Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                       
13-12-2022, 16:40
Gömrük rüsumlarına dəyişiklik edildi


Gömrük rüsumlarına dəyişiklik edildi

İdxal malları üzrə vergi və gömrük rüsumları malın gömrük dəyərindən hesablanacaq. Bu barədə “Gömrük tarifi haqqında” qanuna dəyişiklik layihəsində qeyd olunub. Layihəyə əsasən gömrük dəyərinin düzgün müəyyən olunması mühüm əhəmiyyətə malikdir. Təklif olunan qanun layihəsi malların gömrük dəyərinin müəyyən edilməsinin sadə və ədalətli meyarlara əsaslanmasını təsbit edir. Dəyişikliyə görə malların buraxılışının həyata keçirilməsi ilə bağlı gömrük orqanına daxil olan müraciətə (bəyannaməyə) bir gün müddətində baxılması və malların buraxılışının təmin olunması təklif edilir. Malın buraxılışı üçün gömrük dəyərinə müvafiq düzəlişlər edilməsinə zərurət yaranarsa, gömrük orqanı bu barədə bildirişi bəyannamənin gömrük orqanına təqdim olunduğu andan 24 saat ərzində bəyannaməçiyə təqdim etməlidir. Əgər həmin müddətdə (yəni 24 saat ərzində) gömrük orqanı tərəfindən bəyan edilmiş malın gömrük dəyəri təsdiq edilməzsə, bəyannaməçinin malların buraxılması ilə bağlı gömrük orqanına müraciət etmək (o cümlədən elektron qaydada) hüququ yaranır. Gömrük dəyərinin müəyyən edilməsi sahəsində vahid praktikanın formalaşması, bu sahədə sui-istifadə və neqativ halların qarşısının alınması məqsədilə bu qanuna uyğun olaraq gömrük dəyərinin müəyyən edilməsi üsullarının tətbiqinə dair qaydalar təsdiq ediləcək.
13-12-2022, 16:35
Gömrük sahəsində yenilik


Gömrük sahəsində yenilik

Gömrük orqanına daxil olan müraciətə (bəyannaməyə) bir gün ərzində baxılması və bunun əsasında malların buraxılışı təmin olunacaq. Bu barədə Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində qeyd olunub. Yeni qanun layihəsi malların gömrük sərhəd buraxılış məntəqələrindən buraxılışının, xüsusilə gömrük dəyərinin müəyyən edilməsi zərurəti ilə əlaqədar buraxılışın təkmilləşdirilməsi, bu sahədə gömrük orqanlarının öhdəliklərinin gücləndirilməsi, nəticədə malların daha sürətli keçidinin təmin edilməsi məqsədilə hazırlanıb. Dəyişikliyə əsasən malların buraxılışının həyata keçirilməsi ilə bağlı gömrük orqanına daxil olan müraciətə (bəyannaməyə) bir gün müddətində baxılması və bunun əsasında malların buraxılışının təmin olunması təklif edilir. Əgər malın buraxılışı üçün gömrük dəyərinə müvafiq düzəlişlər edilməsinə zərurət yaranırsa, gömrük orqanı bu barədə bildirişi bəyannamənin gömrük orqanına təqdim olunduğu andan 24 saat ərzində bəyannaməçiyə təqdim edəcək.
13-12-2022, 16:32
“Qızıl top” mübarizəsində reytinq cədvəli dəyişdi


“Qızıl top” mübarizəsində reytinq cədvəli dəyişdi

Məşhur “Goal” nəşri "Qızıl top" uğrunda mübarizədə favoritlərin yenilənmiş reytinqini dərc edib. PSJ-nin komanda yoldaşı fransalı Kilian Mbappeni əvəzləyən hücumçu Lionel Messi siyahıya başçılıq edir. Yenilənmiş ilk onluqda fransalı hücumçu Antuan Qrizmann da yer alıb. Nəşrin reytinqində ilk 10-da sıralama aşağıdakı kimidir:
1. Lionel Messi (PSJ);
2. Kilian Mbappe (PSJ)
3. Erlinq Haaland (“Mançester Siti”)
4. Neymar (PSJ)
5. Robert Levandovski (“Barselona”)
6. Vinisius Junior (“Real Madrid”);
7. Kevin de Bruyne (“Mançester Siti”)
8. Məhəmməd Salah (“Liverpul”)
9. Xviça Kvaratsxeliya (“Napoli”)
10. Antuan Qrizmann (“Atletiko”)
Qeyd edək ki, “Qızıl top”un hazırkı sahibi “Real”ın və Fransa millisinin hücumçusu Kərim Benzema 20-ci pillədə qalıb.
13-12-2022, 16:27
Ermənilər hər il bu yataqlardan 12 min ton filiz çıxarır


Ermənilər hər il bu yataqlardan 12 min ton filiz çıxarır

Azərbaycanlı ekofəalların, QHT və media nümayəndələrinin Laçın yolundakı etiraz aksiyası davam edir. Etirazın məqsədi Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində ermənilərin qızıl və mis yataqlarını qanunsuz istismarına qarşı yönəlib. Keçmiş Ağdərə rayonunda yerləşən “Qızılbulaq” mis-qızıl kolçedan yatağı Azərbaycanın ən böyük təbii ehtiyatlar ilə zəngin yataqlarından hesab olunur. İqtisadçı deputat Vüqar Bayramovun sözlərinə görə, ehtiyatları 17,5 ton həcmində qiymətləndirilən yatağın işlənməsi ilə bağlı qərarı yalnız Azərbaycan dövləti ölkə qanunvericiliyi çərçivəsində həyata keçirə bilər. O bildirib ki, “Base Metals” MMC aldı erməni şirkəti 2013-cü ildən 2020-ci ilədək həmin yatağın mis-qızıl ehtiyatlarını talayıb. “Həmin müddətdə mədəndə hər ay 12 min ton filiz çıxarılıb və saflaşdırma kombinatında emal edilib. Konsentrat Ermənistana aparılıb, orada təkrar emal olunduqdan sonra tərkibində qızıl olan mis Avropa bazarına çıxarılıb. Bu şirkət Avstraliyanın “İnternational Base Metals Limited” şirkətinin törəmə müəssisəsidir və həmin ölkədə yaşayan erməni iş adamı tərəfindən qurulub. Yataqların mənimsənilməsi nəticəsində Azərbaycana dəyən ziyan 100 milyon dollarla ifadə olunur”. Xatırladaq ki, “Qızılbulaq” qızıl yatağı hazırda Qarabağ separatçılarının nəzarəti altında olan keçmiş Ağdərə rayonu ərazisindəki eyni adlı kənddə yerləşir. Qızılbulaq kəndi hazırda Kəlbəcər rayonunun inzibati ərazisinə daxildir. Qarabağdakı separatçılar bu kəndi “Drambon” adlandırırlar. “Dəmirli” mis-molibden yatağı isə Azərbaycanın inzibati xəritəsində Tərtər rayonuna daxil olan Dəmirli kəndində yerləşir. Ermənilər bu kəndi Kaşen adlandırırlar. Bu yataqlar Azərbaycanın gələcək iqtisadi inkişafı üçün strateji obyektlər hesab olunur. Qeyd edək ki, “Qızılbulaq” və "Dəmirli" yataqları Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə illər öncə bağlanılan sazişə uyğun olaraq ABŞ-ın "R.V.İnvestment"in şirkəti tərəfindən istismar olunmalıdır. Lakin həmin ərazilər uzun illərdir işğal altında olduğundan, "R.V.İnvestment"in şirkəti orada fəaliyyət qura bilmir.
13-12-2022, 16:23
Laçın yolundakı aksiya Arayiki narahat edir


Laçın yolundakı aksiya Arayiki narahat edir

Azərbaycanlı fəallar və ekologiya üzrə QHT nümayəndələrinin Laçın yolunun Şuşa ərazisindən keçən hissəsindəki etiraz aksiyasının fasiləsiz davam etməsi Xankəndidəki separatçıları ciddi narahat etməkdədir. Ermənistanın bəzi KİV-lərinin yaydığı məlumata görə, guya, Qarabağ separatçılarının başçısı Arayik Arutyunyan ötən gecə geniş işgüzar görüş keçirib. İclasda Laçın yolunun azərbaycanlılar tərəfindən bağlanması, bunun nəticəsində Xankəndidə yaranmış vəziyyət, separatçıların atacaqları əks addımların müzakirə olunduğu bildirilir. Qeyd olunur ki, Arayik Arutyunyan müqavimət göstərmək və Laçın yolunun açılmasına nail olmaq üçün bütün daxili və xarici imkanlardan istifadə etməyin zəruriliyini vurğulayıb. “Hraparak” qəzeti isə Arayik Arutyunyanın iclas keçirməyinə şübhə ilə yanaşıb. Qəzet yazıb ki, Arayikin başçılıq etdiyi “nümayəndə heyəti” Fransada səfərdə idi və dünənə kimi onun Xankəndiyə qayıtması barədə məlumat olmayıb.“Bizə məlumat verildi ki, nümayəndə heyəti dekabrın 11-də Ermənistana qayıdıb, lakin Arayik Arutyunyan hələ də “Artsax”a getməyib. Bəlkə səbəb yoldur, bəlkə də “Artsax”ın problemlərinin həllinin açarı İrəvandadır və o, Paşinyanla görüşə qalıb”, - “Hraparak” yazıb. Adı çəkilən nəşr dünən, axşama yaxın Qarabağdakı mənbələribdən belə bir məlumat alıb ki, Arayik Arutyunyan Xankəndidə deyil. Belə olan halda Arayik Arutyunyan Xankəndi separatçılarının rəhbərləri ilə gecə yarısı geniş işgüzar görüşü necə keçirib?..“Yəqin ki, o, “Artsax”a gec girə bilib”, - deyə “Hraparak” yazıb.
13-12-2022, 16:16
Laçın yolunda aksiya davam edir


Laçın yolunda aksiya davam edir

Azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının nümayəndələrinin Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində keçirdiyi aksiya davam edir. Butov.az aksiyadan videonu təqdim edir:

[media=https://youtu.be/ptV1oBJ6_K0]
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!