Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                        Partiya qurması səhv idi - AKP-dən Davudoğlu açıqlaması .....                       
28-08-2022, 01:59
İran Zəngəzur dəhlizinin əleyhinə deyil


İran Zəngəzur dəhlizinin əleyhinə deyil

İran Azərbaycanla transport əlaqələrini daha da genişləndirməyə davam edir. Bunu Şuşaya səfəri çərçivəsində Trend-in sualını cavablandıran İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi deyib. "Buna misal olaraq, yeni çəkilən dəmir yollarını göstərə bilərik. İran Zəngəzur dəhlizinin əleyhinə deyil və İranın qardaş Azərbaycanla əsas koridoru mövcuddur. Bu əsas dəhliz Azərbaycan və Naxçıvanı artıq 30 ildir ki, bir-birinə bağlayır. Azərbaycan və Naxçıvan arasında bütün əlaqələr İran torpaqları vasitəsilə baş tuturdu. Biz indiyə qədər olan dəhlizi əsas hesab edirik. Təbii ki, alternativ dəhlizlər də olmalıdır. Yeni dəhlizin Azərbaycan və Ermənistanı birləşdirmək məsələsinə gəlincə, bu, hər iki ölkədən aslıdır və beynəlxalq məsələdir. Bizim ölkəmizin prinsipi odur ki, bir ölkə digər bir ölkənin, o cümlədən, qonşularının milli maraqlarına təsir göstərə bilməz”, - deyə diplomat bildirib. Regionda əməkdaşlıq məsələsindən bəhs edən səfir qeyd edib ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılan 3+3 platforması regionda olan əməkdaşlığa töhfə verəcək. “Bu platformanın ilk iclası keçən il Moskvada baş tutdu. Bu il isə Tehranda keçiriləcək. Bu format çərçivəsində biz regionda olan problemləri dialoq yolu ilə həll edə bilərik. Biz regionda normallaşma, həmçinin, Qarabağın yenidən qurulması, mina təmizlənməsi istiqamətlərində irəliləyiş görürük”, - deyə o əlavə edib.
28-08-2022, 01:56
Laçında 30 il sonra azan səsləndirildi


Laçında 30 il sonra azan səsləndirildi

Azərbaycanın Laçın şəhərində azan oxunub. Butov.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Belə ki, 30 il sonra ilk dəfə şəhərdə azan səsləri eşidilib. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən ötən gün Laçın şəhəri, eləcə də Zabux və Sus yaşayış məntəqələri Azərbaycan Ordusunun bölmələri tərəfindən tam nəzarətə götürülüb.


28-08-2022, 01:51
Rusiya hərbi əməliyyatları dayandırmayacaq - Medvedev


Rusiya hərbi əməliyyatları dayandırmayacaq - Medvedev

"NATO-ya qoşulmama qərarı həyati əhəmiyyət kəsb edir. Lakin Kiyev NATO-ya üzvlüyünü dayandırsa belə, Rusiya Ukraynada davam edən hərbi əməliyyatlarını dayandırmayacaq”. Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib. O, mətbuata açıqlamasında Rusiya ilə Ukrayna arasında sülh danışıqlarının dayanmasından söz açıb, eyni zamanda Rusiya və Ukrayna liderlərinin görüşünün mümkünlüyündən danışıb. "Hadisələrin gedişatından asılı olaraq, Rusiya Prezidenti Vladimir Putin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşə bilər", - Medvedev bildirib.
28-08-2022, 01:49
İlham Əliyev tapşırıq verdi - Pakistana yardım göndəriləcək


İlham Əliyev tapşırıq verdi - Pakistana yardım göndəriləcək

Azərbaycan Pakistana yardım göndərəcək. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib. Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına müvafiq olaraq, Pakistan İslam Respublikasında çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılara səbəb olmuş şiddətli yağışların və daşqınların nəticələrinin aradan qaldırılması məqsədilə Azərbaycan hökuməti tərəfindən bu ölkələyə 2 milyon ABŞ dolları məbləğində yardım göstəriləcək.
28-08-2022, 01:46
ABŞ və Fransa regionda sülhün olmasını istəmir


ABŞ və Fransa regionda sülhün olmasını istəmir

Sentyabr ayının 27-də Şuşada təşkil olunan beynəlxalq konfrans Laçının faktiki işğaldan azad edilməsindən bir gün sonraya və 31 avqustda Brüssüldə keçiriləcək Ermənistan Azərbaycan liderlərinin görüşündən isə bir neçə gün əvvələ təsadüf edir. Seçilən zaman və dəvət edilən iştirakçı kontingentin tərkibi Azərbaycanın bu konfransı təşkil etməkdə məqsədinin dünyaya xüsusi ismarıclar verməsin göstəricisi hesab edilə bilər. Bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. O bildirib ki, məqsəd bir daha postmüharibə reallıqlarının regionda sülh və əməkdaşlıq üçün yeni imkanlar açmasını, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin azad edilməsi ilə Azərbaycanın Şərqi Zəngəzurda suveren hüquqlarının bərpasının başa çatmasını və bu mərhələdə artıq mümkün sülh danışıqları üçün daha real və əlverişli şərtlərin yaranmasını diqqətə təqdim etməkdən ibarətdir: "Eyni zamanda, Ermənistanın işğal dövründə Azərbaycan torpaqlarında törətdiyi vandalizmin miqyasının nə qədər böyük olduğunu, lakin buna baxmayaraq, qısa müddətdə həmin ərazilərdə necə böyük infrastruktur və enerji layihələrinin həyata keçirildiyini və bütün bunların hamısının heç bir yardım olmadan Azərbaycanın öz hesabına həyata keçirilməsinin nümayiş etdirilməsidir. Bütün bunlar isə regionda siyasi-iqtisadi əməkdaşlığı və sabitlik üçün, rifah üçün atılan addımlardır. Bu mühüm konfransa qatılmaqdan imtina edən ABŞ və Fransa səfirlərinin hərəkətləri isə belə deməyə əsas verir ki, onlar regionda sabitliyin, sülhün, rifahın olmasını istəmirlər. Ya da regional sülh və beynəlxalq hüquq onların ikili standartlar eynəyindən fərqli göründüyü, qlobal siyasi ambisiyalarla şərtləndiyi üçün yeni reallığı qəbul etmək istəmirlər". Deputat vurğulayıb ki, bunların hər ikisi zərərlidir, beynəlxalq hüquq və normalarla izah edilən, normal siyasi məntiqlə başa düşülən deyil: "Üstəlik, hazırkı mürəkkəb beynəlxalq kataklizmlər fonunda Avropaya sabit alternativ enerji və nəqliyyat marşrutu təmin edən etibarlı tərəfdaş kimi Azərbaycanın beynəlxalq hüqula tanınan ərazi bütövlüyünə olan münasibətin etibarsızlaşdırılması kimi başa düşülə bilər. Ancaq əsas məsələ ondan ibarətdir ki, Azərbaycan bütün bu mürəkkəb və qeyri-adekvat şərtlər içərisində öz məqsədlərinə çatmağı bacarır. Bu prsesdə çətin imtahanlardan keçən çoxsaylı etibarlı dostlar və müttəfiqlər qazanır. Elə Şuşada təşkil edilən konfransa Azərbaycanda akkreditə olunmuş, eyni zamanda, Ankarada, Tehranda və Moskvada fəaliyyət göstərən qeyri-rezident səfirlər, beynəlxalq diplomatik korpusun digər nümayəndələri, hərbi attaşelər, beynəlxalq təşkilatların təmsilçiləri, Türkiyə Xarici İşlər Nazirliyinin və digər dövlət qurumlarının yüksəkvəzifəli şəxsləri də olmaqla ümumilikdə 160-dan çox nümayəndənin qatılması da bunun əyani sübutudur".

28-08-2022, 01:38
Prezidentin köməkçisi BMT rəhbərliyini qınadı


Prezidentin köməkçisi BMT rəhbərliyini qınadı

Azərbaycan dünyada ən nadir, ən dəhşətli postmünaqişə şəraiti ilə üzləşib. Təəssüf ki, Azərbaycana münasibətdə BMT və onun alt institutları tərəfindən hər hansı genişmiqyaslı fəaliyyət yoxdur. BMT-nin ali rəhbərliyi tərəfindən münaqişə başa çatandan sonra regiona hələ də səfər edilməyib. Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada jurnalistlərə açıqlamasında deyib. H.Hacıyev bildirib ki, normalda 30 ildən çox davam edən, humanitar fəlakətlərə, faciələrə səbəb olmuş postmünaqişə şəraitində BMT-nin ali rəhbərliyi səviyyəsində regiona səfər həyata keçirilməsi, münaqişənin həll olunması və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsi faktları təqdir edilməli idi. "Təəssüf ki, biz BMT rəhbərliyi tərəfindən, - necə ki, 30 il ərzində BMT Təhlükəsizlik Şurasının qətnamələri masa üzərində qaldı, - bu məsələdə də hər hansı bir ciddi fəaliyyət müşahidə etmirik", - Prezidentin köməkçisi vurğulayıb.
28-08-2022, 01:36
Şuşa, Ağdam və Füzuliyə biletlər bu tarixdə satışa çıxarılacaq


Şuşa, Ağdam və Füzuliyə biletlər bu tarixdə satışa çıxarılacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Şuşa, Ağdam və Füzuli şəhərlərinə təşkil etdiyi müntəzəm avtobus reyslərinə sentyabr ayına olan biletlər 29 avqust 2022-ci il saat 15:00-da satışa çıxarılacaq. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, sərnişin daşınması ilə bağlı sistemliliyin təmin edilməsi və sərnişindaşımaya dair məlumat bazasının formalaşdırılması məqsədilə marşrut xətləri üzrə bilet satışı www.yolumuzqarabaga.az portalı üzərindən onlayn qaydada həyata keçirilir. Təhlükəsizliyin təmin edilməsi, işğaldan azad edilmiş ərazilərə giriş icazəsinin bilet alışı prosesi ilə sinxronlaşdırılması, güzəşt tətbiq ediləcək şəxslərin müəyyənləşməsi üçün onlayn bilet satışı portalı müvafiq informasiya sistemlərinə inteqrasiya edilib. Bilet almaq üçün şəxsiyyəti təsdiq edən sənəddəki məlumatları sistemə daxil etmək lazımdır. Hər bir bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Biletlər alındıqdan sonra başqa şəxsə transfer edilməsi mümkün deyil. Sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda sifariş etməlidirlər. Səfər zamanı təhlükəsizliyin təmin olunması məqsədilə sərnişinləri polis əməkdaşları müşayiət edir. Şuşa, Ağdam və Füzuli şəhərlərində tarixi, mədəni və dini abidələr ziyarət olunur. Qeyd edək ki, Şuşa və Ağdam şəhərlərinə müntəzəm avtobus marşrutları yanvarın 24-də istifadəyə verilib. Füzuli istiqamətində isə ilk reys iyunun 25-də həyata keçirilir.
28-08-2022, 01:32
ABŞ və Fransa səfirləri Şuşaya niyə getmir? – Deputatlardan etiraz


ABŞ və Fransa səfirləri Şuşaya niyə getmir? – Deputatlardan etiraz

Şuşada növbəti dəfə beynəlxalq konfrans keçirilir. İşğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma sahəsində görülən işlər və planlar, postmünaqişə dövründə minatəmizləmə əməliyyatları, şəhərsalma potensialının istifadə edilməsi, ümumi beynəlxalq əməkdaşlıq imkanlarına həsr olunan konfransda ABŞ və Fransa səfirlərinin iştirak etməməsi diqqət çəkir. Belə ki, Azərbaycan tərəfindən hər iki ölkənin diplomatlarına Şuşaya səfərlə bağlı dəvət göndərilsə də, onlar heç bir səbəb göstərmədən konfransda iştirakdan imtina ediblər. Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Fransa və ABŞ-ın Azərbaycandakı səfirləri bu gün Şuşaya təşkil edilən səfərdə iştirak etmirlər. H.Hacıyevin sözlərinə görə, ABŞ və Fransa səfirləri Azərbaycan hökumətinin dəvətinə açıq şəkildə etinasızlıq göstərdilər. Prezidentin köməkçisi qeyd edib: “Biz bunu ərazi bütövlüyümüzə qarşı hörmətsizlik kimi qəbul edirik. Fransa və ABŞ ATƏT-in Minsk Qrupunun həmsədrləri kimi 30 il ərzində münaqişənin həllinə töhfə verməyiblər. Onlar 30 il Azərbaycanın zamanını itirdilər. Bu səfərə qoşulmamaqla onlar bir daha etinasızlıq nümayiş etdirdilər”. Bəs, ABŞ və Fransa səfirləri Şuşaya niyə getmədilər?
Bu barədə danışan deputat Sabir Rüstəmxanlı bildirib ki, Fransa və ABŞ ermənipərəst siyasət yürüdür. Hətta onlar ermənilərlə birlikdə cinayət ortağıdırlar. "İşğal illərində Qarabağa gedib-gələn Minsk Qrupunun üzvləri bizim kəndlərimizin, mədəniyyət abidələrimizin, məscidlərimizin dağıdıldığını görüb susduqlarına görə məhkəməyə verilməlidir. Ermənistan ordusu ərazilərimizdən çıxdıqdan sonra müxtəlif bəhanələrlə erməniləri müdafiəyə qalxırdılar. Hətta ermənilərin saxta abidələri ilə bağlı məsələ qaldırırdılar. Lakin bizim ərazilərimizin viran qoyulmasına susurlar, səslərini çıxarmırlar. İndi də Şuşaya getməkdən imtina etməklə, əslində kimin yanında olduqlarını nümayiş etdirirlər. ABŞ və Fransa səfirləri Qarabağdakı cinayətlərə görə utanmalıdırlar. Digər tərəfindən yəqin Ermənistan hakimiyyətini incitməmək üçün Şuşaya getməyiblər. Çünki Qərb Ermənistanı Rusiyadan ayırmaqla Rusiyanın Cənubi Qafqazda dayaqlarını zəiflətmək istəyir. Bundan əlavə, Minsk Qrupunu geri qaytarmağa çalışırlar. ”,- deyə S.Rüstəmxanlı vurğulayıb.



Deputat Aydın Mirzəzadə isə bildirib ki, Fransa və Amerikanın Azərbaycana qarşı etinadsız yanaşması təəssüf doğurur. Onun sözlərinə görə, səfirlərin Şuşada keçirilən konfransdan imtina etmələri ciddi suallar doğurur. “Hər iki ölkənin səfiri konfransda iştirak etməli idi. Çünki onlar BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən birirdir. Həm də vaxtilə ATƏT-in Qarabağ probleminin həlli üzrə yaradılmış Minsk Qrupunun həmsədrləri olublar. Bu mənada səfirlər konfransda mütləq iştirak etməli idilər. Təəssüf ki, biz bunun tam əksini müşahidə edirik”. A.Mirzəzadə qeyd edib ki, Azərbaycan cəmiyyəti Qarabağ məsələsində ABŞ və Fransadan beynəlxalq hüquq normalarına uyğun davranması tələb edir: “Bu gün işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işləri görülür. Beynəlxalq forumlar həyata keçirilir. ABŞ və Fransa sıradan ölkələr deyil. Onlar bu proseslərdə iştirak etməlidirlər. Biz bunu çox istərdik. Həm də istərdik ki, Azərbaycan və Ermənistan arasında böyük sülh sazişinin imzalanmasına töhfə versinlər”.
Qeyd edək ki. Şuşada keçirilən konfransda Azərbaycanda akkreditə olunmuş, eyni zamanda, Ankarada, Tehranda və Moskvada fəaliyyət göstərən qeyri-rezident səfirlər, beynəlxalq diplomatik korpusun digər nümayəndələri, hərbi attaşelər, beynəlxalq təşkilatların təmsilçiləri, Türkiyə Xarici İşlər Nazirliyinin və digər dövlət qurumlarının yüksək vəzifəli şəxsləri də olmaqla ümumilikdə 160-dan çox nümayəndə iştirak edir.

28-08-2022, 01:26
Sülh müqaviləsi üzrə danışıqlara hazırıq - Prezidentin köməkçisi


Sülh müqaviləsi üzrə danışıqlara hazırıq - Prezidentin köməkçisi

Azərbaycan regionda hərtərəfli sülhün tərəfdarıdır. Bunu Şuşada jurnalistlərə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbəsinin müdiri Hikmət Hacıyev deyib. "Ermənistanla sülh müqaviləsi üzrə danışıqlara hazırdır. Azərbaycan tərəfindən irəli sürülmüş təkliflər də bilavasitə buna dəlalət edir", - deyə o bildirib. H.Hacıyev qeyd edib ki, Azərbaycan dünya miqyasında postmünaqişə reallıqları çərçivəsində çox nadir və miqyası görünməyən yenidənqurma layihəsi həyata keçirir: "Bu işlər məhz Azərbaycan hökumətinin öz səyləri, öz resursları, özünün idarəetmə mexanizmi çərçivəsində reallaşdırılır. Beynəlxalq ictimaiyyət və diplomatik korpus tərəfindən də bu məsələyə ciddi maraq var. Çünki Azərbaycanın bu təcrübəsi dünyanın başqa regionlarında da tətbiq oluna bilər".
28-08-2022, 01:21
Kəlbəcər sakinləri İstisuda...


Kəlbəcər sakinləri İstisuda...

Xəbər verdiyimiz kimi, bu gün Parlament Jurnalistləri Birliyinin təşəbbüsü ilə Kəlbəcərin bir qrup sakininin doğma yurdlarına səfəri təşkil olunub. Butov.az-ın məlumatına görə, səfər zamanı sakinlər Kəlbəcər rayonunda “aşağı İstisu” adlanan ərazidə olublar. Onlar mineral sudan içib, rayonun gözəlliyini seyr ediblər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!