Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
13-01-2023, 19:05
Macarıstanın baş naziri Almaniyanı tənqid etdi


Macarıstanın baş naziri Almaniyanı tənqid etdi

Macarıstanın baş naziri Viktor Orban Almaniyanı tənqid edib. Orbanın tənqidi Rusiyaya qarşı sanksiyalarla bağlı olub. "Almaniyanın siyasəti və Avropa Komissiyasının prezidenti Ursula von der Leyenin addımları məndə mədəni şok yaradıb. Alman praktikliyi haqqında mif dağıldı. Sanksiyalarla bağlı hesablamalar səhv aparılıb, onlar uğursuz olub", - deyə baş nazir söyləyib. Qeyd edək ki, Macarıstan baş naziri Avropa məkanında Rusiyayönümlü olmaqda tənqid edilən siyasətçidir.
13-01-2023, 17:43
Bu məqsədlər üçün 750 milyon manat ayrılacaq - Sahil Babayev


Bu məqsədlər üçün 750 milyon manat ayrılacaq - Sahil Babayev

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev AzTV-yə müsahibə verib. QSC-nin İctimaiyyətlə əlaqələr və sosial media şöbəsindən verilən məlumata görə, nazir S.Babayev açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin sosial müavinətlər, təqaüdlər və əməkhaqlarının artırılması ilə bağlı bugünkü sərəncamları 800 mindən çox insanı əhatə edəcək. Nazir əlavə edib ki, cari il üçün nəzərdə tutulan islahat paketi isə 1 milyon 900 min insanı əhatə edir: “Bu məqsədlər üçün dövlət büdcəsindən əlavə olaraq 750 milyon manat vəsait ayrılacaq”. Sərəncamların icrasına cari aydan başlanılacaq.

13-01-2023, 16:34
İranda yeni etirazlar dalğalanmağa başlayıb


İranda yeni etirazlar dalğalanmağa başlayıb

İranın hüquq mühafizə orqanlarının etirazçılara qarşı qəddar davranışı yeni növ etiraz aksiyasının yaranmasına səbəb olub. Tehrandakı çoxmərtəbəli binaların sakinləri evlərinin işıqlarını söndürərək eyvana çıxır və “Diktatora ölüm”, “Qadınlara azadlıq”, “Rədd olsun islam dövləti” şüarları səsləndirirlər. Etirazçıların bu taktikasının mahiyyəti daha az insanın həbs edilməsinə nail olmaqdır. Qaranlığa qərq olan böyük yaşayış komplekslərində etirazçıların səsi bütün Tehrana yayılır. Təhlükəsizlik qüvvələri belə aksiyanın qarşısını almaqda çətinlik çəkirlər. Hər gecə təkrarlanan bu aksiya ictimaiyyətin hakimiyyətlə barışmayacağını göstərir. Aksiya iştirakçılarına qarşı repressiya, həbs və edamlar insanları rejim əleyhinə daha genişmiqyaslı etirazlara sövq edib. Ötən gecə Tehranda, İsfahanda, Bəndər-Abbasda, Kirmanda, Zəncanda və digər böyük şəhərlərdə aksiyalar keçirilib və polislə qarşıdurma yaranıb. Bununla yanaşı, Böyük Britaniya, Fransa, Almaniya və Avropanın başqa şəhərlərində İran diasporunun nümayəndələri də aksiyalar keçirib, beynəlxalq ictimaiyyətdən edam və həbsləri dayandırmağı tələb ediblər. Sosial şəbəkələrin İran seqmentində qeyd olunur ki, insanlar tələblərinin nəzərə alınmayaraq onlara “xarici dövlətlərin casusu” adı verilməsi gərginliyi daha da artırır. Bütün bunlardan başqa, beynəlxalq təcridin daha da artması və yeni sanksiyaların tətbiqi İran hakimiyyətini dalana dirəyib. Çıxış yolunu xarici dövlətləri ittiham etməkdə görən rejim baş örtüyü qadağasını nisbətən yumşaltsa da, sabitliyi hələ də bərpa edə bilmir. Artıq İran ictimaiyyətinin hakimiyyətdən tələbi tam siyasi xarakter daşımağa başlayıb. İnsanlar nəinki belə quruluşda yaşamaq istəmir, eləcə də hakimiyyətin ideoloji xəttini də qəbul etmirlər.
13-01-2023, 16:30
Zaxarovadan ABŞ-a təklif


Zaxarovadan ABŞ-a təklif

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova ABŞ Dövlət Departamentinin pullu informasiya resurslarına media məkanında onun üzərində ciddi işləməyi tapşırdığını açıqlayıb. Zaxarova ABŞ-ın onu hədəf aldığına eyham vurub. Nazirlik sözçüsü qeyd edib ki, Dövlət Departamentinin saytında onun üstünə qırmızı hərflərlə "yalan" sözü yazılmış şəkilləri yerləşdirilib. “Deyirlər ki, Zaxarova əvvəllər yaxşı idi, indi isə pis olub. Mən sizi məyus edəcəyəm: Mən heç vaxt çox yaxşı olmamışam", - Rusiya XİN rəsmi nümayəndəsi deyib. Zaxarova ABŞ-a eksperiment keçirməyi təklif edib. O, həmçinin Ukrayna prezidenti Volodimir Zelenskinin narkotikdən istifadə etdiyini bildirib və Dövlət Departamentinin bunu inkar edib-etməyəcəyini görmək istədiyini bəyan edib.
13-01-2023, 15:21
Xəzər sahillərində suitilərin kütləvi şəkildə məhvi davam edir


Xəzər sahillərində suitilərin kütləvi şəkildə məhvi davam edir

Xəzər dənizinin şimal sahillərində suitilərin ölməsinin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam edir. Bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib. Onun sözlərinə görə, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin götürdüyü laborator nümunələrin cavablarının əldə olunması üçün müəyyən vaxt lazımdır: "Suiti cəsədlərinin bir hissəsi Rusiya tərəfindən axıntılar vasitəsilə gəlmişdi və bir qismi isə Azərbaycan sahillərində aşkar edilib. İlkin qeyd edilən ehtimal suitilərin zəhərlənməsi ilə bağlı idi. Lakin dəqiq cavab analizlərin nəticələrindən sonra bilinəcək. Qeyd etmək istəyirəm ki, burada hər hansı brokonyerlik halı və fiziki zədəyə rast gəlinməyib. Suiti cəsədləri uzun müddət dənizdə qalmışdı və cürümə mərhələsində idi. Rusiya tərəfindən bizə verilən məlumata görə, suitilərin ölümünə zəhərlənmə səbəb olub".
13-01-2023, 15:14
Türkiyə miqrantların xəyatını xilas etdi


Türkiyə miqrantların xəyatını xilas etdi

Türkiyənin sahil-mühafizə xidməti 12 qanunsuz miqrantın həyatını xilas edib. Çanaqqala vilayətinin Ayvacık rayonu sahillərində köməksiz vəziyyətdə olan miqrantlar sudan çıxarılıb. Egey dənizində Yunanıstan tərəfindən Türkiyə sularına doğru hərəkətə sövq edilən miqrantlar "TCSG-84" qayığı vasitəsilə sahilə gətirilib. Miqrantlara zəruri yardım göstərildikdən sonra onların miqrasiya mərkəzinə təhvil verildiyi bildirilib.
12-01-2023, 21:39
“Mən üzr istəməyə ehtiyac görmürəm” - Emmanuel Makron


“Mən üzr istəməyə ehtiyac görmürəm” - Emmanuel Makron

Fransa Prezidenti Emmanuel Makron Əlcəzairdən üzr istəməyəcəyini bəyan edib. Bu barədə o, “Le Point” qəzetinə müsahibəsində deyib. Makron iki ölkəni barışdırmaq yolunda birgə səyləri davam etdirmək üçün əlcəzairli həmkarı Abdelmacid Tebbunu ilə görüşmək istədiyini vurğulayıb. “Mən üzr istəməyə ehtiyac görmürəm. Məsələ bu deyil. Belə jest bütün əlaqələri qıra bilər”, - deyə Fransa lideri bildirib. Qeyd edək ki, Fransa Əlcəzairdə müstəmləkəçilik siyasəti yürüdüb, yerli xalqa qarşı qətliam törədib. Qırğınlar 1 milyon 500 min vətəndaşının ölümü ilə nəticələnib.
12-01-2023, 21:35
İstanbulda güclü partlayış baş verib


İstanbulda güclü partlayış baş verib

Türkiyənin İstanbul şəhərində yerləşən biznes mərkəzində partlayış olub. Hadisə biznes mərkəzində fəaliyyət göstərən tekstil istehsalı atelyesində baş verib. İlkin məlumata görə, hadisəyə qaz sızması səbəb olub. Partlayış nəticəsində yaralananların olduğu bildirilir.
12-01-2023, 21:33
Almaniyadan Moldovaya hərbi yardım


Almaniyadan Moldovaya hərbi yardım

Almaniya Moldovaya zirehli maşınlar hədiyyə edib. Bu barədə Moldova Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, ölkəyə 19 ədəd “Piranha” zirehli personal daşıyıcıları göndərilib. Göndərilən maşınların üzərində pulemyot quraşdırılmayıb. Zirehli maşınlar Moldovaya təmənnasız verilib, Moldova tərəfi zirehli texnikanın üzərinə pulemyotlar quraşdıracaq.
12-01-2023, 21:22
İrandan İsveçə etiraz - Səfir XİN-ə çağırıldı


İrandan İsveçə etiraz - Səfir XİN-ə çağırıldı

İran bəzi Avropa ölkələrinin “müdaxiləçi bəyanatlarına” cavab olaraq, Avropa Şurasının müvəqqəti prezidenti olan İsveçin Tehrandakı səfirini Xarici İşlər Nazirliyinə çağırıb. İran Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada İsveçin Tehrandakı səfiri Mattias Lentzin nazirliyə çağırıldığı və bəzi qurumlar tərəfindən İranın daxili işlərinə müdaxiləni pislədiyi bildirilib. Açıqlamada nazirliyə çağırılan Lentzdən İranın etiraz notasını Avropa tərəflərinə çatdırması istənildiyi, İsveç səfirinin Tehranın etirazını Brüsselə əks etdirəcəyi barədə məlumat verdiyi bildirilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2023    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!