"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
6-03-2023, 21:23
Prezident seçilsəm, Azərbaycana daha çox dəstək verəcəyəm - Muharrem İnce


Prezident seçilsəm, Azərbaycana daha çox dəstək verəcəyəm - Muharrem İnce

Bunu MediaTürk TV-yə müsahibəsində Türkiyənin Məmləkət partiyasının sədri Muharrem İnce deyib. Tanınmış siyasətçi seçki öncəsi Türkiyədə gedən siyasi proseslər və müxalif partiyaların birləşdiyi "Altılı masa" ətrafında baş verən hadisələrə də münasibət bildirib: “Mən mitinqlərdə, efirlərdə “Altılı masa” dağılacaq demişdim. 20 illik bir iqtidar var. Bu 20 illik iqtidar qarşıya qoyduğu məqsədləri reallaşdıra bilməyib. İqtisadiyyatımız onsuz da “kövrək” idi, bir yandan da zəlzələ oldu. İnsanlar həyatlarını itirdi, şəhərlərimiz dağıldı. Belə olan halda Türkiyəni “Millət ittifaqı” və “Cümhur ittifaqı” deyə qütbləşdirdilər. Bu qütbləşmə Türkiyənin haqqı deyil. Məmləkət Partiyası olaraq əvvəldən Türkiyəyə üçüncü, yeni bir yol təklif etdik. Biz Türkiyəni hüzura qovuşdaracağıq. Layihələrimiz məlumdur. 3 B hədəfimiz var - yəni biz Türkiyəni barışdıracaq, böyüdəcək və bölüşdürəcəyik. Sonra Türkiyəyə 3 H - hüzur, haqqaniyyət, hüquq gətirəcəyik. Türkiyəni hüquq dövləti etmədən faizi aşağı sala bilmərsiniz. Ağlın yolu birdir. Türkiyəni kürd-türk, ələvi və sünni deyib ayırmayaq. Biz Atatürkü irəli sürdük. Atatürkün yolunu tövsiyyə etdik. Ədaləti, əxlaqı tövsiyyə etdik. Stadionlarda nə PKK-nın flemması, nə də yaşılların posteri açılsın. İkisini də şiddətlə rədd edirik. Tələbələrə müəllim qardaşları kimi şiddətdən uzaq durmağı tövsiyyə edirəm. Sözlərinizi şiddətlə yox, mizahla söyləyin. Məmləkət partiyası olaraq Türkiyədə elmin, sənayenin, şəhərlərin, dünyəvi təhsilin yenidən inşasını hədəfləyirik. Təriqətləri təhsildən söküb atacağam. 20 ildə Ərdoğan edə bilmədi. Kılıçdaroğlu da Ərdoğanın köhnələri ilə (AKP-dən ayrılan siyasətçiləri nəzərdə tutur-red) dediklərimizi edə bilməz. Türkiyəyə yeni sima lazımdır. Türkiyəyə yeni bir viziyon, üfüq lazımdır. Biz Türkiyədə siyasətin pradiqmasının dəyişdiyinin fərqindəyik. Əvvəllər inşaatla məşğul olanlarla siyasətçilər arasında sıx əlaqələr vardı. İndi bir avtobus, bir telefonum var deyə durum dəyişdi. Bu, hər şeyə yetir. Adlı-sanlı televiziyalar, adlı-sanlı qəzetlərin xəbər hazırlayıb, hazırlamamasının fərqi yoxdur. Dolayı yolla pula da ehtiyac yoxdur”. M.İnce partiyasının prezidentliyə namizədinin bazar günü açıqlanacağını bildirib: “Bazar günü bütün nümayəndələrimizin qarşısında nizamnamə ilə çıxış edəcəyik. Bu nizamnamə dünyaya nümunə olacaq. Bütün üzvlərimiz sandıq başına gedib, prezidentliyə namizədini müəyyənləşdirəcək. Bazar günündən sonra partiya daxilində namizəd kimi seçilsəm, prezidentliyə namizədliyimi açıqlayacam”. Müxalif siyasətçi hakimiyyətə gələrsə, Azərbaycanla bağlı planlaşdırdığı siyasətdən də danışıb: “CHP-də bir millət vəkili “təəssüf ki, Türkiyə Azərbaycana yardım etdi” demişdi. Mən CHP-dən ayrılmışam. Əgər Allahın izni, millətimin razılığı ilə prezident seçilsəm, Azərbaycana daha böyük dəstək verəcəyəm. Ərdoğanın etdiyi köməyin az olduğunu düşünürəm. Mən daha artığını edəcəyəm. Heç qorxmadan, çəkinmədən azərbaycanlı qardaşlarımın yanındayam”. Partiya sədri, həmçinin iqtidara gəldikləri təqdirdə realist davranacaqlarını bildirib: “Atatürkün izindəyik. Xarici siyasətimiz “yurdda sülh, cahanda sülh” prinsipinə söykənir. Partiyamızda demokratiya, ölkəmizdə demokratiya olacaq. Xəyalpərəst deyilik. Ənvər Paşanın yolunda deyilik. Mustafa Kamal Atataürkün yolundayıq. Türkiyədə elm, qurumlara güvən, hüquq dövləti, müstəqil universitet, azad media olsun deyirik. Uşaqlarımıza ət yedizdirib, süd içizdirək. Təbii ki, coğrafiyamızda yerləşən digər türk qardaşlarımızla çox yaxşı əlaqədə olmaq istəyirik. Bunlardan danışanda da realist olmaq lazımdır”.

6-03-2023, 21:14
Akşener Kılıçdaroğluyla görüşdü


Akşener Kılıçdaroğluyla görüşdü

Türkiyədə müxalif İYİ Partiyanın sədri Meral Akşener CHP lideri Kamal Kılıçdaroğlu ilə görüşüb. Bu barədə partiyanın sözçüsü Kürşad Zorlu məlumat verib. Görüş zamanı Akşenerin müxalifətin formalaşdırdığı "Altılı masa" siyasi blokuna qayıtmaq barədə razılıq əldə edilib. Müxalifət liderləri bu gün keçiriləcək "Altılı masa"nın iclasında iştirak edəcəklər. Qeyd edək ki, Türkiyənin İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu və Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaş bu gün Akşenerlə görüşüb. Görüş İYİ Partiyanın qərargahında baş tutub. Yavaş və İmamoğlu Akşenerə təkliflərini təqdim ediblər. Təklif bundan ibarət olub ki, Türkiyənin yeni prezidenti müxalifətin namizədi olacağı təqdirdə, Yavaş və İmamoğlu prezidentin köməkçisi olacaq. Bundan öncə İYİ Partiyanın sədri Meral Akşener CHP lideri Kamal Kılıçdaroğlunun namizədliyinə etiraz edərək, "Altılı masa"nı tərk etdiyini bildirmişdi.
6-03-2023, 21:08
Ceyhun Bayramov ABŞ rəsmisiylə bir sıra məsələləri müzakirə edib


Ceyhun Bayramov ABŞ rəsmisiylə bir sıra məsələləri müzakirə edib

Martın 6- da Qətər Dövlətinə işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibinin Beynəlxalq Təşkilatlar məsələləri üzrə köməkçisi Mişel Sison ilə görüşüb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Görüş zamanı regiondakı cari vəziyyət, iki ölkə arasında ikitərəfli əlaqələr, habelə çoxtərəfli platformalarda əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Görüş zamanı, nazir Ceyhun Bayramov Azərbaycanın bir sıra beynəlxalq təşkilatlarda fəal rol oynadığını, hal-hazırda Qoşulmama Hərəkatı, İqtisadi Əməkdaşlıq Təşkilatında sədliyi həyata keçirdiyi və genişmiqyaslı təşəbbüslərlə çıxış etdiyini bildirilib. Qarşı tərəfə 2 mart tarixində Bakıda keçirilmiş Qoşulmama Hətəkatı Zirvə Görüşü və nəticələri barədə məlumat verilib. Nazir eyni zamanda, az inkişaf etmiş ölkələrə yardım və təqaüd proqramları barədə ətraflı məlumat verib. Nazir qarşı tərəfə bölgədə münaqişə sonrası mövcud vəziyyət, ölkəmizin sülh quruculuğu addımları, azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri və mövcud mina təhlükəsindən bəhs edib. Azərbaycanın sülh quruculuğu səylərinə baxmayaraq, Ermənistanın təxribatlardan əl çəkmədiyi, öhdəliklərinə zidd olaraq mina təhdidlərini davam etdirdiyi diqqətə çatdırılıb. Görüş zamanı tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
6-03-2023, 20:50
Dövlət qulluğunda daha professional kadrlar işləyəcək


Dövlət qulluğunda daha professional kadrlar işləyəcək

İndi dövlət qulluğu imtahanı verib sertifikatı alan adam, misal üçün, qanunvericiliyi bilir, İT sahəsində bilikləri var, məntiqi təfəkkürü inkişaf edib, amma bacarıqları yoxlanmır. Bunu APA-ya müsahibəsində Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib. O qeyd edib ki, təşkilatlar konkret olaraq bacarıqlı insanları axtarır: "Ona görə də biz kompetensiya, bacarıq modelinə keçirik. İmtahan verib, sertifikat alıb, bu işə səthi yanaşanlar var, amma artıq imtahanı keçməkdə də çətinlik yaranacaq. Bu imtahanların nə vaxt olacağını hələ dəqiq deyə bilmərəm, indi bu, pilot layihədir, təxminən 2-3 ildən sonra reallaşa bilər. Nazirliklərlə, müxtəlif təşkilatlarla, ekspertlərlə birgə işləyirik. Ümumi konsensus əldə olunandan sonra bunu yuxarı orqanlara təqdim edəcəyik, orada müzakirə olunacaq. Sonra bununla bağlı qanunvericiliyə dəyişiklik ediləcək. Qanun qəbul olunandan sonra, təbii ki, biz buna keçəcəyik. Bu istiqamətdə hazırlıqla bağlı Avropa İttifaqı da bizə texniki dəstək verir, işlərimizi aparırıq. Bunun məqsədi odur ki, dövlət qulluğunda daha professional kadrlar işləsin”.
6-03-2023, 20:44
Putin iranlı həmkarı ilə telefonda danışdı


Putin iranlı həmkarı ilə telefonda danışdı

Rusiya Prezidenti Vladimir Putin iranlı həmkarı İbrahim Rəisi ilə telefon danışığı aparıb. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Liderlər Rusiya-İran münasibətlərinin inkişaf səviyyəsini müsbət qiymətləndirib. Telefon danışığı zamanı birgə infrastruktur layihələrinin həyata keçirilməsi də daxil olmaqla, müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.
6-03-2023, 20:39
Erməni təxribatı nəticəsində şəhid olan Eşqin torpağa tapşırıldı


Erməni təxribatı nəticəsində şəhid olan Eşqin torpağa tapşırıldı

Ötən gün erməni təxribatı nəticəsində şəhid olan hərbi qulluqçu Hüseynov Eşqin Cəmil oğlu ilə Tovuz rayonunda vida mərasimi keçirilib. Mərasimdə şəhidin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər. 2003-cü il təvəllüdlü şəhid Eşqin Hüseynovun nəşi doğulduğu Hunanılar kənd qəbiristanlığında torpağa tapşırılıb. Qeyd edək ki, martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar.





6-03-2023, 16:32
“Qarabağ” 1400-cü qolunu vuraraq tarixə düşdü


“Qarabağ” 1400-cü qolunu vuraraq tarixə düşdü

“Qarabağ” Azərbaycan çempionatlarında 1400-cü qolunu vurub. Bu, Premyer Liqanın XXV turuna təsadüf edib. 1992-ci ildən keçirilən çempionatın daimi iştirakçısı “Qəbələ” ilə səfər oyununa qədər 1398 dəfə fərqlənmişdi. Qəbələ şəhər stadionunda qonaqların vurduğu ikinci top 1400-cü kimi tarixə düşüb. 3:1 hesabı ilə qalib gələn “Qarabağ”ın yubiley qolunun müəllifi Musa Qurbanlı olub. Ağdam klubu Azərbaycan çempionatlarında 1400 və ya daha çox qol vuran ikinci komandadır. Bu göstəricidə yalnız “Neftçi”dən geri qalan “Qarabağ” 878-ci matçında yubileyə nail olub. Qol sayını 1401-ə çatdıran komandanın orta məhsuldarlığı 1,60-a bərabərdir. Qeyd edək ki, “Qarabağ”ın ölkə çempionatlarındakı ilk qolunu 1992-ci il mayın 3-də Mehman Alışanov vurub. Sabirabad “İnşaatçı”sı ilə ev görüşündə fərqlənən futbolçu həm də yarışın tarixində ümumilikdə ilk qolun müəllifidir.
6-03-2023, 15:34
Macarıstan soyqırımı dəstəkləyir - Podolyak


Macarıstan soyqırımı dəstəkləyir - Podolyak

Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak Macarıstan XİN başçısını müharibə ilə bağlı mövqeyinə görə tənqid edib. Podolyak twitter səhifəsində bu barədə paylaşım edib. "Şeytanın vəkilliyini etmək bəzən faydalıdır, amma çox zaman tarixi fiaskoya yol açır. Macarıstanın XİN başçısı Peter Siyarto "məqsəd insanları öldürməyi dayandırmaq və atəşkəsdir" deyəndə Ukraynanın təslim olmasını istəyir və soyqırımını müdafiə edir. Tarixi daha diqqətli şəkildə nəzərdən keçirməyə dəyər", - deyə müşavir yazıb. Qeyd edək ki, Macarıstan tərəfi müxtəlif rəsmi açıqlamalarında Ukraynada müharibənin dayandırılmasının vacibliyi barədə fikirlər səsləndirir və Ukraynanı dəstəkləməkdən yayınır.
6-03-2023, 14:28
Macarıstanın iqtisadiyyat naziri şəhidlərlə bağlı başsağlığı verdi


Macarıstanın iqtisadiyyat naziri şəhidlərlə bağlı başsağlığı verdi

Macarıstanın iqtisadi inkişaf naziri Marton Nad ötən gün Azərbaycan hərbçilərinin şəhid olması ilə bağlı dövlət başçısına başsağlığı verib. Bu barədə o, Prezident İlham Əliyevlə görüşü zamanı deyib. Macarıstanın iqtisadi inkişaf naziri ölkəsinin Azərbaycan Respublikasının ərazi bütövlüyünü daim dəstəklədiyini bildirərək sülh və danışıqlara alternativin olmadığını vurğulayıb. Qeyd edək ki, ötən gün erməni separatçılarının Qarabağda törətdikləri təxribat nəticəsində iki hərbçimiz şəhid olub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!