13-11-2022, 19:26
İstanbul Prokurorluğundan partlayış açıqlamasıİstanbul Prokurorluğu şəhərdə baş vermiş partlayışı terror aktı kimi təsnif edib. Hadisə zamanı ölən və zərərçəkənlərin kimliyi barədə hələ ki məlumat verilmir. İnsidentin təfərrüatı araşdırılır. Qeyd edək ki, partlayış nəticəsində 5 nəfər dünyasını dəyişib, 36 nəfər yaralanıb.
13-11-2022, 19:24
Minlərlə ev işıqsız qaldıGüclü fırtına səbəbindən Cənubi Avstraliya ştatında on minlərlə sakin elektrik enerjisiz qalıb. Həmin gün ştatın ərazisinə təqribən 423 min şimşək düşüb. Sürəti saatda 100 kilometrə çatan küləklər səbəbindən isə gözlənilməz daşqınlar baş verib. Bazar günü səhər saatlarında bəzi yerlərdə elektrik enerjisinin verilişi bərpa olunsa da, hələ də 76 min sakinin işıqsız qaldığı bildirilir.
13-11-2022, 19:23
İstanbulda partlayış: Ölənlər və yaralılar var İstanbulda baş verən partlayışda zərərçəkənlərin sayı artıb. Son məlumatlara görə, hadisə nəticəsində 5 nəfər ölüb. Həmçinin, 36 nəfərin yaralandığı bildirilib. Məlumata görə, Türkiyə hökuməti İstanbuldakı partlayış yerindən telekanalların yayımını qadağan edib.
13-11-2022, 19:19
Moskvada 45 ilin rekordu qırıldıNoyabrın 13-də gecə yarısı Moskvada havanın temperaturu müsbət 11,1 dərəcə olub. Rusiya Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand bu barədə bildirib. O deyib ki, bununla da 45 il əvvəl bu gün üçün olan temperatur rekordu qırılıb. Əvvəlki rekord 1977-ci il noyabrın 13-də qeydə alınıb və 10,2 dərəcə isti olub. Maraqlıdır ki, noyabrın 12-si şənbə günü də paytaxt tarixində ən isti gün kimi qeydə alınıb.
13-11-2022, 19:18
Xəzər sahilində 130-dan çox suiti ölü tapıldıXəzər dənizinin Qazaxıstan sahillərində 131 ölü Xəzər suitisi tapılıb. Bu barədə Qazaxıstanın Ekologiya Nazirliyinin nümayəndəsi məlumat verib. Qazaxıstanın qərbində Xəzər dənizinin sahillərində ölü heyvanlar tapılıb. Mütəxəssislər heyvanların ölüm səbəbini müəyyən etmək üçün meyitlərin yarılması, həmçinin ərazidən torpaq və su nümunələrinin analizini planlaşdırır. Xəzər suitisi dənizində yeganə suiti növüdür. Qazaxıstan hökuməti 2020-ci ilin noyabrında heyvanları nəsli kəsilməkdə olan növlər siyahısına daxil edib. Dünyanın ən böyük daxili su hövzəsi olan Xəzər dənizinə çıxışı 5 dövlətə malikdir: Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan . Xəzər suitisi populyasiyası onilliklər ərzində həddindən artıq ovlanma və Xəzərin çirklənməsinin təsirlərindən əziyyət çəkir. Mütəxəssislər bildirirlər ki, hazırda 68 minə yaxın Xəzər suitisi var. 20-ci əsrin əvvəllərində onların sayı bir milyondan çox idi.
13-11-2022, 19:16
Şəhidlərimiz anıldı Torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn Vüsal Məmmədov, Cahan Məmmədzadə və Vətən Müharibəsi Qəhrəmanı Fəqan Zalovun xatirəsinə həsr olunan anım mərasimləri keçirilib. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, rayon icra hakimiyyətlərinin əməkdaşları, şəhidlərin ailə üzvləri, yaxınları, eləcə də döyüş yoldaşlarının iştirak etdiyi tədbirlərdə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirlərdə Vətən müharibəsi şəhidlərinin məzarları üzərinə əklillər qoyulub, tər çiçəklər düzülüb və ruhlarına dualar oxunub. Çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən, bu Zəfərin qazanılmasında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən danışıblar. Şəhidlərin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
13-11-2022, 17:41

13-11-2022, 17:18

13-11-2022, 17:16
İranda sənaye şəhərciyi alovlandıİranın sənaye şəhərciyində yanğın baş verib. İsfahan şəhərində 4 saatdan artıqdır yanğınsöndürənlər yanğını söndürməyə çalışır. Ərazidə kimyəvi və partlayıcı maddələr olduğu üçün davamlı olaraq partlayışlar baş verib. Yanğında 15 nəfər yaralanıb, 3 nəfərin vəziyyəti ağırdır. İsfahan Mübarəkə sənaye şəhərciyində 400-dən artıq kiçik zavod və fabriklər fəaliyyət göstərir. Yanğın kimyəvi maddələr istehsal edən zavodda baş verdiyi bildirilir.
13-11-2022, 17:13
Qlobal temperatur yüksələcək - Xəbərdarlıqİqlimşünaslar havaya atılan zərərli qazların həcminin hazırkı səviyyədə qalacağı və ya artacağı halda Yer kürəsində temperaturun “Selsi” şkalası üzrə 1,5 dərəcə yüksəlməsi ehtimalını 50 faiz səviyyəsində proqnozlaşdırlar. Bu barədə Böyük Britaniyanın Ekseter Universitetinin mətbuat xidməti məlumat yayıb. “BMT-nin İqlim Konfransının iştirakçıları Yer kürəsində temperaturun 1,5 dərəcə və ya daha çox yüksəlməsinin qarşısını almaq üçün təcili tədbirlər görməlidir”, - universitetin mətbuat xidməti professor Pyer Fridlinqştaynın bu sözlərini sitat gətirib. 2015-ci ilin dekabrında qlobal istiləşmə ilə mübarizə üzrə imzalanmış Paris sazişi çərçivəsində iştirakçı ölkələr orta illik temperatur artımını hazırkı səviyyədə saxlamaq üçün yaxın onilliklər ərzində havaya atılan karbon qazının səviyyəsini azaltmağı öhdələrinə götürüb. Bundan əlavə, sazişdə iştirak edən ölkələr atmosferdən karbon qazını aktiv şəkildə udan meşələrin və digər təbii ekoloji sistemlərin sürətli bərpası üçün planlar hazırlayıb. Lakin iqlimşünaslar bu tədbirlərin kifayət etməyəcəyini düşünürlər. Onların fikrincə, bunun üçün bəşəriyyət havaya atılan zərərli qazları sıfıra endirməli və hətta atmosferdən karbon qazını çıxarmağa başlamalıdır. Tədqiqatçılar hesab edirlər ki, görülən bütün tədbirlərə baxmayaraq, artıq birinci onillikdə Paris sazişinin əsas məqsədi iflasa uğraya bilər. Onlar 2022-ci ildə havadakı istixana effekti yaradan qazların səviyyəsinin ölçərkən bu nəticəyə gəliblər. Məlum olub ki, həmin göstərici ötən ildən başlayaraq sürətlə artmağa davam edib. Belə ki, karbon qazının atmosferə atılma həcmi 40,6 milyard tona çatıb ki, bu da ötən illə müqayisədə bir faiz çoxdur. Eyni zamanda, mədən yanacağının yandırılması səbəbindən atmosferə atılan karbon qazının miqdarı 2020-ci illə müqayisədə təxminən 5,1 faiz artıb. Mövcud iqtisadi qeyri-sabitlik və epidemioloji vəziyyət sənaye və energetika sahəsində karbohidrogenlərdən istifadənin artmasına səbəb olub. Proqnozlara əsəsən, vəziyyətin belə davam edəcəyi təqdirdə 2030-cu ilə qədər qlobal temperatur 1,5 dərəcə yüksələ bilər.