3-12-2022, 19:10
BMT rəhbərindən dünyaya çağırışBMT-nin baş katibi Antonio Quterreş Beynəlxalq Əlilliyi olan Şəxslər Günü ilə əlaqədar müraciət ünvanlayıb.
Butov.az-ın xəbərinə görə müraciətdə deyilir: “Bu il Beynəlxalq Əlilliyi olan Şəxslər Günü əlçatan və ədalətli dünyanın qurulmasında innovasiyaların roluna həsr olunub. Dünyamız əlilliyi olan insanlara qeyri-mütənasib şəkildə təsir edən böhranlar şəlaləsi ilə üzləşir. Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq və heç kimi kənarda qoymamaq üçün dəyişikliyə aparan həllərə ehtiyacımız var. Bu, əlilliyi olan insanlar üçün və onlarla birlikdə strategiyaların işlənib hazırlanması məqsədilə dövlət və ictimai sektorlar arasında daha geniş əməkdaşlığı tələb edir. Bu əməkdaşlığın təməl daşı bütün müxtəlifliyi ilə əlilliyi olan şəxslərin fəal iştirakı və onların qərarların qəbulu ilə bağlı hər prosesə daxil edilməsi olmalıdır. İnnovasiya və texnologiya inklüzivlik üçün güclü vasitə ola bilər. Onlar məlumat, təhsil və ömür boyu öyrənmə imkanlarına çıxışı genişləndirə bilərlər. Bu vasitələr həmçinin əlilliyi olan şəxslərin bərabər əsaslarla əmək fəaliyyətində və bütövlükdə cəmiyyətdə iştirakı üçün yeni imkanlar aça bilərlər. Lakin texnologiyanın potensialından tam faydalanmaq üçün biz rəqəmsal uçurumu aradan qaldırmalı və rəqəmsal məkanda insan hüquqlarını qorumalıyıq. Əlilliyi olan Şəxslər üçün BMT-nin İnklüzivlik Strategiyası bu sahədə irəliləyişi və təşkilatın çalışdığı bütün istiqamətlərdə əlçatanlığı təmin etmək üçün konkret yol xəritəsi təqdim edir. Baş qərargahda və çalışdığımız bütün ölkələrdə rəqəmsal əlçatanlığı qiymətləndirir, maneələri aradan qaldırır və təşviq edirik, əlilliyi olan şəxslərin inklüziyası ilə bağlı nümunə göstəririk. Gəlin belə bir gündə və hər gün hamıya əlçatan və ədalətli dünya qurmaq üçün innovativ həllər tapmaq yolunda birlikdə çalışaq”.
3-12-2022, 16:06

3-12-2022, 16:02
İranda insident - Deputatların ofisinə hücum edildiİranın Qorqan şəhərində iki deputatın ofisinə hücum olunub. Bunu Qorqan şəhər deputatı Qulamrza Müntəziri deyib. O bildirib ki, hücum edənlər ofisə bir neçə “Molotov kokteyli” atıblar, giriş bannerini yandırıblar. Cinayət işi açılıb, araşdırma aparılır.
3-12-2022, 15:59
Komissiyanın tərkibi genişləndirildi Görkəmli şəxsiyyətlərin, xalq, vətən, dövlət qarşısında xidmətləri olan şəxslərin və şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üzrə Komissiyanın tərkibi genişləndirilib. Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb. Qərarla Komissiyanın tərkibinə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri əlavə edilib.
3-12-2022, 15:48
Ukraynalı prezidentdən mükafatlandırmaUkrayna Prezidenti Volodimir Zelenski fevralın 24-dən bəri Rusiyanın əsirliyindən azad edilən 1331 ukraynalı əsgər və polisi dövlət ordeni ilə təltif edib. Bu barədə Ukrayna Prezidenti telegram kanalında paylaşım edib. Mükafatlandırma mərasimində çıxış edən Zelenski Rusiya əsirliyində saxlanılan ukraynalıların ekstradisiyası üçün səy göstərən hər kəsə təşəkkür edib: “Fevralın 24-dən indiyə qədər 1331 ukraynalı rus əsarətindən azad edilib. Amma biz hər kəsi, əsir düşən hər kəsi ekstradisiya etməliyik”.
3-12-2022, 15:44
PKK üzvü Türkiyəyə göndərildi İsveç PKK üzvü olan şəxsi Türkiyəyə ekstradisiya edib. İsveç hökuməti barəsində 6 il 10 ay həbs cəzası çıxarılmış Mahmut Tatı Türkiyəyə təhvil verib. Tat 2015-ci ildə İsveçə gedərək sığınacaq üçün müraciət etsə də, rədd cavabı alıb. Bir müddət əvvəl İsveçdə həbs olunan Tat Mölndaldakı təcridxanada saxlanılıb. Buradan isə o, təyyarə ilə Türkiyəyə göndərilib.
3-12-2022, 15:41
Sabahın hava proqnozuAzərbaycanda dekabrın 4-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə və gündüz 4-7° isti olacaq. Bakıda gecə və gündüz 4-7° isti olacaq. Atmosfer təzyiqi 777 mm civə sütunu olacaq. Nisbi rütubət 50-60 % olacaq. Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-6° isti, gündüz 6-9° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.
3-12-2022, 15:39
Azərbaycanlı gəncin edam olunmasına qərar verildiİran rejimi güneyli fəal barədə edam hökmü çıxarıb. İran məhkəməsi əslən Cənubi Azərbaycanın Bostanabad bölgəsindən olan Milad Əşrəfi Atbatanın edam olunmasına qərar verib. Məlumata görə, məhkəmə sistemi ötən ilin iyun ayında İran İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) Qüds qüvvələrinin 840-cı birləşməsinin zabiti Mənsur Rəsulinin oğurlanması və ondan məcburi kəşfiyyat məlumatlarının alınmasında ittiham olunan dörd nəfər barədə edam hökmü çıxarıb. Milad Əşrəfi Atbatan, Həsən Orduxanzadə, Şahin İmani Mahmudabad və Mənuçöhr Şəhbəndi adlı şəxslər İsrailin xüsusi xidmət orqanı Mossadla əməkdaşlıqda günahlandırılıblar.
3-12-2022, 15:35
30 nəfər azyaşlı ukraynalı AzərbaycandaUkraynadakı müharibədən əziyyət çəkmiş 30 nəfər ukraynalı uşaq və gənc reabilitasiya xidmətləri ilə təmin edilmək üçün ölkəmizə gətirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təşkilatçılığı ilə ölkəmizə gələn həmin uşaq və gənclər Agentliyin Qəbələ Uşaq Reabilitasiya Mərkəzinə yerləşdiriləcək. Mərkəzdə uşaqlara 15 gün ərzində tibbi, eləcə də sosial-psixoloji reabilitasiya xidmətləri göstəriləcək. Reabilitasiya müddətində peşəkar psixoloqlar tərəfindən təşkil olunan fərdi konsultasiyalar, qrup terapiyaları, yoqa məşğələləri vasitəsi ilə azyaşlıların emosional vəziyyətlərinin stabilləşməsi, eləcə də cəmiyyətə inteqrasiyaları təmin ediləcək. Reabilitasiya müddəti ərzində uşaqların mədəni-asudə vaxtının səmərəli təşkil olunması məqsədi ilə tarixi yerlərə, muzeylərə ekskursiyalar da təşkil olunacaq.
3-12-2022, 15:31
Qarabağda hərbi təlim keçirildiAzərbaycan Ordusunda milli-mənəvi dəyərlərimizin təbliği, şəxsi heyətə vətənpərvərlik hissinin aşılanması məqsədilə Müdafiə Nazirliyi Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi ilə birgə tədbirlər həyata keçirir. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. 2022-ci il üçün təsdiq olunan birgə tədbirlər planına əsasən, Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin hərbi qulluqçularının, eləcə də komitənin bir qrup nümayəndəsinin iştirakı ilə işğaldan azad edilmiş ərazilərdə hərbi qulluqçularla görüşlər keçirilib. Görüşlərdə "Ulu öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsi əsasında milli-mənəvi dəyərlərin qorunub saxlanılması", "Gənclərin tərbiyəsində islam dininin rolu", eləcə də "Azərbaycan qanunvericiliyində vicdan azadlığı və dövlət-din münasibətləri" mövzularında geniş söhbətlər aparılıb, hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılıb. Həmçinin gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi, onların zərərli vərdişlərdən qorunmasında milli-mənəvi dəyərlərimizin rolu və bu istiqamətdə həyata keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyəti şəxsi heyətin diqqətinə çatdırılıb.