Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
7-03-2023, 20:06
Prezident Çinin Avropa məsələləri üzrə nümayəndəsini qəbul edib


Prezident Çinin Avropa məsələləri üzrə nümayəndəsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 7-də Çin Hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi Vu Honqbonu qəbul edib. İlk növbədə, Çin Xalq Respublikasının Sədri Si Cinpinin salamlarını dövlətimizin başçısına çatdıran Vu Honqbo Azərbaycan Prezidenti ilə əvvəlki görüşlərini məmnunluqla xatırlayıb. Qonaq bildirib ki, Azərbaycan Prezidentinin güclü rəhbərliyi altında ölkəmizin iqtisadi və digər sahələrdə əldə etdiyi uğurlar onlarda böyük təəssürat hissi doğurur. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Si Cinpinə çatdırmağı xahiş edib. Dövlətimizin başçısı özünün Çinə rəsmi səfərini, bu səfər zamanı və beynəlxalq tədbirlərdə Çin Xalq Respublikasının Sədri ilə görüşlərini xatırlayaraq bildirib ki, Si Cinpinin Azərbaycan Prezidentini Çinin böyük dostu adlandırmasından böyük məmnunluq hissi duyur. Vahid Çin siyasətini, Çinin ərazi bütövlüyü və suverenliyini daim dəstəklədiyini qeyd edən Prezident İlham Əliyev Azərbaycanın xarici siyasətində Çinlə əməkdaşlığın əsas prioritetlərdən biri olduğunu vurğulayıb, əlaqələrimizin ildən-ilə güclənməsindən məmnunluğunu bildirib və ölkələrimiz arasında əməkdaşlığın yalnız müxtəlif siyasi platformalarda deyil, eyni zamanda, iqtisadi sahədə və “Bir kəmər, bir yol” çərçivəsində də genişləndiyini deyib. Dövlətimizin başçısı bu baxımdan Çindən Azərbaycan vasitəsilə qərb istiqamətində daşınan yüklərin həcminin artmasını bunun yaxşı nümunəsi kimi dəyərləndirib. Prezident İlham Əliyev COVID-19 pandemiyası zamanı Çin Xalq Respublikasının Sədrinə göndərdiyi məktubu xatırladaraq Çinin ölkəmizə vaksinləri ayırmasını və bunun nəticəsində Azərbaycanın dünyada vaksinasiyaya başlayan ilk ölkələrdən biri olduğunu xüsusilə qeyd edib, bunu ölkələrimiz arasında dostluğun bariz nümunəsi kimi dəyərləndirib, bu faktın Azərbaycan dövləti və xalqı tərəfindən çox yüksək qiymətləndirildiyini deyib. Dövlətimizin başçısı Azərbaycanın bərpaolunan enerji potensialı barədə məlumat verib. Çinin bu sahədə böyük texnoloji imkanlara malik olduğu qeyd edilib. Söhbət zamanı Çin şirkətləri işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa və quruculuq işlərinə dəvət olunublar. Qonaq Çinin ölkəmizin ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədiyini qeyd edib. Vu Honqbonun Bakıda keçiriləcək növbəti Qlobal Forumda iştirakını yüksək qiymətləndirən dövlətimizin başçısı onun səfərinin əlaqələrimizin genişlənməsi işinə töhfə verəcəyinə əminliyini bildirib. Çin Hökumətinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin artıq dünya səviyyəsində tanınmış mərkəzlərdən biri olduğunu qeyd etdi, burada beynəlxalq sülh və təhlükəsizlik gündəliyində duran çox vacib müzakirələrin aparıldığını dedi və Mərkəzin gələcək fəaliyyətinə uğurlar arzulayıb. Görüşdə iqtisadi, humanitar və turizm sahələrində əməkdaşlığın daha da genişləndirilməsi barədə fikir mübadiləsi aparıldı, əlaqələrimizin inkişafı üçün böyük imkanların olduğu bildirilib, media, elm-tədqiqat mərkəzləri və insanlar arasında təmasların artırılmasının vacibliyi vurğulanıb.


7-03-2023, 19:21
Qarabağda yaşayan bir qrup erməni Xocalıda aksiya keçirdib


Qarabağda yaşayan bir qrup erməni Xocalıda aksiya keçirdib

Qarabağda yaşayan bir qrup erməni Rusiya sülhməramlılarının Azərbaycanın Xocalı rayonunda yerləşən qərargahının önündə etiraz aksiyası keçirib. Etirazçılar şəxsi avtomobilləri ilə qərargahın qarşısındakı yolu bağlayıblar. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Laçın yolunun guya bağlı olduğunu iddia edən ermənilər buna görə rusları ittiham ediblər. Onlar həmçinin Xankəndi ətrafında baş verən hadisələrə rus hərbçilərinin müdaxilə etmədiyini deyərək, sülhməramlılara etirazlarını bildiriblər. Qeyd edək ki, son vaxtlar Qarabağ erməniləri arasında anti-Rusiya əhval-ruhiyəsi yüksəlir.
7-03-2023, 15:49
Füzulidə incəsənət məktəbinin təməlqoyma mərasimi keçirilib


Füzulidə incəsənət məktəbinin təməlqoyma mərasimi keçirilib

İşğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan Respublikası tərəfindən ianə və inşa olunacaq Kurmanqazı adına Uşaq Yaradıcılığının İnkişafı Mərkəzinin təməlqoyma mərasimi keçirilib. Mərasimdə Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndəsi Emin Hüseynov, Qazaxıstan Respublikasının Azərbaycandakı səfiri Serjan Abdıkarimov, layihəni həyata keçirəcək icraçı şirkət “Bİ-Group” Holdinqin Direktorlar Şurasının sədri Aydın Rahimbayev və digər səlahiyyətli şəxslər iştirak ediblər. Layihəyə əsasən incəsənət məktəbi Füzuli şəhərində ümumi sahəsi 1,5 hektar olan ərazidə yerləşəcək. Tikinti sahəsi 2708 kvadratmetr, ikimərtəbəli binadan ibarət olacaq məktəbdə hər biri 300 nəfər olmaqla, növbəli şəkildə 600 şagirdin təhsil alması üçün lazımi şəraitin yaradılması nəzərdə tutulur. Burada, şagirdlər üçün xanəndəlik sənəti, xalçaçılıq, heykəltaraşlıq və zərgərlik sənətləri, musiqi və rəssamlıq dərsləri, həmçinin qrafik dizayn təlimləri üzrə tədrisin təşkili planlaşdırılır. Qeyd edək ki, incəsənət məktəbinin layihəsi üzrə Azərbaycan və Qazaxıstan nümayəndə heyətlərinin yer aldığı işçi qrupu yaradılıb, müvafiq görüşlər keçirilərək, qarşıdakı hədəflər müzakirə olunub. Digər layihələr kimi, bu layihə də Azərbaycan ilə Qazaxıstan arasındakı ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə, o cümlədən işğaldan azad edilmiş ərazilərdə incəsənət sahəsi üzrə təhsilin genişlənməsinə və yaxın bölgələrdən olan istedadlı gənclərin bir araya toplanmasına öz töhfəsini verəcək.
7-03-2023, 15:42
ABŞ-ın “Patriot” sistemləri artıq Ukraynaya gətirilib


ABŞ-ın “Patriot” sistemləri artıq Ukraynaya gətirilib

ABŞ-ın “Patriot” hava hücumundan müdafiə sistemləri artıq Ukraynaya gətirilib. Bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşçak məlumat verib. "Polşanın səyləri sayəsində, xüsusən də “Patriot” batareyaları və ilk “Leopard” tankları Ukraynaya gətirilib", - deyə o bildirib. Blaşçak qeyd edib ki, müharibə başlayandan bəri Polşa Ukraynaya 2,2 milyard avroluq silah ötürüb. Xatırladaq ki, fevral ayında Ukrayna hərbçiləri Almaniyada "Patriot"la bağlı təlimlərə başlayıb.
7-03-2023, 15:38
Media sektoruna yeni cərimələr tətbiq olunacaq


Media sektoruna yeni cərimələr tətbiq olunacaq

Media subyektləri tərəfindən təkzib, cavab və düzəliş verilməsi qaydalarının pozulmasına görə cərimə müəyyənləşib. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Layihəyə əsasən, media subyektləri tərəfindən təkzib, cavab və düzəliş verilməsinin “Media haqqında” qanunla müəyyən edilmiş qaydaların pozulmasına görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək. Layihə səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.
7-03-2023, 14:03
Səudiyyə Ərəbistanından Türkiyəyə 5 milyard dollarlıq depozit


Səudiyyə Ərəbistanından Türkiyəyə 5 milyard dollarlıq depozit

Səudiyyə Ərəbistanı Türkiyə Mərkəzi Bankına 5 milyard dollarlıq depozit qoyacaq. Bu barədə "Anadolu" agentliyi yazıb. Bildirilib ki, Səudiyyə Ərəbistanının turizm naziri və İnkişaf Fondunun sədri Əhməd Əl Xatib ilə Türkiyə Respublikası Mərkəzi Bankı arasında müqavilə imzalanıb. Müqaviləyə əsasən, Səudiyyə Ərəbistanı İnkişaf Fondu Mərkəzi Banka 5 milyard dollar depozit qoyacaq. "Səudiyyə Ərəbistanı bu razılaşma ilə türk xalqına güclü dəstəyini və Türkiyə iqtisadiyyatının gələcəyinə olan inamını ifadə edir", - deyə Səudiyyədən verilən açıqlamada qeyd edilib.
7-03-2023, 14:00
Rusiya son sutkada Xersonu 65 dəfə atəşə tutub


Rusiya son sutkada Xersonu 65 dəfə atəşə tutub

Rusiya qüvvələri son sutka ərzində Ukraynanın Xerson vilayətini 65 dəfə atəşə tutub. Bu barədə "Ukrinform" məlumat yayıb. Bildirilib ki, “Qrad” və ağır artilleriya qurğularından 354 mərmi atılıb, 18 mərmi yaşayış məntəqələrinə, fərdi və yaşayış binalarına düşüb. Atışma nəticəsində 4 nəfər yaralanıb. Həmçinin Donetsk vilayətinin də hücuma məruz qaldığı qeyd olunub. Vilayətin Maksimilyanovka yaşayış məntəqəsində 1 sakin həyatını itirib, daha 7 nəfər yaralanıb.
7-03-2023, 13:57
ABŞ müdafiə naziri İraqa səfər edib


ABŞ müdafiə naziri İraqa səfər edib

ABŞ müdafiə naziri Lloyd Ostin İraqa qəfil səfər edib. Bu səfərin məqsədinin Vaşinqtonun İraqda öz hərbi mövcudluğunu saxlamağa sadiqliyini göstərmək olduğunu bildirilib. Qeyd edək ki, səfər İraq lideri Səddam Hüseynin devrilməsinin 20-ci ildönümü ərəfəsində baş tutub.
7-03-2023, 13:53
Ermənistan qızılca xəstələrinin sayı sürətlə artır


Ermənistan qızılca xəstələrinin sayı sürətlə artır

Ermənistanda qızılcaya yoluxanların sayı 29-a çatıb. Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, 15 nəfər xəstəxanaya yerləşdirilib,7 nəfər artıq evə buraxılıb.
7-03-2023, 13:50
Əfqanıstan qonşu dövlətlərlə Daşkənddə toplandı


Əfqanıstan qonşu dövlətlərlə Daşkənddə toplandı

Bu gün Özbəkistanın paytaxtı Daşkənd şəhərində Əfqanıstanın qonşu dövlətlərinin xüsusi nümayəndələrinin ilk iclası öz işinə başlayıb. İclası Özbəkistan Prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi İsmatulla İrqaşev açıb. Bildirilib ki, tədbirdə İran, Çin, Pakistan, Rusiya, Tacikistan, Türkmənistan və Özbəkistanın nümayəndə heyətləri Əfqanıstandakı mövcud vəziyyəti, o cümlədən humanitar aspektləri müzakirə edəcək, ölkədəki vəziyyətin nizamlanması və tərəflərin qarşılıqlı fəaliyyətinə dair məsələlərə toxunacaqlar. Həmçinin uzunmüddətli sülh və sabitlik yaradılması da müzakirə mövzularındandır. İclas zamanı iştirakçılar Əfqanıstanın qonşu dövlətlərinin xüsusi nümayəndələrinin ikinci görüşünün yeri və vaxtını müəyyənləşdirəcək, həmçinin Əfqanıstanın qonşu dövlətlərinin xarici işlər nazirlərinin Daşkənddə keçiriləcək 4-cü görüşünün vaxtı ilə bağlı fikir mübadiləsi aparacaqlar.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!