Təcili yardım maşınları ilə meyit daşına bilər? - AÇIQLAMA .....                        İnsan beynində mikroplastik aşkarlandı - İLK DƏFƏ .....                        İsveçrədə məktəbə hücum: 10 nəfər öldü .....                        Azərbaycanda meyitlər yandırılacaq? - RƏSMİ .....                        Kadi yenidən "Qarabağ"da .....                        Ərdoğan Suriya prezidenti ilə nələrdən danışdı... .....                        Təyyarəmizi Rusiya raketi vurub - RƏSMİ MƏNBƏ .....                        "Əhmədli"də şübhəli çanta aşkarlandı .....                        Rusiya ifşa edildi: 8 dəqiqə sonra məlumat verilibmiş .....                       
29-11-2022, 15:35
Putin Qazaxıstan və Özbəkistanla birgə ittifaq yaradır


Putin Qazaxıstan və Özbəkistanla birgə ittifaq yaradır

Ötən gün Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Rusiya paytaxtı Moskvaya səfəri zamanı həmkarı Vladimir Putinlə müzakirə etdiyi məsələlərdən biri məlum olub. Putin Tokayevə Rusiya, Qazaxıstan və Özbəkistandan ibarət üçtərəfli ittifaq yaradılmasını təklif edib. Qazaxıstan tərəfi bu gün ittifaqın qazla bağlı olduğunu açıqlayıb. Bildirilib ki, bu barədə müzakirələr davam etdirilir. Məlumata görə, rəsmi Daşkəndin təklifə necə münasibət bəslədiyi Rusiyanın baş naziri Mixail Mişustinin Özbəkistana dekabrın əvvəlində planlaşdırılan səfəri zamanı müzakirə ediləcək.
29-11-2022, 15:33
Hərbi qulluqçularla bağlı qanuna dəyişiklik edildi


Hərbi qulluqçularla bağlı qanuna dəyişiklik edildi

Milli Məclisdə “Hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” qanuna təklif edilən dəyişikliklər müzakirəyə çıxarılıb və üçüncü oxunuşda qəbul olunub. Bu qanun layihəsinə görə, hərbi qulluqçuların ziyana görə maddi məsuliyyətləri artırılır. Layihəyə əsasən, hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələri ilə, əmrlərlə və digər aktlarla nəzərdə tutulmuş xidməti vəzifələrini laqeyd yerinə yetirmələri nəticəsində vurduqları ziyana görə vurulmuş ziyanın miqdarında, lakin bu Əsasnamədə və Azərbaycan Respublikasının qanunvericiliyində maddi məsuliyyətin başqa hüdudlarını nəzərdə tutan hallardan başqa digər hallarda-müddətli hərbi xidmətdə olan hərbi qulluqçular və kursantlar pul təminatının üç aylıq, toplanışlara çağırılmış hərbi vəzifəlilər kündəlik xərcin aylıq, qalan hərbi qulluqçular isə pul təminatının iki aylıq məbləğindən artıq olmayaraq maddi məsuliyyət daşıyacaqlar. Bu Əsasnaməyə uyğun olaraq dövlətə maddi ziyan vurmuş hərbi qulluqçunun xidmət keçdiyi orqan (hərbi hissə) dəyişdiyi halda onun barəsində tərtib olunmuş müvafiq sənədlər maddi məsuliyyət məsələsinin həll edilməsi üçün yeni xidmət yerinə (hərbi hissəyə) göndəriləcək. İndiyə kimi hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər əsgəri nizamnamələrlə, əmrlərlə və digər aktlarla nəzərdə tutulmuş xidməti vəzifələrini laqeyd yerinə yetirmələri nəticəsində vurduqları ziyana görə vurulmuş ziyanın miqdarında, lakin bu Əsasnamədə və Azərbaycan Respublikasının qanunvericiliyində maddi məsuliyyətin başqa hüdudlarını nəzərdə tutan hallardan başqa digər hallarda-müddətli hərbi xidmətdə olan hərbi qulluqçular və kursantlar pul təminatının iki aylıq, toplanışlara çağırılmış hərbi vəzifəlilər kündəlik xərcin aylıq, qalan hərbi qulluqçular isə pul təminatının aylıq məbləğindən artıq olmayaraq maddi məsuliyyət daşıyırdılar. Layihəyə əsasən, bu maddədə nəzərdə tutulmuş hallarda hərbi inşaat dəstələrinin (hissələrinin) hərbi inşaatçıları orta aylıq maaşlarından artıq olmayaraq vurduqları zərər miqdarında maddi məsuliyyət daşımaqları ilə bağlı bənd də ləğv edilir. Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
29-11-2022, 15:31
Komitə sədri azərbaycanlı milyonçulara çağırış etdi


Komitə sədri azərbaycanlı milyonçulara çağırış etdi

“Sentyabrın 1-də Xankəndiyə gələn Ruben Vardanyanın bir vaxtlar Qarabağdan İrəvana yüksək vəzifələrə gedən sabiq nazirlərdən özünə kabinet formalaşdırması göstərir ki, bölgəyə qaranlıq gündəliklə gələn bu adam sərvətini yeni separatizm hərəkatına qoyur”. Bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib. "Onun dünya ermənilərinə nümunəyə çevrilməsi təhlükəlidir. Bizi xaricdə yaşayan milli iş adamlarımızın azad olunan torpaqlara humanitar yardım deyil, öz biznes maraqlarına uyğun sərmaye qoymaması da narahat etməlidir. Azərbaycanlı milyonçular xarici vətəndaşlıqlarını Qarabağ üçün qurban verərdilərmi? Vardanyanla müqayisə və yarış naminə deyil, azad ərazilərə investisiya qoyub qazanmaqdan ötrü onlar qayıdışa hazırdılarmı? Hökm deyil ki, nazir vəzifəsinə gəlsinlər, bəlkə, dövlət onlara yerli hakimiyyətdə vəzifə də tapşırar. Bəllidir ki, Qarabağ və azərbaycanlı genetikalı yüzlərlə milyonçu var, lakin bölgə mənsubiyyətinə görə deyil, Vətən müharibəsində olduğu kimi “Böyük qayıdış”da da bir millət kimi hərəkət etmək daha önəmlidir”, - deyə komitə sədri çağrış edib.
29-11-2022, 15:27
“Nazirliklərə müraciət etməyin faydası yoxdur” – Fazil Mustafa


“Nazirliklərə müraciət etməyin faydası yoxdur” – Fazil Mustafa

“Mən artıq millət vəkili olaraq bir çox nazirliklərə heç müraciət belə etmirəm”. Bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa bildirib. "Çünki edilən bu müraciətlərin heç bir faydası yoxdur. Artıq biz deputatlar ölkənin maraqlarını təmsil edən məsələlərdə heç nəyi həll etmək səlahiyyətində deyilik. Qurumlar tərəfindən ölkə prezidentinə dəstək verilməlidir. Bu gün hətta qurumların nöqsanları aşkara çıxarmalıdır".
29-11-2022, 15:17
"Koroğlu"da vətəndaşı soydular


"Koroğlu"da vətəndaşı soydular

Metropolitendə Polis Şöbəsinə metronun “Koroğlu” stansiyasında bir qadının çantasından içərisində 200 manat pulu, bank kartı və açarları olan cüzdanının oğurlanması barədə məlumat daxil olub. Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Rəcəb Mehdiyev müəyyən olunaraq saxlanılıb. Rəsmi məlumata görə, faktla bağlı araşdırma aparılır.
29-11-2022, 15:15
Deputatdan sensasion təklif: Ölkəmizin adı dəyişdirilsin!


Deputatdan sensasion təklif: Ölkəmizin adı dəyişdirilsin!

Azərbaycanın adının dəyişdirilməsi təklif olunub. Bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Qüdrət Həsənquliyev çıxış edib. “Hesab edirəm ki, biz yeni konstitusiya tərtib etməliyik. İlk olaraq ölkəmizin adını dəyişdirməliyik. Ölkəmizin adı Şimali Azərbaycan olmalıdır. Bütün dünya bilməlidir ki, 200 il əvvəl Azərbaycan torpaqları İran rejimi tərəfindən işğal olunub. Necə ki, dünyada Şimali Koreya və Cənubi Koreya var, bizdə də belə olsun. Azərbaycan 200 il əvvəl iki imperiya tərəfindən bölünüb. Bu addım həm də Cənubi Azərbaycanlılar üçün stimul olar”, - deputat təklif irəli sürüb.
29-11-2022, 15:13
Ermənilər 17 saat rayonlarımızı atəşə tutub


Ermənilər 17 saat rayonlarımızı atəşə tutub

Noyabrın 28-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bundan başqa, noyabrın 28-i saat 16:00-dan noyabrın 29-u saat 09:00-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Füzuli, Tərtər, Xocavənd, Şuşa və Xocalı rayonları istiqamətlərində yerləşən mövqeləri də müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutulub. Qeyd olunan istiqamətlərdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.
29-11-2022, 15:09
Türkiyədə avtobus qəzası - 39 nəfər yaralandı


Türkiyədə avtobus qəzası - 39 nəfər yaralandı

Türkiyədə sərnişin avtobusunun qəzaya uğraması nəticəsində 39 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bartın şəhərindən Zonquldak istiqamətində hərəkətdə olan avtobus yoldan çıxaraq aşıb. Əraziyə jandarm və təcili yardım briqadaları cəlb edilib. Yaralılar ilkin tibbi yardımdan sonra xəstəxanaya yerləşdirilib. Hazırda hadisənin səbəblərinin öyrənilməsi istiqamətində araşdırmalar aparılır.
29-11-2022, 08:19
Güney Azərbaycanın paytaxtında tarixi tikili dağıdılıb

Butov.az-ın verdiyi məlumata görə, Təbrizdə tarixi tikili dağıdılıb. Təbrizin tarixi hamamının mülkiyyətçilərindən olan Məhəmmədhüseyn Abbasqulizadə bu barədə mediaya məlumat verib.
Onun dediyinə görə, Mədəni İrs, Turizm və Əl İşləri İdarəsi hamamın təmirniə görə ayrılan büdcəni təyinatı üzrə xərcləməyib və Təbrizin qədim hamamlarından olan tarixi tikilinin bərpa işlərini yarımçıq buraxıb.
"Bu tarixi hamam İsfahan və ya Şirazda olsaydı belə aqibətlə üzləşməzdi",-deyə, hamamın mülkiyyətçilərindən biri olan Abbasqulizadə bildirib.
Onun sözlərinə görə, hamamın bərpası ilə 2005-ci ildə əlaqədar qurumnlara müraciətlərindən sonra bərpa işlərinə başlanılıb və hamamın günbəzi və bir neçə bölməsi dağıdıldıqdan sonra işlər dayandırılıb.
Qeyd edək ki, Qacarlar dövrünə aid olan hamamın 270 yaşı var.
29-11-2022, 08:12
Çabaharda sünni bəluç edam edilib

Bəluç fəallar sünni məzhəbli bəluç məhkumların edam sayının artdığını deyirlər.

İranın Sistan-Bəluçistan əyalətinin Çabahar şəhərinin həbsxanasında daha bir etnik bəluç edam edilib.
Niyaz Cidqal adlı məhbusun bundan əvvəl qətldə günahlandırıldığı üçün edam cəzasına məhkum edildiyi bildirilir.
Sünni məzhəbli bəluçun edamı ilə bağlı İran məhkəmə sistemi və rəsmi dövlət mediası açıqlama verməyib.
Qeyd edək ki, İran İnsan Hüquqları Təşkilatı 2021-ci il oktyabrın 10-dan 2022-ci il oktyabrın 7-dək ölkədə 528 nəfərin edam olunduğunu açıqlamışdı.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2022    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!