Ən yüksək bal toplayanlar bu məktəblilərin şagirdləridir .....                        I və IV qrupların imtahan nəticəsi açıqlandı .....                        3 tondan artıq çətənə məhv edildi .....                        Partiyasını buraxan deputat yenidən namizəd oldu .....                        Baş prokuror Türkiyənin Konstitusiya Məhkəməsinin sədri ilə görüşdü .....                        Paris İrəvandakı eks-səfirinə yeni vəzifə verdi .....                        Ermənistan prezidenti Fransada .....                        III və IV qruplarda rəqabət daha güclü olacaq .....                        Qarabağ Universitetinin yeni dekanı kimdir? .....                       
28-10-2022, 15:31
Gömrük ödənişlərindən yayınma cəhdinin qarşısı alındı


Gömrük ödənişlərindən yayınma cəhdinin qarşısı alındı

Bakı Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən gömrük nəzarəti tədbirləri nəticəsində külli miqdarda gömrük ödənişlərindən yayınma məqsədilə malları düzgün bəyan etməmə faktı aşkarlanıb. Butov.az xəbər verir ki, ölkə ərazisinə gətirilən və Azərbaycan Respublikası vətəndaşı Ağamalıyev Vahid Rəşid oğlu tərəfindən bəyan edilən mallara Bakı Baş Gömrük İdarəsində gömrük yoxlaması həyata keçirilib. Yoxlama zamanı malların bir qisminin sayının bəyannamədə göstəriləndən dəfələrlə çox olduğu müəyyən edilib. Bəyan edilən mallar arasında “qəlyan üçün ağızlıqlar” 116000 (yüz on altı min) ədəd göstərilsədə, faktiki olaraq 1 160 000 (bir milyon yüz altmış min) ədəd, “elektron siqaretlər” 1720 ədəd göstərilsədə, faktiki olaraq 7884 ədəd, “ülgüclər” 1104 ədəd göstərilsədə, faktiki olaraq 5152 ədəd, həmçinin digər malların olduğu aşkar edilib. Bundan əlavə 5190 ədəd qəlyan tütünü, 500 qutu stomatoloji (sinir iynəsi) ləvazimatlar, 1 ədəd “Akvafor” markalı su filtri, 1 ədəd “Sintering Furnance” markalı stomatoloji selizator aparatının, ümumiyyətlə gömrük orqanına bəyan olunmadığı müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.






28-10-2022, 15:25
İstanbulda partlayış: Ölən və yaralılar var


İstanbulda partlayış: Ölən və yaralılar var

Türkiyənin İstanbul şəhərinin Esenler rayonunda yerləşən sənaye müəssisəsində partlayış baş verib. Hadisə nəticəsində bir nəfər ölüb, 3-ü ağır olmaqla 5 nəfər yaralanıb. Partlayışın baş verdiyi əraziyə polis əməkdaşları, yanğınsöndürənlər və təcili tibbi yardım heyəti cəlb olunub. Hadisəyə ilkin səbəb kimi oksigen balonunun partlaması göstərilir.
28-10-2022, 15:12
Rusiyanın Ukraynadakı itkiləri 70 min nəfərə çatır


Rusiyanın Ukraynadakı itkiləri 70 min nəfərə çatır

Ukrayna silahlı qüvvələri 70 minə yaxın rus işğalçısını məhv edib. Ötən sutkada 480 işğalçı sıradan çıxarılıb. Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının mətbuat mərkəzi məlumat yayıb. Baş Qərargah Rusiyanın Ukraynadakı itkiləri ilə bağlı son statistik məlumatları paylaşıb. Rusiyanın Ukraynadakı itkiləri oktyabrın 28-nə aşağıdakı kimidir:
şəxsi heyət - 69 700 (+480) nəfər;
tanklar - 2640 (+9) ədəd;
zirehli döyüş maşınları - 5378 (+14) ədəd;
artilleriya sistemləri - 1698 (+8) ədəd;
reaktiv yaylım atəşi sistemi - 379 (+0) ədəd;
hava hücumundan müdafiə sistemləri - 192 (+0) ədəd;
təyyarə - 272 (+1) ədəd;
helikopter - 251 (+2) ədəd;
PUA - 1401 (+3) ədəd;
qanadlı raketlər - 351 (+0) ədəd;
gəmilər/qayıqlar — 16 (+0) ədəd;
avtomobil və tankerlər - 4088 (+10) ədəd;
xüsusi avadanlıq - 151 (+1) ədəd.
28-10-2022, 15:10
Bakıya yağış yağacaq - Sabahın havası


Bakıya yağış yağacaq - Sabahın havası

Bakıda və Abşeron yarımadasında oktyabrın 29-da bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, səhər saatlarında duman olacaq. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 12-14° isti, gündüz 14-16° isti, Bakıda gecə 12-14° isti, gündüz 14-16° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu olacaq. Nisbi rütubət 75-85 % olacaq. Azərbaycanın rayonlarında da sabah bəzi yerlərdə arabir yağış yağacağı, duman olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-12° isti, gündüz 17-22° isti, dağlarda gecə 0-4° isti, gündüz 5-9° isti olacaq.
28-10-2022, 15:08
Qarabağda 450-dən çox meyit qalıqları ekshumasiya edilib


Qarabağda 450-dən çox meyit qalıqları ekshumasiya edilib

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti, yüksək sərkərdəlik məharəti, birinci xanım Mehriban Əliyevanın dəstəyi, xalqın dəyanəti, əzmkarlığı, hərbçilərimizin şücaəti və qəhrəmanlığı sayəsində 30 ilə yaxın müddətdə işğal altında qalan tarixi torpaqlarımız hərbi və siyasi-diplomatik yolla azad olunub. Hərbi Prokurorluğun mətbuat xidmətindən bildiriblər ki, işğaldan azad edilmiş torpaqlarda, o cümlədən Şuşa rayonunun Daşaltı, Xocavənd rayonunun Edilli, Ağdam rayonunun Sırxavənd kəndləri, eləcə də Xocalı rayonunun Fərrux kəndində və digər ərazilərdə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən Dövlət Təhlükəsizliyi Xidmətinin, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının, Beynəlxalq Qızıl Xaç Komitəsinin və digər aidiyyəti qurumların nümayəndələri ilə birlikdə aparılmış müvafiq axtarış tədbirləri nəticəsində kütləvi məzarlıqlar aşkarlanıb. Azərbaycan Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 115.4-cü, 120.2.7-ci, 120.2.12-ci və digər maddələri ilə istintaq olunan cinayət işi üzrə məzarlıqlardan Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərə məxsus olması ehtimal olunan 450-dən artıq insan meyitinin qalıqları çıxarılaraq ekshumasiya edilib. Həmin meyit qalıqları ilə bağlı 300-ə yaxın məhkəmə-tibbi və 280-dən artıq molekulyar-genetik ekspertizaları təyin olunaraq icraya yönəldilib. Eləcə də şahidlər dindirilib və digər zəruri istintaq-əməliyyat tədbirləri yerinə yetirilib. Baş prokurorunun müavini–Azərbaycanın Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev bu il oktyabrın 26-da qeyd olunan ərazilərə gedərək həmin cinayət işinin istintaqının gedişatı ilə yerində maraqlanıb, müvafiq tövsiyələr və tapşırıqlar verib. Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.




28-10-2022, 15:05
AMB sərtləşmə siyasətinə başlayır


AMB sərtləşmə siyasətinə başlayır

Faiz dəhlizinin aşağı dərəcəsi bazara təsir etməyə başladığından, Mərkəzi Bankın İdarə Heyətin növbəti iclaslarda monetar siyasətinin daha da sərtləşdirilməsi istiqamətində qərarlar qəbul edəcəyi gözlənilir. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Taleh Kazımov bildirib. Baş bankir qeyd edib ki, yeni əməliyyat çərçivəsinin nəticələrini nəzərə alaraq, faiz dəhlizinin aşağı həddini daraldacağıq:“Hazırda faiz dəhlizinin aşağı həddinin bazara təsirini müşhidə edirik. Bu bizə əsas verir ki, monetar siyasətimizi sərtləşdirmək yönümündə qərarlarımızı verək". T.Kazımov əlavə edib ki, hazırda Azərbaycan Mərkəzi Bankının məqsədi inflyasiyanı azaltmaqdır:“Əgər gələcəkdə inflyasiya nəzərdə tutduğumuzdan çox azalsa, iqtisadi aktivliyə mənfi təsir etsə, uçot dərəcəsi vasitəsilə bazara təsir etməyə çalışacağıq. Biz dövriyyədəki notlarımız artıra da bilərik, azalda da bilərik. Artıq bu notlarla bağlı bazarda müəyyən gözləntilər formalaşıb”.
28-10-2022, 15:01
Mərkəzi Bankın bazara müdaxiləsi davam edir


Mərkəzi Bankın bazara müdaxiləsi davam edir

Tədiyə balansının yüksək pofisiti və manata tələbin artması ilə əlaqədar olaraq Azərbaycan Mərkəzi Bankı valyuta bazarına alışyönümlü müdaxiləsini davam etdirir. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Taleh Kazımov bildirib. Baş bankir qeyd edib ki, bu il AMB, 27 oktyabradək 967 milyon dollarlıq alışyönümlü əməliyyat reallaşdırıb. Onun sözlərinə görə, valyuta hərraclarında vəsait satan Dövlət Neft Fondunun qənaəti də kifayət qədər böyükdür. Fond 27 oktyabradək 820 milyon dollara qənaət edib.
28-10-2022, 14:58
Andrey Belousov İlham Əliyevin qəbulunda


Andrey Belousov İlham Əliyevin qəbulunda

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Rusiya Federasiyası Baş nazirinin birinci müavini Andrey Belousovu qəbul edib. Butov.az xəbər verir ki, görüşdə ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin uğurlu və dinamik inkişafı qeyd edildi, ticarət dövriyyəsinin artımı vurğulanıb. Söhbət zamanı iqtisadi-ticari, nəqliyyat-logistika, Şimal-Cənub nəqliyyat dəhlizi, maliyyə-bank, turizm və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə olunub.
28-10-2022, 14:56
Təhlükəli hadisələrin sayı artmaqdadır - Nazirlik


Təhlükəli hadisələrin sayı artmaqdadır - Nazirlik

“Bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da təhlükəli hidrometeoroloji hadisələrin sayı artmaqdadır”. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin rəisi, coğrafiya üzrə fəlsəfə doktoru Umayra Tağıyeva deyib. Onun sözlərinə görə, araşdırmalar göstərir ki, son 10 ildə 25 metr/saniyə-dən artıq güclü küləklərin sayı 12 dəfəyədək artıb:“İri şəhərlərimiz olan Bakı, Gəncə və Mingəçevirdə fırtına hesab olunan 35 metr/saniyədən güclü küləkli günlərin sayı 3,5 dəfə artıb. Əgər 1961-1990-cı illərdə ildə bir dəfə belə hadisə baş verirdisə, hazırda 3-dən çox belə hadisələrlə üzləşirik”. Umayra Tağıyeva əlavə edib ki, yağıntıların azalması fonunda təəssüf ki, leysan xarakterli yağışların miqdarı artmaqdadır. Bu səbəbdən son 10 ildə sel-daşqınların 18,5 dəfəyə qədər artması müşahidə olunur:“Dolu düşməsi artıq səciyyəvi ərazilərdən başqa digər rayonlarda da müşahidə olunmaqdadır. Bu hadisələrin sayı da 3,2 dəfəyə qədər artıb. Son 10 ildə kənd təsərrüfatı üçün xüsusi təhlükə yaradan ağ yellər adlanan quru isti küləklərin təkrarlanması 10 dəfəyə qədər artıb”. Xidmət rəisi vurğulayıb ki, bütün bu problemlərə hazırlıqlı olmaq üçün ölkəmizdə hidrometeorologiya xidmətinin potensialının artırılması mühüm məsələlərdən biridir.
28-10-2022, 14:52
Polis ehtiyatsızlıqdan özünü güllələdi


Polis ehtiyatsızlıqdan özünü güllələdi

Ehtiyatsızlıq polisin ölümünə səbəb olub. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, bu gün Laçın Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı İman Abbasov odlu silahla ehtiyatsız davranmağı nəticəsində açılan atəşdən xəsarət alıb. Ona hadisə yerində ilkin tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!