Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
18-10-2022, 21:11
Cənub bölgəsinin sayseçmə ziyalılarından biri, ömrünün yarım əsrdən çoxunu Lənkəranın iqtisadi və mədəni həyatının yüksəlişinə həsr etmiş SƏADƏT TAĞIYEVin vəfatından 40 gün ötür. Səadət Tağıyevin 22 il başçılıq etdiyi çayçılıq sovxozu Azərbaycanda istehsal olunan çayın 10 faizini verirdi. Sonrakı fəaliyyəti Qızılağac Dövlət Qoruğu, I saylı çay fabriki ilə bağlı idi. Lap qısa müddət Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının I müavini olub. İşlədiyi hər sahədə prinsipiallığı, insanpərvərliyi ilə iz qoyub. Ömrünün unudulmaz anları publisist Sevda Əlibəylinin “Səadət Tağıyev” kitabında yer alıb. Kitabın ön sözünün müəllifi Əməkdar elm xadimi, professor Nizaməddin Şəmsizadədir. Nizaməddin Şəmsizadənin “Cənub Mirvarisi Səadət Tağıyev” başlıqlı ön sözünü saytın izləyicilərinə təqdim edirik.
CƏNUB MİRVARİSİ SƏADƏT TAĞIYEV

CƏNUB MİRVARİSİ SƏADƏT TAĞIYEV

Böyük insanlar Günəşə bənzəyirlər. Qədim türklər Tanrını Günəş kimi təsəvvür edirdilər. “Kitabi-Dədə Qorqud” eposunda Allah belə təqdim olunur: “Ucalardan ucasan - kimsə bilməz necəsən”.
Böyük insan da belədir: özü görünmür – haləsi, əməlləri görünür. Atalar bir də “igidin adını eşidib özünü görmə” - deyiblər. Böyük şəxsiyyətlərin aurası – haləsi özündən qabaq xalqa və millətə bəlli olur, faydalar verir. Bir gün Roma imperatoru Mark Avreliyə xəbər edirlər ki, ordu başçısı olan general səni görmək istəyir. General onun yanına gəlib deyir: “Əlahəzrət imperator, məni öldürmək istəyirlər”. Generalın təşviş və vahiməsi Avreliyə pis təsir edir. Ağıllı və tədbirli Mark Avreli deyir: “Səni heç vaxt öldürə bilməzlər. Çünki səni öldürmək üçün əvvəlcə sənin adını öldürmək lazımdır. Sənin adın isə milyonların qəlbindədir”. Milyonları yox etmək mümkün olmadığı kimi, səni də öldürmək mümkün deyil. General inam və fərəhlə orduya qayıdır. Böyük şəxsiyyətlərin adları beləcə onların özlərindən böyük olur.

Soldan: Qənimət Səfərov, Səadət Tağıyev, Ülvi Tağıyev, Nizaməddin Şəmsizadə və Şəmistan Əlizamanlı
Hamı Günəşin haləsini – işığını görür və istisini duyur. Heç kim Günəşin sifətini görməyib: “Zərrə mənəm, Günəş mənəm! Çar ilə pəncü-şeş mənəm” - deyib insanı Günəşə bənzədərdi dahi Nəsimi. Vaqif isə “Pəri” qoşmasında öz gözəlini onunla qiyaslayırdı: “Günəş kimi hər çıxanda səhərdən, Alırsan Vaqifin əqlini sərdən”. Adam var bir evin, adam da var ki, dünyanın bəzəyi, şöhrəti şanıdır.
Mən bu il öz şərəfli əməlləri, qürurlu şəxsiyyəti, sərt, tələbkar, prinsipial xarakteri, fəqət, böyük məhəbbəti və zəngin mənəvi aləmi ilə təkcə bir elin deyil, həm də respublikanın ağsaqqalına çevrilmiş, canlı ikən heykəlləşmiş belə bir adamla tanış oldum. Mənim televiziyadakı çıxışlarımı az qala əzbərdən bilən, pərəstişkarım olan bu adam – Səadət Tağıyev Lənkəranın Separadi kəndində öz evinin doqqazında məni olduqca səmimi qarşıladı. Elə bildim ki, 40 illik dostumla görüşdüm. Mən ondan Azərbaycanın Cənub zonasının ətrini və hərarətini aldım.
Dostlarım Qənimət Səfərli və Şəmistan Əlizamanlı ilə mən İstisu qəsəbəsində onunla birlikdə olduq. 78 yaşlı şux, qıvraq, nikbin, müdrik el ağsaqqalı ata kimi mehriban idi. Mən ondan 12 il əvvəl itirdiyim atam Şəmsəddinin mehrini duydum. Mən adətən, danışığı sevən və bacaran adam olsam da, uşaq kimi ona qulaq asmaq istəyirdim. İbrətli, yerli-yataqlı, müdrik söhbətindən dəruni bir zövq alırdım. O isə istəyirdi ki, daha çox mən danışım. Az müddət ərzində Səadət müəllim həyat təcrübəsindən mayalanan, canlı bir tarix olan ağıllı və inandırıcı söhbətləri, böyük-kiçik əxlaqı, ədəb-ərkan fəlsəfəsi ilə mənim 59 illik həyatımda bir çevriliş əmələ gətirdi. Məni fərəhləndirən o idi ki, ilk dəfə gördüyüm insanla düşündüklərim üst-üstə düşür, bir-birini tamamlayırdı. Bu düşüncələr tarixə güvənir və onların arxasında dünyanın ən ədalətli hakimi olan TARİX dayanırdı.

Səadət Tağıyevlə tarix baxımından qısamüddətli canlı söhbətlərimi Sevda Əlibəylinin “Səadət Tağıyev” adlı sənədli povesti daha da zənginləşdirdi və tamamladı. Müəllif Cənub bölgəsinin təbiətini, azərbaycanlı mentalitetini, qəhrəmanının yaşadığı ictimai-siyasi mühiti – sovet cəmiyyətinin mahiyyətini, uğurlarını, qüsurlarını və ən başlıcası, qəhrəmanının genetik tarixini, əsil-nəcabətini, şəxsiyyət kimi mənəvi aləmini və psixologiyasını yaxşı bildiyindən Səadət Tağıyevin bir təsərrüfat rəhbəri və şəxsiyyət kimi portretini dolğun yarada bilmişdir. Zəngin faktlar, səriştəli jurnalist qələmi, fəlsəfi ümumiləşdirmələr əsasında rəvan dildə yazılmış povest maraqla oxunur. Səadət Tağıyevi XX əsrin 80-ci illərinin əvvəllərindən 30 il ərzində 1983-2013 tanıyan təvazökar jurnalist Sevda Əlibəyli onu “ömrünün 50 ildən çoxunu Lənkəranın iqtisadi həyatının yüksəlişinə sərf etmiş” mahir təsərrüfatçı və çevik təşkilatçı kimi təqdim edir.
Sevda Əlibəyli povesti Səadət Tağıyev haqqında sənəd və materiallar, mətbuat məqalələri əsasında yox, xalq arasında, dövlət yanında və dost-tanış yaddaşındakı həqiqətlər əsasında yazıb. Şübhəsiz ki, əsas məxəz Səadət müəllimin öz ömürnaməsindən, aydın və kamil yaddaşından süzülüb gələn canlı söhbətləri olub. O, iki əsrin - XX-XXI əsrlərin, II və III minilliklərin qovuşağında yaşayan canlı kənd təsərrüfatı ensiklopediyası, insanlıq və şəxsiyyət ensiklopediyasıdır. Diqqət və səylə onun tarixilik baxımından təsdiqini tapan məntiqli söhbətlərini yerli-yataqlı qələmə alsan, bu ensiklopediyanı ən oxunaqlı əsər kimi kağıza köçürmüş olarsan. Onun içində 60 illik zəngin və mənalı, mürəkkəb və ziddiyyətli bir tarix mürgüləyir. Sevda Əlibəylinin əsərinin canlı və həyati olmasının bir səbəbi də budur ki, Səadət Tağıyev fenomeninə təkcə faktların dili ilə yox, həm də duyğularının hərarəti, bir qadın qəlbi və publisist fəhmi ilə yaxınlaşa bilmişdir.

Ömrün son fotosu. Sevda Əlibəyli, Səadət Tağıyev, Təyyub Rzayev və Əlimərdan Əliyev.
28 İyul 2022
Bu dəyərli, məzmunlu, həm tariximiz, həm bu günümüz, həm də gələcək üçün faydalı, lazımlı olan bu əsərə, sadəcə, “Səadət Tağıyev” yox, məsələn “Canlı abidə” adı qoymaq daha cazibədar, daha mənalı və doğru olardı. Mənim gördüyüm Səadət Tağıyev Azərbaycanın əfsanəvi cənub torpağında zəlzələdən sonra uca dağ kimi yerdən-torpaqdan boy atan canlı abidədir.
Səadət Tağıyevdə mən yurdumun kişilərinə məxsus qürur və əxlaq gördüm. O, qeyrət, zəhmət və ləyaqət dayaqları üzərində dayanan bir şəxsiyyət simvolu – insanlıq abidəsidir. Az müddət içində o, birdən-birə həyatımla bağlı adamlar içərisində ön sıraya keçdi. Elə bir zəngin, mənalı, xoşbəxt ömür yaşamışam ki, məni nə mənsəblə, nə sərvətlə, nə də mükafatla təəccübləndirmək olmaz. Fəqət, Cənub mirvarisi Səadət müəllim məni çox böyük bir dəyərlə mat qoydu. Onun adı ŞƏXSİYYƏTDİR.
Nizaməddin Şəmsizadə
filologiya elmləri doktoru, professor,
Azərbaycan Respublikasının Dövlət mükafatı laureatı.
18-10-2022, 13:26
Hər bir vətəndaşa 100 manat verilsin! - Tahir Kərimli


Hər bir vətəndaşa 100 manat verilsin! - Tahir Kərimli

Milli Məclisdə Azərbaycan Xalq Cümhuriyyətinin ildönümü ilə bağlı vətəndaşlara pul verilməsi təklif səsləndirib. Bununla bağlı Milli Məclisin payız sessiyasının bu gün keçirilən plenar iclasında deputat Tahir Kərimli təklif səsləndirib. Deputat təklif edib ki, hər bir vətəndaşa 100 manat məbləğində pul verilsin:"Neft Fondunda kifayət qədər pul var. Mənə elə gəlir bu qədər pul fond üçün çox deyil. Digər bir təklifim isə Azərbaycanda doğulan uşaqlara maddi köməklə bağlıdır. Xarici ölkələrdə olduğu kimi, hər bir uşağın adına hesab açılsın və ora vəsait qoyulsun. Bir çox neft-qaz ölkələrində bu təcrübə var. 2 milyon 200 min ailə var. Hər bir ailəyə 200 dollar pul verilsin. Bu, Neft Fondu üçün böyük məbləğ deyil. Neft Fondundakı pulu xalqımız üçün xərcləmək lazımdır. Hökumətimiz xalqın gözündə nüfuzunu çox artırmış olardı. Finlandiyada ali təhsil pulsuzdur. Təklif edirəm ki, bütün dövlət ali təhsil məktəblərində təhsil pulsuz olsun. Azərbaycan öz vətəndaşlarına təhsili pulsuz versin”.
18-10-2022, 13:20
Almaniya səfiri Azərbaycanı təbrik etdi


Almaniya səfiri Azərbaycanı təbrik etdi

Almaniya səfiri Ralf Horlemann Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Bu barədə Almaniya səfiri "Twitter"də paylaşım edib. "Müstəqilliyinin bərpasının 31-ci ildönümü münasibətilə Azərbaycan Respublikasına ən səmimi təbriklərimi çatdırmaq istərdim. Müstəqilliyin Bərpası Gününüz mübarək!", diplomat paylaşımında bildirib.
18-10-2022, 13:19
Müdafiə Nazirliyi yeni açıqlama yaydı


Müdafiə Nazirliyi yeni açıqlama yaydı

Azərbaycan Ordusunun bölmələrinin guya əvvəlcə bir-birinə, daha sonra isə qarşı tərəfin mövqeləri istiqamətində atəş açması ilə bağlı Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib."Heç bir real əsası olmayan bu uydurma məlumatı qəti surətdə təkzib edirik", - rəsmi açıqlamada qeyd olunub.
18-10-2022, 13:17
Bu şəxslər məsuliyyətə cəlb olunacaq


Bu şəxslər məsuliyyətə cəlb olunacaq

İnsan Hüquqları üzrə Müvəkkilin (ombudsman), milli preventiv qrupun və müstəqil monitorinq qruplarının qanuni fəaliyyətinə maneə törədilməsinə görə məsuliyyət müəyyələşir. Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa dəyişikliklərdə əks olunub. Layihəyə əsasən, müvəkkilin, milli preventiv qrupun və müstəqil monitorinq qruplarının qanuni fəaliyyətinin məhdudlaşdırılması və ya fəaliyyətinə müdaxilə qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qanun layihəsi deputatların müzakirəsindən sonra səsə qoyularaq, birinci oxunuşda qəbul edilib.
18-10-2022, 13:15
“Müstəqilliyin əbədi olmasını diləyirik” – Türkiyə səfirliyi


“Müstəqilliyin əbədi olmasını diləyirik” – Türkiyə səfirliyi

Türkiyənin Bakıdakı səfirliyi 18 oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Bu barədə səfirliyin tviter hesabında paylaşımda edilib. Paylaşımda deyilir: “Azərbaycanın müstəqilliyinin əbədi olmasını diləyirik. Müstəqilliyin Bərpası Günü münasibətilə bütün azərbaycanlı bacı-qardaşlarımızı ürəkdən təbrik edir, bu yolda canlarını fəda edən bütün şəhidləri ehtiramla yad edirik".
18-10-2022, 13:14
Miqrasiya işçilərini sevindirən xəbər


Miqrasiya işçilərini sevindirən xəbər

Miqrasiya işçilərini sevindirən XƏBƏR
Miqrasiya orqanlarının işçiləri hər ay maaşlarının 1,1 misli məbləğində əlavə alacaqlar. Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb. Qanun qəbul ediləcəyi təqdirdə gələn il yanvarın 1-dən qüvvəyə minəcək. Hazırda miqrasiya orqanlarının işçiləri hər il məzuniyyətə çıxarkən, onlara iki aylıq əmək haqqı həcmində müavinət ödənilir. Eyni zamanda miqrasiya orqanlarının işçilərinə hər il onların aylıq əmək haqqının ikiqat həcmində maddi yardım göstərilə bilər. Layihəyə əsasən, 2023-cü il yanvarın 1-dən bu maddələr qüvvədən düşəcək. Başqa sözlə, gələn il yanvarın 1-dən miqrasiya orqanlarının işçiləri hər il məzuniyyətə çıxarkən, onlara iki aylıq əmək haqqı həcmində müavinət ödənilməyəcək, hər il onların aylıq əmək haqqının ikiqat həcmində maddi yardım göstərilməyəcək. Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq, birinci oxunuşda qəbul edilib.
18-10-2022, 13:07
Miqrasiya işçilərini sevindirən xəbər


Miqrasiya işçilərini sevindirən xəbər

Miqrasiya işçilərini sevindirən XƏBƏR
Miqrasiya orqanlarının işçiləri hər ay maaşlarının 1,1 misli məbləğində əlavə alacaqlar. Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb. Qanun qəbul ediləcəyi təqdirdə gələn il yanvarın 1-dən qüvvəyə minəcək. Hazırda miqrasiya orqanlarının işçiləri hər il məzuniyyətə çıxarkən, onlara iki aylıq əmək haqqı həcmində müavinət ödənilir. Eyni zamanda miqrasiya orqanlarının işçilərinə hər il onların aylıq əmək haqqının ikiqat həcmində maddi yardım göstərilə bilər. Layihəyə əsasən, 2023-cü il yanvarın 1-dən bu maddələr qüvvədən düşəcək. Başqa sözlə, gələn il yanvarın 1-dən miqrasiya orqanlarının işçiləri hər il məzuniyyətə çıxarkən, onlara iki aylıq əmək haqqı həcmində müavinət ödənilməyəcək, hər il onların aylıq əmək haqqının ikiqat həcmində maddi yardım göstərilməyəcək. Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq, birinci oxunuşda qəbul edilib.
18-10-2022, 12:59
Xudafərin körpüsünün azad olunmasının iki ili


Xudafərin körpüsünün azad olunmasının iki ili

Oktyabrın 18-i Cəbrayıl rayonunda yerləşən qədim Xudafərin körpüsünün və ətraf ərazilərin Ermənistan silahlı qüvvələrinin işğalından azad edildiyi gündür. Butov.az xəbər verir ki, Azərbaycan-İran sərhədində, Araz çayının üzərində yerləşən körpünün erməni işğalçılarından təmizlənməsindən 2 il ötür. 2020-ci ilin oktyabrın 18-də Xudafərin körpüsü ilə yanaşı, Cəbrayıl rayonunun daha iki yaşayış məntəqəsi - Hacılı kəndi və Hacı İsaqlı kəndi işğalçılardan azad edilib. Azərbaycanın Vətən müharibəsində düşmən üzərində qalib gəlməsindən 6 gün sonra – 2020-ci ilin noyabr ayının 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Cəbrayıl rayonunda olublar. Prezident Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan bayrağını ucaldıb.
18-10-2022, 12:57
Rusiya Ermənistana qazın verilməsini dayandırdı


Rusiya Ermənistana qazın verilməsini dayandırdı

Rusiyadan Ermənistana təbii qazın nəqli “Şimali Qafqaz – Transqafqaz” qaz kəmərində nəzərdə tutulan texniki-profilaktik işlərlə əlaqədar dayandırılıb. Bu barədə “Qazprom Ermənistan” şirkətinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, qazın verilməsi oktyabrın 18-dən 19-dək dayandırılacaq. Bu müddət ərzində ölkə üzrə istehlakçıların qaz təchizatı daxili ehtiyatlar hesabına həyata keçiriləcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!