Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
10-10-2022, 21:27
Bakıda NATO-nun təlim kursu keçirilir


Bakıda NATO-nun təlim kursu keçirilir

Müdafiə Nazirliyinin NATO ilə 2022-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi qulluqçularının və NATO-nun Ramştayn HHQ Komandanlığının mobil təlim qrupunun nümayəndələrinin iştirakı ilə "Vertolyotların əməliyyatlarda istifadəsi" mövzusunda təlim kursu keçirilir. Bu barədə nazirlikdən məlumat verilib. Əvvəlcə kurs iştirakçılarına brifinq təqdim olunub, mobil təlimin strukturu, ssenarisi, qarşıya qoyulan tapşırıqlar və məqsədlərlə bağlı məlumatlar verilib. Bildirilib ki, Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində keçirilən kurs müddətində HHQ aidiyyatı bölmələrində fəaliyyətlərin NATO standartlarına uyğun təşkil olunması, müdafiə və təhlükəsizlik tədbirlərinin təmin edilməsi, eləcə də digər mövzularda brifinqlər təqdim olunacaq. Həmçinin aviasiya təminatı ilə bağlı fəaliyyətlər həyata keçiriləcəkdir. Təlim kursu oktyabrın 13-dək davam edəcək.



10-10-2022, 21:24
Mişeldən Kiyevin bombalanmasına sərt reaksiya


Mişeldən Kiyevin bombalanmasına sərt reaksiya

Avropa İttifaqı (Aİ) Ukraynanı dəstəkləməyə və Rusiya məsuliyyətə cəlb etməyə davam edəcək. Bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel özünün "Twitter" hesabında yazıb. Mişel qeyd edib ki, Rusiyanın Kiyevə və digər şəhərlərinə qarşı hücumları Kremlin çarəsizliyini göstərir: “Bu hücumlar müharibə cinayətidir”. Qeyd edək ki, bu gün Rusiya Kiyev şəhərinə və Ukraynanın digər vilayətlərinə raket zərbələri endirib. Hücumlar nəticəsində 11 nəfər həlak olub, 87 nəfər yaralanıb.
10-10-2022, 21:23
Ukrayna Zaxarovanı da axtarışa verdi


Ukrayna Zaxarovanı da axtarışa verdi

Ukrayna Milli Təhlükəsizlik Xidməti Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanı axtarışa verib. Bu barədə TASS məlumat yayıb. Qeyd edək ki, bundan əvvəl Ukrayna Milli Təhlükəsizlik Xidməti Rusiyanın sabiq prezidenti, Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevi də axtarışa verib.
10-10-2022, 21:21
Ermənilər yenidən mövqelərimizi atəşə tutdu


Ermənilər yenidən mövqelərimizi atəşə tutdu

Oktyabrın 10-u saat 09:55-dən saat 16:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman və Günəşli, Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Təzəkənd, Tovuz rayonunun Ağbulaq yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
10-10-2022, 21:19
Qazaxıstan vətəndaşlarını Ukraynadan çıxarır


Qazaxıstan vətəndaşlarını Ukraynadan çıxarır

Qazaxıstanın Kiyevdəki səfirliyi Rusiyanın Ukraynanın mülki infrastrukturuna endirdiyi raket zərbələri ilə əlaqədar bu ölkədəki vətəndaşlarına müraciət edib. Butov.az xəbər verir ki, səfirlik vətəndaşları Ukraynanı tərk etməyə çağırıb.“Ukrayna ərazisində mülki infrastruktura və dövlət obyektlərinə hücumların artması ilə əlaqədar Qazaxıstan Respublikasının səfirliyi öz vətəndaşlarını Ukraynaya səfərdən çəkinməyə, Ukraynada olanları isə hava reydləri siqnallarına qulaq asmağa və bomba sığınacaqlarında qalmağa çağırır”, - Qazaxıstan səfirliyinin yaydığı məlumatda qeyd olunub.
10-10-2022, 21:17
Bayden Rusiyanın hücumlarını vəhşilik adlandırdı


Bayden Rusiyanın hücumlarını vəhşilik adlandırdı

ABŞ prezidenti Co Bayden Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrini pisləyib. Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb."Birləşmiş Ştatlar Rusiyanın bu gün Ukrayna ərazisinə, o cümlədən Kiyevə endirdiyi raket zərbələrini qətiyyətlə pisləyir. Bu hücumlar dinc əhalinin ölümünə və yaralanmasına səbəb olub və heç bir hərbi məqsəd daşımayan hədəflər vurulub. Bunlar bir daha Putinin Ukrayna xalqına qarşı qanunsuz müharibəsinin tam vəhşiliyini nümayiş etdirir", - deyə Bayden bildirib.
10-10-2022, 17:55
Xüsusi təyinatlıların birgə təlimi başlayıb


Xüsusi təyinatlıların birgə təlimi başlayıb

Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlı qüvvələrinin “Qafqaz Qartalı-2022” adlı birgə təlimləri başlayıb. Bu barədə Türkiyənin Gürcüstandakı səfirliyi məlumat yayıb. Birgə təlimlər Gürcüstanın Muxrovani şəhərində keçirilir. Qeyd edək ki, Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının iştirak etdiyi “Qafqaz Qartalı” adlı birgə təlimlər hər il təşkil olunur.
10-10-2022, 17:51
Rusiya bizi İran PUA-ları ilə vurur - Zelenski


Rusiya bizi İran PUA-ları ilə vurur - Zelenski

“Rusiya bizi İranın “Şahed” pilotsuz uçuş aparatları (PUA) ilə vurur”. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında yazıb."Qarşı tərəf enerji obyektlərini hədəf almaqla enerji sistemimizi məhv etmək, xaos yaratmaq istəyir. İkinci hədəf isə mümkün qədər çox insanın ölümünə səbəb olmaqdır. Hazırda Ukrayna terrorçularla mübarizə aparır", - Zelenski vurğulayıb. Ukrayna lideri əhaliyə çağırış edərək “Hərbçilərimizin köməyi sayəsində hər şey yaxşı olacaq”, - deyib. Qeyd edək ki, bu gün səhər saatlarında Rusiya Ukraynanın paytaxtı Kiyevə, həmçinin Jitomir, Xmelnitsk, Ternopol, Dnepr və Lvov vilayətlərinə raket zərbələri endirib. Raketlərdən biri Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisinin yaxınlığına düşüb. Hücum zamanı çox sayda ölən və yaralananların olduğu bildirilib.
10-10-2022, 17:49
Kadırov Zelenskini ölkədən qaçmağa çağırdı


Kadırov Zelenskini ölkədən qaçmağa çağırdı

Çeçenistan rəhbəri Ramzan Kadırov Ukrayna Prezidenti Volodimir Zelenskiyə müraciət edib. Butov.az xəbər verir ki, Kadırov Zelenskini ölkədən qaçmağa çağırıb. Çeçen lider Ukrayna Prezidentinə Qərb ölkələrinə getməyi məsləhət görüb."Zelenski Kiyevə və digər şəhərlərə atılan raketlərdən şikayətlənir. Bəs sən, Zelenski, necə düşünürdün? Sən bacarırsan, amma başqaları bacarmır? Yəni, səkkiz il ərzində mülki əhalini bombalamaq, şəhərlərin infrastrukturunu dağıtmaq, AES-i mərmilərlə vurmaq, körpüləri partlatmaq, mühüm obyektləri atəşə tutmaq mümkün idi, ancaq başınıza gələndə birdən-birə kimsə üçün qeyri-mümkün oldu?", - deyə Kadırov teleqram kanalında yazıb.
10-10-2022, 17:47
Putin Ukraynanı sərt cavab tədbirlərilə hədələdi


Putin Ukraynanı sərt cavab tədbirlərilə hədələdi

Ukrayna hakimiyyəti terror aktlarına davam edərsə, Rusiya daha sərt cavab verəcək. Bunu Vladimir Putin Təhlükəsizlik Şurasının iclasında bildirib. Dövlət başçısı Krım körpüsündə baş verən partlayışın arxasında Kiyev hakimiyyətinin olduğunu vurğulayıb."Məhkəmə-tibbi və digər ekspertizaların məlumatları, eləcə də əməliyyat məlumatları oktyabrın 8-də baş verən partlayışın terror aktı olduğunu göstərir. Bu, Rusiyanın mülki əhəmiyyətli infrastrukturunu məhv etmək məqsədi daşıyan terror hücumudur. Həmçinin aydındır ki, terror aktının sifarişçiləri, təşkilatçıları və icraçıları Ukrayna xüsusi xidmət orqanlarıdır”, - Putin bildirib. Bundan əlavə, Rusiya lideri Ukraynanı nüvə terroru aktlarında - Zaporojye AES-i atəşə tutmaqda və Kursk AES-də təxribat törətmək cəhdlərində ittiham edib. Rusiya lideri Ukrayna hakimiyyətinin “Türk axını” qaz nəqli sisteminin bölmələrindən birini partlatmaq cəhdlərindən də danışıb."Kiyev rejimi öz hərəkətləri ilə əslində özünü beynəlxalq terrorçu təşkilatlarla, ən iyrənc qruplarla bir sıraya qoyub. Bu cür cinayətləri cavabsız qoymaq sadəcə olaraq mümkün deyil", - Putin vurğulayıb. Prezident bildirib ki, Rusiya qoşunları Ukraynada enerji, hərbi komandanlıq və rabitə obyektlərinə böyük zərbə vurub."Əgər ərazimizdə terror aktları törətmək cəhdləri davam edərsə, Rusiyanın cavabları sərt olacaq və miqyasına görə Rusiya Federasiyasının təhdid səviyyəsinə uyğun olacaq. Buna heç kimin şübhəsi olmasın", - deyə dövlət başçısı fikirlərini yekunlaşdırıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!