Xorasan/Azərbaycan Mədəniyyət Hövzəsinin İslam Sonrası Siyasi İradəsini Təmsil Edən Dövlətlər Üzərinə .....                        Mingəçevirdə ağır qəza - yaralılar var .....                        Nazirlər təyyarə qəzasını müzakirə etdilər .....                        Ata, sən mənim qəhrəmanımsan... .....                        Zelenskidən Azərbaycana başsağlığı, Rusiyaya ittiham .....                        Yaralarım göründüyündən daha dərindir... .....                        Qəzada həlak olan pilotun anası danışdı - VİDEO .....                        Təyyarə qəzası ilə bağlı növbəti toplantı .....                        Nazirdən təyyarədə balon partlaması iddialarına reaksiya .....                       
5-10-2022, 20:47
Dilənçiyə qarşı kobudluq edən 2 polis işdən çıxarıldı


Dilənçiyə qarşı kobudluq edən 2 polis işdən çıxarıldı

Sosial şəbəkələrdə paytaxtın mərkəzində dilənçilik edən şəxslərlə polis əməkdaşları arasında mübahisəni əks etdirən görüntülər yayılıb. Görüntülərlə bağlı açıqlama verən Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, həmin şəxslərə dəfələrlə xəbərdarlıqlar, inzibati tənbeh tədbirləri görülməsinə baxmayaraq, onlar azyaşlı uşaqlarla birgə dilənçilik əməllərini davam etdiriblər."Bu gün yenidən onların dilənçilik əməllərinin qarşısının alınması məqsədilə ərazidə xidmət aparan polis əməkdaşları ilə mübahisə ediblər. Bu zaman polis əməkdaşının vətəndaşa qarşı etdiyi hərəkət sözsüz ki, qəbuledilən deyil, yolverilməzdir. Odur ki, həmin şəxslərə qarşı kobudluq edən iki əməkdaş intizam məsuliyyətinə cəlb edilərək tutduqları vəzifədən azad ediliblər. Hazırda onlar barəsində xidməti yoxlamalar başlayıb. Nəticəsindən asılı olaraq müvafiq qərar qəbul ediləcək", - deyə DİN rəsmisi qeyd edib.
5-10-2022, 20:44
Türkiyədə yenidən meşə yanğınları başladı


Türkiyədə yenidən meşə yanğınları başladı

Türkiyənin Muğla vilayətinin Seydikemer rayonunda güclü meşə yanğını baş verib. Butov.az xəbər verir ki, yanğının səbəbləri hələlik bəlli deyil. Yanğının söndürülməsinə xüsusi təyyarələr, helikopterlər və yanğınsöndürən avtomobillər cəlb olunub.
5-10-2022, 20:42
Qarabağda 148 min hektar ərazi təhlükəlidir - ANAMA


Qarabağda 148 min hektar ərazi təhlükəlidir - ANAMA

Hazırda azad olunmuş ərazilərdə 390 min 709 tank və piyada əleyhinə mina, partlamamış hərbi sursat barədə məlumatlar var. Bunu ANAMA sədrinin müavini Samir Poladov Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda deyib. "İşğaldan azad edilmiş torpaqlarda 148 min hektar ərazi xüsusilə təhlükəli hesab olunur. Çünki həmin ərazilərdə daha çox mina və digər partlayıcı sursatlar mövcuddur. Bu günədək cəmi 55 min hektar sahə minalardan təmizlənib", - deyə qurum rəsmisi bildirib.
5-10-2022, 20:40
Ermənistan Bakıya Xankəndi ilə danışıq aparmağı təklif edir


Ermənistan Bakıya Xankəndi ilə danışıq aparmağı təklif edir

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün parlamentdəki “hökumət saatı” zamanı çıxış edərkən Azərbaycanın İrəvana təqdim etdiyi 5 prinsipdən danışıb. Butov.az xəbər verir ki, nazir bu il martın ortalarında İrəvana verilən və Ermənistanla münasibətlərin tənzimlənməsinə dair 5 prinsipi xatırladaraq deyib ki, həm erməni xalqı, həm də beynəlxalq ictimaiyyət onlarla tanışdır."Bildirmişik ki, bu prinsiplərdə bizim üçün qəbuledilməz heç nə yoxdur. Bu dəfə Azərbaycanın təqdim etdiyi təkliflər bu prinsiplərə əsaslanır. Əlbəttə, elə məqamlar var ki, biz indi onları təhlil edirik və mütləq cavab verəcəyik", - Ermənistan XİN rəhbəri qeyd edib. Onun sözlərinə görə, danışıqlar zamanı elə məqamlar yarana bilər ki, İrəvanın özü də sazişə daxil edilməsi üçün hansısa təklif versin. XİN rəhbəri qeyd edib ki, 5 prinsip gündəliyi tam əks etdirmir. Ararat Mirzoyan bildirib ki, rəsmi İrəvan “Dağlıq Qarabağ”a dair öz baxışını Bakı ilə bölüşüb və bu məsələ aparılan danışıqların tərkib hissəsidir. Nazirin sözlərinə görə, Xankəndi ilə Bakı arasında beynəlxalq dialoq mexanizminin yaradılması ideyası var.“Hazırda müzakirələr gedir. Sözsüz ki, bizim öz yanaşmamız, Azərbaycanın da öz yanaşması var. Qarşılıqlı məqbul mövqeyə gələndə mütləq məlumat verəcəyik", - Mirzoyan söyləyib. Xatırladaq ki, oktyabrın 4-də Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin ABŞ dövlət katibi ilə telefon danışığı olub. Söhbət zamanı Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması müzakirə olunub.
5-10-2022, 20:35
Kəlbəcər və Daşkəsəndə mina faciəsinin qarşısı alındı


Kəlbəcər və Daşkəsəndə mina faciəsinin qarşısı alındı

Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı zamanı basdırılan minaların aşkar edilərək zərərsizləşdirilməsi istiqamətində görülən işlər davam etdirilir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Erməni diversiya qruplarının Kəlbəcər rayonu ərazisində basdırdığı növbəti 118 ədəd PMN-Э tipli piyada əleyhinə və 4 ədəd TM-62M tipli tank əleyhinə mina, həmçinin Daşkəsən rayonu ərazisində 108 ədəd PMN-Э tipli piyada əleyhinə mina aşkar olunub. Aşkar edilən bütün minalar mühəndis-istehkamçılarımız tərəfindən təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib. Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri ərazilərimizin minalardan təmizlənməsi üzrə fəaliyyətlərini yüksək peşəkarlıqla icra edir.
5-10-2022, 20:33
Putin Kadırova general-polkovnik rütbəsi verdi


Putin Kadırova general-polkovnik rütbəsi verdi

Rusiya Prezidenti Vladimir Putin Çeçenistan lideri Ramzan Kadırova general-polkovnik rütbəsi verib. Bu barədə Kadırov özünün teleqram kanalında bildirib.“Sizinlə daha bir şad xəbəri bölüşmək istəyirəm. Rusiya prezidenti məni general-polkovnik rütbəsi ilə təltif etdi. Fərman 709 nömrəsi ilə çıxıb. Bu barədə şəxsən Vladimir Vladimiroviç mənə məlumat verdi və məni təbrik etdi”,- deyə Kadırov vurğulayıb.
5-10-2022, 20:31
Ukraynada nüvə fəlakətinə hazırlıq: Əhaliyə həblər paylanır


Ukraynada nüvə fəlakətinə hazırlıq: Əhaliyə həblər paylanır

Ötən həftə Rusiya prezidenti Vladimir Putinin nüvə hədəsindən sonra Ukrayna hakimiyyəti nüvə fəlakətinə hazırlıq məqsədilə xalqa yod həbləri paylamağa başlayıb. Butov.az xəbər verir ki, paytaxt Kiyevdə Rusiyanın mümkün nüvə hücumuna hazırlıq məqsədilə evakuasiya mərkəzlərinə kalium yod həbləri paylanmağa başlayıb. Kalium yod həblərinin nüvə radiasiyasına məruz qalmadan dərhal əvvəl və ya dərhal sonra qəbul edildiyi təqdirdə, tiroid bezi tərəfindən zərərli radiasiyanın udulmasının qarşısını almağa kömək etdiyi deyilir. Kiyev şəhər şurasının bəyanatında bildirilir ki, evakuasiyaya ehtiyac yaranarsa, həblər nüvə radiasiyasından zərər çəkmiş rayon sakinlərinə paylanacaq. Məlumata görə, Rusiya ordusunun Ukraynadakı son məğlubiyyəti Putinin Ukraynanı ram etmək üçün dağıdıcı nüvə zərbəsinə əl atacağı ilə bağlı qorxuları artırıb. Avropa İttifaqı Rusiyanın Ukraynaya müdaxiləsindən və Zaporojya Atom Elektrik Stansiyasını ələ keçirdikdən sonra baş verə biləcək nüvə fəlakəti ilə əlaqədar Ukraynaya 5,5 milyon kalium yodid həb göndərdiyini açıqlayıb.
5-10-2022, 18:40
Sabiq başçı 5 nəfərin qətlində təqsirləndirilir


Sabiq başçı 5 nəfərin qətlində təqsirləndirilir

Polşada saxlanılan Qubadlı rayon İcra Hakimiyyətinin sabiq başçısı Elxan Nuriyevin nədə ittiham olunduğu məlum olub. Butov.az xəbər verir ki, Elxan Nuriyev 5 nəfərin qətlə yetirilməsində, 1 nəfərin qətlinə cəhd etməkdə və vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilir. İttihama görə, Elxan Nuriyev icra başçısı işləyərkən faktiki rəhbərlik etdiyi “Qaranquş” dəstəsinin üzvləri ilə birgə Qubadlı şəhərinin işğalının kökündə xəyanətin durduğunu iddia edərək rayonun polis rəisi Evarist Paşayevi, polis rəisinin sürücüsü Xanlar Nuriyevi, rayon prokuroru Nazim Ağayevi, prokurorluğun müstəntiqi Əyyub Vəliyevi, rayon məhkəməsinin hakimi Sərdar Hüseynovu qətlə yetiriblər. Bundan başqa, Elxan Nuriyev daha bir vəzifəli şəxsi öldürməyə cəhddə ittiham olunur. O, həmçinin Qubadlının işğalı dövründə vəzifə səlahiyyətlərini aşaraq İcra Hakimiyyətinə məxsus sənədləri yandırmaqda təqsirləndirilir. Onu da qeyd edək ki, bu qətllərlə bağlı “Qaranquş” dəstəsinin bir neçə üzvü vaxtilə saxlanılıb və ömürlük azadlıqdan məhrum ediliblər. Baş Prokurorluğun yaydığı məlumata görə, Qubadlı rayonun İcra Hakimiyyətinin sabiq başçısı Elxan Nuriyevin təşkilatçılığı ilə 1993-cü ildə bir sıra xüsusilə ağır cinayətlərin törədilməsi faktlarına görə Qubadlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.10, 29,120.2.11, 309.2 və digər maddələri ilə cinayət işi başlanıb və Elxan Nuriyev qeyd olunan maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində axtarış elan edilib. Məlumatda deyilir ki, Elxan Nuriyev 2 oktyabr 2022-ci ildə Polşa Respublikasının ərazisində saxlanılıb. Hazırda E.Nuriyevin Azərbaycan Respublikasına ekstradisiya edilməsi məqsədi ilə Baş Prokurorluq tərəfindən aidiyyəti qurumlara sorğu göndərilib.
5-10-2022, 18:36
Qarabağın minalardan təmizlənməsi ilə bağlı planlar


Qarabağın minalardan təmizlənməsi ilə bağlı planlar

Bu gün bizdə azad edilmiş ərazilərdə 390 709 tank və piyada əleyhinə mina, eləcə də digər partlayıcı qurğular barədə məlumatlar var. Bunu Azərbaycan Minatəmizləmə Agentliyinin sədr müavini Samir Poladov Ağdamda keçirilən Azərbaycan Milli Şəhərsalma Forumunda deyib."Amma bu məlumatlar tam deyil. Onların dəqiqliyi 25 faizə yaxındır", - deyə o bildirib. Onun sözlərinə görə, təxminən 147 988 hektar ərazi yüksək səviyyəli minalanmış, 675 570 hektar isə az səviyyəli minalanmış bölgə hesab olunur. "2022-2026-cı illər üçün planlaşdırılmış birinci mərhələ Ağdam, Füzuli, Qubadlı, Cəbrayıl, Kəlbəcər, Xocavənd, Laçın, Şuşa və Zəngilan rayonlarında 83 yaşayış məntəqəsinin minalardan təmizlənməsini nəzərdə tutur. Cari planlar 33 795 hektar ərazisinin yaşayış yeri üçün təmizlənməsini nəzərdə tutur. Birinci mərhələyə uyğun olaraq bu rayonlarda evlərin tikintisi üçün 14 713 hektar ərazisinin təmizlənməsi nəzərdə tutulur", - S. Poladov deyib. O əlavə edib ki, müharibə başa çatdıqdan sonra 257 nəfər minaya düşüb ki, onlardan 44 nəfəri həlak olub.
5-10-2022, 18:33
"Baku Electronics"də yanğın


"Baku Electronics"də yanğın

Paytaxtın Nəsimi rayonu Füzuli küçəsində yerləşən "Baku Electronics" mağazasında gecə saatlarında yanğın hadisəsi baş verib. Butov.az xəbər verir ki, Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən operativ reaksiya göstərilib. Hadisə yerinə gələn polislər obyektə baxış keçirən zaman mağazanın mobil telefonların satıldığı hissəsində yanğının baş verdiyini müşahidə ediblər. Mühafizə polisləri xüsusi yanğınsöndürmə avadanlıqları vasitəsi ilə alovun qarşısını alaraq daha geniş miqyasda yayılmasına imkan verməyiblər. Yanğının baş vermə səbəbləri digər dövlət orqanları tərəfindən araşdırılır.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2022    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!