Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
27-10-2022, 18:27
"Qış parkı" yaxınlığında yanğın


"Qış parkı" yaxınlığında yanğın

Bakı şəhərinin Nəsimi rayonunda "Qış parkı" yaxınlığında birmərtəbəli tikilidə yanğın başlayıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə "Qış parkı" yaxınlığında birmərtəbəli tikilidə yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

27-10-2022, 18:25
Kiyev ABŞ-ın göstərişi ilə danışıqlardan imtina edib - Peskov


Kiyev ABŞ-ın göstərişi ilə danışıqlardan imtina edib - Peskov

Kiyev Vaşinqtonun göstərişi ilə Rusiya ilə danışıqlardan imtina edib. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, Moskva mövqeyini dəyişməyib və danışıqlar masasında öz maraqlarını təmin etmək istəyir. Peskov, onu da qeyd edib ki, Rusiyadan fərqli olaraq, Ukrayna danışıqlara başlamaqda maraqlı deyil.
27-10-2022, 18:24
Şəhid qardaşına qarşı dələduzluq - DİN araşdırmalara başladı


Şəhid qardaşına qarşı dələduzluq - DİN araşdırmalara başladı

Uşaq evində böyüyən şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədova qarşı dələduzluq edilib. Bununla bağlı sosial şəbəkədə məlumat verilib."Uşaq evində böyüyən şəhidimiz Səbuhinin qardaşı Sənana xarici nömrədən zəng edilib. Zəngi edən şəxs bloqer Hüseyn Həsənovun qohumu olduğunu qeyd edərək Sənandan pul köçürmək üçün hesab nömrəsi istəyib. Sənan hesab nömrəsini deyib. Daha sonra ondan göndərilən kodu deməsi istənilib. Kodu deyən kimi kart hesabındakı pullar çəkilib. Zəngi edən şəxs Sənanın şəhid qardaşı olduğunu bilib. Azərbaycan dilində danışırmış. Zəng edilən nömrə +7939803-81-83". Daxili İşlər Nazirliyinin (DİN) şöbə rəisi Elşad Hacıyev açıqlamasında məsələnin nəzarətə götürüldüyünü bildirib:"Hazırda araşdırma aparılır. Nəticəsi barədə məlumat veriləcək".
27-10-2022, 18:22
“Qırmızı Kitab”a düşən ağacları kəsdilər - İşə prokurorluq baxacaq


“Qırmızı Kitab”a düşən ağacları kəsdilər - İşə prokurorluq baxacaq

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Astara rayonu, Səlivə kəndi ərazisində Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına düşən Azat ağaclarının kəsildiyi və zədələndiyi müəyyən edilib. Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı ağacların vətəndaş Hidayət Məlikzadə tərəfindən qanunsuz kəsildiyi və zədələndiyi, təbiətə 102 200 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı akt tərtib olunub və yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

27-10-2022, 18:19
İranda etirazçılar icra hakimiyyətinin binasını yandırdılar


İranda etirazçılar icra hakimiyyətinin binasını yandırdılar

İranın Soyuqbulaq (Mahabad) şəhər İcra Hakimiyyətinin binası etirazçıların nəzarətinə keçib. Bu barədə “Azad İran” teleqram kanalı görüntülər yayıb. Kadrlarda qəzəbli sakinlərin dövlət binasını yandırdığı və “Ölüm olsun diktatora!” şüarı səsləndirdiyi görünür. Qeyd edək ki, İranda polis tərəfindən saxlanıldıqdan sonra ölən 22 yaşlı Məhsa Əmini ilə bağlı etirazlar hələ də səngimək bilmir.
27-10-2022, 18:16
Rusiyadan Qərbə xəbərdarlıq: Peyklərinizi məhv edərik


Rusiyadan Qərbə xəbərdarlıq: Peyklərinizi məhv edərik

ABŞ və müttəfiqləri kommersiya peyklərini Ukraynadakı müharibəyə cəlb edərlərsə, Rusiya onları hədəfə alacaq. Bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib. Xatırladaq ki, 2021-ci ildə Rusiya öz peyklərindən birini məhv etmək üçün peyk əleyhinə raket buraxmışdı. Bu isə ondan xəbər verir ki, rusların peykləri raketlə məhv etmək təcrübəsi var.
27-10-2022, 18:14
Prezident büdcə ilə bağlı fərmana dəyişiklik etdi


Prezident büdcə ilə bağlı fərmana dəyişiklik etdi

Prezident İlham Əliyev “2022-ci il dövlət büdcəsi haqqında” 3 dekabr 2021-ci il tarixli qanunun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” 23 dekabr 2021-ci il tarixli fərmanında dəyişiklik edib. Bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb. Dəyişikliyə əsasən, qanuna yeni nəsil şəxsiyyət vəsiqələrinin və biometrik pasportların çap edilməsi ilə bağlı bənd əlavə olunub. Bununla bağlı xərclər 48,282 milyon manat müəyyən edilib.
27-10-2022, 18:05
Binəli Yıldırım evə buraxıldı: “Ağır qəza idi”


Binəli Yıldırım evə buraxıldı: “Ağır qəza idi”

Azərbaycanda səfərdə olarkən yol qəzasına düşən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım evə buraxılıb. Bu barədə NTV məlumat yayıb. Yıldırım qəza ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.“Düz bir həftə əvvəl, oktyabrın 20-də prezident Ərdoğanın Azərbaycana səfəri ilə əlaqədar nümayəndə heyəti olaraq bir günlük səfərə çıxdıq. Maşınımız geri dönərkən qəzaya uğradı. Ağır qəza oldu, bir az salto etdik. Qəza nəticəsində başımda cərrahi müdaxilə tələb edən kəsik yarandı. Bunun üçün 2 əməliyyat lazım idi. Qabırğamda da 2 sınıq var, onlar da zamanla sağalacaq. Müalicəmizə evdə davam edəcəyik", - Yıldırım qeyd edib. Xatırladaq ki, B.Yıldırım və Ş.Ayrım oktyabrın 20-də Cəbrayıldan Zəngilan Beynəlxalq Hava Limanına qayıdarkən qəzaya düşüblər. Hadisədən sonra Türkiyə rəsmiləri helikopterlə paytaxt Bakıdakı xəstəxanaya aparılıb. Azərbaycan Prezidenti İlham Əliyev Binəli Yıldırım və Şamil Ayrıma müalicə olunduqları xəstəxanada baş çəkib. Daha sonra onlar təcili yardım təyyarəsi ilə İstanbula yola salınıb.
27-10-2022, 17:57
İranlı məmurların ailələri Londona qaçır


İranlı məmurların ailələri Londona qaçır

İran rəsmilərinin ailələri Böyük Britaniyanın paytaxtı Londona sığınmağa cəhd edirlər. Bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb. Britaniyalı deputatlar İrandakı vəziyyət barədə ötən gün parlamentdə İran xalqının molla rejiminə qarşı hazırkı etirazları ilə bağlı “təcili sual” ünvanlayıblar. Parlamentin üzvü xarici işlər nazirinin müavininə İran İslam Respublikası rəsmilərinin ailə üzvlərinin Britaniya pasportu əldə etmək səyləri ilə bağlı aldığı məlumatlar barədə sual verib.
27-10-2022, 17:55
Sərhəddə əməliyyat - Atəş açıldı


Sərhəddə əməliyyat - Atəş açıldı

Oktyabr ayının 25-də saat 20:20-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Cəlilabad rayonunun Cəfərli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən verilən məlumata görə, sərhəd naryadı tərəfindən 2 nəfər naməlum şəxsin dövlət sərhədi yaxınlığında mühəndis çəpərinə yaxınlaşması müşahidə edilib, “Dayan” əmrinin verilməsinə və havaya xəbərdarlıq atəşinin açılmasına baxmayaraq, sərhəd pozucuları əmrə tabe olmayaraq hava şəraitinin qaranlıq və relyefin mürəkkəbliyindən istifadə edərək geriyə qaçıblar. Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb. Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində sərhədboyu ərazidə gizlədilmiş 1 ədəd bağlama içərisində təxmini çəkisi 17 kiloqram narkotik vasitəyə bənzər maddələr (10 kq “marixuana”, 2 kq 100 qram “tiryək” və 4 kq 900 qram qablaşdırmada 7790 ədəd “metadon-40” həbləri) aşkar olunaraq götürülüb. Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!