Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                        Gömrükdə işləmək istəyənlər üçün imtahan keçirilib .....                        Məktəbin direktor əvəzinin diplomu saxta imiş - 98 minlik dələduzluq .....                       
9-03-2023, 20:37
Azərbaycan İran səfirliyinə nota ünvanladı


Azərbaycan İran səfirliyinə nota ünvanladı

Rəsmi Bakı Azərbaycan vətəndaşı Fərid Səfərlinin vəziyyətinə aydınlıq gətirilməsi məqsədilə İranın ölkəmizdəki səfirliyinə nota ünvanlayıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə yerli media nümayəndələrinin sorğusuna cavabında bildirib. XİN rəsmisi qeyd edib ki, Azərbaycan Respublikasının vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi 1997-ci il təvəllüdlü Fərid Qabil oğlu Səfərlinin 20 fevral tarixində İran İslam Respublikasına səfərə getdiyi, lakin 4 mart tarixindən etibarən ondan xəbər alınması mümkün olmadığı barədə məlumat yayılıb. Məsələ ilə bağlı müraciət Xarici İşlər Nazirliyinə 9 mart 2023-cü il tarixində daxil olub. "Sözügedən məlumata aydınlıq gətirilməsi məqsədilə Xarici İşlər Nazirliyi müvafiq olaraq İranın ölkəmizdəki səfirliyinə nota ünvanlayıb və hal-hazırda qarşı tərəfdən cavab gözləyir. Azərbaycan Respublikasının vətəndaşı Fərid Səfərlinin yerinin müəyyən edilməsi istiqamətində müvafiq tədbirlər və araşdırma işləri davam edir. Məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcəkdir. Azərbaycan Respublikasının vətəndaşlarına bir daha xatırlatmaq istərdik ki, 27 yanvar 2023-cü il tarixində ölkəmizin İrandakı səfirliyinə qarşı baş vermiş terror hücumundan sonra, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ölkəmizin vətəndaşlarına zəruri olmadığı təqdirdə İran İslam Respublikasına səfər etməməyi, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri barədə səyahət xəbərdarlığı yayıb”, - deyə XİN-dən bildirilib.
9-03-2023, 20:25
XİN başçısı Qazaxıstan naziri ilə görüşüb


XİN başçısı Qazaxıstan naziri ilə görüşüb

Martın 9-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Qazaxıstanın informasiya və sosial inkişaf naziri Darxan Kıdıralı arasında görüş keçirilib. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüş zamanı tərəflər Azərbaycan və Qazaxıstan arasında ikitərəfli əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə edərək, informasiya, kommunikasiya, sosial müdafiə, habelə ailə və gənclər siyasəti sahələrində gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Eyni zamanda, beynəlxalq təşkilatlar və çoxtərəfli əməkdaşlıq platformaları, xüsusilə də Türk Dövlətləri Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə və digər çərçivələrdə vacib istiqamətlər üzrə birgə səylərin artırılmasının, ölkələrimiz arasında məlumat və təcrübə mübadiləsinin genişləndirilməsinin vacib olduğu vurğulanıb. Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə apardığı genişmiqyaslı bərpa və quruculuq işləri, Qazaxıstanın bu işlərə töhfələri qeyd olunub. Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
9-03-2023, 20:19
Hulusi Akar yunanıstanlı həmkarı ilə telefon danışığı aparıb


Hulusi Akar yunanıstanlı həmkarı ilə telefon danışığı aparıb

Türkiyə milli müdafiə naziri Hulusi Akar yunanıstanlı həmkarı Nikolaos Panagiotopoulos ilə telefon danışığı aparıb. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlər ölkələr arasında mehriban qonşuluq münasibətlərinə əsaslanan gündəmin hazırlamasına dair razılığa gəliblər.
9-03-2023, 20:14
Çexiyanın yeni prezidentinin andiçmə mərasimi keçirilib


Çexiyanın yeni prezidentinin andiçmə mərasimi keçirilib

Martın 9-da Praqa qəsrində Çexiyanın yeni seçilmiş prezidenti Petr Pavelin andiçmə mərasimi keçirilib. Bu barədə ČT24 kanalı məlumat yayıb. "Mən Çexiyaya sədaqətlə and içirəm. Onun Konstitusiyasına və qanunlarına əməl etməyi öhdəmə götürürəm. Bütün xalqın rifahı naminə, biliyim və vicdanım daxilində vəzifələrimi yerinə yetirmək üçün şərəfimə and içirəm", - yeni prezident deyib. Pavel and içdikdən sonra çıxışında bildirib ki, o, tezliklə fəaliyyətinin ilk 100 günü üçün konkret hədəf planını dərc edəcək.
9-03-2023, 20:06
Polşanın Ukraynada hərbi mərkəz tikməsi münaqişə yaradacaq - Zaxarova


Polşanın Ukraynada hərbi mərkəz tikməsi münaqişə yaradacaq - Zaxarova

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova Polşanın Ukrayna ərazisində hərbi mərkəz tikməsinə münasibət bildirib. O, brifinq zamanı bu barədə danışıb. "Polşanın Ukraynada hərbi mərkəz tikməsi rəsmi Varşavanı münaqişəyə cəlb edəcək. ABŞ silah biznesi Ukrayna münaqişəsində “böyük piroq diliminə” ümid edir", - deyə XİN rəsmisi vurğulayıb.
9-03-2023, 16:30
Podolyak Gürcüstandakı etirazlara dəstəyini bildirdi


Podolyak Gürcüstandakı etirazlara dəstəyini bildirdi

Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak Gürcüstandakı etirazlara dəstəyini ifadə edib. O, twitter səhifəsində bu barədə yazıb. "Siz "Xarici agentlər haqqında" adı ilə repressiv qanunlar çıxara bilməzsiniz. Və ya azadlıq istəyən vətəndaşları döyə bilməzsiniz. Ya da Avropaya gedə-gedə Rusiyaya baxa bilməzsiniz. Prezidentinizi həbsxanada yavaş-yavaş öldürə bilməzsiniz. Ən önəmlisi isə Rusiyanın sözünə əsla qulaq asa bilməzsiniz. Gürcüstan mütləq azad və avropalı olacaq", - deyə Podolyak qeyd edib. Xatırladaq ki, martın 7-də Gürcüstan parlamenti birinci oxunuşda Rusiya qanunvericiliyinin analoqu olan “Xarici agentlər haqqında” qanun layihəsini dəstəkləyib. Sənəddə KİV-ə və xaricdən maliyyə alan ictimai təşkilatlara “xarici təsir agenti” statusunun verilməsi təklif edilib. Bundan sonra Tbilisidə qanun layihəsinə qarşı genişmiqyaslı etiraz aksiyaları başlayıb. Hakim partiya bu gün qanun layihəsini geri götürdünüyü elan edib.
9-03-2023, 16:25
Prezident İsrailin sabiq Baş nazirini qəbul edib


Prezident İsrailin sabiq Baş nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 9-da İsrailin sabiq Baş naziri Ehud Olmerti qəbul edib. Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.
9-03-2023, 16:21
Zəngilanda ilk buraxılış imtahanı keçiriləcək


Zəngilanda ilk buraxılış imtahanı keçiriləcək

Martın 12-də Zəngilan rayonu, Ağalı kənd tam orta məktəbində ilk buraxılış imtahanı keçiriləcək. Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi tərəfindən 12 mart 2023-cü il tarixində tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək. Bakı şəhərinin Nərimanov, Sabunçu, Xəzər, Səbail, Nəsimi, Nizami rayonlarında, Gəncə (II zona), Naxçıvan, Mingəçevir şəhərlərində, Abşeron, Samux, Daşkəsən, Ağstafa, Qazax, Tovuz, Sabirabad, Saatlı, İmişli, Qobustan, Zərdab, Şamaxı, İsmayıllı, Cəlilabad, Yardımlı, Lerik, Biləsuvar, Ağcabədi, Beyləqan, Füzuli, Ağdam, Zəngilan (Ağalı kəndi), Qax, Balakən, Zaqatala, Quba, Şabran, Qusar rayonlarında, həmçinin xüsusi məktəblərdə (internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblərdə), tədrisi gürcü dilində olan məktəblərdə ümumtəhsil müəssisələrinin məzunları üçün buraxılış imtahanı keçiriləcək.
9-03-2023, 16:18
Cənubi Qafqazda qalıcı sülh üçün birgə çalışmaq vaxtıdır - Aİ rəsmisi


Cənubi Qafqazda qalıcı sülh üçün birgə çalışmaq vaxtıdır - Aİ rəsmisi

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar atəşkəsin pozulmasına münasibət bildirib. Klaar twitter səhifəsində bu barədə yazıb. "Son vaxtlar baş verən hadisələrdən böyük narahatlıq keçiririk. Bütün problemlər müzakirə və danışıqlar yolu ilə nəzərdən keçirilməlidir. Region toqquşmalardan kifayət qədər əziyyət çəkib. İndi qalıcı və ədalətli sülh üçün birgə çalışmaq vaxtıdır", - deyə o qeyd edib. Xatırladaq ki, bu gün Azərbaycan Müdafiə Nazirliyi atəşkəsin pozulması ilə bağlı məlumat yayıb. "Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu, Basarkeçər rayonunun Yuxarı Şorca, Aşağı Şorca, Günəşli, Əzizli yaşayış məntəqələri və Çəmbərək rayonu istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu, Zəylik, Mollabayramlı, Yellicə, Yuxarı Ayrım, Daşkəsən rayonunun Astaf, Gədəbəy rayonunun Zamanlı və Göyəmli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Bundan başqa Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Xocavənd, Laçın, Xocalı rayonları və Şuşa şəhəri istiqamətlərində yerləşən mövqeləri də fasilələrlə atəşə tutulub", - deyə MN-in açıqlamasında bildirilib.
9-03-2023, 16:12
Rusiyanın Gürcüstandakı iğtişaşlarla heç bir əlaqəsi yoxdur - Peskov


Rusiyanın Gürcüstandakı iğtişaşlarla heç bir əlaqəsi yoxdur - Peskov

"Gürcüstanın "Xarici agentlər haqqında" qanun layihəsinə Moskvanın heç bir aidiyyəti yoxdur". Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. "Kremldən ilhamlanaraq belə qanun layihəsinin hazırlanması barədə deyilənlər yanlışdır. Rusiya Federasiyasının Gürcüstandakı iğtişaşlarla heç bir əlaqəsi yoxdur. Gürcüstandakı vətəndaşlarımız üçün iğtişaşlar olan ərazilərdə qalmaqdan çəkinmək vacibdir", - deyə o bildirib. "Taxıl müqaviləsinin icrası ilə bağlı Rusiyanın hələ də çoxlu sualları var və biz onları qaldırmağa davam edəcəyik", - deyə sözçü əlavə edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2023    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!