfərə dəvət edib. Dəvət minnətdarlıqla qəbul olunub. Dövlət başçıları məmnunluq hissi ilə qeyd ediblər ki, Azərbaycan Prezidentinin səfəri zamanı əldə olunmuş bütün razılıqlar icra edilir. Vurğulanıb ki, səfərdən bir ay vaxt keçməsinə baxmayaraq, ticarət, sənaye, energetika, kənd təsərrüfatı, nəqliyyat sahələri ilə bağlı müvafiq dövlət orqanlarının rəhbərlərinin qarşılılıqlı səfərləri çərçivəsində əməkdaşlığın genişləndirilməsi ilə əlaqədar razılığa gəlinib. Qeyd olunub ki, avqustun əvvəlində Daşkənddə Azərbaycan-Özbəkistan birgə hökumətlərarası komissiyasının növbəti iclası və Azərbaycan-Özbəkistan-Türkiyə xarici işlər, iqtisadiyyat və nəqliyyat nazirlərinin üçtərəfli görüşləri keçiriləcək. Söhbət zamanı Prezident İlham Əliyev bu yaxınlarda Qaraqalpaqstanda baş vermiş hadisələrlə bağlı Özbəkistan Prezidentinə bir daha öz dəstəyini ifadə edib və Azərbaycanın həmişə olduğu kimi, Özbəkistanın yanında olduğunu bildirib. Şavkat Mirziyoyev bu dəstəyə görə təşəkkürünü ifadə edib.



24-07-2022, 17:48
Braziliyalı futbolçu "Fənərbağça"dan ayrıldı


Braziliyalı futbolçu "Fənərbağça"dan ayrıldı

“Fənərbağça” yarımmüdafiəçi Luis Qustavo ilə yollarını ayırıb. Bununla bağlı klub rəsmi məlumat yayıb. Bildirilib ki, 35 yaşlı braziliyalı yarımmüdafiəçi Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna keçib. Qeyd edək ki, Luis Qustavo 2019-cu ildən “Fənərbağça”da çıxış edirdi.
24-07-2022, 17:45
Makron Rəisi ilə danışdı: "Mümkün qədər tez..."


Makron Rəisi ilə danışdı:"Mümkün qədər tez..."
İranla “nüvə sazişi”nə qayıtmaq hələ də mümkündür – bir şərtlə ki, danışıqlar mümkün qədər tez bərpa olunsun. Bunu Fransa Prezidenti Emmanuel Makron İranın dövlət başçısı İbrahim Rəisi ilə telefon danışığı zamanı deyib. “2015-ci il nüvə sazişinə gəlincə, ilə bağlı Fransa Prezidenti əmin olduğunu təsdiqlədi ki, onun tam icrasına qayıtmağa yönəlmiş qərar hələ də mümkündür, lakin bu, mümkün qədər tez edilməlidir. Vyanada danışıqların dayandırılmasından bir neçə ay sonra o, irəliləyişin olmamasından məyusluğunu ifadə etdi və Prezident Rəisinin saziş bağlamaq, nüvə öhdəliklərini yerinə yetirməyə qayıtmaq lehinə aydın seçim etməsində israr etdi”, – Yelisey Sarayının mətbuat xidmətindən bildirilib.
24-07-2022, 17:39
Azərbaycan beynəlxalq festivalda təmsil olundu


Azərbaycan beynəlxalq festivalda təmsil olundu

Türkiyənin Malatya vilayətində keçirilən 25-ci Beynəlxalq Ərik Festivalında Azərbaycan da təmsil olunub. Tədbirdə Azərbaycan tərəfdən Türkiyədə fəaliyyət göstərən həmvətənimiz jurnalist Səidə Ömər çıxış edib. Bununla bağlı müsahibə verən Səidə Ömər festivala Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən dəvət olunduğunu qeyd edib. Uzun illərdir qardaş ölkədə Vətənimizi təmsil etdiyi üçün qürur hissi keçirdiyini deyən həmvətənimiz bildirib. “Festival çox möhtəşəm təşkil edilmişdi. Tədbirin ilk günü TÜRKSOY-un Baş katibi Sultan Rayevin rəhbərliyi ilə Malatya valisi Hulusi Şahinlə görüşdük. Görüşdə Qazaxıstan, Qırğızıstan və Özbəkistandan olan nümayəndələr də iştirak edirdilər. Çox gözəl qarşılandıq və Hulusi Şahinə Bakını əks etdirən suvenir hədiyyə etdim. O, bu hədiyyəni çox böyük məmnuniyyətlə qəbul etdi. Görüş zamanı Azərbaycanın 44 günlük Vətən müharibəsi dövründə yazdığı qəhrəmanlıq dastanı haqqında söhbət etdik. Bu Zəfərin bütün türk dünyasının Qələbəsi olduğu bir daha vurğulandı”. Festivalda həmyerlimizin “Sarı gəlin” rəqs kompozisiyası ilə çıxışı böyük rəğbətlə qarşılanıb. Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, Malatya Valiliyi və Böyükşəhər Bələdiyyəsi tərəfindən birgə təşkil olunan festival beş gün davam edib.
24-07-2022, 17:35
Arvadının evini yandırdı, azyaşlı qızını bıçaqladı


Arvadının evini yandırdı, azyaşlı qızını bıçaqladı

Butov.az Report-a istinadən xəbər verir ki, hadisə ötən gecə Bərdə rayonunun Əliyanlı kəndində qeydə alınıb. Belə ki, 1993-cü il təvəllüdlü Abdullayev Şikar Nurəddin oğlu, ondan boşanmaq istəyən həyat yoldaşı Kərimova Cəmilə Firdovsi qızına məxsus olan evi yandırıb. Məlumata görə, Ş.Abdullayev C.Kərimovanın ikinci həyat yoldaşıdır. Son vaxtlar onlar arasında tez-tez ailə münaqişəsi baş verib. Bu səbəbdən Cəmilə Məmmədova boşanmaq üçün məhkəməyə müraciət edib. Lakin Ş.Abdullayev evi yandıracağı ilə hədələyib. Ötən gün saat 23 radələrində evə gələn Ş.Abdullayev həyat yoldaşına fiziki zor tətbiq edərək onu döyüb. Əri tərəfindən boğulmaq təhlükəsi ilə üzləşən qadın qonşuları köməyə çağırıb. Ş.Abdullayev Cəmilənin birinci həyat yoldaşından olan qızı 9 yaşlı Fatimə İsmayıl qızı Orucovanın sağ qoluna bıçaq xəsarəti endirib. Qonşuların köməyə gəldiyini görən Ş.Abdullayev hadisə yerindən qaçıb. Hadisə ilə bağlı hüquqi təhqiqat aparılması üçün hüquq mühafizə orqanlarına məlumat verilib.
24-07-2022, 17:29
Qonşu ölkə silkələndi


Qonşu ölkə silkələndi

İyulun 24-də Gürcüstanın Kvemo Kartli-Borçalı bölgəsində yenidən zəlzələ baş verib. Butov.az xəbər verir ki, yeraltı təkanlar Dmanisi rayonunun cənub-qərbində yerləşən Sameba kəndi yaxınlığında qeydə alınıb. Gürcüstan Milli Seysmik Monitorinq Mərkəzinin məlumatına görə, zəlzələ Tbilisi vaxtı ilə saat 05:49-da 3,8 bal gücündə olub. Dmanisi bələdiyyəsində son bir neçə aydır ki, müntəzəm olaraq zəlzələ qeydə alınır.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!