21-08-2022, 23:22
Rusiya ilk dəfə bu raketlərdən istifadə edib - Şoyqudan etirafRusiya ordusu Ukraynada döyüşlər zamanı “Kinjal” hipersəs raketindən üç dəfə istifadə edib. Bu barədə Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib. Onun sözlərinə görə, Rusiya ordusu yüksək hədəflərə zərbə endirmək üçün sözügedən raketlərdən istifadə edib. Nazir onu da bildirib ki, raket yol boyu həm şaquli, həm də üfüqi müstəvilərdə trayektoriyasını dəyişir.
21-08-2022, 23:21
Siyəzən və Şabranda yanğınlar tam söndürüldüFövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Siyəzən və Şabran rayonları ərazisində mürəkkəb relyefli dağlıq-meşəlik sahələrdə baş vermiş yanğınlar tam söndürülüb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib. Havanın isti və küləkli, relyefin mürəkkəbliyinə baxmayaraq qüvvələrin əlaqəli və effektli tətbiqi sayəsində yanğınların daha geniş ərazilərə yayılmasına imkan verilməyib. Yanğınlar nəticəsində ümumilikdə təxminən 40 hektar ərazidə meşə və meşəətrafı sahələr yanıb.
21-08-2022, 23:17
Gürcüstanda məhbus ailələri etiraza qalxdıGürcüstanın Rustavi rayonunda yerləşən cəzaçəkmə müəssisəsinin qarşısında məhbusların ailə üzvləri və yaxınları etiraz aksiyası keçirib.
Butov.az xəbər verir ki, onlar məhkumların şəraitinin yaxşılaşdırılmasını tələb ediblər. Aksiya iştirakçılarının sözlərinə görə, son vaxtlar cəzaçəkmə müəssisəsində 10-a yaxın məhbus onlara lazımi tibbi yardım göstərilmədiyi üçün aclıq aksiyasına başlayıb.
21-08-2022, 23:15
Cəlilabad bazarında yanğın
Cəlilabad rayonunun Göytəpə şəhərində bazarda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Bu barədə FHN-dən bildirilib.
21-08-2022, 23:12
Çin qırıcıları Tayvan boğazından keçdiÇin Xalq Azadlıq Ordusunun döyüş təyyarələri və gəmiləri növbəti dəfə Çin və Tayvan arasında şərti bölücü xətt rolunu oynayan Tayvan boğazının ortasından keçib. Bu barədə Tayvan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, Tayvan sərhədi yaxınlığında dəniz təlimlərinə qatılan ümumilikdə 12 döyüş təyyarəsi və 5 Çin gəmisi Tayvan boğazından keçib.
21-08-2022, 23:08
Peyvənd olunanların sayı açıqlandıAzərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1319 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 192, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 174, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 809, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 144 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 848 567, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 371 683, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 861 143, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 357 691, pozitiv nəticədən sonra buster doza olunanların sayı 258 050 təşkil edir.
21-08-2022, 23:05
Mahmud Abbas Türkiyəyə gəlirFələstin dövlətinin prezidenti Mahmud Abbas Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya üç günlük səfər edəcək. Bu barədə WAFA agentliyi Fələstinin Ankaradakı səfiri Fayed Mustafaya istinadən məlumat yayıb. Bildirilir ki, Abbas və Ərdoğan rəsmi görüş keçirəcəklər. Görüşdə Fələstin-Türkiyə münasibətləri müzakirə olunacaq.
21-08-2022, 23:03
Gündəlik yoluxma yenidən artdıAzərbaycanda koronavirus infeksiyasına 585 yeni yoluxma faktı qeydə alınıb, 489 nəfər müalicə olunaraq sağalıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında 1 nəfər ölüb. İndiyədək ümumilikdə 808 569 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 795 110 nəfər müalicə olunaraq sağalıb, 9785 nəfər vəfat edib, aktiv xəstə sayı 3674 nəfərdir. Son sutka ərzində 3700, hazırkı dövrədək isə 7 129 436 test aparılıb.
21-08-2022, 22:51
Əlaqələrin möhkəmlənəcəyinə ümid edirik - XİN
Xarici İşlər Nazirliyi rəsmi tviter səhifəsində Azərbaycan ilə Serbiya arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə paylaşım edib.
Butov.az paylaşımı təqdim edir: “Bu gün Azərbaycan ilə Serbiya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi tamam olur. Bu münasibətlə Serbiya Respublikası hökumətinə və xalqına ən xoş arzularımızı çatdırırıq. Biz Azərbaycan ilə Serbiya arasında strateji əlaqələrin daha da möhkəmlənəcəyinə ümid edirik”.
21-08-2022, 22:48
Serbiya Prezidenti İlham Əliyevə zəng etdiAvqustun 21-də Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Butov.az xəbər verir ki, telefon danışığı zamanı Prezident Aleksandar Vuçiç Azərbaycan ilə Serbiya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı. Serbiya Prezidenti bu müddət ərzində ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyini, dostluq və tərəfdaşlıq münasibətlərinin qurulduğunu dedi. Prezident İlham Əliyev ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə Serbiya Prezidentini təbrik etdi, müxtəlif sahələrdə əməkdaşlığın inkişafından məmnunluğunu bildirdi. Dövlətimizin başçısı Azərbaycanın və Serbiyanın ikitərəfli və çoxtərəfli əsaslarda, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq etdiyini vurğuladı. Telefon danışığı zamanı Azərbaycan ilə Serbiya arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, kənd təsərrüfatı, enerji, investisiya və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı. Həmçinin Azərbaycan ilə Serbiya arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatdığı, ölkələrimizin bir-birinin ərazi bütövlüyünü dəstəklədiyi qeyd olundu.