Sağ qalan 7 sərnişin Bakıya gətirildi .....                        Öldüyü deyilən Mahirin atası: "Sağ olduğunu bu gün öyrəndik" .....                        Kimliyi müəyyənləşənlərin sayı 10-a çatdı - 4-ü Azərbaycan vətəndaşıdır .....                        Rusiya Azərbaycana təzminat ödəməli olacaq .....                        Təyyarə qəzasında həlak olanlardan biri futbolçudur - RƏSMİ .....                        İnsanların faciəli surətdə həlak olmaları xəbərindən sarsıldım - Çin lideri .....                        Rusiyada hava limanlarının fəaliyyəti məhdudlaşdırıldı .....                        Elfaq Nağıyev anıldı .....                        İlahə HƏBİB Yazır: Camaat nə deyər?! .....                       
7-10-2022, 18:51
Putin yaxın ətrafı ilə niyə mübahisə edib? - Kreml cavab verdi


Putin yaxın ətrafı ilə niyə mübahisə edib? - Kreml cavab verdi

Rusiya prezidenti Vladimir Putinin yaxın çevrəsində Ukraynada aparılan xüsusi hərbi əməliyyatla bağlı müzakirələr gedir, lakin bütün mübahisələr iş prosesinin bir hissəsidir. Bunu Kremlin sözçüsü Dmitri Peskov “Vaşinqton Post” jurnalistlərinin Rusiya Prezidentinin Administrasiyasında iddia edilən parçalanma ilə bağlı sualını cavablandırarkən deyib. Onun sözlərinə görə, dövlət başçısı qismən səfərbərlik elan etmək kimi əsas qərarlar qəbul etməli idi. “Belə məqamlarla bağlı fikir ayrılıqları olur. Bəziləri düşünür ki, biz fərqli davranmalıyıq, lakin bu, normal iş axınının bir hissəsidir”, - Peskov bildirib. O, həmçinin qeyd edib ki, Rusiya hakimiyyəti arasında iqtisadiyyat, təhsil, xüsusi əməliyyatla bağlı mübahisələr və müzakirələr hər hansı parçalanma əlaməti deyil. Nəşrin prezidentin yaxın çevrəsindən olan bir şəxsin onun qərarları ilə razılaşmadığını açıq şəkildə bəyan etməsi barədə məlumatı Peskov tamamilə yalan adlandırıb. Bundan əvvəl Peskov Çeçenistan rəhbəri Ramzan Kadırovun Rusiya Müdafiə Nazirliyini tənqid etməsinə münasibət bildirib. Onun sözlərinə görə, region rəhbəri Ukraynada keçirilən xüsusi əməliyyata böyük töhfə verib və öz mövqeyini ifadə etmək, qiymət vermək hüququna malikdir. Peskovun sözlərinə görə, çətin anlarda Rusiya regionlarının rəhbərləri öz qiymətləndirmələrində emosiyaları istisna etməlidirlər.
7-10-2022, 18:49
Ukraynada qadınlar hərbi xidmətə çağırılır


Ukraynada qadınlar hərbi xidmətə çağırılır

Ukraynada qadınlar hərbi xidmətə çağırılacaq.
Butov.az xəbər verir ki, Ali Rada bununla bağlı qərarı təsdiqləyib. Hərbi xidmətə çağırış bu ildən başlayacaq. Qeyd edək ki, cari ilin fevralın 24-dən etibarən Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə başlayıb.
7-10-2022, 18:46
Məhsa Əmininin ölüm səbəbi açıqlandı


Məhsa Əmininin ölüm səbəbi açıqlandı

İranda bir neçə gün öncə həyatını itirən 22 yaşlı Məhsa Əmininin ölüm səbəbi açıqlanıb. Butov.az xəbər verir ki, tibbi ekspertiza Əmininin polis əməkdaşları tərəfindən döyülərək öldürülməsi faktının öz təsdiqini tapmadığını bəyan edib. Məhkəmə-tibb ekspertləri bildiriblər ki, gənc qız 8 yaşında beyin əməliyyatı keçirib və ağır dərmanlar qəbul edib. Xatırladaq ki, Əmininin ölümü İranda genişmiqyaslı etirazlara səbəb olub. Onun hicab qaydalarına əməl etmədiyinə görə polislər tərəfindən təzyiqlərə məruz qaldığı iddia edilib.
7-10-2022, 18:44
Ombudsmana bu şəxslər müraciət edə biləcək


Ombudsmana bu şəxslər müraciət edə biləcək

Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinə (ombusdman) insan hüquqlarının pozulması ilə əlaqədar şikayət edilməsinin əhatə dairəsi genişlənir. Bununla bağlı "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununa təklif edilən dəyişikliklərdə nəzərdə tutulub. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirəyə çıxarılan layihəyə əsasən, insan hüquqları pozulmuş şəxsin razılığı ilə media subyektləri, həmkarlar ittifaqları, vətəndaşların təşəbbüs qrupları və bələdiyyələrin məhəllə komitələri də ombudsmana şikayət verə biləcək. Həmçinin, insan hüquqları pozulmuş şəxsin razılığını almaq mümkün olmadıqda (olmadıqda (həmin şəxs vəfat etdikdə, fəaliyyət qabiliyyətini itirdikdə və s.) isə şikayəti vətəndaş cəmiyyəti institutları razılıq almadan da verə biləcəklər.
7-10-2022, 18:41
Zaporojye raketlə vuruldu - Ölənlər var


Zaporojye raketlə vuruldu - Ölənlər var

Oktyabrın 6-na keçən gecə Rusiya hərbçiləri Zaporojyedəki yaşayış binalarına raket hücumları təşkil edib. Hücumlardan sonra azı 15 nəfər itkin düşüb. Bu barədə Zaporojye Şəhər Şurasının katibi Andrey Kurtev "Telegram" kanalında yazıb."Raket hücumu zamanı 11 nəfər həyatını itirib.15 nəfər isə itkin düşüb. Dünyasını dəyişənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm", - Kurtev yazıb. Onun sözlərinə görə, raket hücumları nəticəsində dağılan evlərdə axtarış-xilasetmə işləri gecə saatlarında davam etdirilib. Bu gün səhər saat 5-ə olan məlumata görə, artıq 21 nəfər xilas edilib, onlardan 13-ü xəstəxanaya yerləşdirilib.
7-10-2022, 18:40
Ərdoğan Paşinyanla ilk görüşü haqda nə danışdı


Ərdoğan Paşinyanla ilk görüşü haqda nə danışdı

Regionumuzda yaxşı qonşuluq sayəsində tam normallaşma hədəfimizə çata biləcəyimizə inanıram. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Praqada jurnalistlərə açıqlamasında bildirib. Türkiyə lideri Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündən danışaraq deyib ki, xüsusi nümayəndələr vasitəsilə danışıqlar davam etdirilir:"İnanıram ki, mehriban qonşuluq münasibətləri əsasında bölgədə tam normallaşma məqsədinə nail ola bilərik". Ərdoğan, həmçinin Avropa Siyasi Birliyi Toplantısının həmrəylik və əməkdaşlıq üçün önəmli platforma olduğunu vurğulayıb. Qeyd edək ki, bu gün Praqada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.
7-10-2022, 18:29
Ombudsmana yeni səlahiyyətlər verilir


Ombudsmana yeni səlahiyyətlər verilir

Obudsmana yeni səlahiyyətlər verilir. Bu barədə məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsidə öz əksini tapıb. Layihəyə əsasən, ombudsmanın fəaliyyətinin əsasları sıraya dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslər (o cümlədən publik hüquqi şəxslər) və büdcə təşkilatları, onların vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi daxil edilir. Ombudsman publik hüquqi şəxslərin, onların vəzifəli şəxslərinin (informasiya sahibləri) “İnformasiya əldə etmək haqqında” qnunun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə də nəzarəti həyata keçirəcək. Müvəkkilə “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”nın və “Uşaq hüquqları haqqında Konvensiya”nın həyata keçirilməsinin, bərabərlik hüququnun təmin edilməsinin və ayrı-seçkiliyin qarşısının alınmasının monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizminin funksiyalarını həyata keçirmək də həvalə olunur. Eyni zamanda Müvəkkil insan hüquqları sahəsində dövlət proqramlarının, strategiyaların, milli fəaliyyət planlarının və konsepsiyaların icrası prosesinin təhlilini apara, rəy və təkliflərini müvafiq sahədə monitorinq və qiymətləndirməni həyata keçirən quruma təqdim edə bilər.
7-10-2022, 18:27
Jurnalistlər Füzulidə tikilən Mərkəzə baş çəkdilər


Jurnalistlər Füzulidə tikilən Mərkəzə baş çəkdilər

Bu gün bir qrup jurnalist Füzuli rayonunda tikintisi davam edən Rəqəmsal Stansiya İdarəetmə Mərkəzində olub. Butov.az xəbər verir ki, 35/0,4 kV-luq 2x2500 kVA gücündə olan rəqəmsal yarımstansiya elektrik şəbəkəsinin vəziyyəti haqqında bütün məlumatları toplayan və emal edən, eləcə də avadanlığın rəqəmsal formatda idarə olunmasını təşkil edən nəzarət, mühafizə və idarəetmə sistemlərinin innovativ həll layihəsidir. Bu layihə yarımstansiyalarda optik rəqəmsal ölçmə transformatorlarının və yeni nəsil rəqəmsal avadanlıq komplekslərinin işlənib hazırlanmasını təmin edir. Yeni nəsil yarımstansiya bütün ölçülərin yüksək dəqiqliyini, vahidliyini təmin edir, avtomatlaşdırma insan amilinin şəbəkənin işinə təsirini azaltmağa, etibarlılığını artırmağa və elektrik enerjisinin ötürülməsi zamanı itkiləri azaltmağa imkan verir. Həmçinin enerjinin əldə olunması dəyəri və istismar xərcləri azalır. Rəqəmsal Yarımstansiyadan qidalanan istehlakçılar hər hansı bir texniki fasilənin yaranması haqda məlumatları onlayn qaydada əvvəlcədən ala bilirlər. Bərpa olunan enerji mənbələrinin şəbəkələrə inteqrasiya edilməsi prosesi Rəqəmsal Yarımstansiyada avtomatik idarə edildiyindən elektrik enerjisi təchizatında fasilələrin yaranması tam aradan qaldırılır. Rəqəmsal Yarımstansiya alınan və ötürülən elektrik enerjisinin miqdarına görə yarımstansiya işinin multifunksional rejimdə qurulmasını, cihaz və avadanlıqların bir-birilə koordinasiyasını tam təmin edir. Bundan əlavə, əməliyyatların paylayıcı şəbəkənin tələblərinə avtomatik uyğunlaşdırılmasını, informasiya və texniki təhlükəsizlik sistemlərinin qərarvermə qabiliyyətini, “yaşıl enerji” mənbələrinin şəbəkəyə inteqrasiyasını da həyata keçirir. Yarımstansiya qapalı tiplidir, istismar və idarəetmə əməliyyatları məsafədən həyata keçirilir, daimi işçi heyətə ehtiyac olmur. Qeyd edək ki, Rəqəmsal Stansiya İdarəetmə Mərkəzinin təməli 2021-ci il oktyabrın 17-də Prezident İlham Əliyev və birinci xanım tərəfindən qoyulub.
7-10-2022, 18:25
Ermənistan Xankəndini Azərbaycan ərazisi kimi tanıdı?


Ermənistan Xankəndini Azərbaycan ərazisi kimi tanıdı?

Ermənistan rəsmən Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Praqada Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşünün sonunda bəyanat qəbul edilib. Yelisey sarayının rəsmi saytında dərc edilən bəyanata əsasən, Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü, suverenliyini tanıyır. Tərəflər bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir."Ermənistan Azərbaycanla sərhədə Aİ-nin mülki missiyasının göndərilməsinə razılıq verib. Azərbaycan da bu komissiya ilə əməkdaşlığa razılıq verib. Missiya işini oktyabrda başlayıb, 2 ay müddətinə başa çatdıracaq", - bəyanatda qeyd olunub. Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanınması prosesini və Praqa danışıqlarını şərh edən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, İrəvanın üzərinə götürdüyü öhdəliklərə sona qədər əməl edəcəyi şübhə doğurur:"Ermənistan tərəfi bundan əvvəl də Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirmişdi. Sadəcə onların tanıma məsələsi bir az fərqlidir. Ermənistanın BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata bəyannaməsinə sadiqliyi şübhəlidir. Onların yaxşı söz oyunçusu olduğu məlum məsələdir. Buna inanmaq olmaz. Ermənistan “Müstəqillik haqqında akt” qəbul edərkən orada göstəriblər ki, guya Dağlıq Qarabağ Ermənistanın tərkib hissəsidir. Əgər 1991-ci ildə ərazi bütövlüyümüzü tanıyıblarsa, ondan sonra nə baş verib? Bizim torpaqlarımızı işğal edib, etnik təmizləmə aparma ərazi bütövlüyünü tanımaqdır?Eks-nazir vurğulayıb ki, Emənistan sərhədlərin müəyyən edilməsində guya Sovet xəritələrini əsas götürdüyünü göstərməyə çalışır.“Ermənistan danışıqlarda özünü yaxşı tərəf kimi göstərmək istəyir. Onlar Sovet xəritəsinə qayıtmaq tərəfdarı olduqlarını göstərməyə çalışırlar. Ancaq Azərbaycanın müstəqilliyi ilə Qarabağ məsələsini fərqli görürlər. Ermənistan Azərbaycan ərazisini Qarabağsız de-fakto tanımaq istəyirdi. Əbəttə, biz bəyan edirik ki, Qarabağ Azərbaycann tərkibi hissəsidir”.



Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli isə bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün tanınması mühüm hadisədir. Xankəndi şəhəri və Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərin tanınmasına gəlincə, politoloq düşünür ki, Ermənistan tərəfi bu addımla Qarabağın Azərbaycana məxsus olduğunu rəsmən tanıyıb.“Tanınma prosesində Azərbaycan ərazilərinə Qarabağ da daxildir. Sadəcə olaraq, Qarabağla Ermənistanı birləşdirən yolun statusu məsələsi var. Bu da sonrakı danışıqlar prosesinin işidir. Yəni yerli ermənilərlə Azərbaycan hakimiyyət orqanları qeyri-formal danışıqlar apararaq bu məsələni həll edəcək. Azərbaycan onsuz da uzun müddətdir ki, həmin ermənilərlə qeyri-formal danışıqlar aparır. Danışıqlar prosesi bundan sonra daha intensiv şəkildə davam etdiriləcək. Prezident İlham Əliyevin dediyi kimi, biz Qarabağın dağlıq hissəsindəki ermənilərlə necə davranmalı olduğumuzu özümüz bilirik. Azərbaycanda yaşamaq istəməyən, Azərbaycan qanunlarını qəbul etmək istəməyənlər həmin əraziləri tərk etmək məcburiyyətində qalacaq”. Politoloqun sözlərinə görə, artıq çətin proses başlayıb:“Təbii ki, bu məsələdə əmma çıxartmağa çalışanlar olacaq. Rusiya, Rusiyanın oyuncağı Vardanyan, Arayik Arutyunyan, Robert Köçəryan, Serj Sarksiyan müəyyən problemlər yaratmaq istəyəcək. Ancaq mən inanıram ki, Avropa Birliyinin diqqəti daim burada olacaq. Onlar proseslərə nəzarət etməklə problem yaratmaq istəyənlərin qarşısını almağa çalışacaqlar. Delimitasiya çox çətin proses olsa da, maksimum 3 ay ərzində həll oluna bilər. Bir sözlə, sülh müqaviləsinin yolu açılıb”.


7-10-2022, 18:17
Baydenin nüvə qorxusu: “Putin zarafat etmir”


Baydenin nüvə qorxusu: “Putin zarafat etmir”

Nüvə silahından istifadə bütün dünya üçün “Armageddon”la bitə bilər. Bunu ABŞ prezidenti Co Bayden deyib. Onun sözlərinə görə, dünya 1962-ci ildə Karib böhranından sonra ilk dəfə nüvə silahının istifadəsi ilə bağlı birbaşa təhlükə ilə üzləşib: "Vəziyyət hazırda getdiyi istiqamətdə inkişaf edərsə, bu, həqiqətən də mümkündür". ABŞ lideri qeyd edib ki, o, rusiyalı həmkarı Vladimir Putini yaxşı tanıyır. Baydenin fikrincə, Putin taktiki nüvə, bioloji və ya kimyəvi silahların potensial istifadəsi haqqında danışarkən zarafat etmir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!