Mingəçevirdə ağır qəza - yaralılar var .....                        Nazirlər təyyarə qəzasını müzakirə etdilər .....                        Ata, sən mənim qəhrəmanımsan... .....                        Zelenskidən Azərbaycana başsağlığı, Rusiyaya ittiham .....                        Yaralarım göründüyündən daha dərindir... .....                        Qəzada həlak olan pilotun anası danışdı - VİDEO .....                        Nazirdən təyyarədə balon partlaması iddialarına reaksiya .....                        Rusiyada güclü zəlzələ .....                        Milli Məclisin bu il üçün son iclasının gündəliyi .....                       
7-10-2022, 00:26
QHT layihəsini davam etdirir

QHT layihəsini uğurla davam etdirir

Marketinq Fəaliyyətinin İnkişafına Dəstək İctimai Birliyi Qusar rayonunda “Quba-Xaçmaz iqtisadi rayonunda biznes mühitinin qiymətləndirilməsi” layihəsini icara etmişdir.
Marketinq Fəaliyyətinin İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi “Quba-Xaçmaz iqtisadi rayonunda biznes mühitinin qiymətləndirilməsi” layihəsini 06 oktyabr 2022-ci il tarixində icra planına uyğun olaraq, Qusar rayonunda icra etmişdir.
Layihədə Qusar rayon Gənclər Evinin məsul işçisi Sevil Dəmirova və Qusar Qadın Resurs Mərkəzinin nümayəndələri iştirak edirdilər.Sevil Dəmirova tədbirə qatıllan sahibkar qadınları salamlayaraq onlara fəaliyətlərində yeni iqtisadi biliklər öyrənməyin zəruri olduğunu söylədi.

Marketinq Fəaiyyətinin İnkişafına Dəstək İctimai Birliyinin sədri-Layihə rəhbəri Sənan Yəhya iştirakçılara layihənin donoru və məqsədi barədə məlumat verdi. Qeyd etdi ki, layihənin məqsədi Quba-Xaçmaz İqtisadi rayonunda 100 nəfər sahibkarla (Şiyəzən-20 nəfər, Şabran-20 nəfər, Xaçmaz-20 nəfər, Quba-20 nəfər, Qusar-20 nəfər) görüşərək, investisiya və ixracla bağlı dövlət qurumlarının həyata keçirdiyi dəstək fəaliyyətlərinin müzakirəsi və sahibkarların dövlətdən gözləntilərinin öyrənilməsindən ibarətdir. Vəzifələri isə region sahibkarları ilə sorğu keçirərək qiymətləndirmələrin aparılmasıdır.

Natiq dövlət tərəfindən sahibkarlara yaradılan fürsətlər və dəstəklər haqqına geniş məlumat verdi. Eyni zamanda sahibkar qadınların satış, brendləşmə, reklam, xarici satış platformalarına çıxış, sərgilərdə iştirak etmə qaydaları hqqında sualarını cavablandırdı. Görüş iştirakçıları ilə gələcək əməkdaşlıq haqqında müzakirələr aparıldı.
Sahibkar qadınlar belə layihələrin davamlı inkşaf üçün zəruri olduğunu qeyd etdilər.



6-10-2022, 23:27
Ərdoğan Paşinyanla ilk görüşü haqda nə danışdı


Ərdoğan Paşinyanla ilk görüşü haqda nə danışdı

Regionumuzda yaxşı qonşuluq sayəsində tam normallaşma hədəfimizə çata biləcəyimizə inanıram. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Praqada jurnalistlərə açıqlamasında bildirib. Türkiyə lideri Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündən danışaraq deyib ki, xüsusi nümayəndələr vasitəsilə danışıqlar davam etdirilir:"İnanıram ki, mehriban qonşuluq münasibətləri əsasında bölgədə tam normallaşma məqsədinə nail ola bilərik". Ərdoğan, həmçinin Avropa Siyasi Birliyi Toplantısının həmrəylik və əməkdaşlıq üçün önəmli platforma olduğunu vurğulayıb. Qeyd edək ki, bu gün Praqada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.
6-10-2022, 23:25
Bizə qarşı erməni terroru davam edir - Dövlət başçısı


Bizə qarşı erməni terroru davam edir - Dövlət başçısı

Mina məsələsi bütün görüşlərdə qaldırılır. Ermənistanın bu addımlarının sülhə zərər vurması haqqında Azərbaycan tərəfi hər dəfə öz sözünü deyib. Bu barədə Prezident İlham Əliyev Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində bildirib.“Bu gün dördtərəfli görüşdə də mən qeyd etdim ki, İkinci Qarabağ müharibəsi başa çatandan sonra ermənilər tərəfindən ən azı 1400 mina basdırılıb və bu, bizə qarşı növbəti cinayətdir, növbəti terror aktıdır. Onu da bildirdim ki, müharibədən sonra 250-dən çox azərbaycanlı ya həlak olub, ya da ağır yaralanıb. Yəni, bizə qarşı erməni terroru davam edir. Buna son qoyulmalıdır və minaların basdırılması yeganə cinayət deyil”, - deyə dövlətimizin başçısı vurğulayıb.
6-10-2022, 23:23
“Sazişin böyük əksəriyyəti artıq razılaşdırılıb” - İlham Əliyev


“Sazişin böyük əksəriyyəti artıq razılaşdırılıb” - İlham Əliyev

"Bu gün Azərbaycanın enerji resurslarına Avropada daha böyük tələbat var. Bizim tərəfimizdən həyata keçirilmiş layihələrin əhəmiyyəti bu gün özünü daha da büruzə verir". Bu barədə Prezident İlham Əliyev Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində bildirib. Avropa İttifaqının Azərbaycan üçün çox önəmli tərəfdaş olduğunu vurğulayan dövlətimizin başçısı deyib ki, yeni saziş üzərində iş aparılır.“Sazişin böyük əksəriyyəti artıq razılaşdırılmışdır və qalan məsələlər o qədər də böyük prinsipial xarakter daşımır. Nəqliyyat sahəsində əməkdaşlıq üçün yeni imkanlar yaranıb. Çünki Azərbaycanın coğrafi vəziyyəti, müasir nəqliyyat infrastrukturu - Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri Avropa üçün də çox önəmlidir”, - deyə Azərbaycan Prezidenti qeyd edib.
6-10-2022, 23:21
Azərbaycan və Ermənistan XİN başçıları yenidən görüşəcək


Azərbaycan və Ermənistan XİN başçıları yenidən görüşəcək

"Bildiyiniz kimi, Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilk görüşü keçirdilər və bizim fikrimizcə, bunun arası kəsilməməlidir". Bu barədə Prezident İlham Əliyev Praqada Azərbaycan televiziya kanallarına müsahibəsində deyib.“Nazirlər tezliklə ikinci dəfə görüşməlidir və biz təklif etdik ki, bundan sonra hər iki ölkənin işçi qrupları bir araya gəlsinlər və bir neçə gün ərzində sülh müqaviləsinin mətninin hazırlanması ilə məşğul olsunlar. Yəni, bizim niyyətimiz bundan ibarətdir”, - deyə dövlətimizin başçısı vurğulayıb.
6-10-2022, 23:19
ABŞ səfirliyindən Edillidəki məzarlıqla bağlı  açıqlama


ABŞ səfirliyindən Edillidəki məzarlıqla bağlı açıqlama

ABŞ-ın Azərbaycandakı səfirliyi Xocavəndin Edilli kəndində aşkarlanan kütləvi məzarlıqla bağlı açıqlama yayıb. Butov.az xəbər verir ki, açıqlamanı ABŞ-ın Azərbaycandakı səfirliyinn mətbuat katibi Alis Spensli yayıb. Bəyanatda deyilir:“Biz onilliklər boyu davam edən bu münaqişə zamanı insan tələfatından dəhşətə gəlirik və həlak olanların və yaralananların ailələrinə dərin hüznlə başsağlığı veririk. ABŞ törədilmiş qırğınlar/vəhşiliklər barədə xəbərlərdən dərin narahatlıq duyur və hər hansı törədilmiş vəhşiliyə görə məsuliyyət daşıyanlar cavab verməlidir. Sülhə nail olmaq və yaraların sağalması üçün cavabdehlik/məsuliyyət vacibdir. ABŞ Ermənistan və Azərbaycanın dayanıqlı sülh sazişinin əldə edilməsi istiqamətində atdığı addımları dəstəkləyir və ABŞ Ermənistan və Azərbaycana məsələlərin sülh yolu ilə həllinə kömək etməyə sadiqdir. Biz BQXK-nın, beynəlxalq QHT-lərin və jurnalistlərin dağıntı və zərər iddialarını müstəqil və qərəzsiz qiymətləndirməsinə imkanın verilməsi və araşdırmaq imkanını dəstəkləyirik”. Qeyd edək ki, Ermənistan hərbçilərinin Birinci Qarabağ müharibəsi dövründə Xocavəndin Edilli kəndində azərbaycanlıları kütləvi şəkildə qətlə yetirərək basdırdıqları daha bir məzarlıq tapılıb. Məzarlıqda 12 nəfərin qalıqları üzə çıxıb. Əşyalarla birlikdə aşkarlanan skeletlərin əlləri və ayaqlarının məftil və kəndirlə bağlandığı məlum olub.
6-10-2022, 23:17
Praqa dördtərəfli görüşünün sonu...


Praqa dördtərəfli görüşünün sonu...

Oktyabrın 6-da Praqada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fransa Respublikasının Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü keçirilib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.






6-10-2022, 23:13
Ukrayna İran PUA-larının 60%-ni vurub


Ukrayna İran PUA-larının 60%-ni vurub

Ukrayna ordusu Rusiyanın istifadə etdiyi İran istehsalı pilotsuz uçuş aparatlarının 60%-ni vurub.
Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini Aleksey Qromov bildirib. Onun sözlərinə görə, Rusiya İrandan alınan 86 ədəd PUA-dan istifadə edib. "PUA-ların 60%-i vurulub. Biz düşmən PUA-larının texniki xüsusiyyətlərini nəzərə alaraq hava hücumundan müdafiə sistemimizi təkmilləşdirəcəyik”, - Qromov deyib. Xatırladaq ki, “The Washington Post” nəşri avqust ayında Rusiyanın İrandan PUA-ların ilk partiyasını aldığını yazmışdı. Sentyabrda Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuri İqnat rusiyalıların Ukraynaya qarşı müharibədə İran pilotsuz uçuş aparatlarından istifadə etdiyini təsdiqləyib.
6-10-2022, 23:11
Sahibə Qafarova spikerlərin sammitində mina problemini qaldırdı


Sahibə Qafarova spikerlərin sammitində mina problemini qaldırdı

Milli Məclisin sədri Sahibə Qafarova "Böyük iyirmilik" ölkələrinin (G20) Parlament Sədrlərinin 8-ci Sammitində iştirak etmək məqsədilə İndoneziyanın paytaxtı Cakarta şəhərində işgüzar səfərdədir. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, oktyabrın 6-da sammitin açılış mərasimi keçirilib. Milli Məclisin sədri sammitdə "Ərzaq və enerji təhlükəsizliyi, iqtisadi çağırışlar" mövzusunda çıxış edib. Spiker çıxışında belə tədbirlərin qlobal həmrəyliyin, əməkdaşlığın və çoxtərəfliliyin inkişafına böyük töhfə verdiyini söyləyib, hamımızı narahat edən məsələlərin müzakirəsində parlamentarilərin fəal iştirakı üçün vacib olduğunu qeyd edib. Milli Məclisin sədri deyib ki, müasir dövrdə bəşəriyyət mürəkkəb və bir-biri ilə əlaqəli olan problemlərlə üzləşir. COVID-19-un mənfi təsirləri, iqtisadi sahədəki çətinliklər onsuz da mürəkkəb olan digər çağırışları daha da kəskinləşdirib. Xüsusilə, ərzaq və enerji təhlükəsizliyi əksər ölkələr üçün prioritet məsələyə çevrilib. Beynəlxalq ictimaiyyət təcili, lakin qısamüddətli tədbirlər görməklə vəziyyətə cavab verməyə çalışır. Spiker deyib ki, davamlı bərpaya nail olmaq üçün daha sistemli, sabit və uzunmüddətli yanaşmalar tətbiq edilməlidir. Sahibə Qafarova bu mənada Dayanıqlı İnkişaf Məqsədlərinin əhəmiyyətinə diqqət çəkib. Spikerin sözlərinə görə, onların ümumi platforma kimi rolu birgə fəaliyyət və kollektiv səylərlə daha da genişləndirilə, Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə beynəlxalq səviyyədə əməkdaşlıq müsbət təsir göstərə bilər. Spiker Sahibə Qafarova milli hökumətlərlə yanaşı, parlamentlərin də bu prosesdə iştirakına diqqəti cəlb edib. O deyib ki, qanunvericilik, büdcə tərtibatı və nəzarət sahələrində, xüsusilə də qabaqcıl təcrübənin mübadiləsi baxımından parlament əməkdaşlığının təkmilləşdirilməsi üçün imkanlar mövcuddur. Eyni zamanda, parlamentlərimizin müvafiq komitələri arasında əməkdaşlıq bizim birgə işimizi daha da dərinləşdirəcək, onu daha konkret və nəticəyönümlü edəcək. Milli Məclisin sədri çıxışında vurğulayıb ki, dünyanın heç bir ölkəsi ərzaq təhlükəsizliyi ilə bağlı çağırışdan sığortalanmayıb. Bu mənada kənd təsərrüfatının inkişafı, özünü əsas ərzaq məhsulları ilə təmin etmək səviyyəsinin yüksəldilməsi dövrün tələbidir. Bugünkü iqtisadi çağırışlar fonunda kənd təsərrüfatına sərmayə qoymaq, özəl sektoru dəstəkləmək COVİD-dən sonrakı bərpa baxımından xüsusi əhəmiyyət kəsb edir. Kənd təsərrüfatı məşğulluq baxımından da əhəmiyyətli bir sferadır. Onun sözlərinə görə, aqrar sektora dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi büdcə tərtibi prosesində parlament-hökumət əməkdaşlığının əsas diqqət mərkəzində olmalıdır. Azərbaycanda bu sahədə görülən işlər barədə məlumat verən sədr Sahibə Qafarova vurğulayıb ki, ölkəmizdə dövlət investisiyaları, subsidiyalar, fermerlərin vergidən azad edilməsi və güzəştli kreditlər kimi tədbirlər ərzaq məhsullarının istehsalının artırılması ilə bağlı nəzərəçarpacaq nəticələr əldə etməyə imkan verib. O, Azərbaycan parlamentinin də qida təhlükəsizliyinin təmini istiqamətində lazımi hüquqi addımlar atdığını, cari ilin may ayında bu sahənin hüquqi tənzimlənməsi ilə bağlı yeni qanun qəbul etdiyini bildirib. Çıxışına davam edən Milli Məclisin sədri deyib ki, enerji təhlükəsizliyi də beynəlxalq gündəmin əsas çağırışlarından biridir. Neft və qaz istehsalçısı olan Azərbaycan öz enerji təhlükəsizliyini tam təmin edib və tərəfdaşlarının enerji təhlükəsizliyinin təmin edilməsində də mühüm rol oynayır. On ildən artıqdır ki, Azərbaycan beynəlxalq bazarların etibarlı neft və qaz tədarükçüsüdür. Ölkəmizin təşəbbüsü ilə həyata keçirilən enerji layihələri, məsələn, Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən neft kəmərləri və Azərbaycan qazını Avropaya çatdıran Cənub Qaz Dəhlizi regionun və Avropanın enerji xəritəsini tamamilə dəyişib. Onun sözlərinə görə, Avropa İttifaqı ilə Azərbaycan arasında 2022-ci ilin iyulunda imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu Azərbaycanın Avropanın və digər ölkələrin enerji təhlükəsizliyinə verdiyi töhfənin daha bir nümunəsidir. Alternativ və bərpa olunan enerjinin inkişafı da enerji gündəmimizdə mühüm yer tutur. Yaşıl texnologiyalardan istifadə ətraf mühitin mühafizəsini təmin etməklə yanaşı, həm də yeni iqtisadi perspektivlər yaradacaq. Spiker deyib ki, bu, davamlı inkişafın bütün ölçülərinə müsbət təsir göstərəcək. Milli Məclisin sədri tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, Azərbaycanın 2030-cu ilə qədər yeni sosial-iqtisadi inkişaf strategiyasının beş prioritet sahəsindən biri təmiz ətraf mühit və yaşıl inkişafdır. Bu gün ölkəmizdə günəş və külək elektrik stansiyası layihələri həyata keçirilir. Hazırda ölkəmizin ümumi enerji tutumunda bərpa olunan mənbələrin payı 17 faiz təşkil edir. Hədəf 2030-cu ilə qədər bu rəqəmin 30 faizə çatdırılmasıdır. 2020-ci ildə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğaldan azad edilməsinin ölkəmizin ərzaq və enerji təhlükəsizliyi baxımından da mühüm əhəmiyyət kəsb etdiyini bildirən spiker Sahibə Qafarova deyib ki, bu ərazilərin kənd təsərrüfatı və bərpa olunan enerji potensialı böyükdür. O, təəssüflə vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərin ekosistemi, meşələri, biomüxtəlifliyi, su ehtiyatları işğalın dağıdıcı təsirlərinə məruz qalıb. Ermənistanın çoxlu sayda mina basdırması bu torpaqlarda aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərinə ciddi maneçilik törədir. Mina partlayışları nəticəsində 250-yə yaxın mülki şəxs və hərbçi həlak olub və yaralanıb. Buna baxmayaraq, Azərbaycan kənd təsərrüfatı və bərpa olunan enerji layihələri ilə bu ərazilərin inkişafını davam etdirir. Azad edilmiş ərazilər “yaşıl enerji” zonası elan edilib və burada "ağıllı kənd" və "ağıllı şəhər" konsepsiyası əsasında geniş yenidənqurma işləri həyata keçirilir.
6-10-2022, 23:09
Bayden G20 sammitində Putinlə görüşü istisna etmir


Bayden G20 sammitində Putinlə görüşü istisna etmir

ABŞ Prezidenti Co Bayden G20 sammitində Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyini istisna etməyib. Bu barədə o, jurnalistlərlə görüşü zamanı danışıb. Junalistin mümkün görüşlə bağlı sualına Bayden belə cavab verib: "Baxacayıq". Qeyd edək ki, sammit noyabrın 15-də İndoneziyanın Bali adasında keçiriləcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!