Əlli bir ildən sonra çöysüyən həsrət .....                        Naxçıvanın 100 illik yubileyinə həsr olunan dəyirmi masa keçirilib .....                        AZAL təyyarəsinin "qara qutu"ları bu ölkəyə göndərilir - RƏSMİ .....                        Suriyada seçkilər nə vaxt keçiriləcək? .....                        “Rusiya ilə bağlı bu nüans çox vacibdir” - Fərid Şahbazlı .....                        "Mançester Siti"nin növbəti qələbəsi .....                        Əfqanıstan da Azərbaycana başsağlığı verdi .....                        Suriyadakı səfirliyimiz yenidən fəaliyyətə başlayır .....                        Təyyarə qəzasında həlak olan sərnişin Şəmkirdə dəfn edildi .....                       
4-01-2023, 17:03
“Qarabağ” Avropanın məğlubedilməz futbol klubları sırasındadır


“Qarabağ” Avropanın məğlubedilməz futbol klubları sırasındadır

Avropanın məğlubedilməz futbol klublarının siyahısında Azərbaycan çempionu “Qarabağ” da var. Ümumilikdə 6 komanda ölkədaxili çempionatda uduzmayıb. Bunlar “Qarabağ”la yanaşı, Yunanıstanın “Panatinaikos”, Uelsin TNS, İtaliyanın “Napoli”, Andorranın “Atletik Eskaldes” və Serbiyanın “Srvena Zvezda” klublarıdır. Bu komandalar arasında ən yaxşı göstərici “Srvena Zvezda” və “Qarabağ”a məxsusdur. Serbiya komandası 17 qələbə, 2 heç-heçə ilə birincidir. “Srvena Zvezda”dan 1 oyun az keçirən “Qarabağ”ın aktivində isə 16 qələbə və 2 heç-heçə var.
4-01-2023, 17:01
Seçkilərin tarixini konkret müəyyənləşdirmək olmaz - Ərdoğan


Seçkilərin tarixini konkret müəyyənləşdirmək olmaz - Ərdoğan

“Sular durulmadan seçkilərin tarixini konkret müəyyənləşdirmək olmaz”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsinin mümkün olub-olmaması ilə bağlı jurnalistlərin sualını cavablandırarkən deyib. O bildirib ki, ictimai rəydə olan hər şey hakimiyyətin gündəmindədir: “Çünki biz işimizi ictimai rəyi uyğun qururuq”. Qeyd edək ki, daha əvvəl Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop söyləmişdi ki, gələn il iyunun 18-də keçirilməsi planlaşdırılan prezident seçkilərinin vaxtının qabağa çəkiləcəyi istisna deyil. Xatırladaq ki, iddialara görə seçkilər aprelin 30-da, mayın 7-də və mayın 14-də keçirilə bilər.
4-01-2023, 16:58
“Barcelona” klubu qayda pozuntusuna görə cərimələndi


“Barcelona” klubu qayda pozuntusuna görə cərimələndi

İspaniya La Liqası "Barselona"nı böyük məbləğdə cərimələyib. Buna Kataloniya təmsilçisinin maliyyə feyr-pley qaydalarını pozması səbəb olub. Klub 2021/2022 mövsümündə maaş limitinə riayət etmədiyi üçün 800 000 avro cərimə ödəyəcək. Daha əvvəl La Liqanın prezidenti Xavyer Tebas bildirib ki, "Barselona"nı qarşıdakı mövsümlərdə də analoji cəza gözləyir.
4-01-2023, 16:55
Gürcüstanda Saakaşvilinin müdafiəsi üçün etiraz aksiyaları başlayır


Gürcüstanda Saakaşvilinin müdafiəsi üçün etiraz aksiyaları başlayır

Bu gün Gürcüstan müxalifəti keçmiş prezident Mixail Saakaşvilinin müdafiəsi üçün genişmiqyaslı aksiyalar keçirəcək. Gürcüstan mətbuatının məlumatına görə, paytaxt Tbilisi də daxil olmaqla, ölkənin bütün iri şəhərlərində etiraz aksiyalarının keçirilməsi planlaşdırılır. Müxalif “Vahid Milli Hərəkat” Partiyasının rəhbəri Nika Melia siyasi baxışından asılı olmayaraq hər kəsi mitinqlərdə iştirak etməyə çağırıb. Xatırladaq ki, Saakaşvilinin vəkilləri və hüquq müdafiəçiləri onun 2021-ci ildə həbsindən sonra Gürcüstanın keçmiş prezidentinin səhhətinin nəzərəçarpacaq dərəcədə pisləşdiyini bildirirlər. Tbilisi Şəhər Məhkəməsində dinləmələr davam edir. Saakaşvilinin komandası eks-prezidentin xaricdə müalicə ala bilməsi üçün onun azadlığa buraxılmasını və ya məhkəmənin təxirə salınmasını tələb edir. Bundan əvvəl Gürcüstan hakimiyyəti Saakaşvilinin müalicə olunduğu klinikadan video yayımlayıb və qeyd edib ki, siyasətçi özünü xəstə kimi göstərərək ictimaiyyəti çaşdırmağa çalışır.
4-01-2023, 16:52
Qardaşlarımızın olduğu hər yerdə Türkiyə var - Ərdoğan


Qardaşlarımızın olduğu hər yerdə Türkiyə var - Ərdoğan

Qarabağda bizim qardaşlarımız var. Qardaşlarımızın olduğu hər yerdə Türkiyə var. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) iclasında çıxış edərkən bildirib. O qeyd edib ki, Türkiyənin özünün yaratdığı bir raketi belə yox idi. "İndi bu raketləri özümüz hazırlayırıq. Qarabağa nə üçün getdik? Çünki orada bizim qardaşlarımız var. Qardaşlarımızn olduğu hər yerdə Türkiyə var" - deyə R.T. Ərdoğan əlavə edib.
4-01-2023, 16:50
Azərbaycan mürəkkəb infrastrukturlu ərazilərdə uğurlar əldə edib - Erməni deputat


Azərbaycan mürəkkəb infrastrukturlu ərazilərdə uğurlar əldə edib - Erməni deputat

Azərbaycan xüsusilə mürəkkəb infrastruktura malik olan ərazilərdə böyük irəliləyişlər əldə edib. Bunu Ermənistan parlamentinin “Mənim şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyan Facebook-da bildirib. Abramyanın sözlərinə görə, 44 günlük müharibədən sonrakı dövrdə Azərbaycan Qarabağ separatçıları və Ermənistana yönəlik 5 dəfə hərbi əməliyyat keçirib. “Təhlillər göstərir ki, Azərbaycan xüsusilə mürəkkəb infrastruktura malik olan ərazilərdə böyük uğurlar əldə edib”, - erməni deputat qeyd edib. Abramyan bildirib ki, Azərbaycanın Ermənistanla sərhəddəki Göyçə-Zəngəzur cəbhəsilə (Qaragöl, Qızılcıq, Cermuk) müqayisədə Qarabağın Fərrux dağı istiqamətində daha çox irəliləmək imkanları var idi. “Lakin Azərbaycan kəskin hava şəraitinə baxmayaraq Ermənistanla sərhəddəki çətin dağlıq ərazilərdə hücum həyata keçirdi və üstünlük qazandı. Üstəlik, qeyd olunan ərazilərdə Ermənistanın güclənmək, müdafiə sistemi yaratmaq və ən əsası təchizat imkanları Azərbaycandan dəfələrlə çox idi. Burada böyük ölçüdə problem təkcə Azərbaycan PUA-larının bu qədər danışılan üstünlüyündə deyil, hətta Azərbaycan bölmələrinin dağlıq şəraitdə fəaliyyət göstərə bilməsində deyil, problem erməni silahlı qüvvələrinin mütəşəkkil şəkildə nizamsız olmasındadır”, - deyən deputat Ermənistan ordusunun zəif olduğunu etiraf edib. Tiqran Abramyan bildirib ki, Azərbaycan 2 il ərzində Laçın-Kəlbəcər istiqamətindəki əsas, qəzalı yolların tikintisinə, yenidən qurulmasına, hərbi hissələrin, hərbi infrastrukturun yaradılmasına ciddi vəsaitlər yatırıb. “Bu, onların uğurlarına nə qədər töhfə versə də, hər halda, həmin ərazilərdə, onları kiçik qüvvələrlə məğlub etmək və irəliləməyə imkan verməmək mümkün idi”, - deyə o, revanşist arzularını dilə gətirib. Müxalifəti təmsil edən deputat Ermənistan hökumətinin ordu quruculuğundakı işini tənqid edib. Onun fikrincə, işləmək, ordunu gücləndirmək və uğurla müdafiə olunmaq mümkündür.
4-01-2023, 16:45
Sabahın havası - Temperatur yenidən aşağı düşəcək


Sabahın havası - Temperatur yenidən aşağı düşəcək

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yanvarın 5-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 5-8° isti, gündüz 8-12° isti olacaq. Bakıda gecə 6-8° isti, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında sabah hava şəraiti əsasən yağmursuz olacaq. Lakin bəzi şərq rayonlarında az yağıntılı olacağı gözlənilir. Dağlıq rayonlarda zəif qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacaq.
4-01-2023, 16:42
“Qalatasaray” klubundan “Fənərbaxça”ya etiraz


“Qalatasaray” klubundan “Fənərbaxça”ya etiraz

Türkiyənin “Qalatasaray” klubu ötən gecə Superliqada oynanılan “Antalyaspor” - “Fənərbaxça” matçının hakimliyi ilə bağlı narazılıq bildirib. İstanbul klubunun rəmi twitter hesabı bununla bağlı paylaşım edib. Paylaşımda Türkiyə Futbol Federasiyasından həmin matçın VAR hakimlərinin danışıqlarının açıqlanması tələb edilib. Qeyd edək ki, bir neçə gün öncə Türkiyə Mərkəzi Hakimlər Komitəsi “Sivasspor” - “Qalatasaray” oyununun VAR hakimi Özgüç Turkalpı yanlış qərarlarına görə hakimlikdən uzaqlaşdırıb.

4-01-2023, 16:38
İranın Azərbaycandakı səfiri Tehrana çağırıldı


İranın Azərbaycandakı səfiri Tehrana çağırıldı

İranın Azərbaycandakı səfiri Səid Abbas Musəvi məsləhətləşmələr üçün Tehrana çağırılıb. Bu barədə İranın "Mehr" agentliyi məlumat yayıb. Bildirilir ki, Musəvi Azərbaycan rəsmiləri ilə iki günlük danışıqlarının nəticələrini İranın xarici işlər nazirinə təqdim edib.

4-01-2023, 16:02
Sülhməramlılarla seperatçılar arasında gərginliklər yaranmağa başlayıb


Sülhməramlılarla seperatçılar arasında gərginliklər yaranmağa başlayıb

“Şuşa-Xankəndi yolundakı aksiyaya qarşı planları olmadığına görə Ermənistan rəhbərliyi və separatçılar arasındakı fikir ixtilafı getdikcə dərinləşəcək. Bunu əvvəlcədən proqnozlaşdırmaq olardı.” Bu fikirləri Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu MediaTürk TV-də yayımlanan “Gündəm Masada” verilişindəki çıxışı zamanı səsləndirib. Politoloq artıq Rusiya sülhməramlıları ilə separatçılar arasında müəyyən fikir ayrılıqları və gərginliklərin olduğunu bildirib.

[media=https://youtu.be/poDMcPjc9pc]
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!