“Ən çox qorxduğum şey atamın səsini unutmaqdır” - Şəhid qızı
Vətən Müharibəsi Qəhrəmanı Ramiz Cəfərovun Polşada təhsil alan qızı Nigar Cəfərova atasının şəhid olduğu torpaqlarda Diasporla İş üzrə DK-nın internet TV-si olan Diaspor TV-nin “Vətən uzaqda deyil” proqramına müsahibə verib və atası ilə bağlı xatirələrini danışıb, ailə üzvlərinin keçirdiyi qürur hisslərini bölüşüb. "Ən çox qorxduğum şey atamın səsini unutmaqdır" - deyən Nigar Cəfərova proqrama atasının səs yazılarını da təqdim edib. Xatırladaq ki, polkovnik-leytenant Ramiz Cəfərov 2020-ci il Vətən müharibəsində Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrin sıralarında Cəbrayıl və Şuşa istiqamətlərində gedən döyüşlərdə vuruşub, Şuşa istiqamətində bir sıra yaşayış məntəqələrinin, həmçinin əlverişli mövqelərin və strateji nöqtələrin azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olub. Nigar Cəfərovanın Diaspor Gənclərinin Şuşada keçirilən III Yay Düşərgəsi günlərində müsahibə verdiyi “Vətən uzaqda deyil” proqramını aşağıdakı linkdə izləmək olar.
Laçın şəhəri artıq Azərbaycanın nəzarətinə keçir. Bu sözləri avqustun 23-də Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində keçirilən “Laçın: Postmünaqişə dövrünün yeni mərhələsi” adlı dəyirmi masada mərkəzin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib. O bildirib ki, 1992-ci ilin mayında Şuşa və Laçının işğalı böyük faciə idi. Laçının statusu həmişə danışıqlar zamanı xüsusi yer tutub. Minsk qrupu çərçivəsində də Laçın məsələsi həmişə ayrı bir maddə kimi müzakirə olunub. Xatırladaq ki, Azərbaycan tərəfi Laçın rayonunun Zabux və Sus kəndlərində, Laçın şəhərində qanunsuz yaşayan ermənilərə həmin əraziləri boşaltmaq üçün avqustun 25-nə kimi vaxt verib. Ermənilər bu tələb qarşısında Laçını tərk etməyə başlayıblar.
Azərbaycanın Zəfərindən sonra Qafqazda sülh üçün çalışırıq. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Haber Global” televiziyasına müsahibəsində deyib. "Biz eyni zamanda Ermənistanla da münasibətləri yoluna qoymağa çalışdıq. Amma Ermənistan çox da istəkli deyil. Qafqazda uzun müddət sülh istəyiriksə, bu, sadəcə Azərbaycan və Ermənistan arasında bağlanan sülh müqaviləsi ilə mümkün olacaq. Ermənistan bəzən elə davranır ki, sanki üçtərəfli bəyanatı o bağlamayıb. Ermənistan sadəcə Azərbaycanın irəli sürdüyü tələbləri yerinə yetirməlidir", - deyəÇavuşoğlu bildirib. XİN başçısı, həmçinin Ermənistandan Türkiyəyə təzyiqlərin olduğunu söyləyib: "Bəzən Ermənistanın daxilindən bizə qarşı basqılar olur. Ölkə içərisində fanatiklər var. Onlar bizə heç nə edə bilməzlər. Hazırda Ermənistanda Paşinyanın arxasında çox güclü qüvvələr var. Onada görə də Ermənistanda separatçı qüvvələr heç bir şey edə bilməz. Sadəcə biz əl-ələ verib Cənubi Qafqazı daha da gücləndirməliyik".
Azərbaycan-Gürcüstan sərhədini pozan şəxs PUA ilə aşkarlanıb. Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən bildirilib. Qeyd olunub ki, DSX tərəfindən dövlət sərhədinin mühafizəsinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri uğurla davam etdirilir. Avqust ayının 22-də saat 17:30-da “Zaqatala” sərhəd dəstəsinin Zaqatala rayonunun Kəpənəkçi kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 1 (bir) nəfər naməlum şəxsin Alazan çayını keçərək dövlət sərhədini Azərbaycandan Respublikasından Gürcüstana və əks istiqamətdə pozması barədə əməliyyat məlumatı daxil olub. Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə hərəkət edərək, xidməti ərazi qapadılmış və sərhəd pozucusunun axtarışını təmin etmək məqsədilə kəşfiyyat pilotsuz uçuş aparatı havaya qaldırılıb. Saat 17:45-də şübhəli şəxsin yeri müəyyən edilib və sərhəd naryadı tərəfindən saxlanılıb. Saxlanılan şəxsin Azərbaycan Respublikası vətəndaşı, Zaqatala rayon Mosul kənd sakini 27.03.1964-cü il təvəllüdlü Həstərov Zakir Veysəlqara oğlu olması müəyyənləşdirilib. İlkin dindirmə zamanı sərhəd pozucusu dövlət sərhəddini pozduğunu etiraf edib.
Ukrayna taxılının təhlükəsiz daşınmasının qarşılığında Rusiyanın da bəzi tələbləri var. Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Haber Global” televiziyasına müsahibəsində deyib. "Rusiya bu yolda gübrə və taxılının yolunda əngəllərin aradan qalxmasını istəyir. Amma buna mane olan ölkələr var. Eyni zamanda iki ölkə arasında münasibətlərin normallaşmasını istəməyən qüvvələr də var. Türkiyə bu ölkələrlə də əlaqə qurmağa çalışır. Hazırda 33 gəmi Ukraynadan çıxıb, Afrikaya gedib", - XİN başçısı vurğulayıb.
Önümüzdəki günlərdə İsrail ilə əlaqələrin normallaşmasını sürətləndirəcəyik. Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Haber Global” televiziyasına müsahibəsində deyib. "Türkiyə tərəfdən İsrailə göndəriləcək səfir namizədlər artıq hazırdır. Yaxın günlərdə həmin siyahını cənab Ərdoğana təqdim edəcəyik. Deyə bilərik ki, yaxın günlərdə təsdiqlənən adlar bəlli olacaq. İsrailə uyğun olaraq həmin dostumuzu seçəcəyik. Fələstin də bizim İsrail ilə əlaqələrimizin normallşamasını istəyir", - XİN başçısı bildirib.
Avqustun 23-də elm və təhsil naziri Emin Əmrullayevin media üçün brifinqi keçirilib. Butov.az xəbər verir ki, brifinqdə elm və təhsil naziri Emin Əmrullayev əvvəlcə bəzi təhsil işçilərinin vəzifə maaşlarına aylıq əlavələrin təyin edilməsi barədə yeni qərara dair geniş təqdimatla çıxış edib. Ümumi təhsil müəssisələrinin rəhbər şəxslərinin vəzifə maaşlarına əlavələrin təyin edilməsinin mahiyyətindən danışan Emin Əmrullayev deyib ki, sözügedən qərar təxminən 865 direktor, 2343 direktor müavinini əhatə edir. Sertifikatlaşmadan keçən müəllimlərin vəzifə maaşlarına əlavələrdən də söz açan elm və təhsil naziri qeyd edib ki, sertifikasiya ilə bağlı həvəsləndirmə tədbiri olaraq keçid balı toplamış müəllimlərin əməkhaqqına 10 faiz, 50-dən yuxarı bal toplayan müəllimlərin əməkhaqqına isə 35 faiz əlavə ödəniləcək. Nazirin sözlərinə görə, sertifikatlaşma hazırda işləyən müəllimlərin peşəkar səviyyəsinin müəyyən olunmasına xidmət edir. Elm və təhsil naziri, həmçinin müəllimlərin işə qəbulu prosesi, 2022-2026-cı illər üzrə xaricdə təhsil üçün Dövlət Proqramı, Elm və Təhsil Nazirliyinin əsas fəaliyyət istiqamətləri barədə məlumat verib.
3 ölkə “Şimal-Cənub” dəhlizinin onurğa sütunudur - İran səfiri
İran, Azərbaycan və Rusiya “Şimal-Cənub” dəhlizinin onurğa sütununu təşkil edir. Bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi "Twitter" səhifəsində yazıb. O bildirib ki, bu gün tranzitin asanlaşdırılması üçün imzalanmış üç tərəfli anlaşma memorandumu ölkənin xarici ticarətində sıçrayışın baş verməsindən xəbər verir. “3 ölkənin qonşuluq siyasəti kölgəsində Hindistanın da bu mexanizmə qoşulması yolun inkişafını daha da canlandıracaq”, - deyə səfir vurğulayıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna dövlət başçıları Vladimir Putinlə Volodimir Zelenski arasında görüş təşkil etmək niyyətindədir. Butov.az xəbər verir ki, Ərdoğan bu barədə Nazirlər Kabinetinin toplantısından sonra mətbuata açıqlamasında deyib. Türkiyə lideri bildirib ki, prezidentlərin görüşü böhranı kökündən həll etmək üçün yol açmağa kömək edəcək. “Hədəfimiz yaxın tarixdə Putinlə Zelenski arasında İstanbulda görüş təşkil edərək, böhranı kökündən həll etməkdir”, - Ərdoğan vurğulayıb.
Şəmkir rayonunun Əliyaqublu kəndində ümumi sahəsi 6000 m² olan istixananın polietilendən ibarət üzlüyü 600 m² sahədə və yaxınlıqda 800 m² sahədə quru ot və kol-kos yanıb. FHN-dən verilən məlumata görə, istixananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.