Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
13-01-2023, 20:07
Çavuşoğlu Ərdoğan əleyhinə təxribatlara münasibət bildirdi


Çavuşoğlu Ərdoğan əleyhinə təxribatlara münasibət bildirdi

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu İsveçin paytaxtı Stokholm şəhərində PKK üzvlərinin aksiyası zamanı prezident Rəcəb Tayyib Ərdoğan əleyhinə təxribatlara münasibət bildirib. Nazir bu barədə italiyalı həmkarı Antonio Tayaninin Ankaraya səfəri çərçivəsində keçirilən birgə mətbuat konfransında danışıb. "İsveçin irqçi və nifrət cinayəti ehtiva edən addımlarla mübarizə etməsi vacibdir. Daha əvvəl də belə şeylər olmuşdu. Bu dəfə isə şəhərin mərkəzində hamının gözü önüdə baş verib. Burada İsveçin məsuliyyəti var. Sadəcə qınamaqla bundan qaça bilməzlər. Biz nə artığını, nə əskiyini istəyirik. Hansı mövzuda razılıq əldə olunubsa, öhdəliklərin yerinə yetirilməsini istəyirik. Terror təşkilatını dəstəkləyən fəaliyyətlər davam edir", - deyə nazir bildirib. Qeyd edək ki, Ərdoğanın vəkili faktla bağlı prokurorluğa müraciət edib.
13-01-2023, 20:03
Ukraynayla İsrail arasında yeni razılıq əldə olundu


Ukraynayla İsrail arasında yeni razılıq əldə olundu

Ukrayna və İsrail arasında PUA-lar əleyhinə raket alınması barədə razılıq əldə edilib. Bu barədə İsraildəki Ukrayna səfiri Yevgeni Karniyçuk məlumat verib. Səfirin sözlərinə görə, tərəflər arasında silah tədarükü ilə bağlı razılıq əldə edilməsinə nail olunub. İsrail tərəfi Ukrayna ilə pilotsuz uçuş aparatları əleyhinə raket sistemlərinin rəsmi Kiyevə verilməsi ilə bağlı anlaşmaya razılıq verib. Qeyd edək ki, Rusiya ordusu İran istehsalı PUA-larla mütəmadi olaraq Ukrayna şəhərlərinə hücum edir.
13-01-2023, 19:58
İtaliyayla yeni sənəd imzalanacaq - Türkiyə XİN


İtaliyayla yeni sənəd imzalanacaq - Türkiyə XİN

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəsi ilə İtaliya arasında energetika sahəsində yeni sənəd imzalanacağını açıqlayıb. Nazir bu barədə italiyalı həmkarı Antonio Tayaninin Ankaraya səfəri çərçivəsində keçirilən birgə mətbuat konfransında danışıb. O, ölkələr arasında energetika sahəsinə memorandum imzalanacağı barədə məlumat verib. Bildirilib ki, bununla bağlı görülən işlər yekunlaşmaq üzrədir.
13-01-2023, 19:52
Türkiyəylə Ermənistan arasında növbəti addım - İnternet əlaqələri quruldu


Türkiyəylə Ermənistan arasında növbəti addım - İnternet əlaqələri quruldu

Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması üçün aparılan proses davam edir və Ankara bu məsələdə səmimidir. Bu barədə “TRT Haber”ə diplomatik mənbələrdən bildirilib. Qeyd olunub ki, iki ölkə arasında münasibətlərin normallaşdırılması prosesi çərçivəsində növbəti addım kimi internet əlaqələri qurulub. İndiyə kimi Türkiyə ərazisindən internet vasitəsi ilə Ermənistan mənbələrinə girişə qadağa var idisə, artıq bu maneə aradan qaldırılıb. Nəticədə Ermənistana səyahət etmək istəyən Türkiyə vətəndaşları üçün viza prosesi də asanlaşdırılıb. "Ermənistanda da internet bütün Türkiyə üçün bağlı idi. İndi açıqdır. Konsulluq işləri çox yaxşı gedir. Bəzi humanitar addımlar da atılır", - deyə diplomatik mənbədən qeyd olunub. Xatırladaq ki, Türkiyə ilə Ermənistan arasında münasibətlərin yenidən normallaşması üçün aparılan ilk danışıqlardan bir il ötür, iki ölkə arasında birbaşa uçuşların bərpası, birbaşa hava yük ticarəti qarşısındakı maneələrin aradan qaldırılması kimi addımlar atılıb. Ankara və İrəvan iki ölkə arasında normallaşma danışıqları üçün xüsusi nümayəndələr təyin edib. Dialoq prosesi çərçivəsində Vaşinqtondakı keçmiş səfir Serdar Kılıç Türkiyənin xüsusi nümayəndəsi, Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan isə İrəvan administrasiyasının xüsusi nümayəndəsi təyin olunub. Xüsusi nümayəndələrin təyin olunmasından sonra səfir Kılıç və Rubinyan 2022-ci il yanvarın 14-də Rusiyanın paytaxtı Moskvada iki ölkə arasında münasibətlərin normallaşması məsələsini müzakirə etmək üçün ilk görüşü keçirib. Moskvada keçirilən görüşdə iki ölkə arasında münasibətlərin tam normallaşmasına yönəlmiş danışıqların ilkin şərt olmadan davam etdirilməsi razılaşdırılıb. Xüsusi nümayəndələr arasında ikitərəfli danışıqlar başlayan kimi Türkiyə ilə Ermənistan arasında birbaşa uçuşların bərpasına qərar verilib. Müvafiq olaraq, İstanbul və İrəvan arasında birbaşa uçuşlar 2 fevral 2022-ci il tarixindən bərpa edilib. Kılıç və Rubinyan 24 fevral 2022-ci ildə Avstriyanın paytaxtı Vyanada ikinci görüşü keçiriblər. Normallaşma danışıqlarında daha bir ümidverici addım 2022-ci ilin martında atılıb. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Antalya Diplomatiya Forumunda iştirak edib. Xarici işlər naziri Mövlud Çavuşoğlu və həmkarı Mirzoyan martın 12-də Antalyada görüşüb. Bu, Türkiyə ilə Ermənistan arasında təxminən 9 ildən sonra xarici işlər nazirləri səviyyəsində keçirilən ilk görüş kimi qeydə alınıb. Xüsusi nümayəndələrin üçüncü görüşü 2022-ci il mayın 3-də yenidən Vyanada keçirilib. Görüş zamanı konkret irəliləyiş üçün mümkün addımlar müzakirə olunub. Xüsusi nümayəndələr Kılıç və Rubinyan arasında dördüncü görüş ötən il iyulun 1-də Vyanada keçirilib. Görüşdə Türkiyə ilə Ermənistan arasında quru sərhədinin iki ölkəyə səfər edən üçüncü ölkə vətəndaşları üçün ən qısa zamanda açılması və birbaşa hava yük ticarətinə ən qısa zamanda başlanması razılaşdırılıb. Prezident Rəcəb Tayyib Ərdoğan isə oktyabrın 6-da Avropa Siyasi Birliyinin (AST) iclasında iştirak etdiyi Çexiyanın paytaxtı Praqada Ermənistanın baş naziri Nikol Paşinyanı qəbul edib. Diplomatik mənbələr qarşıdakı danışıqlarda bəzi digər məsələlərin, xüsusilə də iki ölkə arasında qarşılıqlı ticarətin başlanmasının müzakirə oluna biləcəyini bildiriblər. Mənbələr hələlik beşinci normallaşma danışıqlarının tarixinin olmadığını, bunun keçirilməsi üçün müəyyən qarşılıqlı addımların atılmasının lazım olduğunu, növbəti danışıqların isə ya Türkiyədə, ya da Ermənistanda olacağını bildiriblər.
13-01-2023, 19:46
Xocavənddə baş verən partlayış insan ölümüylə nəticələndi


Xocavənddə baş verən partlayış insan ölümüylə nəticələndi

Xocavənd rayonu ərazisində sursat partlayışı nəticəsində bir nəfər ölüb. DİN-in Mətbuat xidmətindən bildirilib ki, hadisə bu gün rayonun Ağburun qəsəbəsi ərazisində baş verib. Ərazidə heyvan otaran 1971-ci il təvəllüdlü Elşən Hümbətov yerdən partlayıcı sursat tapıb. Həmin sursat E.Hümbətovun əlində partlayıb. Hadisə nəticəsində E.Hümbətov yerindəcə dünyasını dəyişib. Hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerindədir. Faktla bağlı araşdırma aparılır.
13-01-2023, 19:43
Tanınmış rejissorun ölkədən çıxışı məhdudlaşdırıldı


Tanınmış rejissorun ölkədən çıxışı məhdudlaşdırıldı

Tanınmış rejissor və aktyor Aqil Quliyev məhkəməyə verilib. Onun barəsində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi xüsusi icraat qaydasında iddia qaldırıb. İddia Bakı Kommersiya Məhkəməsinə göndərilib. İddiaya əsasən, aktyor Aqil Quliyev vergi borcunu bir müddətdir ödəmir. Bu səbəbdən adı çəkilən dövlət qurumu məhkəməyə müraciətində onun ölkədən çıxışına müvəqqəti qadağa qoyulmasını tələb edir. Şikayətə Bakı Kommersiya Məhkəməsində baxılacaq. Aqil M.Quliyev isə açıqlamasında məsələdən xəbərdar olduğunu bildirib: “Sənədləşmə işlərində problem yaranıb. İllərdir işləmirəm. Vergi borclarım toplanıb. Bu barədə başqa söz demək istəmirəm”.
13-01-2023, 19:38
İki ölkə arasındakı danışıqları alqışlayırıq - İran XİN


İki ölkə arasındakı danışıqları alqışlayırıq - İran XİN

İran İslam Respublikası Suriya və Türkiyə arasında danışıqları alqışlayır. Bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian cümə günü Beyrutda livanlı həmkarı Abdullah Həbiblə birgə mətbuat konfransında deyib. “Suriya ilə Türkiyə arasında gedən dialoqdan məmnunuq və iki ölkə arasındakı problemlərin həlli üçün istənilən danışıqları alqışlayırıq”, - nazir bildirib. “Biz hesab edirik ki, Astana formatı Suriyanın prosesdə iştirakına icazə verməklə mövcud problemləri həll etmək üçün gücləndirilməlidir”, - o, əlavə edib. Qonşularla münasibətlərə toxunan Abdullahian deyib ki, İran heç vaxt müsəlman dövlətləri ilə əlaqələri kəsmək üçün ilk addımı atan ölkə olmayıb.
13-01-2023, 19:32
Fransalı spiker Qarabağla bağlı fikir bildirdi


Fransalı spiker Qarabağla bağlı fikir bildirdi

“Dağlıq Qarabağın regionda hansı statusa malik ola biləcəyinə Fransa qərar verməməlidir”. Bunu yanvarın 13-də İrəvanda Ermənistan parlamentinin sədri Alen Simonyanla keçirdiyi mətbuat konfransında Fransa Milli Assambleyasının rəhbəri Yael Bron-Pive fransalı jurnalistin sualını cavablandırarkən deyib.“Bizim mövqeyimiz aydındır, biz Dağlıq Qarabağın müstəqilliyini tanımırıq və statusu Fransa müəyyən etməməlidir. O, beynəlxalq hüquq çərçivəsində müxtəlif xalqlar, xüsusən də münaqişənin müxtəlif tərəfləri tərəfindən müəyyən edilməlidir”, - Yael Bron-Pive bildirib. Fransa Milli Assambleyasının spikeri Laçın yolu ilə bağlı sualı insanların gediş-gəlişinə maneənin aradan qaldırılmasının vacibliyini qeyd edib. Yael Bron-Pive siyasi danışıqların Laçın yolunin bağlı olduğu şəraitdə davam etdirilə biləcəyi ilə bağlı suala belə cavab verib: “Bəli, mən dialoqa inanan adamam və hesab edirəm ki, bundan heç vaxt imtina etmək olmaz, sülh naminə hər zaman danışıqlara cəhd etmək lazımdır”. Fransız spiker deyib ki, bu gün tərəflər arasında dialoqa qayıtmaq vacibdir. "Minsk Qrupu mövcud dialoq platformalarından biridir. Təbii ki, bu, tək deyil, çox vacib platformadır. Və bu gün çox vacibdir ki, bütün iştirakçı tərəflər bu dialoqa qayıtmağa razı olsunlar. Biz parlamentarilər də Minsk Qrupu çərçivəsində dialoqa qayıtmağa çağırırıq”, - Yael Bron-Pive bildirib.
13-01-2023, 19:28
Ermənistan parlamenti Laçın dəhliziylə bağlı sənədi qəbul etmədi


Ermənistan parlamenti Laçın dəhliziylə bağlı sənədi qəbul etmədi

Ermənistan parlamenti müxalifətin təklifi ilə müzakirəyə çıxarılan Laçın dəhlizi barədə sənədi qəbul etməyib. Layihəni “Hayastan” blokundan olan deputat Andranik Tevanyan təqdim edib və o, müzakirələrdən sonra layihəni üzərində çalışmaq üçün geri götürdüyünü bəyan edib. Hakim "Mülki Müqavilə" partiyasının deputatı Mariya Karapetyan parlamentin dekabrın 14-də artıq bu mövuzda bəyanat yaydığını bildirərək iqtidarın layihəni dəstəkləmədiyini açıqlayıb. Parlamentin xarici əlaqələr üzrə komissiyasının sədri Eduard Aqacanyan isə öz növbəsində sənədin qəbulunun həlledici rol oynayacağını güman etməyi sadəlövhlük hesab edib. O, müxalifətin Ermənistan və Azərbaycan hakimiyyətinin mövqelərinin üst-üstə düşməsi ilə bağlı ittihamlarına da münasibət bildirib. Aqacanyan müxalifəti yalnız Azərbaycanın müdafiə etməli olduğu tezisləri irəli sürməkdə gühanlandırıb. Xatırladaq ki, Laçın-Xankəndi yolunda dekabrın 12-dən başlayaraq faydalı yataqların qanunsuz istismarına etiraz olaraq azərbaycanlı QHT nümayəndələri tərəfindən aksiya keçirilir.
13-01-2023, 19:21
Paşinyan seçimini etməlidir - Kreml


Paşinyan seçimini etməlidir - Kreml

“Rusiya prezidenti Vladimir Putinin başı Ukraynadakı işğalçı müharibəyə qarışıb. Ona görə də Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı əleyhinə səsləndirdiyi açıqlamalarına Rusiya prezidentinin sözçüsü Dmitri Peksov və Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova cavab veriblər”. Bunu Nikol Paşinyanın son günlərdəki anti-Rusiya açıqlamalarını şərh edən politoloq Elxan Şahinoğlu bildirib. Siyasi şərhçi xatırladıb ki, Rusiya XİN-in sözçüsü Mariya Zaxarova son mətbuat konfransında Kremlin Paşinyana mesajını təxminən bu şəkildə göndərib: “Bizimləsən, yoxsa Qərbləsən?”. “Paşinyan bu suala konkret cavab verə bilmir. Əlbəttə, Paşinyan daxilən Qərblədir, ancaq Ermənistanın və erməni separatizminin reallıqlarını nəzərə alaraq Rusiyadan qopmanın ağır nəticələrini də proqnozlaşdırmağa çalışır. Paşinyan eyni zamanda iki stulda otura bilməyəcək, Zaxarovanın təbirincə desək, seçimini etməlidir. Seçim Paşinyanın mətbuat konfransında elan etdiklərinin reallaşdırmasından keçir:
1. Ermənistan KTMT-yə üzvlükdən imtina etməli;
2. Kremldən Rusiyanın Ermənistandakı hərbi bazasının ləğvini istəməlidir”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!