27-11-2022, 20:13
Rusiya ilə Türkiyə arasında fikir ayrılığı var - PeskovSuriya ilə bağlı Rusiya və Türkiyə hakimiyyətləri arasında fikir ayrılıqları var. Bunu noyabrın 27-də Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib. Onun sözlərinə görə, iki ölkə arasında münasibətlərin səviyyəsi fikir ayrılıqlarını danışıqlar yolu ilə həll etməyə imkan verir. “Münasibətlərimizin səviyyəsi və siyasi müdrikliyimiz imkan verir ki, bu cür fikir ayrılıqlarını qarşıdurma yolu ilə deyil, gərgin, uzun da olsa, yenə də danışıqlar yolu ilə həll edək. Bu səviyyəli qarşılıqlı anlaşma və qarşılıqlı hörmət həqiqətən belə çətin vəziyyətlərin müzakirəsi üçün yaxşı əsasdır”.
27-11-2022, 20:11
Lukaşenkodan Ukrayna açıqlaması: İmkan vermirlər...ABŞ Ukrayna rəhbərliyinə Rusiya ilə danışıqlar prosesinə başlamağa imkan vermir. Bunu Belarus prezidenti Aleksandr Lukaşenko "Rossiya-1" telekanalının efirində "Moskva. Kreml. Putin" proqramına müsahibəsində jurnalist Pavel Zarubinin suallarını cavablandırarkən deyib: “Əgər siz Ukrayna rəhbərliyini nəzərdə tutursunuzsa, deməli, onlar buna qətiyyən imkan vermirlər. Amerikalılar Avropanı bir zərbəyə yıxmaq, Rusiyadan keçməklə Çinə çatmaq istəyirlər. Təbii ki, Rusiyanı tapdalamaq niyyətindədilər”.
27-11-2022, 20:09
Kosta Rika Yaponiyanı məğlub etdiQətərdə keçirilən futbol üzrə dünya çempionatının qrup mərhələsinin ikinci turunda daha bir oyun baş tutub. Günün ilk matçında E qrupunda Yaponiya və Kosta Rika yığmaları üz-üzə gəliblər. Qarşılaşma Mərkəzi Amerika təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib. Yeganə qolu 81-ci dəqiqədə Keyşer Fuller vurub. Kosta Rika qələbə sayəsində ilk 3 xalını qazanıb. Qrup lideri İspaniyanın və ikinci sıradakı Yaponiyanın da 3 xalı var. Xalsız olan Almaniya seçməsi sonuncu sıradadır. Qrupun digər görüşündə Bundestim İspaniya ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
27-11-2022, 20:08
DİN-dən sürücülərə xəbərdarlıqDaxili İşlər Nazirliyi (DİN) sabah ölkə ərazisində görmə məsafəsini məhdudlaşdıracağı gözlənilən dumanlı hava xəbərdarlığı ilə bağlı hərəkət iştirakçılarına müraciət edib. DİN-dən verilən məlumata görə, müraciətdə deyilir: "Noyabrın 28-də əsasən gecə və səhər saatlarında duman ilə əlaqədar olaraq ölkə ərazisində magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı ehtimalı var. Sürücülərdən sürət həddini hava şəraitinə uyğun nizamlamaları, avtomobillərinin xarici işıq cihazlarının sazlığına əmin olmaları, dayanma, durma, parklanma, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etmələri tələb olunur. Piyadalardan da məsuliyyətli olmaları, sürücülərin yolun hərəkət hissəsini və kənarlarını görməkdə çətinlik çəkdiklərini nəzərə almalıdırlar".
27-11-2022, 20:06
Makrondan Türkiyəyə mesaj: "Davam etməlidir..."Fransa prezidenti Emmanuel Makron Türkiyənin Qara Dəniz Taxıl Təşəbbüsü razılaşmasında rolundan danışıb. Fransa prezidenti bildirib ki, Türkiyənin vasitəçiliyi ilə müzakirə edilən Qara Dəniz Taxıl Anlaşmasının 120 gün uzadılması da çox ehtiyacı olan ölkələrə kömək etmək üçündür: "Bu təşəbbüs davam etdirilməlidir". “Twitter”də paylaşdığı videoda sovet rejiminin 1932-1933-cü illərdə Ukraynada milyonlarla insanı aclıqdan ölməyə məcbur etdiyi Qolodomor faciəsinə toxunan E.Makron deyib ki, fevralın 24-dən bəri davam edən Ukrayna-Rusiya müharibəsi dünyanı qida böhranı təhlükəsi ilə qarşı-qarşıya qoyub: "Ölkələr istəmədikləri müharibə üçün bədəl ödəməməlidir. Avropa İttifaqı həmrəylik dəhlizləri ilə indiyədək Ukraynadan 15 milyon ton taxıl alınıb. Birləşmiş Millətlər Təşkilatının himayəsi altında müzakirə edilən Qara Dəniz Taxıl Təşəbbüsünün Türkiyənin vasitəçiliyi sayəsində 120 günlük uzadılması da ən çox ehtiyacı olan ölkələrə kömək etmək məqsədi daşıyır. Fikrimcə, bu təşəbbüs davam etdirilməlidir. Ukraynanın Somaliyə bağışladığı 25 min ton taxılın daşınması üçün Fransa 14 milyon dollar verib. BMT-nin Ümumdünya Ərzaq Proqramı tərəfindən Ukrayna taxılının Yəmən və Sudana sövqiyyatı və paylanması üçün Fransa 6 milyon avroluq əlavə yardım da edib”.
27-11-2022, 20:03
Ərdoğandan taxıl açıqlaması: Bu ölkələrə göndəriləcək“Enerji böhranı səbəbindən Avropa ölkələri qışı necə keçirəcəklərini düşündükləri bir vaxtda şükürlər olsun ki, biz içimiz rahat şəkildə qışı qarşılayırıq”. Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu hakim Ədalət və İnkişaf Partiyasının Konya rayon təşkilatının geniştərkibli toplantısında deyib. Türkiyənin strateji inkişaf planlarının daha sürətlə davam edəcəyini diqqətə çatdıran qardaş ölkənin dövlət başçısı əminliklə bildirib ki, “1915 Çanaqqala” körpüsü gerçəyə çevrildiyi kimi, İstanbul kanalı layihəsi də həyata vəsiqə qazanacaq. Türkiyənin vasitəçiliyi ilə Qara dənizdə gerçəkləşən “taxıl dəhlizi”nin fəaliyyətindən bəhs edən prezident Ərdoğan deyib ki, indi də buğdanı alıb, üyüdüb kasıb ölkələrə göndərəcəklər: "Hasil etdiyimiz unu kasıb ölkələrə göndərmək üçün hazırlıq mərhələsindəyik". Ərdoğanın sözlərinə görə, 2023-cü ilin sonuna kimi Türkiyənin milli pilotsuz döyüş təyyarəsi olan “Kızılelma”nın kütləvi istehsalına başlanacaq.
27-11-2022, 20:02
DİN-dən sosial şəbəkədəki video ilə bağlı açıqlamaİsmayıllı meşəsində at və eşşəklərin kütləvi şəkildə kəsilməsi ilə bağlı video yayılıb. Videonu çəkən şəxs kəsilən heyvanların ətinin İsmayıllı rayonu ərazisində əhaliyə satılmasını iddia edib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, İsmayıllı Rayon Polis Şöbəsinin və Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının qanunsuz ət kəsiminə qarşı birgə keçirdikləri tədbirlər nəticəsində son aylarda rayon ərazisində 3 fakt aşkarlanıb. Həmin əməli törədən şəxslər məsuliyyətə cəlb olunub, hazırda polis şöbəsinin təhqiqat və istintaq bölməsində müvafiq araşdırmalar davam etdirilir. Rayonda yararsız ətlərin satılması ilə bağlı iddialara və yayılan videoya gəlincə isə bununla bağlı keçirilən monitorinq zamanı qeyd olunan faktlar öz təsdiqini tapmayıb. Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırmalar davam etdirilir.
27-11-2022, 18:28

27-11-2022, 15:46

27-11-2022, 14:26