18-01-2023, 23:39
Serbiya prezidentindən Ukraynaya dəstək Serbiya prezidenti Aleksandr Vuçiç Ukraynaya dəstəyini ifadə edib. Vuçiç bu barədə "Bloomberg"ə müsahibəsi zamanı danışıb. O, Ukraynanın işğal edilməsini dəstəkləmədiyini açıqlayıb: "Serbiya Krımı və Donbası Ukraynanın bir hissəsi kimi tanıyır". "Bizim üçün Krım Ukraynadır, Donbass Ukraynadır. Belə də qalacaq", - deyə Serbiya prezidenti bildirib. Lakin Vuçiç onu da əlavə edib ki, Rusiyaya qarşı sanksiya tətbiq edilməsinə qarşıdır.
18-01-2023, 23:37
Mirzoyan sülh müqaviləsinin mətni ilə bağlı müzakirələrə toxunduErmənistan XİN başçısı Ararat Mirzoyan sülh müqaviləsinin mətni ilə bağlı müzakirələrdən danışıb. Nazir bu barədə parlamentdəki çıxışı zamanı söz açıb. Ararat Mirzoyan bildirib ki, İrəvan sülh müqaviləsi ilə bağlı təkliflərinə Bakının cavabını gözləyir. "Ermənistan sülh müqaviləsinin mətni üzərində işləməyə mane olmur", - deyə XİN başçısı əlavə edib.
18-01-2023, 23:32
Rusiya vətəndaşlarının “YouTube”a girişi məhdudlaşırRusiya Federasiyası vətəndaşları üçün "YouTube"a giriş qadağan ediləcək. Bunu "Vaqner" özəl hərbi şirkətin təsisçisi Yevgeni Priqojin deyib. Onun sözlərinə görə, kim qadağadan sonra videohostinqdən istifadə etsə, ciddi şəkildə cəzalandırılacaq: “İndi isə mən sizə gizli bir məlumat vermək istəyirəm. "YouTube" tezliklə bağlanacaq. "YouTube"a giriş qadağan edildikdən sonra kim ondan aktiv istifadə etməyə davam etsə, müəyyən olunacaq və layiqli cəzasını çəkəcək”.
18-01-2023, 23:28
Ermənistan sülh müqaviləsini imzalamağa hazırdır - Paşinyan“Biz çox aydın şəkildə bəyan edirik ki, Praqa razılaşmalarına əsasən, sülh müqaviləsini imzalamağa hazırıq”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan bu gün parlamentdə deputatların suallarını cavablandırarkən deyib. Paşinyan çıxışı zamanı həmişəki kimi Azərbaycan əleyhinə fikirlər səsləndirib. Onun fikrincə, Azərbaycan tərəfindən verilən bəyanatlar sülhün bərqərar olmasına yeni maneələr yaradır. Paşinyan deyib ki, regionda sabitliyi qorumağın ən yaxşı yolu danışıqlarla həll variantını tapmaqdır. Baş nazirin sözlərinə görə, indiki şəraitdə ölkənin məqsədləri fəal diplomatiya və dövlət institutlarının gücləndirilməsi, eləcə də sülh gündəliyinə sadiqlikdir. "İlk növbədə fəal diplomatiya işi aparmaq, institusional strukturları gücləndirmək, islahatlar yolundan sapmamaq, sülh gündəliyindən yayınmamaq və ya ondan imtina etmək olmaz”, - Paşinyan bildirib.
18-01-2023, 23:23
Ölkə üzrə əhali sayında artım varAzərbaycan əhalisinin sayı açıqlanıb. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən məlumat verir. Belə ki, ölkə üzrə əhalinin sayı ötən ilin əvvəlindən 58 679 nəfər və ya 0,6 faiz artaraq 2022-ci il dekabr ayının 1-i vəziyyətinə 10 215 045 nəfərə çatıb. Əhalinin 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri təşkil edib.
18-01-2023, 23:18
Paşinyan NATO nümayəndəsi ilə bir sıra məsələləri müzakirə etdiErmənistanın baş naziri Nikol Paşinyan NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Pirisi qəbul edib. Tərəflər Ermənistan-NATO əməkdaşlığı ilə bağlı məsələləri, eləcə də Cənubi Qafqazda baş verən prosesləri müzakirə ediblər. Baş nazir ənənəsinə sadiq qalaraq, Azərbaycandan şikayətlənib və Laçın dəhlizində Qarabağ ermənilərinə problem yaradıldığını qeyd edib. Xavyer Kolomina deyib ki, NATO regionda sabitliyin və sülhün təmin edilməsində maraqlıdır və beynəlxalq tərəfdaşların bu istiqamətdə göstərdiyi səylərə dəstəyini ifadə edir. Görüş zamanı həmsöhbətlər qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.
18-01-2023, 23:10
İran XİN Türkiyəylə əldə olunan razılaşmalardan danışdıİranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Türkiyəyə səfəri zamanı əldə olunan razılaşmalar barədə məlumat verib. Nazir bu barədə twitter səhifəsində yazıb. "Prezident Ərdoğan və XİN başçısı Çavuşoğlu ilə görüşdük. İki ölkə arasındakı iqtisadi və ticarət əlaqələrində əməkdaşlığın genişləndirilməsi faydalı oldu. İranda ticarət həcminin, yatırımların, hərtərəfli regional və beynəlxalq əməkdaşlığın artırılmasının qarşısını alan əngəllərin aradan qaldırılması ilə bağlı razılaşdıq", - deyə Abdullahian qeyd edib.
18-01-2023, 23:02
İran və Rusiya arasında 3 illik razılıq əldə olunduİran və Rusiya 3 il ərzində tikintisi nəzərdə tutulan Rəşt-Astara dəmir yolu layihəsinin tikintisi ilə bağlı razılığa gəliblər. İranın nəqliyyat və şəhərsalma nazirinin nəqliyyat məsələləri üzrə müavini Şəhriyar Əfəndizadə Rəşt-Astara dəmir yolu layihəsini ölkədəki ən mühüm proje hesab edib. O əlavə edib ki, layihə Bəndərabbasdan Rəştə və Rəştdən Astaraya qədər olan 162 km şimal-cənub dəhlizini tamamlayır və İranı Azərbaycan Respublikası vasitəsilə Rusiya və Şimali Avropa ilə birləşdirəcək. Rusiya hökumətinin Rəşt-Astara dəmir yolunun kredit və ya digər üsullarla tamamlanması istəyinə toxunan Əfəndizadə bildirib ki, son aylarda iki ölkə arasında tranzitin inkişafı üçün Rusiya hökuməti ilə danışıqlar aparılıb. O, İran, Rusiya və Azərbaycan arasında üçtərəfli memoranduma işarə edərək bildirib ki, dəmir yolu layihəsinin tikintisi və istismarı ilə bağlı məsələlər 16 maddədə nəzərdə tutulub. Rusların sərmayəsi ilə dəmir yolu layihəsinin 3 il ərzində başa çatdırılması nəzərdə tutulur ki, bu da verilən proqnozdan bir il azdır. Razılaşmaya əsasən, iranlı podratçılar dəmir yolu xəttinin infrastrukturunu tam şəkildə həyata keçirəcəklər. Azərbaycanda səfərdə olan Rusiya prezidentinin xüsusi köməkçisi İqor Levitin və onu müşayiət edən nümayəndə heyəti, eləcə də İran rəsmiləri çərşənbə günü Rəşt-Astara dəmir yolu xəttinə baş çəkəcəklər.
18-01-2023, 22:57
Bu şəxslər maliyyə sanksiyalarından azad olacaqVergi Məcəlləsində son dəyişikliklərdə vergi ödəyicilərinin mənafelərinə xidmət edən bir sıra dəyişikliklər edilib. Onlardan biri də hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmayan vergi ödəyicilərinə vergi hesabatlarının təqdim olunmamasına görə tətbiq edilən maliyyə sanksiyasının ləğv olunması ilə bağlıdır. Dövlət Vergi Xidmətinin əməkdaşı Anar Cabbarov qeyd edib ki, təcrübədə bir sıra vergi ödəyiciləri (xüsusilə mikro sahibkarlıq subyektləri) bir çox hallarda sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatın olmaması barədə arayışı təqdim etmir (əksər hallarda qanunvericiliyin tələblərini bilməməsi səbəbindən) və vergi orqanı tərəfindən həmin şəxslərə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq olunurdu: "Bu isə vergi öhdəliyi yaranmayan vergi ödəyicilərinin maliyyə itkilərinə məruz qalmasına səbəb olurdu. Qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, bundan sonra maliyyə sanksiyaları yalnız hesabat dövrü üzrə vergi tutulan və ya vergidən azad edilən əməliyyatlar aparan, habelə vergitutma obyektləri olan, yəni vergi hesabatları vermək öhdəliyi olan vergi ödəyicisi tərəfindən vergi hesabatının əsas olmadan müəyyən edilən müddətdə təqdim edilməməsinə görə tətbiq olunacaq". Hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatın olmaması barədə arayışı təqdim etməyən vergi ödəyicilərinə maliyyə sanksiyaları tətbiq edilməyəcək.
18-01-2023, 22:39
Hindistan Azərbaycana yeni səfirini təyin edibHindistan Azərbaycana yeni səfir təyin edib. Sridharan Madhusudhanan Hindistanın Azərbaycana səfiri təyin edilib. O, hazırda Hindistan Xarici İşlər Nazirliyində katib vəzifəsində çalışır. Sridharan Madhusudhanan Hindistanın ABŞ, Çin və Tayvandakı səfirliklərində müxtəlif postlarda çalışıb.