18-08-2022, 00:01
Milli fəal Yaşar Piri həbs edildi Avqustun 17-də Təbriz zindanında saxlanılan siyasi məhbus Ruzbeh Pirinin qardaşı Yaşar Piri təhlükəsizlik məmurları tərəfindən saxlanılaraq naməlum yerə aparılıb. Bu barədə qardaşların yaxınları məlumat verib. Onun həbs səbəbləri və ittihamı barədə heç bir məlumat verilməyib.
Qeyd edək ki, Yaşar Piri bundan öncə 2021-ci ilin fevral ayının 21-də Beynəlxalq Ana Dili Günündə İran hökumətinin kəşfiyyat idarəsinin təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdi. 2019-cu ilin noyabr ayında İranda benzinin bahalaşması nəticəsində baş verən etirazlar zamanı qardaşı Ruzbeh Piri ilə birlikdə həbs edilmiş, nəzarət altına alınmışdı. İki güneyli qardaş həbs edildikdən sonra müxtəlif ağır ittihamlarla üzləşmişdilər. Bununla yanaşı Yaşar Piri 2012-ci ilin aprel ayında Urmu gölündə baş verən ekoloji fəlakətin qarşısının alınmamasına görə Təbrizdə keçirilən etiraz aksiyalarına qatıldığı üçün saxlanılmış və "ictimai asayişi pozmaq" ittihamı ilə 3 ay şərti həbs və 30 qamçı cəzasına məhkum edilmişdi.
Timur
17-08-2022, 21:32
Ukrayna Ali Baş Komandanı dəyişəcək
Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı dəyişə bilər. Bu barədə Ukraynanın "Teleqraf" nəşri hakimiyyətə yaxın mənbələrə istinadən yazıb. Ukrayna Prezidenti Volodimir Zelenski Silahlı Qüvvələrin Ali Baş Komandanı Valeri Zalujnını Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının baş komandanı Aleksandr Sırski ilə əvəz etməyi planlaşdırır. Yerdəyişmə avqustun sonu və ya sentyabrın əvvəlində baş verə bilər. Bildirilir ki, Valeri Zalujnıya müdafiə naziri postu təklif olunacaq.
17-08-2022, 21:30
Məsciddə partlayış - 20 ölü, 40 yaralı varBu gün Kabilin şimal-şərqindəki məscidlərin birində partlayış olub. Hadisə nəticəsində azı 20 nəfər həlak olub, 40 nəfər yaralanıb. Bu barədə "Al Jazeera" telekanalı Əfqanıstanın güc strukturlarına istinadla məlumat yayıb. Hələlik hadisə ilə bağlı digər təfərrüatlar açıqlanmayıb.
17-08-2022, 21:29
Meşə yanğını qaz təsərrüfatına ziyan vurubŞabran rayonu ərazisində baş verən yanğın qaz təsərrüfatına da zərər vurub. Bu barədə "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib. "Avqustun 15-də Şabran rayonunda yanğın səbəbindən fövqəladə vəziyyət elan olunduğu və Yanğın təhlükəsizliyi baxımından Xaçmaz Regional qaz istismarı İdarəsinin Şabran xidmət sahəsi ərazisində "Taxtalar" QPS-dən qidalanan Zeyvə, Kirvar kəndləri istiqamətində çəkilmiş 9 kəndi qidalandıran daşıyıcı qaz xəttində müvəqqəti olaraq qaz təchizatı dayandırıldığı haqqında tərəfimizdən məlumat verilib. Yanğın hələ də davam etdiyi üçün Dağ Bilici, Mumlu, Zöhramlı, Pirəbədil, Sumağa, Qazmalar, Qorağan, Zeyvə və Kirvar kəndlərinin qaz təchizatı bərpa olunmayıb. Yanğın nəticəsində 4 ədəd sonradan ödənişli (mexaniki tipli) qaz sayğacı yanaraq istismardan çıxıb. Yanan sayğaclardan 3 ədədi yenisi ilə əvəz olunub, 1 ədədi isə fərdi yaşayış evinin tamami ilə yanması səbəbindən əvəz edilməyib", - məlumatda qeyd olunub.