16-12-2022, 23:30
Kəlbəcərdə minaya düşənlər hadisəylə bağlı danışdıİki gün öncə Kəlbəcərdə minaya düşən Ridok Pənahov və Sadir Əliyarov açıqlama veriblər. Hazırda hər iki şəxsin müalicəsi Gəncədə Abbas Səhət adına Xəstəxanada davam edir. Ridok Pənahov bildirib ki, ərazini təmizləyən zaman ani partlayış eşidib: “Biz tarktorla ərazidən daşları təmizləmək istəyirdik. Partlayış oldu, beş metr hərəkət etdikdən sonra yıxıldım. Köməyə adam çağırdıq. Bizi başqa avtomobilə mindirdilər. Ərazidən uzaqlaşmışdıq ki, bu avtomobil də minaya düşdü. İkinci partlayışda heç nə hiss etmədim. Huşumu itirmişdim. Ayılanda xəstəxanada idim”. Minaya düşən şəxslər özəl şirkətin əməkdaşlarıdır və onlar ərazidə rabitə xəttlərinin təminatı ilə məşğul olub. Sadir Əlyarov bildirib ki, ərazidə iki dəfə partlayış olub və o ikinci partlayışda yaralanıb: “Dirək basdırmağa çıxan iki nəfər işçimiz minaya düşdü. Bizə zəng etdilər ki, minaya düşmüşük. Yaxınlıqda idik. Çatanda gördük ki, hərbçilər də yardıma gəlib. Yaralıları aparanda bizim avtomobilimz də minaya düşdü. Ayağımda qəlpə yaraları var. Bir gizir var idi, bizim maşında şəhid oldu”. Qeyd edək ki, dekabrın 14-də Kəlbəcərin Çıraq kəndi ərazisində təmir-tikinti işləri ilə məşğul olan şirkətin 4 nəfər əməkdaşı piyada əleyhinə minaya düşüb. Həmçinin, müəyyən olunub ki, təxliyə ilə bağlı hadisə yerinə yollanan 4 hərbçi də minaya düşüb, onlardan üçü müxtəlif dərəcəli xəsarətlər alıb, Tovuz rayon Böyük Qışlaq kənd sakini baş gizir Zöhrab Hümbətov isə şəhid olub.
16-12-2022, 18:30
İranda partiya sədrinə 12 il həbs cəzası verildiİranda Xalq İslahat Partiyasının baş katibi və din xadimi Məhəmməd Zare Fuməni azadlıqdan məhrum edilib. Bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb. Bildirilib ki, barəsində təhlükəsizlik məsələləri ilə bağlı bir neçə ittiham irəli sürülən Fuməni oktyabrın 9-da həbs edilib. Məhkəmə qərarı ilə o, 12 il müddətinə azadlıqdan məhrum olunub. Məhəmməd Zare Fuməninin işinə yenidən baxan Xüsusi Ruhani Məhkəməsi ilkin qərarı qüvvədə saxlayıb. Məlumatda qeyd olunub ki, Fuməni mühafizəkar İbrahim Rəisinin prezident seçilməsindən sonra narazılar sırasına qoşulub.
16-12-2022, 18:23
Ərdoğan üçtərəfli görüşlə bağlı təəssüratlarını bölüşdüTürkiyə, Azərbaycan və Türkmənistan liderlərinin görüşü uğurlu keçib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bunu Silivri qaz anbarının açılış mərasimində çıxışı zamanı deyib. O qeyd edib ki, Türkmənistanın qaz ehtiyatları Türkiyə ərazilərindən nəql olunacaq. "Qərarlığımızı ortaya qoymuşuq", - Ərdoğan əlavə edib. Qeyd edək ki, bu yaxınlarda Azərbaycan, Türkiyə və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşü Türkmənbaşı şəhərində keçirilib. Görüşdə hər üç ölkənin liderləri iştirak edib.
16-12-2022, 18:20
Prezident Türkiyə ilə imzalanan sənədləri təsdiq etdi“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında toxumçuluq sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib. Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Fərmanda qeyd olunan Saziş qüvvəyə mindikdən sonra Kənd Təsərrüfatı Nazirliyinə onun müddəalarının həyata keçirilməsini təmin etmək, Xarici İşlər Nazirliyinə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərmək tapşırılıb. Bundan başqa, Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında ailə, qadın və uşaq məsələləri üzrə siyasət sahəsində Əməkdaşlıq Protokolu ilə bağlı Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında Fərman da imzalayıb.
16-12-2022, 18:17
Türkiyə hər sahədə dünya ilə rəqabət aparacaq - ƏrdoğanTürkiyə hər sahədə dünya ilə rəqabət aparacaq. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bunu Silivri qaz anbarının açılış mərasimində çıxışı zamanı deyib. "Biz hakimiyyətə gələndə böhran içində, çəkişmələrin, davaların içində olan bir Türkiyə vardı. 20 illik fəaliyyətimizlə çalışdıq ölkəmizi ən üst liqaya girəcək bir dönəmə gətirdik. Ölkəmiz hər sahədə dünya ilə rəqabət edəcək. Bu hədəfimizi ictimaiyyətlə paylaşmışıq", - deyə Türkiyə prezidenti bəyan edib. Ərdoğan, həmçinin təmirdən sonra açılışında iştirak etdiyi anbarın Avropanın ən böyük qaz anbarı olacağını vurğulayıb.
16-12-2022, 18:13
Qarabağda yaşayan ermənilər üçün “qaynar xətt” yaradıldıAzərbaycanda Qarabağ erməniləri üçün “qaynar xətt” yaradılıb. Bu barədə azərbaycanlı hüquq müdafiəçisi, Dilarə Əliyeva adına Azərbaycanın Qadın Hüquqlarını Müdafiə Cəmiyyəti nəzdində fəaliyyət göstərən "Qadın: Sülh və Təhlükəsizlik Mərkəzi"nin rəhbəri Dilarə Əfəndiyeva bildirib. “Separatçıların və şəxsən Qarabağdakı quldur rejimin “dövlət naziri” adlandırılan Ruben Vardanyanın Qarabağda yaşayan dinc ermənilərə təzyiq göstərmək üçün bütün cəhdlərinə baxmayaraq, mənə müxtəlif xarakterli çoxlu zənglər gəldi. Bu zənglər hər gün daha da artdı və təkbaşına öhdəsindən gəlmək mümkün olmadığından “qaynar xətt” yaratmağa qərar verdik”, - deyə o bildirib. Hüquq müdafiəçisi vurğulayıb ki, çağrı mərkəzi humanitar problemlərlə üzləşəcəkləri təqdirdə Qarabağ ermənilərindən daxil olan müraciətləri operativ şəkildə cavablandırmağa və onların həlli üçün bütün səylərini səfərbər etməyə hazırdır. “Biz öz tərəfimizdən Qarabağ bölgəsinin bizimlə əlaqə saxlayan bütün sakinlərinə tam məxfiliyə zəmanət veririk”, - deyə D.Əfəndiyeva əlavə edib.
Qaynar xətt nömrəsi: +994702779911.
16-12-2022, 18:09
Kiyev metrosu əhalinin sığınacağına çevrilibRusiyanın Ukrayna şəhərlərinə raket hücumları davam edir. Kiyev metrosu fəaliyyətini dayandırıb. Bu barədə Ukrayna paytaxtının meri Vitali Kliçko məlumat verib. Onun sözlərinə görə, hazırda metropolitenin stansiyalarından əhali üçün sığınacaq kimi istifadə olunur. Ukrayna ordusunun Hərbi Hava Qüvvələri isə son sutka ərzində Ukrayna ərazisinə Rusiya tərəfindən 60-dan çox raket zərbəsi endirilib. Ölkənin, həmçinin energetika sisteminə böyük ziyan dəydiyi barədə məlumatlar var. Qeyd edək ki, bu ilin 24 fevralında Rusiyanın Ukrayna ərazilərinə hücumu ilə başlayan müharibə davam etməkdədir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, qondarma “Donetsk XR” və “Luqansk XR” separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
16-12-2022, 18:03
Sülhməramlılar monitorinq qrupumuza lazımi şərait yaratmadıİqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “Azergold” QSC-in nümayəndələrindən ibarət heyət Rusiya sülhməramlılarının qərargahında görüş keçirib.
Bu barədə Monitorinq qrupunun rəhbəri Məsim Məmmədov bildirib. Görüşdə bir daha qeyd olunub ki, təqdim edilmiş "yol xəritəsi"nə uyğun olaraq “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarına yerində baxış həyata keçirilməli, müvafiq monitorinq və inventarizasiya işlərinin təşkili məsələləri həllini tapmalıdır. Lakin monitorinq qrupunun yataqlara yerində baxış keçirməsinə lazımi şərait yaradılmayıb və buna görə də qarşıya qoyulan vəzifələrin icrasına nail olunmayıb. Monitorinq qrupunun üzvləri tərəfindən bir daha qeyd edilib ki, yataqların qanunsuz istismarı dayandırılmalı, ərazidə kompleks monitorinq işləri həyata keçirilməlidir.
16-12-2022, 17:55
Tükiyə XİN-dən Rusiyanın sanksiya iddialarına cavabTürkiyə xarici işlər nazirinin müavini Faruk Kaymakcı ölkəsinin Avropa İttifaqı (Aİ) tərəfindən Rusiyaya qarşı tətbiq edilən sanksiyaları pozması barədə iddialara münasibət bildirib. Nazir müavini bu barədə parlamentdəki müzakirələr zamanı danışıb. "Türkiyə Ukraynanın ərazi bütövlüyünü müdafiə edir, bu məsələdə hər hansı tərəddüddən söhbət getmir. Bu vaxta qədər Aİ-nin sanksiyalarını pozmağa zəmin yaradacaq heç bir addım atmamışıq. Türkiyə Aİ-nin sanksiyalarını anlayışla qarşılayır, amma öz maraqlarını qorumaq və öz siyasətini yürütməyə məcburdur. Borrel bu məsələni gündəmə gətirdi. İndiyə kimi Aİ ölkələrindən bu məsələnin qaldırılmasını görməmişik, amma bəzi qonşularımız Aİ-nin hər toplantısını Türkiyəyə qarşı istifadə etməyə çalışır və bu məsələni gündəmə gətirirlər", - deyə Kaymakcı vurğulayıb. "Türkiyənin Rusiyaya qarşı tətbiq olunan sanksiyaları pozması barədə iddialar həqiqəti əks etdirmir. Bununla bağlı heç bir fakt yoxdur. Məsələ ilə bağlı mövqeyimizi çatdırmışıq", - nazir müavini əlavə edib. Qeyd edək ki, Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali təmsilçisi Jozep Borrel Türkiyənin də ittifaqa üzv dövlətlər kimi Rusiyaya qarşı sanksiyalara əməl etməli olduğunu bəyan etmişdi.
16-12-2022, 17:38
Kiyevə yeni raket zərbəsiRusiya ordusu tərəfindən atılan raketlərdən biri Ukraynanın paytaxtı Kiyev şəhərinə düşüb. Paytaxt meri Vitali Kliçko şəhərdə partlayışın baş verdiyini bildirib. Onun sözlərinə görə, partlayış paytaxtın sol sahilində qeydə alınıb. "Şəhərin Desnyanski rayonunda partlayış səsləri eşidilib. Hazırda bütün xidmətlər həmin yerə göndərilib", - mer deyib. Gün ərzində Kiyev istiqamətinə bir neçə raketin atıldığı qeyd olunub.