Yazıçılar Birliyində kitab təqdimatı .....                        Təyyarə qəzasında xəsarət alanların son durumu AÇIQLANDI .....                        Azər Zahid barəsində həbs qərarı verildi .....                        Təyyarə qəzasının canlı şahidi danışdı .....                        Yasamaldakı yanğın söndürüldü .....                        Bakı-Qroznı-Bakı reysləri DAYANDIRILIR .....                        Qazaxıstan Hökumət Komissiyası qəzanın baş verdiyi ərazidə - FOTO .....                        Qəzada zərərçəkən ailələrə tibbi və psixoloji dəstək qrupu yaradıldı .....                        Təyyarədə iki çeçenistanlı uşaq olub .....                       
16-08-2022, 14:52
Xaricə gedən azərbaycanlıların sayı 2 dəfə artıb


Xaricə gedən azərbaycanlıların sayı 2 dəfə artıb

Cari ilin yanvar-iyul aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə artaraq 829,4 min nəfər olub. Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib. Məlumata görə, İrana gedənlərin sayı 4,3 dəfə, Türkiyəyə gedənlərin sayı 2,2 dəfə, Gürcüstana gedənlərin sayı 1,9 dəfə, Rusiyaya gedənlərin sayı isə 23,2% artıb. Ölkə vətəndaşlarının 47,9%-i Türkiyəyə, 16,6%-i Rusiyaya, 12,2%-i İrana, 8,3%-i Gürcüstana, 15%- digər ölkələrə səfər edib. Gedənlərin 64,8%-ni kişilər, 35,2%-ni qadınlar təşkil edib. 2022-ci ilin yanvar-iyul aylarında xarici ölkələrə səfər edənlərin 60,1 %-i hava, 37,3 %-i dəmir yolu və avtomobil, 2,6 %-i isə dəniz nəqliyyatından istifadə edib.
16-08-2022, 14:50
Qazaxın 7 kəndi delimitasiya mövzusudur - DSX rəsmisi


Qazaxın 7 kəndi delimitasiya mövzusudur - DSX rəsmisi

Dövlət Sərhəd Xidmətinin vəzifəsi qarşısına qoyulan tapşırıqları, yeni qəbul olunmuş qərarları icra etməkdən ibarətdir. Bunu Dövlət Sərhəd Xidməti (DSX) rəisinin müavini general-leytenant Abbas Xəlilov avqustun 16-da keçirilən mətbuat konfransında deyib. O qeyd edib ki, DSX dövlət sərhədini müəyyən edən qurum deyil. “Düzdür, delimitasiya ilə bağlı Komissiyada təmsil olunur. Qərar nə olarsa, biz bunu yüksək səviyyədə yerinə yetirməyə hazırıq”, - deyə rəis müavini bildirib. Dövlət Sərhəd Xidmətinin (DSX) Aparat rəhbəri general-mayor Elçin İbrahimov isə tədbirdə digər maraqlı məqama toxunub. O bildirib ki, Ermənistanın işğalı altında olan Qazaxın 7 kəndi ilə bağlı məsələ də delimitasiya mövzusudur. Xatırladaq ki, Qazax rayonunun işğal altında olan 7 kəndi aşağıdakılardı:
Bağanis Ayrım – 24.03.1990
Xeyrimli – 08.03.1992
Aşağı Əskipara – 12.03.1992
Barxudarlı – 27.04.1992
Sofulu – 27.04.1992
Qızılhacılı - 11.05.1992
Yuxarı Əskipara – 08.06.1992

16-08-2022, 14:47
Sabahın havası - 42 dərəcə isti olacaq


Sabahın havası - 42 dərəcə isti olacaq

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, avqustun 17-də Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 24-28° isti, gündüz isə 34-39° isti olacaq. Bakıda gecə 25-27° isti, gündüz isə 37-39° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 50-55 %, gündüz 30-35% olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 28-29° isti, Cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 29-30° isti olacaq. Rayonlarda isə hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə arabir şərq küləyi güclənəcək. Havanın temperaturu gecə 22-26° isti, gündüz 35-40°, bəzi yerlərdə 41-42° isti, dağlarda gecə 15-20° isti, gündüz 27-32° isti olacaq.
16-08-2022, 14:43
“Biz Ukraynada Qərbin birləşmiş qüvvələri ilə vuruşuruq” - Rusiyalı nazir


“Biz Ukraynada Qərbin birləşmiş qüvvələri ilə vuruşuruq” - Rusiyalı nazir

“Rusiya Ukraynadakı hibrid müharibədə bu ölkənin rəhbərliyinə nəzarət edən Qərbin birləşmiş qüvvələri ilə qarşı-qarşıyadır”. Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu “Ordu-2022” forumu çərçivəsində Beynəlxalq Təhlükəsizlik üzrə Moskva Konfransının açılışında bildirib. O əlavə edib ki, Ukraynaya silah və hərbi texnikanın tədarükü artır, Ukrayna ordusunun şəxsi heyəti hazırlanır, millətçi rejimin həyat qabiliyyətini saxlamaq üçün böyük maliyyə resursları köçürülür. "Ukrayna silahlı qüvvələrinin hərəkətləri xarici hərbi məsləhətçilər tərəfindən planlaşdırılır və əlaqələndirilir. Kəşfiyyat məlumatları NATO-da mövcud olan bütün mənbələrdən verilir. Silahdan istifadə Qərb ekspertlərinin nəzarəti altında həyata keçirilir", - Şoyqu bildirib.
16-08-2022, 14:41
Eyvazlı istiqamətində hərəkət var - DSX-dan açıqlama


Eyvazlı istiqamətində hərəkət var - DSX-dan açıqlama

Azad edilən ərazilərdə artıq 3 buraxılış məntəqəsi fəaliyyətə başlayıb. Onlardan biri Füzuli Beynəlxalq Hava Limanıdır. Bunu Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Abbas Xəlilov bu gün keçirilən mətbuat konfransında deyib. DSX rəsmisi bildirib ki, Eyvazlı istiqamətindəki buraxılış məntəqəmizdə hərəkət var: “Ermənistan tərəfi alternativ yollardan istifadə etməklə müəyyən hərəkət edirlər. Ancaq onlar hər kəsi alternativ yollardan istifadə etməyə məcbur edə bilmirlər”.
16-08-2022, 14:38
Şoyqu Ukraynada kimyəvi silahdan istifadəni istisna etdi


Şoyqu Ukraynada kimyəvi silahdan istifadəni istisna etdi

"Ukraynada xüsusi əməliyyat zamanı kimyəvi silahdan istifadə ehtimalı ilə bağlı iddialar absurddur". Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu çərşənbə axşamı Moskvada təhlükəsizlik konfransında bildirib. "Ukraynada kimyəvi silahdan mümkün istifadə ilə bağlı iddialar absurddur. Nəzərinizə çatdırım ki, ABŞ-dan fərqli olaraq, beynəlxalq öhdəliklərin yerinə yetirilməsi çərçivəsində bu cür silahlar hələ 2017-ci ildə ölkəmizdə tamamilə məhv edilib. Eyni zamanda, zəhərli maddələrdən istifadə edilən təxribatlar Suriyada “Ağ Dəbilqəlilər” kimi Qərbin himayə etdiyi ictimai təşkilatların əlamətdar xüsusiyyətinə çevrilib”, - Şoyqu vurğulayıb.
16-08-2022, 14:36
5 sərhəd pozucusu zərərsizləşdirilib, 2 nəfər yaralanıb


5 sərhəd pozucusu zərərsizləşdirilib, 2 nəfər yaralanıb

Sahil Mühafizəsində Azərbaycan Respublikasının dəniz sərhədlərinin еtibаrlı mühаfizəsinin təmin edilməsi, Хəzər dənizində rеjim qаydаlаrınа nəzаrətin gücləndirilməsi və xilasetmə tədbirlərinin həyata keçirilməsi zamanı 8 halda 12 nəfər dənizdə batma təhlükəsindən xilas edilib. Bu sözləri Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Abbas Xəlilov mətbuat konfransında deyib. DSX rəsmisi qeyd edib ki, sərhəd naryadları tərəfindən sərhəd pozucularına qarşı təlimata uyğun silah tətbiq olunması nəticəsində 2 halda 2 nəfər yaralanıb, 5 halda 5 nəfər sərhəd pozucusu zərərsizləşdirilib.
16-08-2022, 14:33
Almaniyanın yeni səfiri İlham Əliyevin qəbulunda


Almaniyanın yeni səfiri İlham Əliyevin qəbulunda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 16-da Almaniya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Ralf Horlemannın etimadnaməsini qəbul edib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.



����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!