17 yaşlı oğlan dəm qazının qurbanı oldu .....                        Zəng edib Prezidenti təbrik etdilər .....                        Prezident ad günündə ailəsi ilə birgə - FOTO .....                        Bu qanun yanvarın 1-də qüvvəyə minir .....                        Cəlilabadda faciə: əkizlər doğuşdan sonra öldü .....                        Tovuzda 8 tələbə tortdan zəhərlənib - RƏSMİ .....                        Mehriban Əliyevadan Prezidentlə bağlı paylaşım .....                        Orban İlham Əliyevi təbrik etdi .....                        Makron yeni hökuməti təsdiqlədi .....                       
11-10-2022, 16:56
“11 min manat kartdadır, o pula əlimi vurmaram” – Şəhid Səbuhinin qardaşı


“11 min manat kartdadır, o pula əlimi vurmaram” – Şəhid Səbuhinin qardaşı

“11 min manatlıq birdəfə ödəmə kart hesabındadır. Pulu kartdan çıxarmamışam. Elə orada qalıb”. Bunu açıqlamasında son döyüşlər zamanı şəhid olan hərbçi Səbuhi Əhmədov qardaşı Sənan Əhmədov deyib. O, 11 min manatın şəhidin “qan pulu” olduğunu söyləyib və həmin vəsaiti şəxsi ehtiyacı üçün xərcləməyəcəyini bildirib:“O pula əlimi də vurmaram və heç vaxt şəxsi ehtiyaclarım üçün xərcləmərəm. Amma həyat yoldaşım istəsə, hansısa ehtiyacı üçün istifadə edə bilər. Məni şəxsən pul maraqlandırmır”. Ona təklif olunan birotaqlı evdən imtina etdiyini xatırladan şəhid qardaşı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə görüşmək istədiyini söyləyib:“Mənə təklif olunan birotaqlı evdən imtina etdim. O evi mənə yazıqları gəldiyi üçün təklif etmişdilər. Evim yoxdur, kirayədə qalıram, bundan sonra da kirayədə qalaram. Bəlkə də, nazir Sahil Babayevin olanlardan xəbəri yoxdur. Əgər həqiqətən də xəbəri yoxdursa, onunla görüşmək istəyərdim”. Qeyd edək ki, 2 yaşında valideynlərini itirən Səbuhi Əhmədov qardaşı Sənan Əhmədovla birlikdə SOS uşaq evində böyüyüb. 12-14 sentyabr 2022-ci ildə Ermənistan tərəfinin təxribatı nəticəsində şəhid olmuş hərbçi Səbuhi Əhmədov İkinci Fəxri Xiyabanda dəfn olunub.
11-10-2022, 16:53
Rusiyaya qarşı 9-cu sanksiyalar gəlir


Rusiyaya qarşı 9-cu sanksiyalar gəlir

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 9-cu sanksiyalar paketini müzakirə edir. Bu barədə Rusiyanın TASS agentliyi məlumat yayıb. Məlumata əsasən, Rusiya təbii qazı üçün yüksək qiymət limitinin müəyyən edilməsi sanksiyalar paketində hələ nəzərdə tutulmur.
11-10-2022, 16:51
Balaxanıda “MilliÖn” terminalı oğurlandı


Balaxanıda “MilliÖn” terminalı oğurlandı

Paytaxtın Sabunçu rayonu, Balaxanı qəsəbəsində quraşdırılan içərisində 5 405 manat olan “MilliÖn” ödəniş terminalı oğurlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri - Roman Abbasov və Saleh Nağızadə müəyyən olunaraq saxlanılıblar. Bu şəxslər aparatı oğurlayandan sonra Balaxanı qəsəbəsi ərazisində sındıraraq kassadakı pulları əldə ediblər. Araşdırma zamanı müəyyən edilib ki, ödəniş terminalı həmin ərazidən Saleh Nağızadəyə məxsus avtomobillə aparılıb. Saxlanılan şəxslərin terminaldan oğurluq etməsi ərazidə quraşdırılan təhlükəsizlik kameraları vasitəsi ilə də anbaan qeydə alınıb. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət İşi başlanılıb, Hadisədə iştirak edən digər şəxslərin də saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.




11-10-2022, 16:48
Bakı və İrəvan sülh sazişinin əsas bəndləri üzrə razılığa gəlib - Çavuşoğlu


Bakı və İrəvan sülh sazişinin əsas bəndləri üzrə razılığa gəlib - Çavuşoğlu

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Azərbaycan və Ermənistan sülh müqaviləsinin fundamental bəndləri üzrə razılıq əldə ediblər, indi onları həyata keçirmək qalır. Çavuşoğlu bunu Tvnet-ə müsahibəsində deyib."Prinsial məqamlar üzrə razılıq əldə olunub - bunlardan 5-i var idi. Bura bir-birinin ərazi bütövlüyünün tanınması, sərhədlərin demarkasiyası və s. daxildir. Yalnız onları həyata keçirmək qalır", - Çavuşoğlu bildirib. Onun sözlərinə görə, Ankaranın İrəvanla münasibətləri normallaşdırma prosesi və Bakı ilə İrəvan arasında sülh müqaviləsi üzrə danışıqlar bir-birindən ayrı gedə bilməz.“Biz bu barədə dəfələrlə danışmışıq”, - Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri bildirib. Teleaparıcının "bu, Türkiyənin "qırmızı xəttidirmi" sualına Çavuşoğlu “bəli” deyə cavab verib. Türkiyənin xarici işlər naziri onu da əlavə edib ki, prezident Rəcəb Tayyib Ərdoğanla Ermənistanın baş naziri Nikol Paşinyan arasında Praqada keçirilən görüş müsbət keçib. Eyni zamanda, Çavuşoğlu qeyd edib ki, rəsmi İrəvan həm ölkə daxilində, həm də diaspor tərəfindən təzyiqlərə məruz qalır.
11-10-2022, 16:45
11 ölkənin prezidenti Rusiyaya qarşı bəyanat yaydı


11 ölkənin prezidenti Rusiyaya qarşı bəyanat yaydı

Bolqarıstan, Çexiya, Estoniya, Macarıstan, Latviya, Litva, Monteneqro, Şimali Makedoniya, Polşa, Rumıniya və Slovakiya prezidentləri Ukrayna şəhərlərinə Rusiya hərbi qüvvələri tərəfindən zərbələr endirilməsi ilə bağlı ortaq bəyanat yayıb.
Bu barədə Litva prezidentinin mətbuat xidməti bildirib. "Biz Bolqarıstan, Çexiya, Estoniya, Macarıstan, Latviya, Litva, Monteneqro, Şimali Makedoniya, Polşa, Rumıniya və Slovakiya prezidentləri Rusiya tərəfindən son vaxtlar Ukrayna şəhərlərinin kütləvi şəkildə bombardman edilməsini pisləyirik ki, bu da beynəlxalq hüquqa əsasən müharibə cinayəti sayılır. Xatırladırıq ki, müharibə cinayətləri və insanlığa qarşı cinayətlər heç bir məhdudiyyət müddətinə tabe deyil və bütün dünyada məhkəmələrin yurisdiksiyasına daxildir. Biz dövlətlərimiz adından Rusiyadan mülki hədəflərə hücumu dərhal dayandırmağı tələb edirik. Biz bugünkü cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin məhkəməyə verilməsi istiqamətində səylərimizi dayandırmayacağıq. Biz Rusiya təmsilçilərinin nüvə silahından istifadə ilə bağlı hər hansı təhdidini qəbuledilməz hesab edirik. Bu kontekstdə biz ölkələrimizi və müttəfiqlərimizi qorumaq öhdəliyimizi bir daha təsdiqləyirik", - prezidentlərin ortaq bəyanatında qeyd olunub.
11-10-2022, 16:42
Özbəkistan vətəndaşlarını Ukraynanı tərk etməyə çağırdı


Özbəkistan vətəndaşlarını Ukraynanı tərk etməyə çağırdı

Özbəkistanın Kiyevdəki səfirliyi həmvətənlərinə müraciət edərək onları Ukraynanı tərk etməyə çağırıb. Bu barədə diplomatik nümayəndəliyin saytında bildirilir.“Ukrayna şəhərlərinə intensivləşən raket hücumları fonunda Özbəkistan Respublikası vətəndaşlarının Ukrayna ərazisinə giriş və qalma təhlükəsizliyi ilə bağlı müraciəti ilə əlaqədar səfirlik bir daha həmvətənlərini səfərdən çəkinməyə çağırır", - mesajda deyilir.
11-10-2022, 16:39
Parlamentdə həbsdə olan qazi ilə bağlı məsələ qaldırıldı


Parlamentdə həbsdə olan qazi ilə bağlı məsələ qaldırıldı

Milli Məclisin bu gün keçirilən plenar iclasında Ukraynada həbsdə olan Vətən Müharibəsi iştirakçısı Misir Qasımlı ilə bağlı məsələ qaldırılıb.
Butov.az xəbər verir ki, deputat Məlahət İbrahimqızı Azərbaycan-Ukrayna Parlamentlərarası dostluq qrupunun bu məsələyə diqqət yetirməsini istəyib.“Misir Qasımlı Ukraynada erməni əsilli ispan tərəfindən şərlənib və bu iş üzrə heç bir sübut təqdim olunmayıb. Təəssüflər olsun ki, Ukraynadakı səfir bu hadisələrə laqeyd yanaşır. Bir neçə dəfə Azərbaycan diasporundan mediaya məlumat verilib ki, bu məsələ diqqətdədir. Amma bir il yarımdan çoxdur ki, heç bir sübut ortaya qoyulmur, hər dəfə məhkəmə təxirə salınır. Onun vəkili dəfələrlə iş üzrə heç bir sübut olmadığını bildirib. Mən müraciət edirəm ki, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupu Ukrayna Ali Radasına müraciət etsin və bu məsələnin tezliklə bitməsini tələb etsin”,- deyə M.İbrahimqızı vurğulayıb. Qeyd edək ki, Misirli Qasım Kiyevdə ermənilərin şikayəti əsasında saxlanılıb. Ona qarşı adam oğurluğuna cəhd və soyğunçuluq maddələri ilə cinayət işi açılıb, lakin bir ildir bu ittihamlar sübuta yetirilməyib. Ukraynada həbsdə olan 29 yaşlı Misir Qasımlı “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.
11-10-2022, 16:37
Milli Məclis İsraillə imzalanmış sazişi təsdiq edib


Milli Məclis İsraillə imzalanmış sazişi təsdiq edib

Azərbaycan və İsraildən olan sərnişinlər hava nəqliyyatından istifadə zamanı sadələşdirilmiş nəzarətdən keçəcək. Bu məsələ Milli Məclisin bu gün keçirilən iclasının gündəliyinə daxil olan “Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında hava əlaqəsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Layihəyə əsasən, Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında hava əlaqəsinin qurulması məqsədilə 2022-ci il iyunun 30-da Tel-Əviv şəhərində imzalanan Saziş 25 maddədən və əlavədən ibarətdir. Sazişin müddəaları eyni zamanda, Çikaqo Konvensiyasının beynəlxalq hava əlaqələrinə tətbiq edilən müddəaları ilə şərtlənir. Sazişə əsasən razılığa gələn tərəf müəyyən edilmiş marşrutlar üzrə razılaşdırılmış xidmətləri yerinə yetirmək məqsədilə digər razılığa gələn tərəfə bir və ya bir neçə aviasiya şirkətini yazılı şəkildə təyin etmək hüququna malikdir. Həmçinin, Sazişə əsasən, bir tərəfin dövlətinin ərazisindən birbaşa tranzitlə keçən və bu məqsədlə hava limanında ayrılmış sahəni tərk etməyən sərnişinlər, baqaj və yük aviasiya təhlükəsizliyi tədbirləri istisna olmaqla, yalnız sadələşdirilmiş nəzarətdən keçəcəklər və mülki aviasiyanın təhlükəsizliyinə qarşı hər hansı digər təhlükənin qarşısının alınması üçün müraciət əsasında bir-birinə bütün lazımi yardımı göstərəcəklər. Müzakirələrdən sonra layihə səsə qoyularaq bir oxunuşda qəbul edilib.
11-10-2022, 16:35
Səfirlikdən Ukraynadakı azərbaycanlılara müraciət


Səfirlikdən Ukraynadakı azərbaycanlılara müraciət

Ukraynada intensiv hava zərbələri riskinin artması ilə əlaqədar hava həyəcanı elan edilən müddətdə konsulluq qəbulu müvəqqəti dayandırılacaq. Bu barədə Azərbaycanın Ukraynadakı səfirliyi məlumat yayıb.“Təxirə salınması mümkün olmayan təcili suallarla bağlı +380 99 408 99 43 və +380 73 505 00 00 telefon nömrələrinə zəng etməniz xahiş olunur”, - deyə səfirliyin Ukraynadakı azərbaycanlılara müraciətində qeyd olunub.
11-10-2022, 16:33
Hava yenidən dəyişəcək - Xəbərdarlıq


Hava yenidən dəyişəcək - Xəbərdarlıq

Sabahdan Azərbaycan ərazisində güclü külək əsəcək, şimşək çaxacaq, yağış yağacaq. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, oktyabrın 11-i gün ərzində Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi arabir 15-20 m/s olacaq. Azərbaycan rayonlarında isə oktyabrın 11-i gündüzdən 13-ü səhərədək bəzi şərq rayonlarında şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Qərb küləyi 11-i və 12-si gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda arabir 18-23 m/s olacaq. Çaylarda sululuğun artacağı ehtimalı var.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!