Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
20-10-2022, 15:03
Rusiya daha 370 hərbçi itirib


Rusiya daha 370 hərbçi itirib

Ukrayna Silahlı Qüvvələri son sutka ərzində daha 370 rus hərbçini zərərsizləşdirib. Bununla da, fevralın 24-dən oktyabrın 20-dək düşmənin itirdiyi şəxsi heyətin sayı 66 min 650 nəfərə çatıb. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Rusların digər itkiləri aşağıdakı kimidir:
Tanklar - 2567 (+13);
Zirehli döyüş maşınları - 5255 (+20);
Artilleriya sistemləri - 1646 (+9);
MLRS - 372;
Hava hücumundan müdafiə sistemləri - 189;
Təyyarə - 269;
Helikopter - 243 (+1);
PUA - 1311 (+25),
Qanadlı raketlər - 329 (+6),
Gəmilər / qayıqlar - 16;
Avtomobil avadanlığı və tankerlər - 4005 (+6),
Xüsusi avadanlıq-147 (+1).
20-10-2022, 15:01
Metroda daha 2 yeni qatar xəttə buraxılır


Metroda daha 2 yeni qatar xəttə buraxılır

"Bakı Metropoliteni" QSC-nin Rusiyanın “Metrovaqonmaş” müəssisəsindən aldığı 2 yeni qatar Bakıdadır. Bunu qurumun Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib. Onun sözlərinə görə, 2 yeni qatar (10 vaqon) artıq Nərimanov elektrik deposundadır:"Müqavilə şərtlərinə uyğun olaraq, digər 2 qatarın da ilin sonuna qədər Azərbaycana gətirilməsi planlaşdırılır". Yeni qatarların Həzi Aslanov-Dərnəgül xəttinə buraxılması gözlənilir. Xatırladaq ki, 2019-cu ildə bağlanmış müqaviləyə əsasən Bakı metrosu 2020-2022-ci illərdə Rusiyadan ümumilikdə 12 qatar (60 vaqon) almalıdır.
20-10-2022, 14:58
Ermənistan Azərbaycanla sərhədə qoşun yığır


Ermənistan Azərbaycanla sərhədə qoşun yığır

Ermənistan Müdafiə Nazirliyi Azərbaycanla sərhədə əlavə hərbçilər cəlb edir. Butov.az xəbər verir ki, sosial şəbəkələrin erməni seqmentində bununla bağlı görüntülər yayılıb. Şəxsi heyəti daşıyan hərbi maşınların sərhədə doğru hərəkət etdiyi ehtimal olunur. Müdafiə Nazirliyinin daha öncə yaydığı məlumata görə, oktyabrın 16-sı günün ikinci yarısında Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun Daşkəsən istiqamətində yerləşən bölmələri ilə üzbəüz mövqelərə hərbi nəqliyyat vasitələri ilə əlavə şəxsi heyət və 4 ədəd artilleriya qurğusu cəmləşdirib.
20-10-2022, 14:56
22 yaşlı Vətən Müharibəsi Qəhrəmanı: “Ölüm-dirim savaşı apardıq”


22 yaşlı Vətən Müharibəsi Qəhrəmanı: “Ölüm-dirim savaşı apardıq”

“Füzulinin bir çox kəndini azad etsək də, rayonun özünə girmədik, əks tərəfdən iki gün palçıqlı sahələrlə yol qət edərək Cəbrayıla yollandıq. Burada da Silahlı Qüvvələrimiz düşməni darmadağın edərək qaçmağa məcbur etdi. Cəbrayıl rayonunun girişinə bayrağımızı sancdıq. Bir gün rayonun mühafizəsini saxladıq və digər korpusa təhvil verəndən sonra yenidən ikigünlük təxliyəyə qayıtdıq”. Bu barədə Xüsusi Təyinatlı Qüvvələrin "N" saylı hərbi hissəsinin əsgəri olmuş Yaqubov Vüsal “Azərbaycan” qəzetinə müsahibəsində danışıb. O bildirib ki, Cəbrayıl rayonundan sonra istiqamət Qubadlı və Zəngilan rayonlarının ərazisinə olsa da, əmrə əsasən birbaşa Şuşaya doğru gedildi. “Buna görə Füzuliyə doğru gedib rayonun mərkəzinə hərəkət etdik. Burada şəhidlərimiz və yaralılarımız oldu, hətta əsir düşə biləcəyimiz anları da yaşadıq. Amma 14 gün Füzuli uğrunda ölüm-dirim savaşı apararaq, nəhayət, rayonun mərkəzini tam azad etdik. Bundan sonra Xocavənd rayonuna doğru istiqamət aldıq. Həyatımda heç zaman yadımdan çıxmayacaq, ölümün bir addımlığında olduğum və bəlkə də bir döyüşçü kimi taleyimi dəyişdirən savaş səhnəsi ilə Xocalının Sığnaq kəndində qarşılaşdım. Həmin kənddə durduğum mövqenin arxasında döyüşçülərimiz düşmənlə atışırdılar, mən də yolun mühafizəsində idim. Birdən əsgər yoldaşım dedi ki, Yaqubov, bizim formada şəxsi heyət gəlir. Dedim, ola bilsin ki, bizə kömək gəlir. Sonra isə düşündüm ki, bizə kömək gecə saat 1-də gəlib çatacaq, indi isə haradasa saat 17-18 radələridir. Amma yenə də öz-özümə dedim, get bax. Bu zaman başımı sağa çevirəndə gördüm ki, palçıqlı, ağrəngli bir "Pikap" meşənin içərisindən yola çıxır, maşının arxasında da iriçaplı pulemyot var. Aramızda 40 metr məsafə olardı. Arxadan baxanda üzərindəki döyüşçünün kaskası bizim Milli Ordunun kaskasına oxşayırdı. Bir anlıq tərəddüd etdim ki, birdən öz döyüşçümüz olar, vuraram, Vətən xaini olaram, yaxud da vurmaram, şəxsi heyətimizi qırar. Aramızdakı məsafə bir az da azalanda o məni gördü və dərhal gözünü nişangaha qoydu ki, vursun. Mən bir-iki saniyə ondan cəld davranaraq pulemyotla onun alnından vurdum. Başı pulemyotun üzərinə əyildi, sadəcə, əli tətikdə olduğu üçün güllələr gəlib böyrümə mövqe üçün qoyduğum dəmirə dəydi, amma qəlpələri məni də tutdu. Buna baxmayaraq, silahı susdurmadım, atış vəziyyətində saxladım, maşının içərisindəkilərə də xəsarət yetirdim. Daha sonra əl qumbarasını çəkib maşının arxasına atdım və bundan istifadə edib yerdəyişmə etdim. 10 saniyə sonra onlar mənim çıxdığım yeri RPG qumbaraatanla vurdular. Sonra bildik ki, mən vuran "Pikap"dan əlavə daha bir "Pikap" da var imiş, onların arxasında isə 11 nəfər şəxsi heyət - hamısı da xüsusi təyinatlılar. Mən birinci maşındakıları vurandan sonra digərləri qorxaraq dərəyə düşmüş və oradakı taqımımızla atışmışdılar. Həmin vaxt düşmənin xüsusi təyinatlı alayının 20-yə yaxın döyüşçüsü ilə təkbaşına döyüşdüyümə görə "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görüldüm”. Qeyd edək ki, Yaqubov Vüsal 2001-ci il martın 2-də Bakının Əhmədli qəsəbəsində anadan olub. Əslən Qubadlı rayonunun Yusifbəyli kəndindəndir. 2007-2018-ci illərdə Sumqayıt şəhərindəki 37 nömrəli tam orta məktəbdə təhsil alıb. Göyçay Rayon İdarəetmə və Texnologiya Kollecində nəqliyyat vasitələrinin təmiri və servisi ixtisasında 6 ay oxuduqdan sonra təhsilini donduraraq 1 aprel 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidmətə "N" saylı hərbi hissədə başlayıb, daha sonra Xüsusi Təyinatlı Qüvvələrin "N" saylı hərbi hissəsində xidmətini davam etdirib. Hərbi xidmətdən tərxis müddətinə 4 gün qalmış İkinci Qarabağ müharibəsi başlayıb və o, Xüsusi Təyinatlı Qüvvələrin əsgəri kimi Cəbrayılın, Füzulinin, Xocavəndin, Kəlbəcərin, Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Vətən Müharibəsi Qəhrəmanıdır. "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.
20-10-2022, 14:54
Daşkəsən və Kəlbəcər yenidən atəşə tutuldu


Daşkəsən və Kəlbəcər yenidən atəşə tutuldu

Oktyabrın 19-u saat 22:35-dən oktyabrın 20-si saat 00:25-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Günəşli, Yuxarı Şorca və Yuxarı Zağalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf və Kəlbəcər rayonunun Mollabayramlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan fasilələrlə atəşə tutub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
20-10-2022, 14:52
ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirdi


ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirdi

ABŞ hökuməti Rusiya əleyhinə sanksiyaların siyahısını genişləndirib. Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, sanksiya tətbiq olunan şəxs və şirkətlər Amerika istehsalçılarından hərbi və milli təhlükəsizliyə həssas ikili istifadə texnologiyalarının alınması, habelə onların Rusiyada son istifadəçilərə çatdırılması ilə məşğul olub. Məlumata görə, məhdudiyyətlər Yuri Orexovaya məxsus “Nord-Deutsche Industrieanlagenbau GmbH” və “Opus Energy Trading LLC” şirkətlərinə qarşı tətbiq edilib. Sanksiya siyahısına düşən şəxslərin ABŞ-dakı aktivləri dondurulub.
20-10-2022, 14:50
“Məni 3 metr hündürlüyə qaldırıb yerə çırpdı, şoka girdim” - Tehran Mənsimov


“Məni 3 metr hündürlüyə qaldırıb yerə çırpdı, şoka girdim” - Tehran Mənsimov

Prezidentin Təhlükəsizlik Xidmətinin əməkdaşı, Vətən müharibəsi iştirakçısı polkovnik Tehran Mənsimov İkinci Qarabağ döyüşlərində idarə etdiyi avtomobilin minaya düşdüyünü açıqlayıb. Bu barədə Mənsimov “Azərbaycan” qəzetinə müsahibəsində danışıb. Onun sözlərinə görə, hadisə oktyabrın 21-də Füzuli istiqamətində baş verib:“Horadizə gedib Naxçıvandan gələn 160 nəfərlik yeni heyəti qarşıladım. Əmr gəldi ki, oktyabrın 21-də Füzulinin Qarğabazar kəndi istiqamətinə hərəkət etməliyik, növbəti döyüş tapşırığı orada veriləcək. Heyət Qarğabazara irəliləyərkən, artilleriya atəşinə məruz qaldıq. Pikap avtomobilə əyləşərək birbaşa qarşıdakı təpəyə sürdüm və erməni artilleriyasının yerləşdiyi nöqtəni müəyyən etdim. Ərazinin koordinatını dəqiqləşdirərək, məlumatı artilleriya qüvvələrimizə verdim. Dərhal artilleriyamız ermənilərin atəş nöqtələrini məhv etdilər. Yüksəklikdən geri qayıdanda isə ermənilər hərəkətdə olan avtomobilimi atəşə tutdular və bir qədər getdikdən sonra maşın piyada əleyhinə minaya düşdü. Güclü partlayış oldu, maşın aşdı, mən isə yaralandım. Amma hərəkət edə bilirdim. Döyüşlər şiddətlə davam edirdi. Savaşın qızğın vaxtında düşmənin atdığı raketin mövqeyimizdə partlaması nəticəsində yenidən yaralandım. Zərbə qüvvəsi məni 3 metr hündürlüyə qaldırıb yerə çırpdı. Onurğam üstə düşməyim nəticəsində indiyədək özünü göstərən bel yırtığı əmələ gəldi. İlk dəqiqələrdə özümdən getmişdim, sonra şoka girdim. Ancaq təxliyə olunmağı düşünmədim, savaşı davam etdirdim. Bu isə döyüşçülərdə ruh yüksəkliyini, əzmkarlığı daha da artırırdı. Ümumiyyətlə isə tək mən yox, bütün şəxsi heyət yaralanarkən ya bunu gizlədir, ya da təxliyəyə razı olmurdu”. Tehran Mənsimov döyüşlər zamanı 24 kiloqram çəki itirdiyini qeyd edib:“Döyüşlərdə ciddi zədələrə məruz qalmışdım. Qəlpə yarası almışdım, bel nayihəmdə yırtıq əmələ gəlmişdi, sağ qulağımın pərdəsi cırılmışdı. Döyüşlər zamanı 24 kq çəki itirmişdim. Şuşanın ətrafında etibarlı müdafiə mövqelərinin yaradılmasını başa çatdırdıqdan sonra yaralarım kəskinləşib səhhətim pisləşdiyindən həkimlərin tələbi ilə noyabrın 26-da Şuşadan Bakıdakı Hərbi hospitala müalicəyə yollandım. Hospitalda olduğum müddətdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın böyük qayğısını, diqqətini gördüm. Bu xoş münasibət heç də mənim komandir, yaxud yüksəkrütbəli zabit olmağımdan irəli gəlmirdi. Hörmətli Mehriban xanımın himayədarlığı əsgərdən zabitədək bütün hərbçiləri əhatə edirdi. Mənə deyildi ki, döyüşlər başlandığı gündən hospital, bütün xəstəxanalar birbaşa Mehriban xanımın nəzarətindədir və bütün müalicə prosesləri onun qayğısı ilə əhatələnib. Vətən müharibəsində yaralanan minlərlə döyüşçü bu gün sağlam həyata qayıtdığına, yüksək qayğı ilə əhatə olunduğuna görə Mehriban xanım Əliyevaya borcludur”.
20-10-2022, 14:45
Rusiyada miqrasiya qaydaları sərtləşdirilir


Rusiyada miqrasiya qaydaları sərtləşdirilir

Rusiyada miqrasiya qaydalarının sərtləşdiriləcəyi gözlənilir. Bu barədə Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib. Onun sözlərinə görə, şuranın bu gün keçirilən iclasında miqrasiya prosesləri ilə bağlı məsələlər müzakirə olunub. Patruşev vurğulayıb ki, miqrantların sıx yaşadıqları ərazilərdə genişmiqyaslı yoxlama tədbirləri keçirilməsi nəzərdə tutulub. Bundan başqa, qanunvericiliyə miqrasiyaya, eləcə də əcnəbi vətəndaşların qeydiyyat qaydalarını pozmasına görə məsuliyyətinə nəzarətin sərtləşdirilməsinə dair dəyişikliklər ediləcək. Təhlükəsizlik Şurasının katibi güc strukturlarına beynəlxalq terror və ekstremist təşkilatlarının üzvlərini tapıb üzə çıxarmaq barədə tapşırıq verildiyini qeyd edib.
20-10-2022, 14:43
Putin inanılmaz dərəcədə çətin vəziyyətdədir - Bayden


Putin inanılmaz dərəcədə çətin vəziyyətdədir - Bayden

ABŞ prezidenti Co Bayden Rusiya lideri Vladimir Putinin çətin vəziyyətdə olduğunu deyib. Bu barədə o, Ağ Evdə jurnalistlərin suallarını cavablandıran zaman danışıb.“Mən hesab edirəm ki, Vladimir Putin inanılmaz dərəcədə çətin vəziyyətdədir və mənim fikrimcə, onun üçün yeganə vasitə Ukraynanın ayrı-ayrı vətəndaşlarını qorxutmaq və onları təslim olmağa məcbur etmək üçün onlara qarşı qəddar rəftar etməkdir”, - Bayden qeyd edib.
20-10-2022, 14:41
Zəngilan iki ildir azaddır


Zəngilan iki ildir azaddır

Zəngilan şəhərinin işğaldan azad edilməsindən 2 il ötür. Butov.az xatrıladır ki, Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum əməliyyatı nəticəsində Zəngilan şəhəri oktyabrın 20-də erməni işğalından azad edilib. Azərbaycan Ordusunun Zəngilan rayonunun yaşayış məntəqələrini işğaldan azad etməyə başlaması barədə xəbəri Prezident, Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində bəyan edib. Prezident İlham Əliyev müraciətində oktyabrın 20-də Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı, Cəbrayıl rayonunun Safarşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli, Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Günəşli kəndinin keçmiş adı Noraşen olub), Vəng kəndlərinin (Dövlət başçısı həmin müraciətində Vəng kəndinə Çinarlı adı verdiyini açıqlayıb) işğaldan azad edildiyini bildirib. Dövlət başçısı daha sonra şanlı Azərbaycan Ordusunun Zəngilan rayonu ərazisinə də daxil olduğunu, yaşayış məntəqələrini azad etdiyini vurğulayıb. Prezident İlham Əliyev Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad olunduğunu elan edib. Zəngilan rayonunun işğaldan azad edilməsi ilə Azərbaycan Ordusu Ermənistanla sərhədə çıxıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!