TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
14-01-2023, 16:36
Türkiyəylə imzalanmış saziş təsdiqləndi


Türkiyəylə imzalanmış saziş təsdiqləndi

Prezident İlham Əliyev Azərbaycanla Türkiyə arasında imzalanmış sazişi təsdiqləyib. Dövlət başçısı “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında” 2022-ci il noyabrın 4-də Bakı şəhərində imzalanmış Sazişi təsdiq edib. Qeyd edək ki, 15 maddədən ibarət sazişin məqsədi ölkələr arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlığı inkişaf etdirmək və bitkiçilik məhsullarının ticarət və mübadiləsini asanlaşdırmaqdır. Sənədə uyğun olaraq, karantin nəzarətində olan materialların ixracı, idxalı və tranziti dövlətlərin qanunvericiliyi ilə müəyyən olunan qaydada sərhəd-buraxılış məntəqələri vasitəsilə həyata keçirilir, həmçinin fitosanitar nəzarəti zamanı karantin tətbiq edilən zərərli orqanizmlər aşkar edildikdə, idxalçı tərəf yoluxmanı aradan qaldırmaq, yoluxmuş malları zərərsizləşdirmək və ya ixrac edən tərəfə geri qaytarmaq üçün tədbirlər görür.
14-01-2023, 16:31
Müharibə Ukraynanın infrastrukturuna 127 milyard zərər vurub


Müharibə Ukraynanın infrastrukturuna 127 milyard zərər vurub

Müharibə indiyədək Ukraynanın mülki infrastrukturuna 127 milyard dollardan çox zərər vurub. Bunu Ukrayna xarici işlər nazirinin birinci müavini Əminə Japarova BMT Təhlükəsizlik Şurasının Ukraynaya həsr olunan iclasında deyib. “Son hesablamalara əsasən, müharibənin Ukraynanın mülki infrastrukturuna vurduğu zərərin ümumi həcmi 127 milyard dolları ötüb”, - deyə Japarova bildirib. Onun sözlərinə görə, ölkənin bərpası böyük investisiya layihələrindən biri olacaq: “Ukrayna Avropanın ən iri tikinti sahəsinə çevrilib. Bu, beynəlxalq tərəfdaşlara mühəndislik, tikinti və texnologiya transferi sahəsində yaxşı təcrübələrdən istifadə etmək üçün geniş imkanlar yaradacaq”.
14-01-2023, 16:25
İranın nazir müavini edam edildi


İranın nazir müavini edam edildi

Bu gün səhər saatlarında İranın müdafiə nazirinin sabiq müavini Əlirza Əkbəri Britaniya kəşfiyyatına casusluq ittihamı ilə edam edilib. Bu barədə İranın Məhkəmə Sistemi rəsmi açıqlama yayıb. Bildirilib ki, Əlirza Əkbəri ölkənin önəmli məlumatlarını toplayaraq məqsədli şəkildə Britaniya kəşfiyyatına ötürüb. "O, casusluq qarşılığında 1,8 milyon avro, 265 min funt-sterlinq və 50 min dollar pul alıb", - rəsmi açıqlamada deyilir. Xatırladaq ki, İran və Britaniya vətəndaşlığı olan Əlirza Əkbəri 2000-ci illərin əvvəllərində İranın o vaxtkı müdafiə naziri Əli Şəmxaninin müavini olub.
14-01-2023, 16:19
Rusiyada çoxuşaqlı atalar da səfərbərliyə cəlb olunacaq


Rusiyada çoxuşaqlı atalar da səfərbərliyə cəlb olunacaq

Rusiyada üç uşağı olan atalar üçün möhlət hüququ ləğv edilib. Bu barədə Rusiya parlamentinin deputatı Nina Ostanina məlumat verib. Onun sözlərinə görə, çoxuşaqlı atalar da səfərbərliyə cəlb ediləcək. Deputat deyib ki, hazırda Rusiyada qismən səfərbərlik prosesi yekunlaşıb. Xatırladaq ki, Rusiyada üç və daha çox uşağı olan kişilərə möhlət hüququ 2022-ci ilin oktyabr ayında verilib.
14-01-2023, 16:16
Blinken Ukraynaya davamlı yardım ediləcəyini vurğuladı


Blinken Ukraynaya davamlı yardım ediləcəyini vurğuladı

ABŞ dövlət katibi Entoni Blinken Ukrayna xarici işlər naziri Dmitri Kuleba ilə telefon danışığı aparıb. Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb. Telefon danışığı zamanı Ukraynaya hərbi və iqtisadi yardım müzakirə olunub. "Dövlət katibi Amerika Birləşmiş Ştatlarının Ukraynaya davamlı və sarsılmaz dəstəyini vurğulayıb", - açıqlamada bildirilir.
14-01-2023, 16:09
Türk Dövlətləri Təşkilatından Azərbaycana dəstək


Türk Dövlətləri Təşkilatından Azərbaycana dəstək

Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycanın Qarabağ iqtisadi rayonunda təbii sərvətlərin qanunsuz istismarı ilə bağlı bəyanat yayıb. Bu barədə TDT-nin mətbuat xidmətindən bildirlib. Bəyanatda qeyd olunub ki, TDT-nin Baş katibliyi Azərbaycanda vətəndaş cəmiyyəti nümayəndələrinin dinc etirazlarına səbəb olan, Ermənistan və digər cinayətkar ünsürlər tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda təbii sərvətlərin qeyri-qanuni istismarından, ətraf mühitə mənfi təsirindən ciddi narahatdır və beynəlxalq hüququn tələblərini pozan bu cür qanunsuzluqları pisləyir. Bəyanatda Ermənistanın bu qanunsuz əməllərinə dərhal son qoyulmasına çağırış edilib və bununla bağlı Azərbaycanın bütün cəhdlərini dəstəklənib.
13-01-2023, 20:35
Hərbi qulluqçumuz dünyasını dəyişib


Hərbi qulluqçumuz dünyasını dəyişib

Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib. Müdafiə Nazirliyi Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Xankişiyev Mətin İsrəfil oğlunun vəfat etməsi barədə məlumatı təsdiq edib. “Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Xankişiyev Mətin İsrəfil oğlunun “tənəffüs yollarının mədə möhtəviyyatı ilə tutulması nəticəsində mexaniki asfiksiya səbəbindən” vəfat etməsi barədə məlumatı təsdiq edirik. Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət eləsin!”, - məlumatda qeyd olunub.
13-01-2023, 20:32
Ukrayna Ali Radası bir sıra mandatları ləğv etdi


Ukrayna Ali Radası bir sıra mandatları ləğv etdi

Ukrayna Ali Radası dörd deputatın - Viktor Medvedçukun, Taras Kozakın, Andrey Derkaçın və Renat Kuzminin mandatlarını ləğv edib. Bu barədə ukraynalı deputat Yaroslav Jeleznyak məlumat verib. Prezident Volodimir Zelenski adları çəkilən deputatların mandatlarından məhrum edilməsi barədə qərarı təsdiqləyib. Deputatlar vətəndaşlıqlarını itirdikləri üçün mandatdan məhrum ediliblər. Qeyd edək ki, 2021-ci aprelin 12-də Ukrayna Təhlükəsizlik Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində Medvedçuk saxlanılıb. O, dövlətə xəyanət və işğal altındakı Krımın milli sərvətlərinin (neft və qaz) talanmasına cəhddə, oktyabr ayında isə dövlətə xəyanət və kömür alqı-satqısı sxemləri ilə terror təşkilatının fəaliyyətinə yardım etməkdə şübhəli bilinib.
13-01-2023, 20:28
Türkiyəli nazir Azərbaycan qazının Avropaya ixracından danışdı


Türkiyəli nazir Azərbaycan qazının Avropaya ixracından danışdı

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan qazının Avropaya nəqlindən danışıb. Nazir bu barədə italiyalı həmkarı Antonio Tayaninin Ankaraya səfəri çərçivəsində keçirilən birgə mətbuat konfransında söz açıb. XİN başçısı qeyd edib ki, Türkiyə Azərbaycan qazının Avropanın cənub-şərq regionuna çatdırılması üçün işlər aparır. Türkiyəli nazir, həmçinin Ukraynadakı müharibənin başa çatması və Suriya ilə normallaşma prosesində Ankaranın səy göstərdiyini xüsusi vurğulayıb.
13-01-2023, 20:23
Azərbaycana yeni virusu müəyyən edən testlər gətirildi


Azərbaycana yeni virusu müəyyən edən testlər gətirildi

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Azərbaycanda COVID-19 virusunun bütün ştamlarını aşkar edə bilən 450 sayda test alınıb. Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib. Qeyd edilib ki, testlər koronavirusun “Omicron” ştamının yeni altnövü olan “Kraken” ştamını müəyyən edə bilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!