20-10-2022, 14:36
Keçmiş köçkünlərin hamısı öz torpaqlarına qayıdacaq - Prezident"Əlbəttə, mən deyirdim ki, biz mütləq qayıdacağıq. Deyirdim ki, öz torpaqlarımıza qayıdacağıq və qayıtdıq". Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəngilanda Ağalı kəndinin sakinləri ilə görüşündə deyib."İndi burada yaşayırıq. Sizin də qayıdışınız bunu göstərir ki, keçmiş köçkünlərin hamısı öz doğma torpaqlarına qayıdacaq. Çünki bəziləri hesab edirdilər ki, indi 30 il keçib, heç kim qayıtmaz. Amma baxın, görün, siz də qayıtmısınız", - Prezident İlham Əliyev qeyd edib.
20-10-2022, 14:32
Rusiya Müdafiə Nazirliyindən Qarabağ açıqlaması: iki marşrut üzrə...Rusiya sülhməramlı kontingenti Qarabağda üzərinə düşən vəzifələri yerinə yetirməkdə davam edir. Bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd edilib ki, Rusiya sülhməramlıları tərəfindən 30 müşahidə məntəqəsində vəziyyətin gecə-gündüz monitorinqi və atəşkəs rejiminin saxlanmasına nəzarət həyata keçirilir. Son vaxtlar Rusiya sülhməramlı qoşunlarının məsuliyyəti zonasında heç bir qanun pozuntusu qeydə alınmayıb. Məlumatda bildirilib ki, Xocavənd və Ağdərə istiqamətində iki marşrut üzrə patrul əməliyyatları aparılıb. Belə ki, Azərbaycan Respublikasının dörd karvanı Şuşa-Laçın və Şuşa -Zarıslı marşrutları üzrə müşayiət olunub. Rusiya sülhməramlı kontingentinin mühəndis-sapyor dəstələri obyektlərin və ərazinin minalardan təmizlənməsini davam etdirir. Gün ərzində 1,1 ha ərazi təmizlənib. “Rusiya sülhməramlılarının təhlükəsizliyinin təmin edilməsi və baş verə biləcək insidentlərin qarşısının alınması məqsədilə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı əməkdaşlıq davam etdirilir”, - məlumatda deyilir.
20-10-2022, 14:29
ATƏT Ermənistana qiymətləndirmə qrupu göndərirATƏT Ermənistan hakimiyyətinin dəvəti ilə İrəvana ehtiyacların qiymətləndirilməsi üçün qrup göndərəcək. Bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb. Oktyabrın 21-27-də baş tutacaq səfərin məqsədi ATƏT-in inteqrasiya olunmuş təhlükəsizlik konsepsiyası çərçivəsində onun mandatı və təcrübəsi əsasında sərhədyanı ərazilərdə vəziyyəti qiymətləndirməkdir. Texniki qrup Ermənistan-Azərbaycan sərhədi boyunca yerləşən ərazilərə səfər edəcək.
20-10-2022, 14:27
Hulusi Akar amerikalı həmkarı ilə danışıqlar apardı Türkiyənin milli müdafiə naziri Hulusi Akar amerikalı həmkarı Lloyd Ostinlə telefon danışığı aparıb. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Telefon danışığı zamanı NATO, həmçinin ikitərəfli və regional müdafiə məsələləri müzakirə olunub.
20-10-2022, 14:24
Ötən il 18 minatəmizləmə maşını alınıbÖtən il Azərbaycan 18 ədəd minatəmizləmə maşını alıb. Bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov jurnalistlərə açıqlamasında deyib. O qeyd edib ki, gələn ilin yanvar ayına qədər daha bir ədəd maşın alınacaq və bununla bağlı müqavilə mövcuddur. “2023-cü ilə dair büdcə planları hələ təsdiq olunmadığı üçün indidən nə qədər avadanlıq alınacağı barədə məlumat vermək çətindir. Biz minatəmizləmə maşınlarını daha çox iki ölkədən, Slovakiya və Xorvatiyadan alırıq, çünki bu maşınlardan uzun müddətdir istifadə edirik. Həmçinin onlarla işləmək minatəmizləyənlərimiz üçün daha rahatdır. Eyni zamanda bu maşınların servisini və təmirini də özümüz edə bilirik”. V.Süleymanov vurğulayıb ki, minatəmizləmə işinin aparılması üçün lazım olan avadanlıqlarla bağlı da mühim irəliləyişlər var: “Belə ki, yeni nəsil minatəmizləmə detektorları sürpriz minaları (üst-üstə yerləşdirilmiş iki mina - red), həmçinin yanaşı basdırılmış iki minanı eyni anda aşkarlaya bilir. Bütün bunlar minatəmizləmə işinə öz töhfəsini verməkdədir”.
20-10-2022, 14:22
İstefa verən nazirin yerinə Consonun kadrı gətirildiBöyük Britaniyanın istefa vermiş daxili işlər nazirinin yerinə yeni təyinat olub. Bu barədə Britaniya hökuməti məlumat yayıb. Qrant Şapps Britaniyanın daxili işlər naziri vəzifəsinə gətirilib. O, Böyük Britaniyanın keçmiş baş naziri Boris Consonun hökumətində nəqliyyat naziri vəzifəsində çalışıb. Qeyd edək ki, 43 gün əvvəl baş nazir Liz Trass tərəfindən təyin edilən daxili işlər naziri Braverman şəxsi elektron poçt ünvanından rəsmi sənəd göndərməklə təhlükəsizlik qaydalarını pozub və bu səbəbdən vəzifəsindən istefa verib.
20-10-2022, 14:17
Ukraynada daha bir azərbaycanlı həlak olduUkraynanın ərazi bütövlüyü və azadlığı uğrunda daha bir soydaşımız həlak olub. Bu barədə Odessada fəaliyyət göstərən “Birlik” dispor təşkilatının sədr müavini Anar Ağazadə bildirib. O deyib ki, Ukrayna Azərbaycanlıları Birləşmiş Radasının Krivoy Roq nümayəndəliyinin rəhbəri Kamal Ağayevdən alınan məlumata görə, həlak olan soyadımız 1966-cı il təvəllüdlü Vahid Əzim oğlu Əzizovdur. Əslən Zaqataladan olan soydaşımızın ailəsi Krivoy Roq şəhərində yaşayır, bir oğlu, bir qızı var. Ukrayna vətəndaşı olan soydaşımız mart ayından könüllü döyüşlərə qatılıb, PDM (BMP) heyətində atıcı olub. O, Luqansk cəbhəsində bölüyü ilə birgə minamyot atışları zamanı həyatını itirib. Vahidib qardaşı isə hazırda Baxmut istiqamətində döyüşür. Allah rəhmət eləsin.
20-10-2022, 14:14
Britaniyanın daxili işlər naziri istefa verdiBöyük Britaniyanın daxili işlər naziri Suella Breverman istefa verib. Bu barədə BBC agentliyi məlumat yayıb. Bildirilir ki, o, şəxsi elektron poçtundan rəsmi sənəd göndərərək təhlükəsizlik qaydalarını pozub. DİN rəhbəri istefa məktubunda səhvə yola verdiyini etiraf edib: “Mən səhv etdim, məsuliyyəti qəbul edirəm, istefa verirəm".
20-10-2022, 14:13
Güləşçimiz dünya çempionu olduAzərbaycanın yunan-Roma güləşçisi Qurban Qurbanov İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında qızıl medal qazanıb.
Butov.az xəbər verir ki, 72 kiloqram çəki dərəcəsində çıxış edən güləşçimiz finalda xorvatiyalı Pavel Puklavetsə 8:2 hesabı ilə qalib gəlib. Bununla da yunan-Roma güləşi üzrə Azərbaycan yığması mundialı 3 medalla başa vurub. Daha əvvəl Nihad Quluzadə (55 kq) və Nihad Məmmədli (60 kq) ikinci yeri tutub.
20-10-2022, 14:10
Özünü yandıran qazi xəstəxanadan evə buraxıldı Avqustun 18-də Samux rayon İcra Hakimiyyətinin qarşısında özünü yandıran Təbriz Abdullayevin vəziyyəti yaxşılaşaraq evə buraxılıb. Bu barədə Nərimanov Tibb Mərkəzindən məlumat verilib. Qeyd edilib ki, 08.08.2022-ci il tarixində Samux rayon sakini, II Qarabağ müharibəsi qazisi 1989-cu il təvəllüdlü Abdullayev Təbriz Cəmil oğlu yanıq xəsarətləri ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının tabeliyində olan Akademik Z.Məmmədov adına xəstəxananın Reanimasiya şöbəsinə daxil olmuşdu. Daha sonra ixtisaslı yardım üçün Bakı şəhərinə təxliyyə edilmişdi. A.Təbriz 08.08.2022-ci il saat 16:30 radələrində Nərimanov Tibb Mərkəzinin Yanıq şöbəsinə bədəninin 75-80% yanığı, III-IV dərəcəli termiki alov xəsarəti ilə daxil olmuşdu. Reanimasiya şöbəsində müalicəsi həkim nəzarəti altında davam etdirilirdi, vəziyyəti ağır olaraq qiymətləndirilirdi. Artıq o, müalicə olunaraq evə buraxılıb.