Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
26-08-2022, 20:51
Xarici diplomatlar Əhmədbəyli-Füzuli-Şuşa yolu üzərindəki tunellə tanış oldular


Xarici diplomatlar Əhmədbəyli-Füzuli-Şuşa yolu üzərindəki tunellə tanış oldular

Avqustun 26-da Türkiyədə fəaliyyət göstərən və Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun, o cümlədən xarici ölkələrin səfirləri və beynəlxalq təşkilatların nümayəndələri Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu üzərində tikintisi yekunlaşmaqda olan tunellə tanış olublar. Butov.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin nümayəndəsi Əyyub Hüseynov xarici diplomatlara Zəfər yolunun qısa müddət ərzində tikilməsi, həmçinin Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlər barədə məlumat veriblər. Bildirilib ki, avtomobil yolu 1-ci texniki dərəcəyə uyğun olaraq 4-6 hərəkət zolaqlı olmaqla inşa edilir. Belə ki, yolun ilk 48 kilometrlik hissəsi 6, 48-81,6 kilometr arası isə 4 hərəkət zolağından ibarətdir. Müvafiq olaraq yol yatağının eni 29,5 və 21,5 metr təşkil edir. Yol boyu 30 yeraltı keçid, 7 körpü, 7 tunel və 9 viaduk inşa edilir. Tunellər şərti olaraq T1A (3 303m), T1 (351,5 m), T2 (550m), T3 (681,5 m), T4 (570m), T5 (478,5m) və T6 (526m) adlandırılıb. Diqqətə çatdırılıb ki, artıq T4, T5 və T6 tunelləri üzrə tikinti işləri son mərhələdə icra edilir. Belə ki, qeyd olunan tunellərdə qazıntı, püskürtmə beton, kəmər betonu, drenaj və kabel boruların inşası işləri tamamlanıb. Hazırda tuneldaxili, həmçinin tunellərin giriş və çıxış yollarında yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur. Həmçinin diqqətə çatdırılıb ki, hazırda işğaldan azad olunan ərazilərdə 18 avtomobil yolu layihəsi həyata keçirilməkdədir.
26-08-2022, 20:48
"Maksimum diqqətlə hazırlaşacağıq" - Qurban Qurbanov


"Maksimum diqqətlə hazırlaşacağıq" - Qurban Qurbanov

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının qrup mərhələsindəki püşkatmaya münasibət bildirib. Butov.az xəbər verir, o, komandasının iddialı qrupa düşdüyünü deyib. Baş məşqçi bildirib ki, hər bir komandanın qrupdan çıxmaq üçün çox böyük şansı var. "Frayburq" və "Nant" ilk "5-lik" ölkələrinin komandalarıdır. "Olimpiakos" isə illərdir ki, avrokuboklarda mübarizə aparır və iddialıdır. Rəqiblərlə yaxın günlərdə yaxından tanış olacağıq. Hər bir rəqibə qarşı maksimum diqqətlə hazırlaşacağıq. Əgər hər bir rəqibə qalib gəlmək şansımız varsa, çalışacağıq ki, bundan maksimum istifadə edək. Qarşıda bizi maraqlı oyunlar gözləyir. Maraqlı oyun üslubları izləyəcəyik", - deyə mütəxəssis qeyd edib.
26-08-2022, 20:46
Putin iclas çağırdı - Xaricilərin Rusiyaya gəlişi müzakirə olunacaq


Putin iclas çağırdı - Xaricilərin Rusiyaya gəlişi müzakirə olunacaq

Rusiya Prezidenti Vladimir Putin gələn ay Təhlükəsizlik Şurasının xüsusi iclasını keçirməyi planlaşdırır. Bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev məlumat verib. O qeyd edib ki, iclasda miqrasiya, əcnəbilərin Rusiyaya giriş-çıxış məsələləri müzakirə ediləcək. Medvedevin sözlərinə görə, Rusiya hakimiyyəti xarici ölkə vətəndaşlarının ölkə ərazisinə giriş-çıxışı və qalma şərtləri haqqında yeni qanun layihəsi hazırlayır.
26-08-2022, 20:44
Xankəndiyə qayıdış vaxt tələb edir – Elmar Məmmədyarov


Xankəndiyə qayıdış vaxt tələb edir – Elmar Məmmədyarov

Revanşistlər vəziyyəti qarışdırmaq üçün təxribatlar törədə bilərlər. Bu barədə Baku TV-yə açıqlamasında sabiq xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan Ordusunun Laçın şəhərini nəzarətə götürməsi ilə bağlı danışarkən deyib. “Xankəndiyə qaldıqda isə bu bir qədər vaxt tələb edir. Amma Xankəndidə də tam olaraq Azərbaycanın suverenliyi bərpa olunacaq”, - deyə sabiq nazir əlavə edib. Ətraflı videonu təqdim edirik:

26-08-2022, 20:42
“Laçın dəhlizi” qüvvədən düşür


“Laçın dəhlizi” qüvvədən düşür

Laçın şəhərinin azad edilməsi ilə “Laçın dəhlizi” də qüvvədən düşür: hələ I Qarabağ müharibəsinin getdiyi vaxt qurulan danışıqlar masasında ermənilərin istəyi ilə gündəmə gələn bu məsələ “Madrid prinsipləri” də daxil olmaqla müxtəlif həll planlarına salınıb; dəhlizin marşrutunun dəyişməsi “Laçın dəhlizi”nin gündəmdən çıxması ilə yanaşı, Bakının manevr imkanlarını da artırır; 10 noyabr razılaşmasında “Laçın dəhlizi”ndən bəhs olunur, yeni yol isə Laçının kənarından keçir. Bakı 10 noyabr razılaşmasına istinadən “dəhliz” detalının yeni yola aid olmadığı məntiqini irəli sürə bilər. Razılaşmanın 6-cı bəndində qeyd olunur ki, “Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir”. Azərbaycan Laçın dəhlizi üzrə təhlükəsizliyə zəmanət verir, yeni marşrut üzrə belə bir qeyd yoxdur, yalnız sülhməramlılarının yerdəyişməsi ifadəsi var. Bakı razılaşmanın bu bəndini istədiyi kimi şərh edə bilər: Birincisi, “Laçın dəhlizi”nin qüvvədən düşdüyü, yeni marşruta münasibətdə “dəhliz” ifadəsinin qeyd olunmadığı əsası ilə bu yolda postlarımızın qurulması gündəmə gətirilə bilər; İkincisi, erməni avtomobillər sülhməramlıların postlarında yoxlanılmaqla yanaşı, yenə onların müşaiyəti ilə bizim postlarda yoxlanılaraq keçə bilər; təhlükəsizliyin təmin edilməsi baxımından ən azı bir yerdə Azərbaycan postunun qurulması lazımdır; Yaxud Bakı yeni yola “dəhliz statusu”nu vermək qarşılığında digər tələblərinin – Zəngəzur dəhlizinin açılması, erməni qoşunların tamamilə çıxarılması, separatçıların tərki-silah edilməsi və s. – yerinə yetirilməsini gündəmə gətirə bilər. 10 noyabr razılaşmasını istədiyimiz şəkildə şərh edə bilmək imkanının olması buna şərait yaradır. Adətən Ermənistan tərəfi 10 noyabr razılaşmasına münasibətdə hər ifadə üzərindən oyun qurur, xüsusilə 4-cü bəndin icrası məsələsi aktuallaşanda. Bu dəfə belə bir imkan bizdədir.
26-08-2022, 20:32
Laçına müvəqqəti komendant təyin olundu


Laçına müvəqqəti komendant təyin olundu

Azərbaycan Prezidentinin tapşırığına əsasən, daxili işlər naziri tərəfindən Laçın rayon müvəqqəti komendantlığı yaradılmaqla, rayon polis şöbəsinin rəisi müvəqqəti komendant təyin olunub. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
26-08-2022, 20:30
Zabux, Sus və digər kəndlər bərpa olunacaq


Zabux, Sus və digər kəndlər bərpa olunacaq

Ali Baş Komandanın Azərbaycan Ordusunun Laçın şəhərinə, Zabux və Sus kəndlərinə daxil olması ilə bağlı tviter hesabındakı paylaşımı növbəti qürurverici günün yaşanmasına səbəb oldu. Bunu açıqlamasında Milli Məclisin Laçından seçilən depututı Mahir Abbaszadə deyib. Deputat vurğulayıb ki, Rusiya sülhməramlıları Laçın dəhlizindən çıxaraq, yeni yola yerləşiblər. “Laçın dəhlizinə alternativ yol çəkilib, Rusiya sülhməramlıları artıq yeni yolun mühafizəsini həyata keçirəcəklər. Ona görə də Laçının şəhər mərkəzində, Zabux və Susda qeyri-qanuni məskunlaşmış, şərq ölkələrindən aldadılaraq gətirilmiş ermənilər bu əraziləri tərk etməli olublar. Bu gün Azərbaycan tarixinin yaddaqalan günlərindən birini yaşayırıq. Doğma şəhərimiz artıq bizim nəzarətimizdədir. Bizə bu sevinci yaşatdığına görə, bütün laçınlılar adından Prezident İlham Əliyevə, Azərbaycan Ordusuna təşəkkürümüzü bildiririk". M.Abbaszadə vurğulayıb ki, Laçın şəhərinin mərkəzi və kəndlərinin Ermənistanla sərhəddə yerləşməsi bu ərazilərin strateji əhəmiyyətə malik olmasından xəbər verir: “Laçın şəhərinin və kəndlərin Azərbaycana qaytarılması bu ərazilərdən məcburi köçkün düşmüş, 30 il ağır psixoloji şəraitdə yaşamış insanların öz ata-baba yurdlarına qayıtması ilə bağlı ümidlərini daha da artırdı. Biz Laçınlılar hesab edirik ki, bundan sonrakı dönəmdə Azərbaycan dövlətinin iqtisadi gücü sayəsində Sus, Zabux və digər kəndlər bərpa olunacaq. Dağılmış iqtisadiyyat bərpa olunacaq. Yaşayış məntəqələri salınacaq. Keçmiş məcburi köçkünlər öz ata-baba yurdlarına qayıdaraq, orada daimi yaşayacaqlar. Bu gün Laçının şəhər mərkəzində qaldırılmış Azərbaycan bayrağı oradan heç vaxt endirilməyəcək”. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Laçın şəhəri, eləcə də Zabux və Sus yaşayış məntəqələri Azərbaycan Ordusunun bölmələri tərəfindən tam nəzarətə götürülüb.

26-08-2022, 20:28
Üç rayonda qanunsuz ağac kəsənlərə cinayət işi açıldı


Üç rayonda qanunsuz ağac kəsənlərə cinayət işi açıldı

Nəsimi, Yevlax və Xaçmazda qanunsuz ağackəsmə faktları ilə bağlı cinayət işi başlanılıb. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Baş Prokurorluğa daxil olan vətəndaşların ərizələri, kütləvi informasiya vasitələri və səlahiyyətli dövlət qurumlarının məlumatları əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Yevlax və Xaçmaz, habelə paytaxtın Nəsimi rayonlarının ərazilərində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb. Araşdırmalarla Nəsimi rayonunda “Şərq İnşaat” MTK-nın icrasinə verilmiş olduğu ərazidə, Bakı-Qazax magistral avtomobil yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində “Lalə tekstil” MMC-yə məxsus tikilinin qarşısında meşə fonduna daxil olmayan, Xaçmaz rayonunun ərazisində yerləşən Xaçmaz meşəbəyliyinin 1 və 6 saylı dolaylarında isə meşə fonduna daxil olan ağac və kolların qanunsuz kəsilməsi, həmin ərazinin qanunsuz şumlanması və əkilməsi faktları aşkar edilib. Müəyyən edilib ki, qanunsuz əməllər nəticəsində ümumilikdə 42 min manatdan çox məbləğdə ziyan dəyib. Fakt üzrə Cinayət Məcəlləsinin 188.1 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 259.2.4 (qanunsuz ağac kəsmə külli miqdarda ziyan vurmaqla törədildikdə) və digər maddələri ilə cinayət işləri başlanılaraq istintaqın aparılması üçün aidiyyəti üzrə daxili işlər orqanlarına göndərilib.
26-08-2022, 20:25
Operativ Qərargahdan vaksin açıqlaması


Operativ Qərargahdan vaksin açıqlaması

Azərbaycanda son sutkada koronavirus əleyhinə 1301 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 244, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 176, üç və daha çox doza vaksin vurduranların sayı 738, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 143 nəfərdir. İndiyədək vurulan vaksinlərin ümumi sayı 13 854 508, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 372 766, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 862 080, üç və daha çox doza vaksin vurduranların sayı 3 360 988, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 258 674 təşkil edir.

26-08-2022, 20:22
Yoluxanların bu günə olan statistikası


Yoluxanların bu günə olan statistikası

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 542 yeni yoluxma faktı qeydə alınıb, 501 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfər vəfat edib. İndiyədək ümumilikdə 811 131 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 797 668 nəfər müalicə olunaraq sağalıb, 9796 nəfər vəfat edib, aktiv xəstə sayı 3667 nəfərdir. Son sutka ərzində 3659, hazırkı dövrədək isə 7 9138 810 test aparılıb.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!