Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
19-10-2022, 20:21
Cəbrayıla 18 ceyran buraxıldı


Cəbrayıla 18 ceyran buraxıldı

Oktyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonu ərazisində yaradılacaq “Azərbaycan-Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin layihəsi ilə tanış olublar. Butov.az xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım reintroduksiya layihələrinin həyata keçirilməsi çərçivəsində Cəbrayıl rayonu ərazisinə 18 baş ceyranın buraxılması mərasimində də iştirak ediblər. Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya kompleksdə görüləcək işlərlə bağlı məlumat verib.
19-10-2022, 20:19
Qubadlıda İşğal və Zəfər muzeylərinin təməli qoyuldu


Qubadlıda İşğal və Zəfər muzeylərinin təməli qoyuldu

Oktyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı şəhərinin Baş planı ilə tanış olub, İşğal və Zəfər muzeyləri kompleksinin təməlini qoyublar. Butov.az xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev dövlətimizin başçısına və birinci xanıma Qubadlı şəhərinin Baş planı barədə məlumat verib. Bildirildi ki, Baş plan bu sahədə böyük təcrübəyə malik İsveçrənin “S.A_Partners” şirkəti və Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanıb. Qubadlı şəhəri beynəlxalq hava limanlarının tikildiyi Zəngilan və Laçın rayonları arasında yerləşməklə coğrafi mövqeyi və logistik imkanları baxımından strateji əhəmiyyətə malikdir. Şəhər şimal (Kəlbəcər) və cənub (Zəngilan) xidmət, istehsalat şəbəkələrinin bağlantı nöqtəsi olmaqla kənd təsərrüfatı, sənaye sahələrinin birgə inkişaf etdiriləcəyi, innovativ iş yerləri, bağçılıq imkanları üzrə tədris kampusuna malik, eləcə də su mənbələrinə həssas yanaşmaların təşəkkül tapdığı ekoloji dayanıqlı rayon mərkəzi kimi formalaşdırılacaq. Növbəti 20 il ərzində şəhər ərazisinin 505 hektara, əhali sayının isə 14 min nəfərə çatdırılması planlaşdırılır. Baş planın əsasında insanların yenidən təbiətlə qovuşması, komfortlu qonşuluq ərazilərinin təşkili, canlı rayon mərkəzi və sakit hərəkət strategiyaları dayanır. Qubadlının təbii imkanları nəzərə alınaraq şəhər parkları, meşə-parklar, çaykənarı bulvar, həmçinin ictimai bağlar şəhərin əsas simasını təşkil edəcək. Burada yerləşəcək yaşayış məkanlarının ərazi planlaşdırılmasında yaşıl sahələr, piyada əlçatanlığı nəzərə alınmış, çoxfunksiyalı zonaların, ortamərtəbəli və azmərtəbəli binaların, həmçinin həyətyanı sahəsi olan fərdi evlər üçün zonaların yerləri müəyyənləşdirilib. Baş planda şəhərin gündəlik həyat dinamikasını təmin etmək üçün müxtəlif zonalar arasında sıx bağlantıların təşkilinə xüsusi önəm verilib və bu məqsədlə əsas mərkəzi hissədə su kanalı boyunca piyada küçəsi, istirahət yerləri və interaktiv məkanlar nəzərdə tutulub. Sənədin başlıca konseptual əsaslarından olan nəqliyyat strategiyası isə aşağı sürətli hərəkət prinsipi üzərində qurulub. Şəhərdə piyada hərəkətinin prioritet olduğu küçələr, ictimai nəqliyyatın mübadilə mərkəzi və parklanma üçün ərazilər müəyyən edilib. Baş plana əsasən şəhərin mərkəzi hissəsində evləri, iş yerlərini, istirahət, əyləncə və mədəni fəaliyyəti, sosial obyektləri bir mühitdə cəmləyən əlverişli şəraitin yaradılması planlaşdırılır. Şəhər üzrə tikinti sıxlığı mərkəzdən kənarlara doğru azalacaq. Orta mərtəbəli çoxmənzilli yaşayış binaları və ictimai tikililər mərkəzi hissədə, daha kənarlara doğru isə azmərtəbəli binalar və həyatyanı sahələrə malik fərdi evlər yerləşdiriləcək. Şəhərin planlaşdırılması zamanı tətbiq edilmiş su ilə qovuşan və suya həssas şəhər (“Sponge city”) yanaşması yağıntıların şəhər mühitinə mənfi təsirinin azaldılmasını, su təchizatı üçün optimal həllərin təşkilini, habelə su ehtiyatlarından səmərəli istifadəni özündə ehtiva edir. Nəticədə şəhərin biomüxtəlifliyi üçün münbit şəraitin yaradılması və Qubadlının göz oxşayan yaşıl bir məkana çevrilməsi nəzərdə tutulur. Şəhər ərazisində ümumi məşğulluğun təmin edilməsi bir neçə istiqamətdə aparılacaq. Yaxın 20 illik perspektiv üçün Qubadlıda bitkiçilik və ekoloji kənd təsərrüfatı, balıqçılıq və balıqyetişdirmə, müasir sənətkarlıq, yüngül sənaye, təbiət əsaslı aqro-turizm və digər sahələrin inkişafı planlaşdırılır. Beləliklə şəhərin memarlıq simasının formalaşmasında müasir və ənənəvi elementlərin vəhdətindən istifadə ediləcək, yaşıl şəhər obrazı yaradılacaq. Qubadlı İşğal və Zəfər muzeyləri kompleksi İşğal Muzeyi, Zəfər Muzeyi və dağıntılardan ibarət Memorial Parkdan ibarət olacaq. Kompleks təxminən 3 hektar ərazini əhatə edəcək. Bu ərazi çox strateji mövqedədir, əsas yol şəbəkəsinə və nəqliyyat qovşağına yaxındır. Həmçinin Həkəri çayını əhatə edən təbii yaşıllıq zolağının bir hissəsi kompleksin ərazisinin şimal hissəsini təşkil edəcək, bu da öz növbəsində kompleksin heyrətamiz təbii mühitdə inşasına imkan yaradacaq. Çayın bir hissəsi kompleksin ərazisindən keçdiyi üçün Zəfər Muzeyi və İşğal Muzeyinin gözəl mənzərəli körpü vasitəsilə simvolik olaraq bir-biri ilə əlaqələndirilməsi nəzərdə tutulur. Həkəri çayı üzərində salınan Laləzar körpüsü kimi bir çox qədim körpülər və Qubadlı ərazisində aşkarlanan daş qoç fiqurlarında təsvir olunan spiralvari buynuzlar layihə konsepsiyasının əsas ilham mənbəyini təşkil edir. İşğal Muzeyinin binası kiçik çayın sağ sahilindən yüksələn spiralvari yoldan başlayır. Bu yol binanın sahəsi boyunca spiral şəklində fırlanır, sonra çayın üzərindən davam edərək gözəl mənzərəli körpüyə çevrilir və çayın sol sahilində Zəfər Muzeyinə birləşərək spiralvari pilləkəndə tamamlanır. Qubadlı İşğal Muzeyinin interyeri binanın spiralvari forması ilə səciyyələnir. Muzeyin ekspozisiyası müxtəlif audio və vizual texnologiyalardan istifadə etməklə təşkil olunacaqdır. Muzeydə işğala qədər Qubadlıda əhalinin gündəlik həyatı, şəhərin işğalı və həmin hadisələrin şahidlərinin xatirələri, dağıdılmış irs və işğaldan sonra ərazinin məruz qaldığı vandallıq əyani olaraq nümayiş etdiriləcək. Muzey binasının sonuncu mərtəbəsində isə ziyarətçilərin istirahəti üçün yaşıllıqlardan ibarət terras təşkil olunacaq. Zəfər Muzeyinin interyeri də dairəvi formada olacaq. Birinci mərtəbədə yerləşən sərgi zalları xalqımızın göstərdiyi qəhrəmanlıq və qazanılan Zəfərə, o cümlədən “Dəmir yumruq” əməliyyatına həsr olunacaq. İkinci mərtəbədə vizual texnologiyalar vasitəsilə Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsini əbədiləşdirən və qəhrəmanlarımız haqqında məlumatların təqdim olunduğu ekspozisiya yaradılacaq. Həmçinin muzeydə müxtəlif sərgilərin keçirilməsi üçün xüsusi zal fəaliyyət göstərəcək. Buradan ziyarətçilər həm pilləkənlə, həm də lift vasitəsilə üst mərtəbədə yerləşən və müxtəlif mədəni tədbirlərin təşkili üçün nəzərdə tutulan açıq səma altındakı amfiteatra qalxa biləcəklər. Bu muzey kompleksi Azərbaycan xalqının tarixi ədalətin və öz ərazi bütövlüyünün bərpası uğrunda göstərdiyi döyüş əzmini, misilsiz qəhrəmanlığını, o cümlədən 44 günlük Vətən müharibəsi zamanı qazandığı möhtəşəm Qələbəni indiki və gələcək nəsillərin yaddaşına həkk edərək əbədiləşdirən, haqq səsimizi dünyaya çatdıran təşviqat və informasiya mərkəzi olacaq. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İşğal və Zəfər muzeyləri kompleksinin təməlini qoyublar.
19-10-2022, 19:57
Şükürbəyli-Cəbrayıl yolu açıldı


Şükürbəyli-Cəbrayıl yolu açıldı

Oktyabrın 19-da Şükürbəyli–Cəbrayıl–Hadrut avtomobil yolunun 16 kilometrlik Şükürbəyli–Cəbrayıl hissəsi istifadəyə verilib. Butov.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına Şükürbəyli–Cəbrayıl–Hadrut avtomobil yolunun texniki göstəriciləri və görülən işlər barədə məlumat verdi. Bildirildi ki, uzunluğu 42 kilometr olan köhnə yol 2,3 kilometr qısaldılaraq 39,7 kilometrlik yeni yolla əvəzlənib. Dördzolaqlı yolun hərəkət hissəsinin eni 14 metr, torpaq yatağının eni isə 21,5 metrdir. Yolun üzərində yerləşən 6 körpünün tikintisi başa çatıb. Məlumat verildi ki, həmçinin yol boyunca 45 dairəvi suötürücü boru, 49 ehtiyat keçid borusu, 25 düzbucaqlı suötürücüsü, 7 düzbucaqlı heyvan keçidi tikilib, 366 metr uzunluğunda beton, 1620 metr daş istinad divarları çəkilib, 18 avtobus dayanacağı quraşdırılıb. Qeyd edək ki, bu yol Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 29 aprel tarixli Sərəncamı ilə təsdiq olunmuş işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində inşa olunub.
19-10-2022, 19:52
Türkiyə və Rusiya razılığa gəldi - Qaz mərkəzi yaradılır


Türkiyə və Rusiya razılığa gəldi - Qaz mərkəzi yaradılır

Türkiyə və Rusiya təbii qaz mərkəzinin yaradılması ilə bağlı razılığa gəlib. Qərara əsasən, mərkəz Türkiyə ərazisində inşa olunacaq. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Türkiyə lideri qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinlə son görüşü zamanı razılıq əldə olunub.
19-10-2022, 18:56
Məqsədimiz-Azərbaycanlıların əbədi birliyi…

Məqsədimiz-Azərbaycanlıların əbədi birliyi

Düşünün. Bayrağımızın daim uca qalması, daim dalğalanması üçün neçə igidimiz öz canını, öz qanını verdi. Hazırda biz rahat, terrordan, silah səsindən uzaq yaşayırıq. Doğrudurmu? Bunun səbəbi həmin igidlərdir. Ayağımızı basdığımız hər qarış torpaq həmin igidlərin qanı ilə yuyulub. Biz də onları unutmamalıyıq! Həmin şəhidləri, qaziləri və veteranları tanıtmalıyıq, tanıtdırmalıyıq. Onların övladlarının qardaşı olmalıyıq, daim onların yanında olmalıyıq. Çünki, bizi azərbaycanlı edən də budur.
Bizim milli, mənəvi dəyərlərimiz, beşikdən qəbirədək damarımızda axan Vətən eşqi və həmin Vətəni ana ilə bir tutmağımızdır - bizi azərbaycanlı edən. Sırf bunun üçün biz Əbədi Birlik Gənclər İctimai Birliyini təsis etdik. Təsis olunduğumuz gündən bugünədək vətənpərvərliyin təbliği ilə bağlı bir çox layihələrə imza atmış, şəhid övladları və qazilərlə görüşlər keçirilmiş, Şuşa ilinə, Gəncə terroruna həsr olunmuş tədbirlər keçirilmişdir. Azərbaycan-Türkiyə qardaşlıq-dostluq əlaqələrini özündə təcəssüm edən “Azərbaycan-Türkiyə! Qardaşıq, canıq, birik!” mövzusunda Azərbaycan və Türkiyə deputatlarının iştirakı ilə görüş keçirdik. Cənubi Azərbaycan, Qərbi Azərbaycan mövzusunda “Turan ellər var olsun!”, “Sən İrəvansan! Hər bir azərbaycanlının şah damarısan!” adlı layihələr planı təqdim olunmuşdur.

Daim inkişaf etmək, vətənpərvərliyi təbliğ etmək üçün daha böyük kütləyə yayılmaq, dövlət və dövlətçilik üçün çalışmaq üçün addımlayırıq. Bakıdan başqa Gəncə şəhəri, Qazax, Göygöl, Tovuz, Samux, Kəlbəcər, Daşkəsən, Ağstafa, Gədəbəy, Şəmkir və Goranboy rayonlarında nümayəndəliklərimiz var. Məqsədimiz Azərbaycanlıların əbədi birliyini təmin etməkdir. Nə qədər ki, vətənpərvər, savadlı Azərbaycan gəncliyi var Azərbaycan da öz sözünü dünyada daim deyəcək və daim inkişaf edəcək!

Mən fəxr edirəm ki, azərbaycanlıyam və azərbaycanlı olaraq anadan olmuşam!
Allahdan şəhidlərimizə rəhmət, qazi və veteranlarımıza can sağlığı arzu edirəm. Birliyimiz əbədi olsun!
Şahin Əliyev,
Əbədi Birlik GİB-nin sədri, ictimai-siyasi fəal
19-10-2022, 14:23
Türkiyə və Rusiya razılığa gəldi - Qaz mərkəzi yaradılır


Türkiyə və Rusiya razılığa gəldi - Qaz mərkəzi yaradılır

Türkiyə və Rusiya təbii qaz mərkəzinin yaradılması ilə bağlı razılığa gəlib. Qərara əsasən, mərkəz Türkiyə ərazisində inşa olunacaq. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Türkiyə lideri qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinlə son görüşü zamanı razılıq əldə olunub.
19-10-2022, 14:17
Azərbaycan Avropaya məhsul ixracını artırıb


Azərbaycan Avropaya məhsul ixracını artırıb

Yanvar-sentyabr aylarında Azərbaycandan Avropa İttifaqına (Aİ) üzv ölkələrə 19 milyard 389,4 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib. Dövlət Gömrük Komitəsindən bildirilib ki, bu göstərici 2021-ci ilin müvafiq dövrünə nisbətən 11 milyard 381,3 milyon dollar çoxdur. Cari ilin doqquz ayında Aİ ölkələrindən Azərbaycana idxal edilən məhsulun dəyəri isə 1 milyard 653,2 milyon dollar olub.
19-10-2022, 14:11
Rusiyanın daha bir Su-25 qırıcısı vuruldu


Rusiyanın daha bir Su-25 qırıcısı vuruldu

Ukrayna Silahlı Qüvvələri Rusiyaya məxsus 5 qanadlı raket və bir Su-25 hücum təyyarəsini vurub. Daha iki silah-sursat anbarı məhv edilib, bir sıra komanda məntəqəsi dağıdılıb. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Qeyd olunub ki, ötən gün ərzində Ukrayna Silahlı Qüvvələri düşmənə cəmi 24 aviasiya zərbəsi endirib, nəticədə qarşı tərəf itkilər verib.
19-10-2022, 14:01
Ermənilər Daşkəsən və Gədəbəyi atəşə tutdu


Ermənilər Daşkəsən və Gədəbəyi atəşə tutdu

Oktyabrın 18-i saat 18:40-dan oktyabrın 19-u saat 01:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman, Pəmbək və Günəşli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Daşkəsən rayonunun Təzəkənd və Astaf, Gədəbəy rayonunun Daryurd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Ordumuzun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
19-10-2022, 13:58
İsrail Ukraynaya silah satmadığını  açıqladı


İsrail Ukraynaya silah satmadığını açıqladı

İsrail yalnız tibbi və humanitar yardımla məhdudlaşaraq Ukraynanı silahla təmin etməyib. Bu barədə İsrailin müdafiə naziri Beni Qans bildirib. "Mən aydınlaşdırmaq istəyirəm ki, biz Ukraynaya silah satmamışıq. Biz onlara tibbi və humanitar yardım göstərmişik" - nazir açıqlamasında deyib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!